Tofiq Huseynzade--seir--kitab 1111. indd



Yüklə 21,6 Mb.
Pdf görüntüsü
səhifə132/143
tarix04.07.2018
ölçüsü21,6 Mb.
#53181
1   ...   128   129   130   131   132   133   134   135   ...   143

Xəyal cığırı – II cı̇ld

275


Dost var –  çörəyini yeyib dostunun

Üzünə irişər, daldadan vurar,

Dost var –  gurlasa da, boran və çovğun,

Ölüncə dostluğun yolunda durar.

Dost var –  maskalanib insan sifətdə, 

Dostunu qurd kimi içindən yeyər. 

Əlindən bircə pis iş gəlməsə də,

Xəlvətdə adina böhtanlar deyər.

Dost var –  varliğini, təbiətini,

Of demir, dostuna sadağa verir. 

İstəsə, ən böyük var-dövlətini, 

Dostunun adina qurban gətirir.

Dost var –  sular kimi tərpənməz axar, 

Batirar dostunu fürsəti keçsə.

Dostluğa, hörmətə kor kimi baxar,

Ürəyi soyumaz qanindan içsə.

Dost var –  çətin gündə gəlir meydana,

Ayirmir dostunu öz ürəyindən. 

Bəzən, dost naminə düşür zindana,

Bunu şərəf bilir özünə hər dəm.

Dost var –  arsiz-arsiz, yaltaq it kimi, 

Yeyəndə dost olur, yeməyəndə yox.

Üzdən siğal çəkər, dala keçdimi, 

Vurar ürəyinə zəhərli bir ox…




Tofiq Məhəmməd oğlu Hüseynzadə

276


Sözü uzatmağa, demişəm dəyməz,

(Sənətkar olanlar yerində döyməz!)

Dostlar da dünyada çiçəklər kimi

Başqa təbiətdə yaranibdilar…

Eşitsin ən böyük dostluq eşqimi

Müxtəlif dostlarim, – müxtəlif adlar!

Yaxşi bilirəm ki, dostlar, a dostlar!

Sizin yaxşiniz da, pisiniz də var.

Kimin ki, qəlbində var pis niyyəti,

Oxuyub, eşitsin bu şeriyyəti.

Sizə üz tuturam, sizə deyirəm,

Bəlkə də, elə, mən gileylənirəm.

Elə dost olaq ki, qabağa keçsəm,

Mənə böhtan atib, tələ qurmayin.

Sizinlə bir yerdə məclisdə içsəm,

Üzümə gülərək, daldan vurmayin.

Vəfali dost kimi, qol çirmalayib,

Çətin günlərimdə girin meydana,

Yemək dostluğunu kimlər dost sayib?

(Torpaq göyərəndə böyürər dana).

Siz də yaxşi olun, yaxşilar kimi,

Bütün varliğimi bağlayim sizə.

Elə dəyişin ki, alin qəlbimi,

Baş əyim, diz çöküm hər kəlmənizə.




Xəyal cığırı – II cı̇ld

277


Ay yaxşi-yamanli ürək dostlarim,

Budur son məqsədim, budur qərarim:

Ayrilin bu gündən…

                                Məni deyənlər – 

– Vəfali dostlarim könlümə axsin!

Mənim dəqiqəmi istəməyənlər,

Məhkəmə qurmamiş siradan çixsin!

20.02.1969, gecə saat 00:30




Tofiq Məhəmməd oğlu Hüseynzadə

278


SƏNƏTKAR OLMAQ 

I hissə


Şair zamaninin uca səsidir,

Sözlər ordusunun sərkərdəsidir.

Qüssədən, hicrandan ayrilan zaman

Könüllər mülkünün şux nəğməsidir.

Şair hər ürəyin, daşin, torpağin,

Günəşin, baharin, yaşil yarpağin,

Bütün könüllərin duyur səsini,

Duyur təbiətin təranəsini.

Şair ağlayanla göz yaşi tökür,

Endirib başini, boynunu bükür,

Bir kəsin eynini açiq görəndə

Şairin üzündən sevinc tökülür.

Şair, vaxt olur ki, səhərə qədər

Vaxtsiz ölənlərin yanir halina,

Bəzən də bir anliq xəyala gedər,

Baxar öz ömrünün istiqbalina.

Şairlik şərəfdir; könüllər duyur,

Yazir sətirlərə duyğularini.

Sonsuz əsrlərə hədiyyə qoyur,

Könül duyğusunun min baharini.




Xəyal cığırı – II cı̇ld

279


Şair zamaninin uca səsidir,

Sözlər ordusunun sərkərdəsidir.

II hissə

Əzəldən olubdur dillərdə dastan,

Şairlər yurdudur Azərbaycanim.

Bəlkə də cəmiyyət yaranan zaman

Şair dünyasindan süzülüb qanim.

Savadsiz yaşamiş nənəm, babam da,

Əzbərdən çox bilir bayatilari.

Mənim Odlar Yurdu –  şair obamda

Şeriyyət olmuşdur könüllər yari.

Bu torpağa gələn bir başqa millət

Nədəndir ilhamla şer-söz deyir?..

Deyirlər, şərəfli ən böyük sənət

Bizim bu torpağin gözəlliyidir.

III hissə

Keçmiş yazanlari saliram yada…

Baxiram keçmişə, o, böyük ada.

Dünəni biz artiq yola salmişiq,

Bu gün çağiriram sənətkarlari.

– Gəlin! Dostlar, gəlin!

                           Biz alni açiq,

Qiymətli yaşadaq bu zəngin vari.



Tofiq Məhəmməd oğlu Hüseynzadə

280


Şair olanda da, elə olaq ki,

Desinlər, Füzuli yadigaridir.

Axib könüllərə, elə dolaq ki,

Duyaq ki, dünyanin ilk baharidir.

Güclə qələm alib şöhrət, ad üçün

Yazmamaq yazmaqdan çox şərəflidir.

Sözü sətirlərə düzməsək çin-çin,

Elə bil, andirar payiz yelidir.

Şair olanda da, elə olaq ki,

Şerimiz dağlardan yerə düşməsin.

Könüllər mülkündə elə qalaq ki,

Sixmayaq ömrünü biz heç bir kəsin.

Baş yorub, can verib yazdiqlarimiz

Künclərdə qalmasin, toz bürüməsin,

Qiymətli sayilmiş belə varimiz,

Yersiz yaranmayib, tez çürüməsin.

İlhamsiz yazmaqdan tamam çəkinək,

Dinləyək ürəkdən nəğmə qoşani.

Kağiz tək qalxmayib, göylərdən enək,

Seyr edək göylərdə daim uçani.

 

Biz sənət mülkünə bir tac qoymasaq,



Qinayar torpaq da, çörək də bizi.

Hər sadə sözü də təmiz duymasaq,

Ucalda bilmərik öz şerimizi.



Xəyal cığırı – II cı̇ld

281


Sənətkar olanda, elə olaq ki,

Millətlər yenə də aparsin həsəd.

İlham qanadini elə çalaq ki,

Yenə də yaşasin şərəfli qiymət!

Gülsün Azərbaycan, gülsün şeriyyət!.. 

21.02.1969




Yüklə 21,6 Mb.

Dostları ilə paylaş:
1   ...   128   129   130   131   132   133   134   135   ...   143




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə