Tofiq Məhəmməd oğlu Hüseynzadə
114
AY YAR!
Dayanib aylarla baxsam da yenə,
Mən səni görməkdən doymuram, ay yar!
Səni qisqaniram gülə, çəmənə,
Gözümdən bir yana qoymuram, ay yar!
Həyatda yar sevən yaranar tək-tək,
Eşqin mənasini bilməz hər ürək.
Sənin ürəyinə saldiğim od tək,
Başqa könülləri oymuram, ay yar!
Qisməti olmusan təmiz eşqimin,
Belə bir vəfali yari var kimin!?.
Gözəllər dayanib, dursa da min-min,
İnan! Heç birinə uymuram, ay yar!
Çox da ki, sinəmdir qəm ilə dolu,
Qədrini çox bilir bu vətən oğlu.
Səninlə bəzənmiş ömrümün yolu,
Başqa bir gözəllik duymuram, ay yar!
31.07.1968
Xəyal cığırı – II cı̇ld
115
İNSAN VƏ VİCDAN
Vicdan – insanliğin ilk mənasidir,
Vicdan – insanliğin saf dünyasidir.
İnsan insanliqla olmamiş ekiz,
Bu fərqi hər zaman bilməliyik biz.
Dünyada zəkasi, danişan dili,
Həm yaxşi, həm də ki, murdar əməli
Olan canlilara insan demişlər.
Ancaq ki çoxlari heç bilməmişlər, –
«İnsan» bu canliya verilmiş addir.
(Hər şeyi yaradan yalniz Allahdir!)
İnsanliq – insanin qədir-qiyməti,
Duyğusu, xəyali, eşqi, hörməti...
Bütün gözəlliyin mahir yolçusu,
Hər dərin kamalin böyük ulusu
Olmuşdur əzəldən, bilməliyik biz,
İnsan insanliqla olmamiş ekiz.
İnsan – insanliğini xalqa göstərən,
Bütün dərinliyi tər-təmiz görən,
Vicdandir! İnsanin bu gözəl adi.
Çoxlari vicdansiz yixdi həyati.
31.07.1968
Tofiq Məhəmməd oğlu Hüseynzadə
116
SAXLAR MƏNİ
Görüşməmiş ayrildi yar,
Qoydu necə ağlar məni...
Qopardiğim bu ahu-zar
Dağ üstündən dağlar məni.
Gah sevinmiş, gülmüş ürək,
Nələr gəzmiş burda mələk.
Ayaq izi bir əsir tək
Bu yerlərdə saxlar məni.
Surətinə düşmüşəm yad,
Hey çəkirəm nalə, fəryad.
Qorxuram ki, ay aman, dad,
Yar hicrani oxlar məni.
Ayriliği gül yanağin,
Qeybətidir bağca-bağin.
Kin, qəzəblə qoymur yaxin,
Nə bir bağca, bağlar məni.
31.07.1968
Xəyal cığırı – II cı̇ld
117
TAPA BİLMƏZ
Nəsillər ardinca gələcək nəslə
Yadigar yaziram bunu həvəslə:
«Həyatda getməyən hər çətin izlə
Axtarib yolunu düz tapa bilməz.
Ah çəkər ürəkdən, ürəyi inlər,
Hər toyda, məclisdə yadlari dinlər,
Yalandan – yalandan özün öyənlər
Bir kəlmə deməyə söz tapa bilməz».
Atalar söyləmiş belə məsələ:
«İnsanliq ucaldar ömrü həvəslə.
O kəs bilməli ki, alimlik ilə
Özünə uca yer, tez tapa bilməz!»
Arsiz yaşayaraq, boyun bükənlər,
Nə var qazananlar, nə ev tikənlər,
Gözünü hey ona, buna dikənlər
Öləndə beş metir bez tapa bilməz.
Yaratdi insani İlahi qüdrət,
Bəxş etdi hamiya, sevgi, məhəbbət.
Eşqin mənasini bilməyən, əlbət,
Özünə vəfali qiz tapa bilməz.
Tofiq Məhəmməd oğlu Hüseynzadə
118
Fitnələr ürəyin gah qirağinda,
Oynaşar gah solu, gah da sağinda.
Qonşu istəməyən, öz ocağinda
Ocaq qalamağa köz tapa bilməz.
Həyatda yaşayib arsiz, bir təhər,
Dayanib bayquş tək hər axşam-səhər,
Haminin malina göz yetirənlər
İtirər gözünü, göz tapa bilməz.
Ağildan kəm olan, az qana-qana,
Düşər çətin işə, yetirməz sona.
Vurnuxub dəli tək o yan, bu yana,
Özünə uğurlu iz tapa bilməz.
Qəmlinin dərdinə qulaq asanlar!..
Heç vaxt unudulmaz qəlbən yazanlar.
Bir şair olmayib, lovğalananlar
Bir misra deməyə söz tapa bilməz.
31.07.1968
Xəyal cığırı – II cı̇ld
119
YADINDAMI, GÖZƏLİM?
Yadindami, gözəlim?
Uzaq-uzaq yol boyu
Atlar durdu nəmərə,
Bir qizin oldu toyu
Onu verdilər ərə...
Yadindami, gözəlim?
Sənə könül açdiğim,
Dodağinda təbəssüm
Utanaraq qaçdiğin...
Ay, gözü şəhla quzum.
Yadindami, gözəlim?
Arzumuz çatdi başa,
Dolandi asimani
Diləklərimiz qoşa...
Sevdim böyük cahani.
Yadindami, gözəlim?
Kəndimizin səhəri...
Bizdən sizə gəldilər,
Sənin kimi dilbəri
Mənə ki ad etdilər...
31.07.1968
Tofiq Məhəmməd oğlu Hüseynzadə
120
GÖYÇƏNİN
Qalmiş qulağimda min dastan kimi,
Boranli, çovğunlu yazi Göyçənin.
Olmuş aşiqlarin ilham hakimi,
Ələsgər həvəsli sazi Göyçənin.
Oyanir Günəşlə səhər gözəllər,
Al-əlvan bəzənir səhralar, çöllər,
Var olsun, yaşasin yaradan əllər,
Qiz deyil, pələngdir qizi Göyçənin.
Neçə alimi var, neçə loğmani,
Hamiya əzizdir hər bir insani.
Günəş şəfəqi tək tutub cahani,
Söhbəti Göyçənin, sözü Göyçənin.
Mənim qibləgahim – Vətən torpaği,
Ruhumdur, canimdir gülü, yarpaği.
Dərin mənalarla şair sayaği
Yandirdi Qəmlini gözü Göyçənin.
31.07.1968
Xəyal cığırı – II cı̇ld
121
YOLUNU GÖZLƏYİRƏM
Bəzən dumanda, çəndə,
Xəyalimdan keçəndə,
Gözlərim yaş içində
Yolunu gözləyirəm.
Yazda güləndə lalə,
Töküləndə şəlalə,
Çəkərək fəryad, nalə
Yolunu gözləyirəm.
Ürəyim indi qanmiş, –
Ayriliq nə yamanmiş...
Qəlbim qapqara yanmiş,
Yolunu gözləyirəm.
Yadindami o anlar? –
Küsdün, barişmadin, yar!
Gəlsin yenə o aylar...
Yolunu gözləyirəm!
06.08.1968
Dostları ilə paylaş: |