Tofiq Huseynzade--seir--kitab 1111. indd



Yüklə 21,6 Mb.
Pdf görüntüsü
səhifə105/143
tarix04.07.2018
ölçüsü21,6 Mb.
#53181
1   ...   101   102   103   104   105   106   107   108   ...   143

Xəyal cığırı – II cı̇ld

61

XALA QIZI

(Həqiqətə)

Sən uşaq yox, bir mələksən

Başdan-başa, xala qizi.

Olub boyun əzəl gündən

Bir tamaşa, xala qizi.

Göy çəmənlər çiçək-çiçək,

Çiçəkdən də sənsən göyçək.

Arzum deyir, budur gerçək,

Min-min yaşa, xala qizi.

Uca dağda geniş izlə,

Səadəti ömrə səslə. 

Bir arzunu min həvəslə 

Yetir başa, xala qizi.

22.06.1968




Tofiq Məhəmməd oğlu Hüseynzadə

62

ƏLİNDƏN

Dostlar, bilin ərzi – halim necədir?

Cana gəldim qələm qaşli əlindən.

Onun zülfü ürəyimdən incədir,

Yandim! Aman! Min atəşli əlindən.

Könül açdim, o, bəxtimə ad oldu,

Gülüş tapdim, küsən qəlbim şad oldu,

Axir, niyə aman oldu, dad oldu?

Viran oldum gözü yaşli əlindən.

Əzab çəkdim, didələrim tökdü qan,

Qismət oldu taleyimə ah-fəqan,

Kənar gəzdi, gen dolandi o, canan,

Düşdüm oda şux baxişli əlindən.

22.06.1968



Xəyal cığırı – II cı̇ld

63

GƏLİN!

Aradim dünyani mən varaq-varaq,

O, nazli dilbərdən almadim soraq.

Fəryad qopariram, bu, sizdən iraq,

A dostlar, ölürəm dərmanə gəlin.

Deyirlər, ədalət sinar, əyilməz, 

Bivəfa vəfanin qədrini bilməz.

Haqqin qərari var, qoşun-qoşun tez,

Onu çəkəcəklər divanə, gəlin.

23.06.1968



Tofiq Məhəmməd oğlu Hüseynzadə

64

YENƏ ZEYNƏB OXUYUR

Yenə Zeynəb oxuyur!

– Səs verin radioya.

Mahni göyə ucalsin,

Bu nəğmə çatsin Aya.

Oxşasin könülləri,

Layla çalsin xilqətə.

Sevgi saçsin dilləri,

Qəlblər gəlsin riqqətə.

Qoy daima var olsun,

Bir əngin ümman kimi.

Sonsuz qəlblərə dolsun,

Dəyərli mehman kimi.

Ay Günəşlə çuğlaşib,

Səhnəyə nur çiləsin.

Hər cür səddləri aşib 

Xalqa uğur diləsin.

 

Zirvələri fəth edib



Ürəklərdə ucalsin.

Şanli yollar qət edib,

Zamandan gec qocalsin.

Sabaha, gələcəyə

Əbədi bir mayak tək

Yol göstərsin gəncliyə,

Ustad olsun o, mələk.                  1968 iyun



Xəyal cığırı – II cı̇ld

65

QƏM DƏFTƏRİ

 (eyni adli ayrica dəftərdə yazilmişdir)

Yenə də könlümü gətirdim dilə, 

Tutuldu göylərin qaşi-qabaği.

Tufanlar yayildi çəmənə, çölə,

Buludlar bürüdü dərəni, daği.

Həmişə gurhagur axan şəlalə

Dumandan, çiskindən, gözdən itibdir,

Həmişə gülərüz görünən lalə

Yasami batmişdir, bəs başqa nədir?

Nə oldu? Əlimə qələm alan tək

Təbiət hökmünü dəyişdi birdən,

Bu dəm öz atini səyirdən külək

Söhbətə başlayir min-min hünərdən.

Gözəlim! Qorxma sən, nə qar, nə boran

Gözümdə görünmür bir zərrə qədər,

Aləmin seyrinə səninlə duran

Eşqimə əssə də min aci yellər,

Gözümdə görünmür bir zərrə qədər.

İstərəm nə vaxt ki, söhbət açam mən

Sənin ətir saçan gül camalindan,

Bu dünya tufanlar qoparir o dəm.

Çünki, gözəl deyil bu, böyük cahan

Sənin ətir saçan gül camalindan.

Mən səni görəndə inan, sevgilim,

Elə bil, görürəm bir böyük cahan,



Tofiq Məhəmməd oğlu Hüseynzadə

66

Sənin gözəlliyinə bağli taleyim.



Nə vaxt ki, gözümdə, durursan haçan,

Elə bil, görürəm bir böyük cahan.

Çəkib qaşlarini qinama məni,

Sənin aləmini söyləyim bir-bir.

Qinamaz aləmdə sevən-sevəni,

Artiq ürəyimdə qalmamiş səbir,

Sənin aləmini söyləyim bir-bir.

O,  məhzun baxişin deyilmi Günəş?

Yandirib odlara yaxirsan məni.

Sənin gözlərindən qopan o, atəş,

Dağidir başimdan dumani, çəni.

Gülüşün – dağlardan qopan şəlalə,

Mənim ürəyimə gəlib, süzülür.

Dodağin – ətirli qirmizi lalə,

Baxiram, taleyim sevinir, gülür.

O, Ay camalina tökülən telin

Dağlarin başinda gəzən buludmu?..

Ağzinda şəkərdən şirindir dilin,

Talenin verdiyi qərardimi bu?

Gözlərin andirir qaynar bulaği,

Yanağin lalədən daha qirmizi.

Vücudun ömrümün ən gözəl çaği,

Ən gözəl neməti, bahari, yazi.

Çənəndə qara xal – o, Dan Ulduzu

Başqa bir aləmdən hekayət deyir.

Hər adi söhbətin mələr bir quzu, 

Yerişin ceyrani nə heyran edir!..



Xəyal cığırı – II cı̇ld

67

Mən sona yetirdim, di, sən özün de,



De, sənin həyatla başqa nə fərqin? 

Duymuşam hər şeyi, duymuşam indi,

Dünyada ən gözəl yarandi eşqin.

Bəzən, vaxt olur ki, ayriliriq biz,

Düşürük, bəzən də aylarla ayri.

(Ayriliq ayirmaz heç zaman yari.)

Çəkir nə fəryadlar yaziq qəlbimiz.

Səndən ayrilanda olur təsəllim,

Yer üzü, göy üzü, bütün kainat.

Səni unutmuram tək bircə saat,

De, səni unutmaq asanmi, gülüm?!

Baxib təbiətə seyrə daliram,

Qəlbimdə titrəşən xoş arzularla,

Əksimi oynadan axan sularla

Səninlə ah... necə mən bəxtiyaram.

Nə vaxt ki, göylərin açilir üzü,

Açilir dünyanin mavi gündüzü,

Bilirəm, sənin də gülür aləmin,

Bilirəm, qalmamiş bir dərdin, qəmin, 

Onda başlayiram ən gözəl sözü.

Nə vaxt ki,  göyləri yarir buludlar,

Nə vaxt ki, göylərdən ələnir odlar,

Bilirəm, qaşlarin çatilib yenə,

Şimşək tək od tutub, alişir sinə,

Məni də qorxudur qara buludlar.



Yüklə 21,6 Mb.

Dostları ilə paylaş:
1   ...   101   102   103   104   105   106   107   108   ...   143




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə