Tofiq Məhəmməd oğlu Hüseynzadə
(1946 – 2006)
TOFИQ MЯЩЯММЯД ОЬЛУ
HЦSEYNZADЯ
XƏYAL CIĞIRI
3 cilddə
ŞEİRLƏR, HEKAYƏLƏR
VƏ
«MİSKİN ABDAL – QEYB ƏRƏNİ,
TƏSƏVVÜF PİRİ» ELMİ-TƏDQİQAT ƏSƏRİ
II ci̇ld
«QURBAN OLARAM»,
«QƏM DƏFTƏRİ»,
«XƏYAL CIĞIRI»,
«KÖNÜL DƏFTƏRİ»,
«KÖNÜL NƏĞMƏLƏRİ» və
«ANA LAYLASI – QƏM DÜNYASI»
dəftərlərindəki şeirlər
Bakı – 2018
TOFİQ MƏHƏMMƏD OĞLU HÜSEYNZADƏ,
XƏYAL CIĞIRI (II ci̇ld )
Baki, «Zərdabi LTD» MMC, 2018, 600 səh.
Toplayan, tərtib edən: Mehdi Tofiq oğlu Hüseynzadə
Elmi redaktor: Hüseyn Ələsgər oğlu İsmayılov
filologiya elmləri doktoru, professor
Rəyçilər: Mahmud Qara oğlu Allahmanlı
filologiya elmləri doktoru, professor
Qüdrət Umud oğlu Umudov
filologiya üzrə fəlsəfə doktoru, dosent
Tacir Şaban oğlu Qurbanov
filologiya üzrə fəlsəfə doktoru, dosent
Xoşqədəm Akif qızı İslam
tarix üzrə fəlsəfə doktoru
Bu kitabda, Səfəvilərin böyük dövlət xadimi, Şah İsmayıl Xətainin mürşidi,
dövrünün tanınmış diplomatı, sərkərdə, təsəvvüf mütəfəkkiri, sufi şair, Haqq aşiq-
liyi (aşıqlıq) sənətinin əsasını qoymuş, Qeyb Ərəni («Ricalül-qeyb»), Pir, Övliya,
Allahdan əta edilmiş böyük möcüzələr, kəramətlər, müqəddəs «Ocaq» sahibi, ta-
rixi şəxsiyyət, 1430-1535-ci illərdə yaşamış, bəşəriyyətin beşiyi, tarixi Oğuz yurdu
– Göyçə mahalından olan Miskin Abdalın (Hüseyn Məhəmməd oğlunun) «Şad-
manlı» oğul nəslinin layiqli nümayəndəsi, 1946-2006-cı illərdə yaşamış istedadlı
şair, jurnalist, pedaqoq və tədqiqatçı-folklorşünas Tofiq Məhəmməd oğlu Hüseyn-
zadənin böyük və zəngin şeriyyət dünyası – sağlığında nəşr olunmuş, həmçinin
əlyazma şəklində olan şeirləri, hekayələri, hikmətli kəlamları və ulu babası Hü-
seyn Məhəmməd oğlunun daşıdığı – ən yüksək ilahi-ruhani təsəvvüf məqam və
dərəcələrini simvolizə edən «Miskin» və «Abdal» anlayışlarının, ədəbiyyatımızda
ilk dəfə əsaslandırılmış elmi izahına həsr edilmiş çox dəyərli elmi-tədqiqat əsəri
olan «Miskin Abdal – Qeyb Ərəni, Təsəvvüf Piri» əsəri toplanılmışdır.
Materialların həcmi böyük olduğundan, bu kitab 3 cilddə nəşr olunur.
©
T. HÜSEYNZADƏ,
2018
ISBN 978-9952-476-46-0
Xəyal cığırı – II cı̇ld
5
«Qurban olaram» dəftərinin davami
VƏTƏN EŞQİ
O kəs ki, Vətənin qədrini bildi,
Yaşadi Vətəndə bir vətən kimi.
O kəs ki, Vətənə bir xain gəldi,
Köçdü dünyamizdan quru çən kimi.
Vətəni sevməyən alçaqdir, alçaq!
Min il yaşasa da, gülməyəcəkdir.
Vətənçün yaradan hünərə bir bax,
Vətənlə yaşayib, ölməyəcəkdir!
1968 mart
NİZAMİ BÖYÜKDÜR
Çoxlari dünyada ucalmaq üçün
Dolandi aləmi bir səyyar kimi.
Lakin nə mənasi, çəkəndə köçün,
Öldü, yaşamadi, adi qar kimi.
Çixmadi bir yerə doğma Gəncədən,
Yaratdi Nizami beş böyük dastan.
Səs saldi aləmə sözdən-incidən,
Yaşadi zamanla o, böyük insan.
1968 mart
Tofiq Məhəmməd oğlu Hüseynzadə
6
LALƏ
Qiş yaz nəfəsində güllələnibdir,
Çəmənə, yamaca gül ələnibdir.
Lalələr qüdrətdən sürmələnibdir,
Cənnət timsalidir dünyaya lalə.
Lalənin dodağina qirmizi çəksək,
Zaman qəh-qəh edib, əl çalar bizə.
Boyuna başqa bir çiçəyi tiksək,
Gülüncdən, de, başqa nə qalar bizə?!
Təbiət yaratmiş yanağinda xal,
O xalin yaninda xal nə gərəkdir?
O gözəl qamətə yaraşir camal,
Hörüyü gözəldir, tel nə gərəkdir?
Madam ki, təbiət yaratmiş belə,
Qoyun gözəllikdə yaşasin lalə.
1968 mart
Xəyal cığırı – II cı̇ld
7
OLMARAM
Dağlar qoy dinləsin mənim səsimi,
Şah olsam, yalani yazan olmaram.
Deyərəm dilimdə el nəğməsini,
Hərcayi oxuyan sazan olmaram.
Əzəldən vermişəm elə məhəbbət,
Verər övladina Vətəni qiymət.
Keçəndə əlimə bir bala fürsət,
Yolundan qurd kimi azan olmaram.
Gündüz Günəş yanir, gecələr ağ şam,
Qoşmalar yaziram. Şairdir peşəm.
El bilir – doğuldum, odam, atəşəm,
Odlarda qaralan qazan olmaram.
Qəlbimin, soruşma ilk andini, gəl,
Yaşa Vətən üçün, Vətən tək yüksəl!
Ömrümün üstünü alsa da əcəl,
Bu təmiz andimi pozan olmaram.
1968 mart
Dostları ilə paylaş: |