Tofiq Huseynzade--seir--kitab 1111. indd



Yüklə 21,6 Mb.
Pdf görüntüsü
səhifə121/143
tarix04.07.2018
ölçüsü21,6 Mb.
#53181
1   ...   117   118   119   120   121   122   123   124   ...   143

Tofiq Məhəmməd oğlu Hüseynzadə

182


Hər şey azadliq istər!»

İstəməz canli, cansiz

Sixila yumruqlarda.

Bütün Yer kürəsində,

Hər yerdə, hər diyarda,

Nə vaxt ki, sixilanlar

Çatacaq son səbrinə, 

Baxmayacaq azadliq

Şahin, xanin əmrinə,

Milyonerin əmrinə!!!

14.11.1968



Xəyal cığırı – II cı̇ld

183


SEVGİ SÖZÜ

Sevgi – gözəl kəlmədir,

Yaqut kimi, inci tək.

Qanadlanar bu sözdə

Min arzu, min bir istək.

Sevgi – gözəl dünyadir,

Ulduz kimi, Ay kimi.

Bənzədirəm Günəşə 

Qəlbimdəki sevgini.

Sevgi – necə zərifdir,

Çiçəkdəki tel kimi.

Ömrün bahar çağinda

Ətir saçir gül kimi.

Sevgi – necə gözəldir,

Ayrilmayir ürəkdən.

Sevgimə and içmişəm

Artiq duzdan, çörəkdən.

20.11.1968




Tofiq Məhəmməd oğlu Hüseynzadə

184


XƏBƏR VAR

O, şux qədəminlə çixsan çəmənə

Xəbər ver mənə.

Öpsün ayağimizi çiçəklər bizim

Nə qəm, əzizim.

Dağlar buludlarla durub baş-başa,

Etsin tamaşa.

Seyr edək aləmi açiq ürəklə,

Şirin diləklə.

Bizi salamlasin qoca kainat

Ruhum olsun şad.

Qalmasin ürəkdə bir dərd, bir kədər

Bir zərrə qədər.

Gözəlim, unutma, çixsan çəmənə 

Xəbər ver mənə.

20.11.1968




Xəyal cığırı – II cı̇ld

185


BİR ANLIQ XƏYAL

Saniyələr ötüşür...

Ömür qocalir bir az.

Saçlarima dən düşür,

Danişsam, heç pis olmaz.

Yamanca az qananlar

Bilmir ki, saniyədə,

Bilmir ki, bircə anda

Necə böyük qüvvə var?..

Hər saniyə deyilmi,

İnsana yaş artiran?!

Necə, damci deyilmi

Dəniz dalğalandiran?!

Saniyələr ötüşür...

Neçə könül sevilir,

Neçə könül öpüşür,

Min yeni sevda gəlir.

Saniyələr ötüşür...

Kimi sevda dəmində,

Kimi könül qəmində.

Saniyələr ötüşür...

Ürəyimə od düşür.

Dünya dərinlik qədər

Dərin fikrə dalmişam.

Fikir, xəyal içində,

Qəm-qüssədə qalmişam.




Tofiq Məhəmməd oğlu Hüseynzadə

186


Dərindən bir çəkib, ah!

Fikirlər varaq-varaq...

Deyirəm ki, ay Allah,

Əzəmətə, gücə bax.

Dünyaya bu saniyə

Gəlir başqa bir nəsil.

Dünyadan bu saniyə 

Gedir başqa bir nəsil.

20.11.1968



Xəyal cığırı – II cı̇ld

187


BİLİRSƏNMİ?

   


Bilirsənmi, zülfünə

Necə həsrət çəkirəm?

Bağçamizda adina

Bir qizilgül əkirəm.

Deyirəm ki, yaxinda

Bizə gəlin gələydin,

Dağidaraq zülfünü,

Qizilgülü dərəydin.

20.11.1968



Tofiq Məhəmməd oğlu Hüseynzadə

188


GÜLMƏYƏCƏKDİR

Dünyada hər bir şey ölüb, getsə də, 

Həqiqət heç zaman ölməyəcəkdir.

Vətəni canindan artiq sevməyən

Min il yaşasa da, gülməyəcəkdir.

İşiqli yollari bürüsə duman,

Ağilli insana bu, gəlməz güman.

Bu, geniş cahana gözünü yuman

Bir gülün qədrini bilməyəcəkdir.

Dünyani səyyar tək gəzib dolansan,

Vara nifrət edən tapilmaz asan.

Şöhrətə qul olan, satilan insan 

Payini qardaşla bölməyəcəkdir.

Ömür nə şirindir, şirindən şirin,

Bəlkə də eşqidir bir al səhərin.

Ömür mənasini lap dərin-dərin

Düşünün. O, bir də gəlməyəcəkdir.

Çaliş, el içində eşq ilə yüksəl,

Vəfasiz dilbərə könül açma gəl.

Ey Qəmli, üstünü alsa da əcəl

Axan göz yaşini silməyəcəkdir.

21.11.1968




Xəyal cığırı – II cı̇ld

189


MƏHƏBBƏT OLMAYANDA

Al güllərin eşqinə 

Boran nədir, tufan nə...

Könül, mənə qulaq as,

Bülbül nəğmə oxumaz

Məhəbbət olmayanda.

Çoxda ki, mən insanam...

Eşq oduna yanmasam,

Olmaz ömrün qiyməti!

Sevmərəm məhəbbəti,

Məhəbbət olmayanda.

Bircə sətir yazmağa, 

Yazib-yazib pozmağa, 

Lazim deyil şöhrət, şan.

Yazilmaz bircə dastan

Məhəbbət olmayanda.

21.11.1968



Tofiq Məhəmməd oğlu Hüseynzadə

190


DÜŞÜNDÜKCƏ MƏN

Ömrün son gününü düşündükcə mən,

Gen dünya başima yaman daralir.

Günəş boylanirsa yenə üfüqdən,

Şəfəqlər yox olur, gözüm qaralir.

Yaşayan olarmi həyatda gerçək,

Ömür əmanətdir, gəlib, gedəcək.

Yaşamaq eşqilə açan hər çiçək

Torpağa düşərək, solur, saralir.

Həyatdan heç zaman ummayin vəfa,

Özünə tikanla qurmuşdur yuva.

Gün keçir. Nədəndir, dəyişir hava,

Çiçəkli dağlari boran, qar alir?!

21.11.1968




Xəyal cığırı – II cı̇ld

191


GƏLMİŞƏM

Dostlar, qulaq asin, təbiət gülür,

Göydən üstümüzə nurlar tökülür,

Millət öz payini millətlə bölür,

Görün, necə gözəl elə gəlmişəm.

Duyduqca bu yeri, sinəmdə ürək,

Bəzənir al-əlvan bir asiman tək,

Uzanib çəmənə, dayanaraq tək,

Ötən bülbül kimi dilə gəlmişəm.

Günəş salam verir qoca torpağa,

Ürəyim böyüyüb, dönür bir dağa,

Qəmliyəm, hünərdən dastan yazmağa,

Muğana gəlmişəm, Milə gəlmişəm.

21.11.1968




Yüklə 21,6 Mb.

Dostları ilə paylaş:
1   ...   117   118   119   120   121   122   123   124   ...   143




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə