Tofiq Huseynzade--seir--kitab 1111. indd



Yüklə 21,6 Mb.
Pdf görüntüsü
səhifə119/143
tarix04.07.2018
ölçüsü21,6 Mb.
#53181
1   ...   115   116   117   118   119   120   121   122   ...   143

Tofiq Məhəmməd oğlu Hüseynzadə

166


KİRPİKLƏRİN

Yerişin şux ceyran, camalin bir Ay,

Yanağin qizilgül, qaşlarindi yay.

Səni bir gözələ mən eyləsəm tay,

Batar ürəyimə ox kirpiklərin.

Məni dindirəndə şəkərdi dilin,

Durur tamaşana hər qiz, hər gəlin.

Həsrəti yamandir o, siyah telin,

Başqa bir gözəldə yox kirpiklərin.

Bu zəngin kamali aldinmi yazdan?

Qəmli vurğun olub, yazdi bir dastan.

Həm qaşdan, həm gözdən, həm də bu nazdan,

Məni Məcnun etmiş çox kirpiklərin.

04.11.1968




Xəyal cığırı – II cı̇ld

167


QAŞIN

Sənə demədimmi, a xumar gözlüm,

Oxdur kirpiklərin, kamandir qaşin.

Sənin hər baxişin – söhbətim, sözüm,

Bu dünya bir yana, bir yandi qaşin.

 

O gün ki, sallana-sallana gəldin, 



Elə bil, bağrimin başini dəldin.

İşarə etməmiş sən yaxşi bildin,

Vüsal yollarinda amandi qaşin.

Bülbüllər bağbanin bağina girsin,

Eşqin, qoy ruhuma ilham gətirsin.

Hər dəm sinamişam, tutanda hirsin,

Elə bil, şaxtali borandi qaşin.

Hər sözdə səninlə eşqə gəlirəm, 

Tərlantək gah enib, gah yüksəlirəm.

Səni küsdürəndə, yaxşi bilirəm, 

Mən eşqə günahkar, divandi qaşin.

Mən eşqə sadiqəm, bilir ki, hami,

Mey ilə, şərbətlə tez doldur cami. 

Çəkilir, dartilir, alir canimi, 

Canimi almaqda yamandi qaşin.

04.11.1968




Tofiq Məhəmməd oğlu Hüseynzadə

168


ANA QƏLBİ

Deyirlər, dünyada nə canli varsa,

Bircə, ana qəlbi yaranmayib daş.

Anadan övladi fələk aparsa, 

Hər canli, bir qayda, qoparar təlaş.

Bu gün ovçu kimi əlimdə tüfəng

Dağlarin başina çixmişdim ova,

Ovçuluq eşqinə bir həvəskar tək 

Bir tərlan qaçirtdim mən qova-qova.

Əli başda qalar özünü öyən,

Bir ovçu olmayib, şikarsiz qaldim.

İllərlə xətrinə bir kəs dəyməyən,

Bir daşi daş altdan nişana aldim.

Qopdu öz yerindən o, daş parçasi, 

Burula-burula endi dərəyə.

Bu zaman fikrimin başqa dünyasi 

Saldi naləsini yerə və göyə.

O daşa söykənmiş bir dilsiz qaya

Tərpəndi yerindən ardinca onun.

(Varmi təbiətdə söylə, a dünya,

Anani baladan ayiran qanun?..)



Xəyal cığırı – II cı̇ld

169


Dolandi başimda fikrim, xəyalim,

Dedim, cansizliqda qüvvətə bir bax!

Ömrə xain kimi dəyişdi halim,

Elə bil, başima ələndi torpaq.

O daşin dalinca yuvarlanaraq

Qaya nalə çəkdi bir canli kimi,

Örtüldü qəlbimdən yeni bir varaq,

Ömrüm əsir düşmüş fəqanli kimi.

Deyirəm,  dünyada hər nə ki, varsa,

Bircə ana qəlbi yaranmayib daş.

Hər cansiz daşi da güllə qoparsa, 

Hər cansiz qaya da qoparar təlaş.

04.11.1968



Tofiq Məhəmməd oğlu Hüseynzadə

170


ƏGƏR MƏN OLSAYDIM...

Əgər mən olsaydim axan şəlalə,

Qizlarin başinda hörük olardim.

Əgər mən olsaydim bənövşə, lalə, 

Ağlar könüllərə axib, dolardim.

Əgər mən olsaydim qaranliq gecə, 

Məhəbbət yurduna nur çiləyərdim.

Əgər mən olsaydim güllərdən incə, 

Hər qəlbə, ürəyə tez yeriyərdim.

Əgər mən olsaydim ən böyük varliq, 

Kəsərdim dünyadan dava səsini.

Hamiya verərdim bir bəxtiyarliq,

Nura qərq edərdim Yer kürəsini.

04.11.1968




Xəyal cığırı – II cı̇ld

171


SÖYLƏ

Ay qələm qaşli gözəl,

Ay gözü yaşli gözəl...

Yadindami o vaxtlar?..

Danişib xumar-xumar,

Bəzən, məndən utanib,

Bəzən, çox sözü danib,

Endirərək başini,

Çəkib qara qaşini, 

–  Beləydi səndə qayda.

Deyərdin ki, bu yayda 

Bizə nişan gələcək,

Eşqim, ruhum güləcək.

Taxacaqlar boynuma 

Brilliant boyunbaği, 

Barmağimda üzüklər, 

Bir xəzinə sayaği. 

Biçəcəklər üstümdə 

Dəst-dəst yüz gözəl paltar,

Bu, şan-şöhrət içində 

Olacağam bəxtiyar.

Ay şan-şöhrət yolçusu, 

Ay könüllər arzusu, 

Söylə, nişan gəldimi?

Ruhun heç yüksəldimi?

Arzun çatdimi başa?

Batdinmi al qumaşa?



Tofiq Məhəmməd oğlu Hüseynzadə

172


Söylə, yoxsa təzədən 

Başqa nişan gələcək? 

Başqa bir xəzinədar 

Eşqin ilə öləcək?..

Mən şöhrətsiz bir insan, 

Hər sözüm çiçək-çiçək.

Şan-şöhrət yox, düşün ki,

Ömrüm nə vaxt güləcək?!. 

04.11.1968



Xəyal cığırı – II cı̇ld

173


EH... QADIN XİLQƏTİ

Eh… qadin xilqəti, qadin xilqəti,

Siz niyə sevdiniz şani-şöhrəti?!

Min, milyon gövhərə bərabər insan

Sizin əlinizlə verildi qurban.

Namusu, qeyrəti hara atdiniz?..

Bir insan ömrünü pula satdiniz.

Neçə oğullari saldiniz taxtdan,

Yenə doymadiniz çirkin həyatdan.

Bir təmiz ürəyi… kasib olsa da, 

Varlinin yaninda qul eylədiniz.

Qul olub şöhrətə, qul olub ada,

Yüz insan ömrünü pul eylədiniz.

Mən sizə ad versəm «şöhrət» deyərdim,

«Xəyanət» deyərdim, «nifrət» deyərdim.

Mən sizdən, ölümdən betər qorxuram,

Yenə sizildayir, açilir yaram.

Ölüm də qorxuda bilmədi sizi,

Öldürə bilmədi əməlinizi.

Bəlkə, bu sözüm də yazilmiş hədər,

Azaciq yazsam da, bəsdir bu qədər.

Eh… qadin xilqəti, qadin xilqəti,

Siz niyə sevdiniz şani, şöhrəti?!

04.11.1968




Yüklə 21,6 Mb.

Dostları ilə paylaş:
1   ...   115   116   117   118   119   120   121   122   ...   143




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə