Xəyal cığırı – II cı̇ld
327
MƏNSİZ
Cahan bir cahandir, mən kiçik zərrə,
Yaranib tufan da, yellər də mənsiz,
And içib, eşqini atmayan yerə
Dolaşar aləmi dillərdə mənsiz.
Günəş öz yerində dolanib, gedir,
Sellər dərələrdən bulanib, gedir,
Fəsillər illərə çulanib, gedir
Çəməndə, çiçəkdə, güllərdə mənsiz.
Yazmaq da ruhuma dad verir hərdən,
Qoy söhbət açim mən qərinələrdən,
Əzilib, tökülüb, məhv olub birdən
Min insan şöhrəti sellərdə mənsiz.
Neçə bahar keçib... Neçə qiş keçib,
Gah aydin günəşli, gah yağiş keçib,
Bəzən bir hünərə min alqiş keçib
Al, yaşil bəzənən çöllərdə mənsiz.
Başimi fikirlər, yaman alibdir,
Nə vaxtdir ürəyim xəstə qalibdir;
Bu dünya çox nəsil yola salibdir,
Günlərdə, aylarda, illərdə mənsiz.
25.06.1969
Tofiq Məhəmməd oğlu Hüseynzadə
328
İNSANLIQ LÖVHƏSİ
Düz sözə haqq verib, həqiqət görən,
Çətinlik çəkənə kömək yetirən,
Elin hörmətinə hörmət gətirən
Uçar əsrlərə qizil quş kimi.
Özündən danişib, özündən küsən,
Ev yixan, hər sözə bir dastan düzən,
Ciblərdə dolanib, ayaqda gəzən
Yaşar dünyamizda bir bayquş kimi.
25.06.1969
Xəyal cığırı – II cı̇ld
329
VERMƏMİŞƏM
Dostlar, dünyamizda ikiüzlüyə
Mən salam versəm də, üz verməmişəm,
Təmiz ürəklərə kor baxanlara
Mən işiq vermişəm, göz verməmişəm.
Həqiqət heç zaman toxunmaz daşa,
Toxunsa daşi da keçər birbaşa,
Vəzifə başinda dosta-yoldaşa
Pul ilə söz alib, söz verməmişəm.
Yazib, yazmasam da bu şeri hökmən,
Xoşdur təbiətim, təmizəm qəlbən,
Mərdin hər sözünə «can» deyəndə mən,
Namərd ocağina köz verməmişəm.
25.06.1969
Tofiq Məhəmməd oğlu Hüseynzadə
330
ŞİKAYƏT
Şikayətim yaradir,
Dərdimi yaxşi bilər.
Onun qaşi qaradir,
Mənim çəkdiyim günlər
Ya Günəşdi, ya Aydi,
Ayriliq olmasaydi!
Kirpik qara, qaş qara,
Bulud kimi saç qara,
Üzündə, çöhrəsində
Ara-sira xal qara,
Mənim isə o gündən
Çəkdiyim xəyal qara.
25.06.1969
Xəyal cığırı – II cı̇ld
331
GEDİBDİ
Bir bülbül uçurtdum çeşmə başindan,
Ağlim, huşum, bilməm hara gedibdi?..
İllərcə sevdiyim yar atəşindən
Bu, xəstə xəyalim dara gedibdi.
Namərd, ortaliğa girdin nahaqdan,
Puç oldu kor bəxtim, yixildi taxtdan.
Hər zaman yar deyib, yar ağlamaqdan
Qalmayib gözümdə qara, gedibdi.
Qəmliyəm, ahima nə hay verən yox,
Bu, uçuq könlümü nə də quran yox,
Yarin xəbərini mənə verən yox,
Bu xəbər, bəs necə, yara gedibdi?..
27.06.1969
Tofiq Məhəmməd oğlu Hüseynzadə
332
ŞERİM SƏNİNDİR, ANA!
Ana, əzizim ana,
Ay, iki gözüm ana!
Sənin isti nəfəsin
Həyatimdir, canimdir,
Döşündən verdiyin süd
Mənim halal qanimdir.
Ürəyini, canini
Həyatima bağladin,
Bəxtəvərsən dünyada
Böyük yaranmiş adin.
Bəlkə də bilmir hami
Bu şeri, bu ilhami,
Axi gülə-gülə sən
Ömrümə bəxş etmisən.
Mənə çəkdiyin layla
Şirin nəğməyə döndü,
Anasiz bu dünyada
Kim yarandi, kim öldü?!
Ana, əzizim, ana,
Ay iki gözüm ana!
Ağzimdaki şirin dad,
Nə həyatim, nə bu ad,
Nə bir nəğməm, nə şeir
Mənim deyil,
Sənindir!!!
02.07.1969
Xəyal cığırı – II cı̇ld
333
SEVGİ
Bu gün başqa zamandir,
Yox Məcnunun naləsi,
Dildə, dodaqda yanir
Kərəmin eşq şöləsi.
Sevgini dağda-düzdə
Axtarmaq da əbəsdir,
Neçə zaman gəlsə də,
Kainat hey gülsə də,
Sevgidən ayri düşən
Əbədi bir şikəstdir.
14.09.1969
Tofiq Məhəmməd oğlu Hüseynzadə
334
MƏN
Gözlərin yadima düşəndə, Dilbər,
Baxiram gecələr ulduzlara mən.
Güllər çağirsa da «Gəl, gəl!» hər səhər,
Sənsiz gedə bilməm çəmənzara mən.
Sən gedən yollara çevrilməz üzüm,
Nə vaxtdir həsrətdə qalibdir gözüm,
Qalmayib ürəkdə nə hal, nə dözüm,
Qurbanmi verildim intizara mən?..
Bunu Məcnun deyib, bilmirəm, gərək...
«Sevib-sevilsə də, sevinməz ürək!»
Gözəlim, gəlmədin, gəl deyək, görək,
Dözə bilərəmmi ahu-zara mən?..
14.09.1969
Xəyal cığırı – II cı̇ld
335
MƏNDƏDİR
Uzağa getməyin, gəlin yanima,
Dostlar! Sədaqətin özü məndədir.
Vətənim, Vətənim – Azərbaycanin
Sönməz, od-alovlu közü məndədir.
Əzizdir sənətim, şirindir dilim,
Huşu başdan alir vətən gözəlim,
Eşitsin dünyada hər qardaş elim,
Aşiq Ələsgərin sözü məndədir.
Yaziram, sətirlər düzülür çin-çin,
Hər sadə kəlməmdən bir məna seçin,
Yaxşi bilirsiniz niyə, nə üçün,
Neçə sənətkarin gözü məndədir!?.
14.09.1969
Tofiq Məhəmməd oğlu Hüseynzadə
336
OXU KAMAN! OXU TAR!
(Mikayil Müşfiqin «Oxu, tar!» şeirinə nəzirə)
Qəlbimin bəzəyi,
Şerimin özəyi,
Oxu, kaman,
oxu, tar!
Sürünüm dizin-dizin,
Oxuyun həzin-həzin,
Oxuyun qatar-qatar.
Qoy aşsin dərd başimdan,
Düşünüm sirdaşimdan...
«Böyük bir millətin
şirini, şərbəti sizdə!»
Mənim isə qəlbimin
şikayəti sizdə.
Oxu, kaman!
Könlümün bu səsini,
Dərdini, qüssəsini
Yaşat sən xeyli zaman!
Oxu, tar!..
Mənə şair ad verən,
Ruhuma min dad verən
Ömrümü mənə qaytar.
Hələlik ki... mən sağam,
Yazilmamiş varağam.
Dostları ilə paylaş: |