Tofiq Huseynzade--seir--kitab 1111. indd



Yüklə 21,6 Mb.
Pdf görüntüsü
səhifə115/143
tarix04.07.2018
ölçüsü21,6 Mb.
#53181
1   ...   111   112   113   114   115   116   117   118   ...   143

Tofiq Məhəmməd oğlu Hüseynzadə

136


YARIN DƏRDİ

Harda qaldi canlar alan?

Yandi bağrim, oldu talan.

Məni məndən ayri salan

Şux baxişli yar deyilmi?..

Ayriliğa yoxdu tabi,

Mən olmuşam can kitabi. 

İndi çəkən hər əzabi

Gözü yaşli yar deyilmi?..

14.09.1968




Xəyal cığırı – II cı̇ld

137


NƏ QƏSD EYLƏDİN?

And içib eşqimə sevdiyim gündən,

Dedim, ağlar qalsin əhdindən dönən.

Könlümü oynadib, aldadib, dünən,

Sən mənə de, niyə çox qəsd eylədin?

O vaxt ki, ömrümün titrədi simi,

Laçina bənzətdim böyük eşqimi.

Məhəbbət yolunda bir düşmən kimi

Bu sağlam eşqimi şikəst eylədin.

17.09.1968




Tofiq Məhəmməd oğlu Hüseynzadə

138


BİR XATİRƏM

Könlümə verdi ilham

Bir uşaqliq xatirəm.

Hələ birinci sinifdə,

Keçməmiş bircə həftə...

Bir otaqda gördüyüm

Xətt ilə düyüm-düyüm,

Topa oxşar, al-əlvan,

Üstündə yazi, filan...

Şeyə baxdim həsrətlə.

Məni süzüb diqqətlə 

Dedi ki, müəllimim,

– Nəyə baxirsan oğlum?

Bir az geri çəkilib, 

Barmağimla göstərib 

Dedim ki, «Müəllimim,

Axi, mən hardan bilim?.. 

Üstü yaziyla dolan,

Torlu-torlu xətt olan

Topdu, təkərdi, nədi?..»

Müəllim gülümsədi.

Dedi: «Tələsmə çox, sən,

Böyüyəndə bilərsən 

Hər şeyi tamam-kamal.

İndi isə yaxin gəl!

Sən bildiyin bu təkər,

Firlanan axşam-səhər, –



Xəyal cığırı – II cı̇ld

139


«Yer kürəsi» adlanir,

Bu da yer tək firlanir.

«Qlobus»dur – bunun adi.

Nə vaxt bizim həyati 

Sarsitdi dava səsi,

İnsanin gur nərəsi,

Puç etdi neçə illər...

Neçə böyük dahilər

Fikirləşib, tapdilar.

Dedilər, çarəsi var

Hər sülhü yaratmağin!

Üstündə bu torpağin,

Min millət qardaş olsun,

Bir-birinə sirdaş olsun!

Deyib, bax bu kürənin

Üstündən dərin-dərin

Meridianlar çəkdilər,

Paralellər çəkdilər.

Bir alim də həmin gün,

Sonra isə ən böyük

Xətt çəkib ekvatora

Dünyani saldi tora».

Eşitsəydim o gündən

«Müharibə» səsini,

Deyərdim ki, qorxmayin!

Bizim Yer kürəsini 

Bizim keçmiş babalar

Davadan etmiş kənar.




Tofiq Məhəmməd oğlu Hüseynzadə

140


Yer üstündə hamiya:

«Bir qardaş olun!», –  deyə

Xətt çəkib ekvatora

Dünyani salmiş tora.

Müəllimin dediyi 

Adi yalan olsa da,

Neçə illər keçərək,

Xatirimdə qalsa da,

Bu gün duyuram ki, mən,

Müəllimin sözündə 

Bir həqiqət variymiş.

Müəllimim nə gözəl,

Sevimli, bəxtiyarmiş!

Hər kəs hər bir övlada 

Belə dərs versə nə var?!

Yer kürəsi üstündə 

Min millət qardaş olar!

17.09.1968




Xəyal cığırı – II cı̇ld

141


YAMAN GÖZƏLSƏN 

Təbiətmi belədir,

Səni yaratmiş gözəl?

Qələm alib bir ildir

Şair kimi söz, qəzəl,

Yazmaq olubdur peşəm.

Dedim: niyə, nə üçün

Od olmusan qəlbimə?

Yaniram için-için, –

Dedin: qəlbdə hər simə,

Mən ki odam, atəşəm.

De, kim gözəl deyibdir

Sənin kimi gözələ? 

Dedin: gizli deyildir,

Təbiətin əlilə

Nurlu Ayam, Günəşəm.

1968 sentyabr



Tofiq Məhəmməd oğlu Hüseynzadə

142


GEDƏR

Ellər bilir, bu dünyadan 

Bəşər gələr, bəşər gedər.

Çox danişib, az qananlar

Yarpaq kimi düşər, gedər.

Həqiqətdir, deyil nağil,

Bir zinətdir ömrə ağil,

Dost-tanişa olan paxil,

Qarni tamam şişər, gedər.

Yaxşi olar, desəm bir də,

Qanunsuzluq olan yerdə

Ayna kimi həqiqətə

Min şər gələr, min şər gedər.

Dosta, yara olan yaği,

Eşq-hörməti neylər, axi?

Toyuq kimi toz-torpaği

Küllüklərdə eşər, gedər.

Vəzifəyə boyun əyən,

Müftə alan, müftə yeyən,

Bir ürəyə can deməyən

Min könülü deşər, gedər.



Xəyal cığırı – II cı̇ld

143


Qəmli, sözün deyər doğru;

Aydan ari, sudan duru:

O dünyaya əyri-oğru

Bu dünyadan bişər, gedər.

09.10.1968



Tofiq Məhəmməd oğlu Hüseynzadə

144


GÖZLƏMƏZ

Deyirəm, ay ellər, bəlali dünya

Can alar, bircə dəm zari gözləməz. 

Ağilli adamlar nə bu həyatdan,

Nə də ki, söyüddən bari gözləməz.

Dost var, uca tutar dostdan adini,

Dost var ki, quyuda kəsir çatini.

Dost tapsaq, öyrənək onun zatini,

Zati düz olmayan, ari gözləməz.

Əzəldən şirindir ömür və həyat,

Hər şey keçib, gedir ötdükcə saat.

İnsana qiymətdir namus, qeyrət, ad,

Can sevən, qiymətdə vari gözləməz.

Övladi pis olan, etmə gileyi,

Qinama o yerdə «qara» taleyi,

O kəs ki, dərindən bilir hər şeyi,

Alma ağacinda nari gözləməz.

Məhəbbət ömürə zərli bir bəzək,

Ağilla durasan bu yolda gərək.

Eşqin mənasini duyan hər ürək,

Vəfasiz adlanan yari gözləməz.

10.10.1968




Yüklə 21,6 Mb.

Dostları ilə paylaş:
1   ...   111   112   113   114   115   116   117   118   ...   143




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə