Tofiq Huseynzade--seir--kitab 1111. indd



Yüklə 21,6 Mb.
Pdf görüntüsü
səhifə130/143
tarix04.07.2018
ölçüsü21,6 Mb.
#53181
1   ...   126   127   128   129   130   131   132   133   ...   143

Tofiq Məhəmməd oğlu Hüseynzadə

258


Hər nəğməsi, xoş avazi,

Dodaqlardan getməz dadi,

Dədə Ələsgərin adi.

Ağ aşiğin sazi qaldi,

Alinin da sözü qaldi,

Ələsgərin özü qaldi

Bu torpağin dastaninda,

Yaxin-uzaq dost yaninda.

Ələsgərdir söz ustadi,

Özü oldu öz ustadi.

Yer aldisa tez ustadi,

Ürəklərdə qaldi səsi, 

Telli sazi, xoş kəlməsi.

İlham dilə gəldi bir də,

Dil anlayan hər bir yerdə.

Yurd salibdir könüllərdə 

Telli sazi Ələsgərin,

Şirin sözü Ələsgərin. 

 

Səadətin aynasidir,



Mərd nəsillər anasidir,

Nə əyilib, sinasidir.

Yaşayacaq, o, artacaq,

Böyük eşqlə yaradacaq.

13.02.1969



Xəyal cığırı – II cı̇ld

259


TƏPƏLƏR

Təpələr dağlara söykənməsəydi,

Dağlarin başina necə çixardiq?

Bəlkə də dağlari çəkib, yixardiq,

Dağlar təpələrə söykənməsəydi.

13.02.1969



BİZ ÖZÜMÜZ YAZMIŞIQ

Üzüm tutmadi deyəm:

«Sevirəm səni, ay qiz!»

Çəkməyib heç qüssə, qəm,

Götürüb qələm, kağiz,

Qəlbimi açdim sənə.

Cavab yazdin ki, mənə:

«Mən də sənin eşqinin 

Atəşinə yaniram.

Ölüncə – ölməz əhdim

Sən deyib, sənlə varam!».

Görürsənmi fitnə, kin 

Yazisi deyil eşqin.

Kini salib zəncirə 

Boğazindan asmişiq,

Ömrümüzü bir yerə 

Biz, özümüz yazmişiq.

14.02.1969




Tofiq Məhəmməd oğlu Hüseynzadə

260


SEVMƏSƏN DƏ...

Özüm də bilmədən ilk gəncliyimdə

Eşqimi axtarib, tapmişam səndə. 

Yaşadin, boy atdin hər an qəlbimdə,

Mən səni sevmişəm, sən sevməsən də.

14.02.1969



GƏLSİN

(qəzəl)


Ey gözəl, nəğmə oxu, ömrümüz dada gəlsin,

Nəğməli günlərimiz keçsə də, yada gəlsin.

Nə vaxtdir həsrətini çəkirəm şən səsinin, 

Sən oxu, qoy ömrümə səsin imdada gəlsin.

Əzablar çox görmüşəm məhəbbətin yolunda,

Qoyma ki, bircə mahni aha, fəryada gəlsin.

Qəm olsun bizdən uzaq, sən oxu, mən eşidim, 

Yaşayaq səadətlə, düşmənə xata gəlsin.

Könlümə düşmən olan əğyarin sərt baxişi,

Kəc baxmasin, bu dəmlər insafasa da gəlsin.

15.02.1969



Xəyal cığırı – II cı̇ld

261


BULAQLAR 

Dünyanin hər yerindən, 

Yararaq lap dərindən

Qarişiq xəttlər kimi 

Qaynayib, çixar sular,

Dəniz və ümmanlara

Üz tutub, axar sular.

Torpağa batar yenə,

Qaynayib, çixar yenə, 

Dəniz və ümmanlara 

Üz tutub, axar yenə.

Elə bil ki, bulaqlar

İynə olub,

Sap olub.

Güc verərək dizinə 

Dəniz və ümmanlari 

Tikibdir yer üzünə. 

15.02.1969




Tofiq Məhəmməd oğlu Hüseynzadə

262


MƏN QURBAN OLUM

Sən məni küsdürdün, dəydin qəlbimə,

De, niyə küsmüsən sən, qurban olum?

Küsən də mən olum, barişan da mən,

Təki sən dolanma gen, qurban olum.

Həmişə gülənsən, həmişə şadsan,

Ömrümə, günümə zərli qanadsan,

Mənlə barişmaği bir az uzatsan

Salarsan saçima dən, qurban olum.

Şiltaqliq eyləyib şux əməlinlə,

Toxunma qəlbimin incə telinə.

Dünyada sənin o, şirin dilinə 

Hər şeydən qabaqca, mən qurban olum.

15.02.1969




Xəyal cığırı – II cı̇ld

263


MÖVZU AXTARIRAM MƏN

Mövzular tükənəndə...

Baxaraq yerə-göyə,

Qərq olub düşüncəyə,

Dərə keçib, dağ aşib,

Yerlərdən uzaqlaşib,

Mövzu axtariram mən.

Mövzular tükənəndə...

Çəmənliyə çixiram,

Bu aləmə baxiram,

Güllərin yarpağinda,

İncə-zərif tağinda

Mövzu axtariram mən.

Mövzular tükənəndə...

İstərəm şerə dolum,

Bağçaya düşür yolum.

Yazin ilk nəfəsində, 

Bülbüllərin səsində

Mövzu axtariram mən.

Mövzular tükənəndə...

Sevgilim düşür yada,

Qaçiram hardasa da

Baxib el gözəlinə,

Siğal çəkib telinə 

Mövzu axtariram mən.



Tofiq Məhəmməd oğlu Hüseynzadə

264


Mövzular tükənəndə...

Gəzirəm səhralari, 

Görüb dövləti, vari,

Belə gözəl əməyə, 

Təzə şeir deməyə

Mövzu axtariram mən.

Mövzular tükənəndə...

Yer hara, göylər hara!?

Uçuram ulduzlara. 

Xəyallardan o tayda, 

Marsda, Günəşdə, Ayda 

Mövzu axtariram mən.

Mövzular tükənəndə...

Quran əllər var olsun,

Hər vaxt bəxtiyar olsun.

Xalqimizin işində, 

Fitri yüksəlişində 

Mövzu axtariram mən.

16.02.1969



Xəyal cığırı – II cı̇ld

265


QEYRƏT

İnsan girişdi işə,

Daşdan düzəltdi şüşə.

Şüşəni sindirdilar,

Neçə yerdən qirdilar,

Yenə də itirmədi 

Rəngini, safliğini,

Öz mavi varliğini.

Nə qədər kiçilsə də, 

Nə ah çəkdi, ağladi,

Şüşəliyini saxladi.

Bəzi kişilər, nədən, 

Vəzifədə sinanda

Qul olub vara, ada,

Düşürlər kişilikdən?.. 

17.02.1969




Tofiq Məhəmməd oğlu Hüseynzadə

266


ÜFÜQLƏR

Baxiram, baxiram üfüqlərə mən,

Elə bil, yer ilə göy birləşibdir.

Tərpənmir yerindən, qopmur yerindən,

Görəsən yer ilə nə sirləşibdir?

Dünyanin sonuna addimlayiram...

Gedirəm… getdikcə üfüq də gedir,

Sağ-sola, irəli, geri baxiram,

Üfüqlər büsbütün hərəkətdədir.

qədər getsəm də üfüqü yerlə,

Yenə də görürəm gördüyüm qədər.

Deyirəm, üfüqlər bu dərin sirrlə

Yer ilə nə yaman sirləşibdilər?!

Heç qoymaq istəmir, bəlkə üfüqlər

İnsanin ox kimi pis nəfəsini,

Həm mənsəb, həm şöhrət, pul həvəsini

Başqa bir aləmə çixib gedələr.

17.02.1969




Yüklə 21,6 Mb.

Dostları ilə paylaş:
1   ...   126   127   128   129   130   131   132   133   ...   143




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə