Xəyal cığırı – II cı̇ld
355
EVİMİZDƏ GÜL AÇDI
Məclis qurdum, kef etdim,
Hərə bir pay gətirdi,
Mətbəxi, eyvanimi
Gül dəstəsi itirdi.
Bir dostum gətirmişdi,
Nə bir çiçək, nə xələt,
Gətirmişdi mənə o,
Ürək dolu məhəbbət..
Yedik-içdik danişdiq,
Dünyanin gedişindən.
Bəzisi də söz açdi,
Arabir öz işindən.
Keçdi saatlar, günlər,
Güllər soldu, töküldü.
Keçdi aylar, fəsillər,
Paylar xəyala döndü.
Ürək dostu bilməyib
Payla qədir-qiyməti,
Evimizdə gül açdi
Dostumun məhəbbəti.
06.10.1969
Tofiq Məhəmməd oğlu Hüseynzadə
356
ÖMRÜMÜZ GÖDƏLSƏ DƏ
Gödəldikcə ömrümüz,
Arzumuz artir qat-qat.
Yaşayaydiq gərək biz,
Daha uzun bir həyat.
Gödəlsə də, gözəldir,
Mənalidir ömrümüz,
60 ili elə bil,
Yaşayiriq iki yüz.
Keçmiş bir illik yolu
Bir saata gedirik,
Günəş kimi, Ay kimi
Dünyani seyr edirik.
Mənalidir ömrümüz,
Arzular artir qat-qat.
Yaşayaydiq gərək biz,
Daha uzun bir həyat.
06.10.1969
Xəyal cığırı – II cı̇ld
357
MEŞƏLƏRDƏ
Dünyanin öz eşqi, öz ahəngi var,
Dağlar meşəsində əlvan rəngi var.
Gözəllik deyilən gəl, bu yerdədir,
Min rəngə boyanir gələndə bahar.
Atir qol-budaği, böyüyür meşə,
Yayilir hər yerə nərgiz, bənövşə.
Güllərin üstündən uçur ki, quşlar,
Meşələr daha da çox gözəlləşə.
Nəğmədə müğənni, sözdə aşiqdir,
Hüsnünə mənim tək yar da aşiqdir.
Bunu mən demirəm, söyləyir ellər,
Meşələr dağlara ilk yaraşiqdir.
Meyvəli ağaclar boynunu əyər,
Sallanib-sallanib torpağa dəyər.
Arabir güzari düşən yolçular
Könlü nə istəsə qoparib, yeyər.
Sular şiril-şiril süzülüb, keçir,
Gah burdan, gah ordan üzülüb, keçir.
Başinin üstündən durna qatari,
Hər bahar, hər payiz düzülüb, keçir.
Kabab da çəkmişəm çeşmə başinda,
Yazmişam adimi ocaq daşinda.
Gördüm dilbərimin gözəlliyini
Maralin naz ilə sallanişinda.
Tofiq Məhəmməd oğlu Hüseynzadə
358
Göylərə ucalan hər hündür ağac,
Deyirəm, şairim, burda dastan aç.
Bir yanda bülbülün şirin nəğməsi,
Bir yanda həvəslə oxuyur turac.
Boşaldi qollarim, heç nə vurmadim,
Nə bir gül, nə yarpaq çəkib, qirmadim,
Ceyran sürəyinin hürküşməsinə
Baxmaği gözümdən yayindirmadim.
Bir yanda qirqovul, bir yanda kəklik,
Baxiram, baxdiqca, axir gözəllik.
Bu yerə saz ilə, söhbətlə gəlin,
Oyansin şövq ilə əlvan çiçəklik.
Nur səpir üstünə Günəş də, Ay da,
Gözəllik bu yerdə olubdu peyda.
Gəzəsən doyunca meşəlikləri
Arzunla, eşqinlə baharda, yayda.
Payiz dövran açir, çixir gərdişə,
Gözəllik yox olur; baxin bir işə!
Neçə aylar sürən vuruşmalardan,
Elə bil, soyulub qayidir meşə.
Dünyanin öz eşqi, öz ahəngi var,
Dağlar meşəsində əlvan rəngi var.
Gözəllik deyilən gəl, bu yerdədir,
Min rəngə boyanir, gələndə bahar.
06.10.1969
Xəyal cığırı – II cı̇ld
359
ÜRƏKLƏRDƏ UCALAQ
Ölənin baş daşini
Ya qizil qoy, ya gümüş,
Onsuz da mənasi yox,
O, bir xəyala dönmüş.
Soyuq, bədbin məzara
Zinət vurmaği ataq,
Özümüzü sağ ikən
Ürəklərdə ucaldaq!
06.10.1969
Tofiq Məhəmməd oğlu Hüseynzadə
360
YAŞAMAQ ŞİRİNDİR
Yaşamaq şirindir. Kim bilir bunu?!
Bilməyən, başina qan alib, gəzir.
Məhkumdur ölümə hər şeyin sonu,
Hər şeyin başinda bir ölüm gəzir.
Əvəzsiz, qiymətsiz yarandi deyə,
Şirindir dünyada ömür hər şeyə.
07.10.1969
NİŞAN ÜZÜYÜ
Uzaq nəsillərin yadigaridir…
Nişan üzüyünün bir mənasi var.
(Başqa cür desə də, başqa sənətkar,)
Bir qəlbin hamiya xəbərdaridir.
07.10.1969
Xəyal cığırı – II cı̇ld
361
QAYALAR
Qayalar eh… bəlkə də,
Yarib, çixib torpaği,
Arxa seçib özünə
Özündən böyük daği.
Böyük ordular kimi
Düzülüb cərgə-cərgə,
Qarət etmək istəyir
Bəlkə, uzaq bir ölkə.
Hara gedir, bilmirəm?
Necə gedir, bilmirəm?
Gündüz gedir, bilmirəm?
Gecə gedir, bilmirəm?
Elə bil ki, hər zaman
Səfərdədir, yoldadir,
Qayalar insanlari
Gecələr çox aldadir.
Vüqarlidir igid tək,
Yerində bərk dayanib.
Soyuqda da, qarda da
Nə qivrilib, nə yanib.
Nə qədər tez qalxiram,
O, səsimə hay verir.
Elə bil ki, ömrümə
Səhər-səhər pay verir.
Qayayla düz dolanaq,
Bulanmasin qəlbimiz.
Tofiq Məhəmməd oğlu Hüseynzadə
362
Özü qaya olsa da,
Cavablidir səsimiz.
«Çor» deyənə «çor» deyər,
«Can» deyənə deyər «can»!
Deyişəcək bizimlə
Qayalar nə vaxtacan?!.
07.10.1969
Xəyal cığırı – II cı̇ld
363
İNDƏN BELƏ
Azadliq deyilən, əlimizdədir,
Daha gözəl günlər var, indən belə.
Ey azad qəhrəman, vətən eşqinə
Dağlari-daşlari yar, indən belə.
Böyük yaransa da sərvətin adi,
Dünyada ömürün şirindir dadi.
Ağridi ürəyim… dərman olmadi,
Mənə gərək deyil var, indən belə.
Bilirik, nə çəkib keçmiş nəsillər…
Gedib bir dəfəlik o, qara illər.
Atib naləsini, şirin nəğmələr,
Oxusun kamanla tar, indən belə.
Məhəbbət deyilən ömrün Günəşi,
Gözəldir əməli, gözəldir işi.
Salib ürəyimə eşqi-atəşi,
Durmasin kənarda yar, indən blə.
Ucalt! Ey ilhamim, ucalt nəğməni,
Sevindir eşqinlə doğma Vətəni.
Elə atəş ilə yanmişam, məni
Söndürməz nə tufan, qar, indən belə.
08.10.1969
Dostları ilə paylaş: |