Tofiq Məhəmməd oğlu Hüseynzadə
308
LOVĞALIQ VƏ UCALIQ
Lovğaliq çoxunun belini əydi,
Özləri-özünə quyu qazdilar.
Yarpaqlar torpağa tökülməsəydi,
Ağaclar, bəlkə də, ucalmazdilar.
06.03.1969
MƏNİM GÖZLƏRİMDƏ
Gözlərim düzü düz, əyrini əyri,
Yazi çiçək görür, qişi qar görür.
Ağlayan gözləri – qaranliq dünya,
Gülər könülləri – bəxtiyar görür.
Hər şey əks olduqca sari ləkədə
Daralir, genəlir kiçik bəbəkdə,
Açiq bir ürəyi böyük gördükdə,
Bəzən də, cahani yaman dar görür.
İnsan hücum çəkib, gedir irəli,
Yixir əsarəti qadir əlləri.
Bu, gözəl dünyani azad görəli,
Bir insan eşqini min bahar görür.
06.03.1969
Xəyal cığırı – II cı̇ld
309
XOŞBƏXTLİK
Dünya yari işiq, yari qaranliq,
Bir yanda əsarət, bir yanda şadliq…
Hər çirkin əməllər, hər bağli qollar,
Yenə də zülmətdə ömr edən qullar,
Azğin ehtiraslar, azğin əzablar,
Hələ də hökm edən bu şarpa-şarplar...
Bir parça çörəyə uzanan əllər,
Qullar dünyasinda çirkin əməllər,
Gəlib, xəyalimdan keçdikcə bu dəm,
Deyirəm, dünyada nə xoşbəxtəm mən.
Azad nəfəsim var, azad səsim var,
Azadliq yurdunda şən həvəsim var.
Səadət elçisi azad bir quşam,
Dünyada ən gözəl həyat qurmuşam.
Leninin əlilə doğdu al işiq,
Öldü birdəfəlik özbaşinaliq.
Atdi əzablarin daşini vətən,
Dünyada ən xoşbəxt vətəndaş mənəm!
07.03.1969
Tofiq Məhəmməd oğlu Hüseynzadə
310
MƏNİM ƏSRİM
Əsrim atom əsridir,
Əsrim uran əsridir,
Əsrim bircə düymədə
Verdi-viran əsridir.
«Ölüm!» səsi ucalir
Bombalarin içindən,
Zaman özü də qorxur
Atomlarin gücündən.
Eşitməyək bu səsi,
Dəhşət!
batsin qulaqlar,
Atoma dəysə iynə
Hamiya bir ölüm var.
Atomlari kəşf edən
Külə dönəydi, gərək,
Əsrimin qorxusuna
Necə dayansin ürək?!..
Atom,
uran,
protonlar,
Neytronlar, fotonlar…
Bunlardir,
bəli, bunlar!
Bütün canli həyati
Bir iynəyə satanlar.
Xəyal cığırı – II cı̇ld
311
Artiq başqa zamandir,
Ölüm pərdəni atmiş,
Çox yerdə körpələri
Atom səsi oyatmiş...
Əsrim atom əsridir,
Əsrim uran əsridir,
Əsrim bircə düymədə
Verdi-viran əsridir.
07.03.1969
Tofiq Məhəmməd oğlu Hüseynzadə
312
LENİNİN ÖVLADIYIQ
Lenin deyil övladsiz,
Atasidir o, elin.
Biz hamimiz; oğlan-qiz
Övladiyiq Leninin.
07.03.1969
BELƏ OLMASAYDI
Çox ağac verməzdi bircə dənə bar,
Vəhşi kök üstündə olmasaydilar.
07.03.1969
GÖZ YAŞI
Göz yaşi gah şirin, gah da acidir,
Sevincin, qüssənin son əlacidir.
07.03.1969
Xəyal cığırı – II cı̇ld
313
AĞ SAP – QARA SAP
İynə insan,
sap günləri,
İllər sapin
düyünləri.
Ömrümüzün deşiyindən
Saplar keçir, rəngbərəngdə,
Keçir içdən, eşiyindən
Qara rəngdə, ya ağ rəngdə.
Keçib, gedir arali,
ya da ağli-qarali...
Ya ağ gündə,
qara gündə
İlişsə sap,
dolaşsa sap,
Ömür qalar son düyündə.
08.03.1969
Tofiq Məhəmməd oğlu Hüseynzadə
314
İLK MƏHƏBBƏT
Ömür kimi bircə dəfə
Dolar yaşa ilk məhəbbət,
Hara getsək, necə getsək,
Gedər qoşa ilk məhəbbət.
Yaralansa, ömrü yeyər,
Çatsa kama, əlvan geyər,
Şəlalə tək nəğmə deyər,
Daşa-daşa ilk məhəbbət.
Aci deyil, şirindir o,
Göylər kimi dərindir o,
Desəm, güllü çəməndir o,
Dönər quşa ilk məhəbbət.
Aşib-daşar gur su kimi,
Qanadlanar arzu kimi,
Qalar mələr quzu kimi
Dəysə daşa ilk məhəbbət.
Nəğmə deyər ilk baharda,
Qiy qoparar boran-qarda,
Qartal kimi buludlarda
Aşa-aşa ilk məhəbbət.
Xəyal cığırı – II cı̇ld
315
Ömür boyu unudulmaz,
Bulansa da heç durulmaz,
Nə yixilmaz, nə yorulmaz
Çatsa başa ilk məhəbbət.
Verməz cəfa dərd qananlar,
İşvə satar şux cananlar,
Vurulmayir çox zamanlar
Gözə-qaşa ilk məhəbbət.
Ayriliğa can verməsən,
Zülüm-zülüm hönkürməsən,
Əzabina sürünməsən
Gedər boşa ilk məhəbbət.
Qalsa andi quru yerdə,
Gedər cani dözməz dərdə,
Ayri düşən könüllərdə
Dönər yaşa ilk məhəbbət.
Qardaş oldun al səhərlə,
Taninmadin gümüş-zərlə,
Könlüm deyir: bu hünərlə
Yaşa, yaşa ilk məhəbbət!..
12.03.1969
Tofiq Məhəmməd oğlu Hüseynzadə
316
SƏNİNLƏ
Bu böyük cahanda hər şey bir heçlik,
Yaşayir sinəmdə ürək səninlə.
Qələmə güc verdin, yazdim-yaratdim,
Mənə halal oldu çörək səninlə.
Ah çəkib demişəm, səni sevəndə,
Bəzən də qatirlar zəhəri qəndə,
Həyatin acisi, şirinini də
İstərəm dünyada görək səninlə.
Sevdan başimdadir, gözün gözümdə,
Bütün təbiətin şirin sözümdə,
Qalmasa ilk arzum, eşqim gözümdə,
Ucalam göylərə, gərək səninlə.
12.03.1969
Dostları ilə paylaş: |