Tofiq Huseynzade--seir--kitab 1111. indd



Yüklə 21,6 Mb.
Pdf görüntüsü
səhifə107/143
tarix04.07.2018
ölçüsü21,6 Mb.
#53181
1   ...   103   104   105   106   107   108   109   110   ...   143

Xəyal cığırı – II cı̇ld

73

And içir, and içir duzla, çörəklə.



Sənin səadətin ağlatmaz məni,

Qoy Tanri güldürsün hər zaman səni.

Ey mənim həyatim, ey qələm qaşli,

Əyər ki, yaşasan sən gözü yaşli,

Sağ olsam gözlərim qan tökər, ağlar,

Ölsəm, məzarimdan tüstülər qalxar.

Nə bilim, mən səni sevirəm belə, 

Bəlkə də sən məni sevmirsən hələ;

Sən məni eşqinə düşünmə əğyar,

Həyatda olmayan, söylə bir, nə var?!.

Könül! Daha bəsdir, az şikayət et,

Bəsdir! Həkayətin, gəl sonuna yet.

Həyatda deyirik, gülürük hər vaxt,

Bəzən də göylərə çaliriq qanad.

Bizim qəlbimizi dərin bilməyən,

Həyatda bircə gün deyib, gülməyən 

Deyir ki, bu insan nə bəxtiyardir,

Nə bilir, qüssəmiz qalaq-qalaqdir!?.

Bizim dərdimizə bir gün qalmayan,

Soruşub, dərdimlə bir, hal olmayan

Bir gözəl bu adi verdi əsərə.

Dedi ki, nə yazdin o, Qəm Dəftərə?.. 

Təsadüf ürəkdən yaratdi bunu,

Qoy bunla qurtarsin əsərin sonu.

24.06.1968 – 26.06.1968



Tofiq Məhəmməd oğlu Hüseynzadə

74

KÖNÜL, DE

Könül! İlham ilə de, hansi afət

Bu şair könlümü varaqlamamiş?..

Bəxtimə yar olmuş bu şeir, sənət

Aləmdə həqiqət soraqlamamiş?..

28.06.1968

BELƏ DEDİLƏR

Dedilər: – Gözəllik bizdən də qabaq

Səadət vermədi sultana, şaha.

Dedim: – Ay camali sevmişəm nahaq,

Gözəllik ardinca qaçmaram daha.

Dedilər: – Gözəllik çox yaxşidir ki,

Camalda olmasin, kamalda olsun.

Dedim: – Ürəyimi qarişdirin ki,

İnsanin ən dərin kamali dolsun.

28.06.1968




Xəyal cığırı – II cı̇ld

75

SÖYLƏ! YOXSA SƏN?..

Ay bizim çəməndə dolaşan gözəl,

Çiçəklər gözəldi, söylə yoxsa sən?

Mənim gələcəyimə uğurla qaçan

Diləklər gözəldi, söylə, yoxsa sən?..

Ürək nə incədir! Nə xoşdur, gülüm!

Ay mənim ürəyim, şeyda bülbülüm.

Bütün yer üzündə, bilməm, sevgilim,

Ürəklər gözəldi, söylə, yoxsa sən?

Gözəlsən göylər tək, şahiddir hami,

Doldur, uzat mənə zər-naxiş cami,

Söndür ürəyimi, yandir ilhami!

Küləklər gözəldi, söylə, yoxsa sən?

28.06.1968



Tofiq Məhəmməd oğlu Hüseynzadə

76

LƏKƏ - BƏLKƏ

Mən sənlə qəlbimi necə bağlayim?

Qəlbinə yadlardan nişan salmisan.

Sənin sinəndəki o, ləkə ilə

Mənim ürəyimi yaman çalmisan.

Sən onu sevmədin, nə də mən səni, 

Başinda tüstülər, duman qalmisan.

Belə düşünürəm... bəlkə, elə sən

Mənim ürəyimi yenə almisan!?.

