Tofiq Huseynzade--seir--kitab 1111. indd



Yüklə 21,6 Mb.
Pdf görüntüsü
səhifə140/143
tarix04.07.2018
ölçüsü21,6 Mb.
#53181
1   ...   135   136   137   138   139   140   141   142   143

Tofiq Məhəmməd oğlu Hüseynzadə

346


AZƏRBAYCANIM

Gözümə nursan,

Ömrümə yarsan,

Nə bəxtiyarsan,

Ürəyim-canim,

Azərbaycanim!

Hər yani artiq

Bürüyür şadliq,

Şərqə azadliq

Yollar açanim,

Azərbaycanim!

Cansan, ürəksən,

Duzsan, çörəksən,

Hər gün gərəksən,

Şöhrətim-şanim,

Azərbaycanim!

Boldur sərvətin,

Varin, dövlətin,

Yoxdur qiymətin,

Zərli fincanim,

Azərbaycanim!



Xəyal cığırı – II cı̇ld

347


Hüsnündür göyçək, 

Yaranmisan tək, 

Aləmə Ay tək 

İşiq saçanim,

Azərbaycanim!

Tarin dəmində,

Sari simində,

Hər nəğməsində, 

Quş tək uçanim,

Azərbaycanim!

Xoşbəxtdir olan,

Burda doğulan,

Sənin oğlunam,

Vətənim – Anam,

Azərbaycanim!

29.09.1969



                                                      


Tofiq Məhəmməd oğlu Hüseynzadə

348


KÖNLÜM 

Hər yetən gözəlin içmə suyundan,

Lal axan çaylarin keçmə suyundan, 

Dağlarda əyil, iç çeşmə suyundan,

Gəzmə çəmənzardan arali, könlüm!

Sinəmdə ulduz tək alişib, yanar,

Gah yerdə dolanar, gah qanadlanar, 

Bülbül tək bu güldən o gülə qonar, 

Bilən yox yerini, harali könlüm?.. 

Öldürər xəstəni qarin həsrəti,

Tarzani ağladar tarin həsrəti,

Öldürər səni də yarin həsrəti,

Hər zaman «yar!» – deyən, yarali könlüm!

Görəndə bahari bənövşə donda,

Qayali dağlara kəklik qonanda,

Bir qizilquş kimi havalananda,

Şirin nəğmələrin marali – könlüm!

29.09.1969




Xəyal cığırı – II cı̇ld

349


KÜR 

Səni nəzmə çəkirəm,

Nə gözəlsən, a xan Kür!

Qəlbimdə ilham kimi

Di silkələn, çalxan, Kür! 

Danişmayaq hünərdən,

Yaranmisan səhərdən,

Keçib kənddən-şəhərdən,

Lampalardan baxan Kür.

Yurddan yurda yol olub,

Ağzimizda bal olub,

Xəyal kimi lal olub,

Süzgün-süzgün axan Kür.

Göy üzü qaralibdir,

Daği duman alibdir,

Borcun kimdə qalibdir,

Bənd-bərəni yixan Kür?

Dalğalara Ay düşər,

Könlümüzə pay düşər,

Sahillərlə öpüşər

Yatağindan çixan Kür.



Tofiq Məhəmməd oğlu Hüseynzadə

350


Bəzən olub – sevinib,

Nə danişib, nə dinib,

Ləpə kimi gah enib,

Gah da şahə qalxan Kür.

Günəş batib, Ay gedib,

İnsanlar gözdən itib,

Ulduzlari əks edib,

Sinəsinə taxan Kür!

Xətrimizə heç zaman,

Dəymə, dolanma, aman! – 

Ortaliğa salma qan,

Bizi oda yaxan Kür!

01.10.1969



Xəyal cığırı – II cı̇ld

351


GÖZÜM QALDI

Özü dərdə düşə-düşə,

Yar məni də dərdə saldi.

Sevdi-seçdi, bu dünyada

Kim tapişdi, kim kam aldi.

Şikayətim çoxdu, neylim?

Yaşamağa yoxdu meylim,

Bülbül kimi ötən dilim,

Yar, demirmi niyə laldi?

Yar, yaninda peşmanam mən,

Ürəyimdən şan-şanam mən,

Sevilən mən, sevişən mən,

Bunun dərdi kimə qaldi?..

Vəfalinin öl eşqində, 

Yarpaq kimi sol eşqində,

Bülbül oldum gül eşqində, 

Qəfəsdəyəm, gözüm qaldi.

03.10.1969




Tofiq Məhəmməd oğlu Hüseynzadə

352


OYNATMASIN

Dünyanin malidir qaş-daş və almaz,

Şahlara qalmadi, bizə də qalmaz.

Sağ başi aparib, qəbirə salmaz,

Çoxunun başini var oynatmasin.

Çox da ki, Ay kimi hüsnü, kamali,

Bilirəm, mat qoyub bütün mahali,

Çəkmişəm ucundan çox qeylü-qali,

Eşqimi aldadib, yar oynatmasin.

Qanmazla nə bağ sal, nə də bir külək,

Nə də ki, namərdin cəfasini çək.

Qorxub yaman gözdən, əsməsin külək,

Yarpağin içində nar oynatmasin.

03.10.1969




Xəyal cığırı – II cı̇ld

353


TELEFON  NÖMRƏLƏRİ

– Alo!


      – Alo!

           «01».

Bu, ünvanim, 

              bu, adim…

– Alo!

     – Alo! 



                «02».

Yaxalanib həyatim…

– Alo… Alo…

Salam! Dostlar, tanişlar,

Bayraminiz mübarək!

        Telefonla olsa da,

                sizə yaxindir ürək.

– Alo! 


         Küsmə, di yaxşi,

                 telefon nömrəmi yaz,

Gözlərini görmürəm,

Telefonla naz olmaz.

– Alo! 

        mən eşidirəm!



Şadam taniş olmağa.

Nömrənizi deyin ki,

Arabir zəng vurmağa.

– Alo! 


        Kimdir eşidən?


Tofiq Məhəmməd oğlu Hüseynzadə

354


Bağişlayin,

                səhv düşüb.

(Görün neçə yad insan 

nömrələrlə görüşüb...)

– Alo! –

        kimsə evdə yox –

– Dostu gilə zəng elə…

– Alo!.. –

…Mən danişiram

Hər obaya, hər elə.

Elə bil, nömrələrdə

Fikirlərim dolanir,

Sonra isə dil açib 

Hər tərəfə yollanir.

Gözəldir, 

               qəribədir

İnsan eşqi, hünəri,

Arzular nömrələrdə

Gəzir kəndi, şəhəri.

Telefon nömrəsində

Sevinc də var, qəm də var…

Telefon nömrələri 

Mənim də sinəmdə var.

06.10.1969




Yüklə 21,6 Mb.

Dostları ilə paylaş:
1   ...   135   136   137   138   139   140   141   142   143




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə