Tofiq Huseynzade--seir--kitab 1111. indd



Yüklə 21,6 Mb.
Pdf görüntüsü
səhifə129/143
tarix04.07.2018
ölçüsü21,6 Mb.
#53181
1   ...   125   126   127   128   129   130   131   132   ...   143

Xəyal cığırı – II cı̇ld

249


MƏHƏBBƏT QUŞU

Görüşəndə biz,

Təmiz eşqimiz

Qanadli quş tək

Nəğmə deyərək,

Sevir aləmi.

Atiriq qəmi.

Ömrümüz gülür,

Nurlar tökülür.

Ayrilanda biz, 

Təmiz eşqimiz

Qanadli quş tək 

Uçub, gedərək,

Yaradir həsrət,

Əzab, əziyyət.

Can atiriq biz

Görüşməyə tez.

10.02.1969




Tofiq Məhəmməd oğlu Hüseynzadə

250


ƏGƏR Kİ, OLMASAYDI

Gözəlim! Bir söylə ki,

Dinlə, deyim, beylə ki,

Ulduzlar olmasaydi,

Üzündəki xallara

Söylə, nə ad verərdim?

Şirin dil olmasaydi,

Verilmiş suallara, 

Axi, nə dad verərdim?

Olmasaydi çəmənzar,

Ətrin oxşayar nəyə?

Baxişindaki gülzar

Dönər bir əfsanəyə.

Saçlarina demişəm, –  

Zil qaranliq gecədir,

Qaşlarina demişəm, – 

Axi, yaydan incədir.

Camalini oxşatdim

Göylərdə nazli aya, 

Hörüklərinə əl atdim,

Bənzətdim axan çaya.

Dodaqlarin çəməndə 

Açilib, gülən lalə,

Şirin-şirin nəğməndə

Var nişanə bülbülə. 

Bəs, Günəş olmasaydi?!. 

Sən, mən, sevgi və həyat

Ola bilməzdi heç vaxt!

10.02.1969



Xəyal cığırı – II cı̇ld

251


QATAR YOLA DÜŞƏNDƏ…

Ömrümdə yüz-yüz dəfə 

Qatara minmişəm mən,

Qatara yüz-yüz dəfə

Qalxmişam, enmişəm mən.

Uşaqliqda deyərdim, 

Qatar lap tez gedəydi,

Bircə anda ox kimi

Çixib, gözdən itəydi.

Gəncliyimdə qatara

Vermək istədim qanad,

Dedim, məni apara 

İstəyimə o saat.

Qocaliğa çatiram…

Getdi gəncliyin dəmi.

Xəyalim qatari yox, 

Seyr eləyir aləmi.

İstəmirəm qatarda

Nə ox sürət, nə qanad.

Elə bil ki, ömrümün

Sonuna mən bu saat

Qatarla yol gedirəm,

İstəyirəm döndərəm

Həyatimi geriyə.




Tofiq Məhəmməd oğlu Hüseynzadə

252


Baxaraq göyə, yerə,

Deyirəm, bildim – qatar

Niyə gözdən itərmiş?!.

Elə bil ki, ömrümün

Sonuna yol gedərmiş.

10.02.1969 




Xəyal cığırı – II cı̇ld

253


SÜPÜRGƏÇİ

Süpürgəçi süpürdü

Küçəni axşam-səhər,

Ömrünü yaşatdi  o, 

Cətinliklə bir təhər. 

Süpürgəçi yaşadi...

Kim eşitdi ününü?

Elə bil ki, süpürdü 

Ömrünün pis gününü.

10.02.1969




Tofiq Məhəmməd oğlu Hüseynzadə

254


GÖYÇƏ 

Cənnət bildim nəfəsini, 

Sinəm tutmur həvəsini,

Göz bəbəyim bilib səni,

Unutmaram mən ölüncə, 

Ana yurdum, səni, Göyçə.

Min-min ömrə al işiqsan,

Gözəlliksən, yaraşiqsan,

Həm şairsən, həm aşiqsan,

Yaratdin çox sənətkarlar,

Gör, nə böyük qüdrətin var!

Səmasinda saysiz ulduz,

Hər gecəsi nurlu gündüz,

Yaranibdir əhdinə düz,

Məşuquna yar aşiqdir.

Könüllərə yaraşiqdir.

Həm dar vaxtda, həm də gendə

Uşağin da, böyüyün də

Qonaqpərvər ürəyində

Yorğununu alar qonaq, 

Məhəbbətlə qalar qonaq.

Ellər bilir, bir nazənin

Yandi oda həzin-həzin, 

Nakam ölən o, gözəlin




Xəyal cığırı – II cı̇ld

255


Ah, naləsi görün nədir?

«Yar!» kəlməsi Göyçədədir.

Bahar gələr... lalə rəngdə,

Şirin dildə, xoş ahəngdə.

Gəlinləri ağ səhəngdə 

Əl eyləyib al bahara, 

Enər, gedər bulaqlara.

«Keyti» daği mətin, uca,

Tamaşaya dur doyunca.

Lalə, nərgiz, yarpiz, yonca

Döşənibdir sinəsinə, 

Qulaq verir «of!..» səsinə.

Dağ, dərədir başdan-başa,

Qayaliqlar bir tamaşa,

Bulaqlari axar qoşa...

Bəzən yazda boran qopar,

Çox qəribə adəti var.

Barli gəlir hər bahari,

Siğmir elə elin vari.

Zəmiləri, tarlalari

Dönüb hünər meydanina,

Günəş salam deyir ona.

Dərələrdən duman qalxar,

(Dağlar onu tutub saxlar.)

Gəlin, qari nəhrə çalxar,



Tofiq Məhəmməd oğlu Hüseynzadə

256


Ayrana yağ batar-çixar,

Çobanlar da yeyər yaxmac,

Səhər-səhər qalxanda ac.

Yaz olanda daşar sellər,

Yatağini aşar sellər,

Şair kimi coşar sellər,

Könül durub, qulaq asar,

İlham dinər, qələm yazar.

Günəş göyü yara-yara

Rəng çiləyir buludlara, 

Tarlalar da şən qizlara

Açir geniş qollarini,

Gözləyirlər yollarini.

Cavanlari əhdinə düz,

Məhəbbəti nurlu gündüz.

Qoçaq oğlan, vəfali qiz,

Yaşayirlar bəxtiyarla, 

Ömrü-günü şən vüqarla.

Payiz çox ev çadir qurar,

Zurna dinər, dəfçi vurar,

At kişnəyib, nəmər durar,

Qiz atlanib, gəlin köçər,

Dost-tanişlar yeyər-içər.

Qişi sərtdir, yayi sərin,

Eşqi kimi gözəllərin.



Xəyal cığırı – II cı̇ld

257


Alli-güllü bir səhərin 

Qucağinda doğulmuşuq,

Təpə deyil, dağ olmuşuq.

Tarixini tarixçilər

Araşdirib, yaxşi bilər.

Mən deyirəm, tarix qədər 

Ömr edib bu, qoca torpaq,

Adi göydən uca torpaq.

Aşiqlarin şirin sözü,

Heyran qalar bülbül özü,

Çox ellərin qaldi gözü,

Nuhdan bizə yadigardir,

Qorumasaq bizə ardir.

Dədə Qorqud qəlbdə iman,

Göyçədə dilədi aman! 

Yaşayacaq zaman-zaman,

Bu tarixdə bir dastandir,

Bəxtiyarliq var, qandadir.

Aşiqlarin ilk ustadi

Miskin Abdal – uca adi,

İsmayili qonaqladi,

Bu torpaqdan yadigardir,

O, ölməz bir sənətkardir!

Ozanlar – dizdə qopuzu,

Aşiqlar –  sinədə sazi,



Yüklə 21,6 Mb.

Dostları ilə paylaş:
1   ...   125   126   127   128   129   130   131   132   ...   143




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə