Xəyal cığırı – II cı̇ld
241
ÇAL! YENƏ ÇAL!..
(Kamança ustadi Habil Əliyevə)
Habil! Kamaninin telinə qurban,
Əlində dil açdi lal qərinələr.
Of!.. dedi, başimda saf düşüncələr,
Kamani yaniqli çaldiğin zaman.
Kaman kaman deyil, elə bilirəm,
Keçmiş nəsillərin dərd çəkənidir.
Qəlbimi titrədən, ağladan nədir?
Mən nə sevinirəm, nə də gülürəm.
Kaman düşündürür, kaman yandirir,
Duyuram min əsrin şikayətini,
Duyuram ellərin hər dəhşətini,
Kaman varliğimi alovlandirir…
Sən çal! Sən çaldiqca, dinlədikcə mən,
Bütün təbiətim keçirir sükut,
Xəyali küsdürən hər həzin nəğmən
Elə bil, başimda bir ağir bulud.
Çal! Çal!...
yenə çal!
Çaldiqca çal!
Bəmdən zilə qaldir,
Zildən bəmə endir,
ruhumu dindir.
Tofiq Məhəmməd oğlu Hüseynzadə
242
Keçmiş dilə gəlsin,
Keçmiş telə gəlsin,
Gözlərdən yaş ələnsin,
Damcilar gilələnsin.
Zildən bəmə endir,
bəmdən zilə qaldir.
Arsiz gülənləri,
mey içib ölənləri
yuxudan qaldir.
Çal! Çal!..
Sən çaldiqca,
Ucaldiqca, alçaldiqca
telin sesi,
söz pərisi
vəcdə gəlir.
Şeir qəlbim silkələnir,
sellər kimi aşir
– daşir,
Eşitdiyim qəm səsləri
beyinimdə guruldaşir.
Söz eşqimə, ilhamima
ağ lələkli qanad gəlir,
həyat gəlir.
Bu dəfəki ilhamimi,
söz dünyami
yana-yana,
Qələmimin gücü qədər
verəcəyəm tək kamana:
Xəyal cığırı – II cı̇ld
243
Tel telə dəyəndə hər titrəyişi
Necə də ağlatdi. Ağladi kaman,
Açib, söylədikcə ağir keçmişi
Gülər könülləri oxladi kaman.
Nə ağir keçibdir iztirab, nalə,
Gözlərdən süzülüb yaş gilə-gilə.
Yaniqli-yaniqli gələndə dilə
Yolçunu yolundan saxladi kaman.
Ağlar könül kimi titrədi simi,
Bir dərdi ağladi zili və bəmi,
Cəhənnəm közündə qizan mil kimi
Qəlbimi çal-çarpaz dağladi kaman.
26.12.1968
Tofiq Məhəmməd oğlu Hüseynzadə
244
DEMƏDİM Kİ…
Ürəyimin üstündən
Sənə yol verəndə mən,
Dedim ki, hər addimin
Ürəyimlə titrəsin,
Hər addimin, özündə
Mənə həyat gətirsin.
Demədim ki, düşmənin
Girərək sol qoluna,
Keçəydin sinəm üstə,
Ömrüm qalaydi xəstə,
Qəm-qüssəni verəydin
Şeir-sənət oğluna.
09.02.1969
Xəyal cığırı – II cı̇ld
245
SƏYAHƏT
Heraklit dedi ki, sonsuzdur həyat,
Berkeli dünyani şüurda gördü,
Hegeli ideya yaşatdi hər vaxt,
Feyerbax materiya – deyərək, durdu.
Neçə filosoflar, neçə nəzəriyyə
Danişdi dünyanin əzəl-axirini,
Təriflər çox oldu yerə və göyə,
Hər biri yaşatdi öz qərarini.
Yarisi dedi ki, sonsuzdur həyat,
Yarisi cahani bir sonda gördü,
Yarimçiq nəzəriyyə verən, o saat
Ağilli söylənmiş fikri götürdü.
Mən də düşünürəm… görəsən aləm
Bir sonda yaranmiş, ya sonsuzluqda?..
Sükuta qərq olmuş xəyal və qələm,
Düşünçə başimdan tamam uzaqda.
Bu fikir, xəyalla deyirəm, özüm
Xəyalla seyr edim bütün aləmi,
Xəyalla hər yeri dolanim, gəzim,
Yox edim başimdan mübahisəmi.
Tofiq Məhəmməd oğlu Hüseynzadə
246
Yollar ilim-ilim olsa da yenə,
Dolandim min dəfə Yer kürəsini,
Eşitdim hər şeydən mən dönə-dönə
«Yüksəliş!» səsini, «həyat!» səsini.
Əməldə dönüşlər, arzular sonsuz,
Yeni çertyojlar, diaqrammalar,
Hər adi kəlmədə bir sonsuzluq var,
Hər şey sonsuzluğa olubdu məxsus.
Əlimdə qələmim… bu dəmlər elə
Gəlir xəyalima bir sari sünbül,
(Bu, sari sünbülü tez bilə-bilə
Gətirdi gözümün önünə könül).
Torpağa atilmiş bir taxil dəni
Bu gün boy qaldirib, bir sünbül olmuş,
Yaşadib özündə böyük aləmi,
Otuz-qirxa çatib, sünbülə dolmuş.
Otuz-qirx dəni də təzədən əksək,
Hər dəndən yenə də eyni say çixar.
Alinmiş dəni də torpağa töksək,
Hər dəndə yenə də bir yüksəliş var.
Təkrarla eyləsək, gör bircə dənin
Sayi gedib, çixir bir sonsuzluğa,
Bir dənin sayini hesablamağa
Çatmaz qüdrəti də kağiz-qələmin.
Xəyal cığırı – II cı̇ld
247
Xəyaldan ayrildim…
İndi bilmişəm
Həyat sonsuz imiş arzular kimi,
Heraklit dediyi fikrə gəlmişəm,
Əsirəm, çoşuram gur sular kimi.
Deyirəm: Sonsuzdur, sonsuzdur həyat,
Sonsuzluq yaşatmiş həyati hər vaxt.
09.02.1969
Tofiq Məhəmməd oğlu Hüseynzadə
248
DOYMARAM MƏN
Varliğimda el adəti,
İnsan, həyat məhəbbəti!
Namus, vicdan, həqiqəti
Quru yerdə qoymaram mən.
Yad olsam da o millətə,
Vicdanimi atib itə,
Nəsimini tikə-tikə
Dirnağindan soymaram mən.
El qədrini bilməyəni,
Sevinməyən, gülməyəni
Vətən! – deyib, ölməyəni
Ürəyimə qoymaram mən.
Aylar keçib, il aşsam da,
Əsrləri dolaşsam da,
Zaman-zaman yaşasam da
Yaşamaqdan doymaram mən.
10.02.1969
Dostları ilə paylaş: |