28.06.1968



Xəyal cığırı – II cı̇ld

77

ŞİRİN ARZU

Bunu bilirsənmi, ay, Ay bənizli,

Yaniram oduna mən gizli-gizli?

Söylə ki, sevirəm, sizli və bizli

Toy quraq, rəqs edək min arzularla.

Sənin camalina mən vurğun oldum,

Pünhanli eşqimlə ilhama doldum,

Bəzən də gül kimi açilib, soldum, 

Titrədi ürəyim al ulduzlarla. 

O, qara gözünə dikildi gözüm,

Qirildi taqətim, kəsildi sözüm,

Bari, qoy adina bu şeri düzüm,

Qəlbin tək tər-təmiz axan sularla.

28.06.1968



Tofiq Məhəmməd oğlu Hüseynzadə

78

AÇMADIM

Utanaram, heç bilmirəm mən niyə,

Ürəyimi o, dildara açmadim?

Qiymət verdim ömrüm qədər sevgiyə,

Bu sevgimi bəxtiyara açmadim.

Görüşəndə ötən dilim oldu lal,

Bədənimə düşdü yaman qalmaqal.

Təklik vaxti eyləyirəm min sual,

Niyə, eşqi nazli yara açmadim?

Görən deyir, – «Bir aşnadi, bu düzü,

Yanir eşqə bir ürəyi, cüt gözü» –

Ancaq-ancaq məhəbbətin yar sözü

Ürəyimə saldi yara, açmadim.

29.06.1968



Xəyal cığırı – II cı̇ld

79

GÖZƏLLƏR

Əyər məndən soruşsalar yolçular,

Deyərəm ki, vəfasizdi gözəllər.

Ceyranlarin hürküşdürən ovçular

Yaxşi bilir, işvə-nazdi gözəllər.

Sona kimi dəryalarda üzərlər,

Durna kimi buludlarda süzərlər,

Bir ürəyə oxu min-min düzərlər,

Görən, niyə səfasizdi gözəllər?

Hər nə dedim, qaşlarini çatdilar,

Pünhan eşqi pünhan-pünhan satdilar.

Məni sevib, sonra birdən atdilar,

Kim deyir ki, cəfasizdi gözəllər?..

Yaziq Qəmli sizdən birinə vuruldu, 

Elə bildi, eşqi Ay tək duruldu.

Vaxt yetişdi əğyara toy quruldu,

Nalə çəkdi, bunu yazdi, gözəllər!..

30.06.1968



Tofiq Məhəmməd oğlu Hüseynzadə

80

AY GÖZƏL

Səhər-səhər gün doğanda üfüqdən,

Çağir məni tamaşaya, ay gözəl. 

Qoy nur alim əlvan rəngli şəfəqdən,

Bənzərin var gözəl Aya, ay gözəl.

Kəklik qonar, daşdan daşa səkərək,

Bülbül ötər, ahu-nalə çəkərək,

Axşam-səhər göz yaşimi tökərək

Atdin məni qanli çaya, ay gözəl.

Xeyli vaxtdir eşqə pünhan yanmişam,

Ürəyimlə ürəyini anmişam.

El bilir ki, qəmgin ötən bir quşam,

Düşdü səsim bu dünyaya, ay gözəl.

Kəklik hani, turac hani, sar hani?

Soruşuram hər çiçəkdən, yar hani?

Səsim, bütün, silkələdi cahani,

Sən bilmədin bunu, niyə, ay gözəl?

Göz eylədim, işarəmi bilmədin,

Aman çəkdim, göz yaşimi silmədin,

Ayaq açib, bir, bizə də gəlmədin,

Yaziq Qəmli döndü iyə, ay gözəl.

30.06.1968



Yüklə 21,6 Mb.

Dostları ilə paylaş:
1   ...   103   104   105   106   107   108   109   110   ...   143




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə