Tofiq Huseynzade--seir--kitab 1111. indd



Yüklə 21,6 Mb.
Pdf görüntüsü
səhifə122/143
tarix04.07.2018
ölçüsü21,6 Mb.
#53181
1   ...   118   119   120   121   122   123   124   125   ...   143

Tofiq Məhəmməd oğlu Hüseynzadə

192


TELLƏRİN

Yar, həsrətin bilirsənmi nədədir?..

Yaman tez-tez düşür yada tellərin.

Çox gözəllik gəlib, keçib-gedəndir,

Gözəl oldu bu dünyada tellərin.

Dəstə tutub, qorxa-qorxa hörmüşəm,

Qüdrətini gözlərimlə görmüşəm.

İlk eşqimi mən ki ona vermişəm,

Şeir yazdim, çatdi dada tellərin.

Xəyalimda üz-gözümə toxundu,

Bir telində min bir dünya oxundu.

Şair oldum, bilirəm ki, mən indi,

İlham verdi, tək bu ada tellərin.

21.11.1968




Xəyal cığırı – II cı̇ld

193


GÖRÜM

Dəli könül! Yenə eşqə gəlmisən,

Aç dərdini, söylə görüm, yaz görüm.

Vaxt olub ki, ağlamisan, gülmüsən,

İlhamini eylə bəyan tez, görüm.

Dağlara min yaraşiqdir göy meşə,

Ətir saçir çölə nərgiz, bənövşə.

Dəstə tutub, gül bağlayib, yar, döşə,

Fəsilləri mən bu yerdə yaz görüm.

Azad oldu könüllərə bu cahan,

Dünya qədər ömr etmədi niyə can?..

Fikr etməsin insan oğlu bircə an,

Bacilari, qardaşlari saz görüm.

Hörükləri bulud kimi düzülsün,

Qara gözlər xumar-xumar süzülsün,

Bir baxişda neçə canlar üzülsün,

Gözəllərin yerişində naz görüm.

Bir kəlməmiz bir şeiri andirir,

Saf eşqimiz yadlari da yandirir,

Bülbül dilim gör nələri qandirir, – 

Şeir deməyən eloğlunu az görüm.



Tofiq Məhəmməd oğlu Hüseynzadə

194


Sinədəftər qoşma dedi Ələsgər, 

Yazdi nələr Vurğun kimi sənətkar,

Min il keçsə, dəyişsə də çox qərar,

Belə qoşma, belə nəğmə, söz görüm.

21.11.1968



Xəyal cığırı – II cı̇ld

195


YAR EDƏCƏKDİR

Qəlbimə min ilham, ruha dad verən,

Aşiqə naz edib, ah, fəryad verən,

Eşqimə sevgi tək gözəl ad verən,

Həmişə könlümü yar edəcəkdir.

Ömrümü bağladim kamanda telə,

Neçə nəğmə qoşdum bülbülə, gülə.

Mənim dilim ilə deyin gözələ,

Bu nazla ömrümü zar edəcəkdir.

Aradim, axtardim vəfali dilbər,

Düşdü səhralarda eşqim dərbədər,

Mənim varliğimi sökən bu kədər,

Onun da adini xar edəcəkdir.

Əyər ki, gizlicə atsa eşqini,

Məndən iraqlara satsa eşqini,

Sonra zəhrimara qatsa eşqini,

Üzümə baxmağa ar edəcəkdir.

Əsir sərin-sərin səhərlər külək.

Eşqim bu yerdəcə çağlasin gərək,

Qəmlinin eşqini sevən bir ürək

Sirrini aləmə car edəcəkdir.

22.11.1968




Tofiq Məhəmməd oğlu Hüseynzadə

196


GƏLİBDİR

Bu sadə şeirim, bu sadə misram,

Sənin həsrətinlə dilə gəlibdir.

Qoca təbiətə qulaq asiram,

Bülbülün naləsi gülə gəlibdir.

Bəyaz camalina – nurlu Ay, dedim,

Axitdin göz yaşi, – dəli çay, dedim,

Bu sevən könlümə səni tay, dedim,

Yadima çox yeni nalə gəlibdir.

Sən məni unutdun, atdin dünyada,

Açmadim dərdimi nə dosta, yada,

Ağladim, ah çəkdim həddən ziyada,

Yenə göz yaşlarim selə gəlibdir.

Deyərdin sən bir vaxt «segah» çal, bari,

Alardim sinəmə sədəfli tari,

Nə oldu bu səsdən sən düşdün ayri?

Fəryadim yenə də telə gəlibdir.

Çox sadə şeirim, çox sadə nəğməm,

Sənin surətindən söz açir hər dəm,

Sən mənə nə yaman eylədin sitəm?

Bəlkə də taleyim belə gəlibdir.

22.11.1968




Xəyal cığırı – II cı̇ld

197


DÜNYA VƏFASIZDIR

Dünyaya etibar qilma heç zaman,

Çaliş ki, ömrünü keçir firavan.

Vaxt gəlsə, mən ölüb, getsəm də cavan,

Bu sözüm sənətə bir yadigardir.

Bülbül tərk edərmi görün, çəməni,

Necə unudacaq dilbərim məni?

Əyər yaşadirsa sevən-sevəni,

Belə ömr edənlər nə bəxtiyardir.

Qalmasin yarimçiq bir şerim, sözüm,

Yeni sətirlərə incilər düzüm.

Böyük gələcəkdə qalibdir gözüm,

Qəmliyəm, taleyim bu eşqə yardir.

22.11.1968




Tofiq Məhəmməd oğlu Hüseynzadə

198


MƏN Kİ SƏNİ SEVDİM...

Ya bir nurlu səhər, ya Ayli axşam

Arxanca sürünüb yalvarmamişam.

Mən ki səni sevdim, dedim eşqimiz

Kölgə tək sürünüb yel tək əsməsin.

Vüqarla yaşayaq, əyilməyək biz,

Böyük dastan kimi, qoy ellər desin:

Sevginin qədrini bilən var olsun.

Yaşasin hər zaman, bəxtiyar olsun!

22.11.1968




Xəyal cığırı – II cı̇ld

199


YURDUMUN GÖZƏLİNƏ 

İstədim adina bir nəğmə qoşum,

Könlüm «ilham ilə dastan yaz!», – dedi.

Belə gözəllikdən dağildi huşum,

Qələmi alanda yenə də dindi,

Könlüm «ilham ilə dastan yaz!», – dedi.

Səni bənzədimmi dağda marala,

Çəməndə laləyə, düzdə ceyrana?

Sevda könüllərini azca yarala,

Gözəl yaranmisan böyük cahana,

Çəməndə laləyə, düzdə ceyrana.

O, təmiz andina, təmiz eşqinə,

Vəfali yarandin əzəldən bəri.

İlqarin hər şeydən əzizdir yenə,

Ey könül dilbəri, könül dilbəri,

Vəfali yarandin əzəldən bəri.

Şirinin eşqinə Fərhad yardi dağ,

Məcnunu çöllərə saldi Leylisi.

Əzəldən gözəldir bu, ana torpaq,

Gözəldir şöhrəti, eşqi, naləsi...

Məcnunu çöllərə saldi Leylisi.

Danişir ən böyük tarixçi zaman,

Andimiz, eşqimiz, yaranmiş təmiz.

Təmiz ürəyimiz sayilmiş Quran,




Yüklə 21,6 Mb.

Dostları ilə paylaş:
1   ...   118   119   120   121   122   123   124   125   ...   143




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə