Tofiq Huseynzade--seir--kitab 1111. indd



Yüklə 21,6 Mb.
Pdf görüntüsü
səhifə120/143
tarix04.07.2018
ölçüsü21,6 Mb.
#53181
1   ...   116   117   118   119   120   121   122   123   ...   143

Tofiq Məhəmməd oğlu Hüseynzadə

174


MƏNƏ  BUNLARI  GƏTİR

Dilbərim...

Gözəl yar, bu yaxinda

Çalinacaq bizim toy.

Günəş kimi nur saçan

Ürəyimi açim qoy!

Sən ki, gəlin gələndə, 

Arzularim güləndə,

Mən səndən istəmirəm

Cehiz adina heç nə. 

Mənə lazim da deyil

Ən böyük bir dəfinə.

Gələndə gətir mənə 

Şirin dil, xoş xasiyyət,

Səadət adli dünya,

Bir də böyük məhəbbət.

06.11.1968 

(«Vardenis» qəzetinin 25.02.1978-ci il 

tarixli sayında  dərc olunmuşdur.)

 

       




Xəyal cığırı – II cı̇ld

175


BİZ KİMİK?..

Ay elli, incisən də

Qanim yaman qaradir.

Məndən niyə soruşdun:

– De, rayonun haradir?

Xəritədə yurdumuz

Bircə yumruq boydadi,

Bütün xalqin adindan

Yazilmiş gözəl adi.

Bir ürəyi min yerə

Bölmək nəyə gərəkdir?

Hamimizin qəlbində

Döyünən – bir ürəkdir.

Hamimiz eyni qanli,

Hamimiz eyni dilli,

Dediyin quru kəlmə

Alçaldir bizim eli.

Düşsək vətəndən uzaq

Yurdumuzun yoluyuq,

Soruşsalar, deyərik:

Azərbaycan oğluyuq!

09.11.1968




Tofiq Məhəmməd oğlu Hüseynzadə

176


DAYAQ OL EŞQİMƏ

A xəstə könlümün böyük həkimi, 

Yaxşi bax, qorxuram hoylayar yaram.

Təzəcə day duran bir uşaq kimi

Sevda yollarinda ayaq açiram.

Dayaq ol eşqimə, əlimdən yapiş,

Qoy mən yixilmayim, nə də qorxmayim.

Həm yazda, həm yayda, payiz, həm də qiş,

Gündüz Günəşim ol, gecələr Ayim.

Sənin gül cismindir nurlu səhərim,

İsti nəfəsinlə ömrüm boy atsin.

Yeni arzularla xəyalim, fikrim,

Qoynunda oynayib, qəlbində yatsin.

Bircə dəqiqə də ayrilma məndən,

Qalaram anasiz bir uşaq kimi.

Ayrilsan, tökərsən saçlarima dən,

Qəlbim yazilmayib ağ varaq kimi.

Əlimi sən o vaxt, burax əlindən,

Eşqin mənasini tər-təmiz bilim.

Naz ilə qəlbimə dəyən dilindən

Küsməyim, mən sənin qədrini bilim.



Xəyal cığırı – II cı̇ld

177


Sevda dənizində batib, getməyək,

Üzək bu başindan o bir başina.

Yenə bir-birimizi ötüb, getməyək,

Çataq məhəbbətin gənclik yaşina.

O vaxt qovuşsa da Yer ilə göylər,

Bizi bir-birimizdən ayira bilməz.

Dağlari qar alir, solur güneylər,

Gənclik köçüb gedir, bir daha gəlməz.

1968 noyabr



Tofiq Məhəmməd oğlu Hüseynzadə

178


ŞAM VƏ MƏN

Gözəlim, şam ilə mənim nə fərqim?

Şam kimi od tutub, mən də yaniram.

Bəllidir sənə də bu yanar eşqim,

Sənin eşqin ilə alovlaniram.

