Tofiq Məhəmməd oğlu Hüseynzadə
224
Bir zaman da gələcək, hələ olmamiş nəsil
Mənim kimi əlinə alaraq cansiz şəkil
Bu günkü mərd insanin surətinə baxacaq,
Ürəyinin səsini gözlərinə taxacaq.
Şəkil nə yaxşi şeydir, yaşadir canlilari,
Yaşadir ölüb, gedən yaranmiş insanlari.
21.12.1968
Xəyal cığırı – II cı̇ld
225
SULAR BELƏ AXIR
Dağlari dələr,
qaynayib, gələr,
aşar dərələrə,
gedər çöllərə,
həyatin ilk arzusu –
su.
O da tərs adam kimi
Tərs ilə tərs danişar,
Sildirimli qayada
Hay salib, əsər-coşar.
Dərələrə düşəndə –
Enişlərdən bərk axar,
Qabağina keçsə daş
At kimi şahə qalxar.
Düzənlikdən keçəndə
Nə hay salar, nə haray,
Sakitliklər içində
Düzənliyə olar tay.
Dərinliyə çatanda
Tərsliyini atar o,
Sakit bir quzu kimi
Çökəklikdə yatar o.
21.12.1968
Tofiq Məhəmməd oğlu Hüseynzadə
226
OLSUN
Yar odur ki, zaman-zaman
Yar qədrini bilən olsun,
Ayriliğa çəkib aman
Göz yaşini silən olsun.
Dil oxşasin şəkər-qəndə,
Yar könlünü salsin bəndə,
Naz eyləyib küsəndə də,
Tez insafa gələn olsun.
Gəl, ey Qəmli! Çəkmə nalə,
Sevinclərə qalib hələ.
Can qurban et o gözələ,
Qəm dağidib, gülən olsun.
21.12.1968
Xəyal cığırı – II cı̇ld
227
O, MƏNİM ANAMDIR
Hər vaxt həsrətimi çəkib, daşiyan,
Mənim varliğimla gülüb, yaşayan,
O, kimdir?
O, mənim anamdir.
Zəhməti, hünəri mənə sevdirən,
Halal çörəyimi əlimə verən,
O, kimdir?
O, mənim anamdir.
Həyat yollarina gözümü açan,
Adimla sevinib, quş kimi uçan,
O, kimdir?
O, mənim anamdir.
Ömrümə əbədi keşikçi duran,
Yastiğa baş qoysam, nalə qoparan,
O, kimdir?
O, mənim anamdir.
Ömrümə səadət, şadliq diləyən,
Belini ömrümün yolunda əyən,
O, kimdir?
O, mənim anamdir.
Mənə ilham verən, şeir qandiran,
Məni nəğmələrə qanadlandiran,
O, kimdir?
O, mənim anamdir. 21.12.1968
Tofiq Məhəmməd oğlu Hüseynzadə
228
MƏHƏBBƏT OLMASAYDI
Könül, nə gəldin dilə,
Yuxusuz ilham ilə
Taki qalib səhərə
Şeir deməzdin; Şerə
Məhəbbət olmasaydi.
Ayriliğin fəryadi,
«Leyli-Məcnun»un adi
Yayilib hər bir elə,
Düşməzdi dildən-dilə
Məhəbbət olmasaydi.
Unudulsa əhdimiz,
Olmazdi qiymətimiz,
Bir dilbərin eşqinə,
Anamiza, Vətənə
Məhəbbət olmasaydi.
21.12.1968
Xəyal cığırı – II cı̇ld
229
ŞƏKİL, İNSAN VƏ ZAMAN
Ulu Tanri – Böyük adi!
Adi, sani nə ucadi!!!
Onun yalniz bircə ani
Yeri, göyü, kəhkəşani,
Cansizlari, canlilari,
Məkan, zaman, insanlari
Tək yoxluqdan var elədi,
Hər şey yoxdan cana gəldi...
Ömrümüzə məna qatdi
Hər bir şeydən böyük zaman,
Əbədi yox, sonsuzluğa
Bir nağilçi oldu insan.
Beşcə günlük ömür tapdi
Əfsanəvi xəyal kimi,
Köçüb, getdi bu dünyadan
Dil açmayan bir lal kimi.
İnsan öldü, surətini
Bəxşiş verdi nəsillərə,
Şəkil qaldi təbiətdə
Nəhs aylara, nəhs illərə.
Hər şəkilə düşən insan
Yaşayibdi zaman-zaman
Nəhs aylarda, nəhs illərdə,
Kağizlarda, şəkillərdə.
Ölüm nədir? Bilmədi o,
Yarandisa ölmədi o.
Tofiq Məhəmməd oğlu Hüseynzadə
230
Ürəyimin təbiətlə
Vardir böyük bir davasi –
Zamana bax! Kağiz qədər
Qalibdimi gör vəfasi?..
22.12.1968
Xəyal cığırı – II cı̇ld
231
NƏNƏMİN GÜLÜ
Bir səhər bağçamizda
Gördüm, anam gül əkir,
Arabir də gözləri
Bir nöqtədə yol çəkir.
Dinib dərdlilər kimi
Gözlərinə doldu yaş,
Dərin bir köks ötürüb,
Söz açdi yavaş-yavaş.
Dedi: – Oğul! Bu gülü
Anam vermişdi mənə,
Toxumunu verəndə
Tapşirdi dönə-dönə:
– Qizim! Bu gülü məndən
Saxla canli yadigar,
Bu güldə analiğin
Ana qədər ətri var.
Anam silib gözünü,
Qurtaranda sözünü,
Dolandi gözlərimdə
Gələn min-min əsrlər...
Dolandi gözlərimdə
Anam əkdiyi gülü,
Siğal çəkib boyuna,
Öz qizina, oğluna
Bəxşiş verən nəsillər…
23.12.1968
Tofiq Məhəmməd oğlu Hüseynzadə
232
İNSAN ÖMRÜ
Anlardan qorxuram,
saatlar dolur,
Günlərdən qorxuram,
həftələr olur...
Aylarin kefləri
durulmuş kimi,
İllər qanadlanib,
gedir quş kimi.
Əsrlər ardinca
gəlir əsrlər,
Dəyişir nəsillər,
ötür nəsillər.
Həyat yerindədir,
torpaq yerində,
Həyatin sirrləri
qalir dərində.
İnsan bulaq kimi
qaynayir, batir,
Beş gün yaşayirsa,
əbədi yatir.
Mənim varliğimi
bir üsyan didir,
Ürək sözlərimi
desəm yeridir:
«Dünyada milyon il
yaşasaq yenə,
Elə bil, yarandiq
tək bircə günə!!!»
23.12.1968
Dostları ilə paylaş: |