Əlində alişqan gətirib bir vaxt,

Sevdali başimdan od vurdun yaman.

Mən susdum şam kimi, qoparmadim dad.

Qalxmadi üstümdən bir hisli duman.

Şam yanir, yandiqca əridir yaği,

Bu dərddən, nalədən alov yüksəlir.

Mən də əriyirəm şam kimi axi,

Səsim alovlardan, odlardan gəlir.

Şam yanir, yarimçiq keçmir yarida,

Özündən sonra da yaği od alir.

Şam kimi od tutsa, yansa kim harda,

Tarixdən tarixə böyük ad qalir.

Mən də od tutmuşam yanar şam kimi,

Qalacam aləmdə bir nişan kimi.

1968 noyabr




Xəyal cığırı – II cı̇ld

179


HƏSRƏT QALMIŞIQ

Səhərin gözləri dikilir hər gün,

Axşamin o, qərib üfüqlərinə.

Mənim nəzərlərim isə büsbütün,

Sənin xəyalinla uçur dərinə.

Günəş sizin yerdə dənizdə doğur,

Bizdə uca dağdan qalxir o, şahə. 

Sənin eşq gəmini göy Xəzər qovur,

Burda Şahdağ yanir naleyi-ahə.

Mənzillər nə uzaq, qəlblər nə yaxin,

Günəş nur ələyir dənizə, dağa.

Hər iki ünvanda eşq axin-axin,

Hansi səddlər qoyur bizə qadağa?..

Dilbərim, eşqində pərvanə kimi,

Yandim atəşinə, səndən arali.

Həsrətdən sizildar könlümün simi,

Qəmlini tərk etdin, qoydun yarali.

1968 noyabr

  



Tofiq Məhəmməd oğlu Hüseynzadə

180


CƏRƏYAN  NAQİLLƏRİ

Cərəyan naqilləri

Qoşa gedər hər yana,

Lampada birləşəndə

Nur çiləyir cahana.

Sənətimdə doğur, bax,

Açilmamiş bir səhər,

Cərəyan naqilindən

Biri arvad, biri ər.

Ah, nə gözəl, səmimi,

Atib qüssəni, qəmi

Hər evə girər qoşa,

Hər evdən çixar qoşa.

Uşaq adli lampaya

İkisi axar qoşa.

Təhlükə də gözləyir

Naqilləri hər saat,

Yaşayirlar necə ki,

Ailədə ər-arvad.

Naqillər yanmamaqçün

Arali olsun gərək,

Dəysələr bir-birinə

Yarali olsun gərək.

Bəzən, gələndə yeri

Bir-birinə dolanar,

Üzündə pərdə olsa

Nə alişar, nə yanar.

14.11.1968




Xəyal cığırı – II cı̇ld

181


HƏR ŞEY AZADLIQ SEVİR

Bekarliqdan, nədənmi?

Yoxsa əyləncədənmi?

Gücümlə, qüvvətimlə

Sixiram dilsiz yayi?

Öyünüb, yaxşi iş tək

Salmişam hay-harayi.

Yay dözür sixliğina,

Sixildiqca sixiram.

Çatir sonuncu sixliq,

Gülürəm aram-aram.

Yadima gəlməyir ki, 

Səbir çatibdir sona.

Cansiz, dilsiz bu yay da

Dözməz belə divana.

Gücünü toplayir yay,

Açilaraq taybatay, 

Məni, birdən qəzəblə

İtələyib, yixir o, 

Atilaraq əlimdən 

Azadliğa çixir o.

Bir baxiram o yaya, 

Bir baxiram özümə. 

Hər şey qaranliq gəlir

Təbiətdə gözümə.

Peşman-peşman yerimdən

Mən qalxiram bir təhər.

Düşünürəm: «Dünyada




Yüklə 21,6 Mb.

Dostları ilə paylaş:
1   ...   116   117   118   119   120   121   122   123   ...   143




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə