Xəyal cığırı – II cı̇ld
159
VƏFALI YARSAN
Mənim ala gözlü, nazli dilbərim,
Leylidən, Əslidən bir yadigarsan.
Bilmə ki, eşqindən yoxdu xəbərim,
Sevda sirrlərinə biixtiyarsan.
O vaxt ki, hüsnunə mən vurğun idim,
Hər güldən, çiçəkdən tərifin dedim.
İstəsən, canimi mən qurban edim,
Mən sənə qurbanam, nə bəxtiyarsan.
Bəllidir aləmə sevginin gücü,
Sevda yollarinda olmuşam yolçu,
Əlimdə qələmim; mən mahir ovçu,
Sən isə ən gözəl hürkək şikarsan.
Səndən söz açanda ceyranli oylaq,
Hər sözə-söhbətə vermişəm qulaq,
Dərin dərələrdə qaynayan bulaq,
Aranda çiçəksən, dağlarda qarsan.
Qurbanam o, nazik qaşin tağina,
Qurbanam ətirli gül yanağina.
Sən ki müştaq oldun könül bağina,
Qəmlinin ömrünə vəfali yarsan.
29.10.1968
Tofiq Məhəmməd oğlu Hüseynzadə
160
ÜRƏK AĞRISI
Hami gəlir dünyaya
Min eşqlə, min həvəslə,
Hər ömrə düşən paya
Düşünsəm, baxsam hələ,
Fəryadima, ünümə
Dağlar əyər başini,
Zülmət çökər aləmə,
Axidar göz yaşini.
Dilsiz çiçəklər, otlar
Şaqqildayar aramsiz,
Od saçan ildirimlar.
(Təbiət nə amansiz...)
29.10.1968
Xəyal cığırı – II cı̇ld
161
ŞİKƏSTLİYƏ GÜLMƏYİN!
Hami istər dünyada
Yaşasin dərddən uzaq,
Yaşasin qəmdən uzaq.
Hami istər dünyada
Qalmasin nə bir gün ac,
Nə də bir kəsə möhtac.
Hami istər dünyada
Yaşasin əhli-kef tək,
Bol olsun evdə çörək.
Hami istər dünyada
Bir can başqa bir canin
Önündə alçalmasin.
Şikəstləri görürəm...
Sürünürlər həyatda.
Qəlbim bağlayir vərəm,
(Min insan var bu adda).
Bu gün bizə kor baxan
Həyata kormu gəlmiş?
Süni qol, qiça taxan,
Ah... bu necə əməlmiş?!
Bu, beşgünlük ömürdə
Olmaq nə lazim şikəst?..
Vardir hansi əmrdə
İnsana olsun bu qəsd?..
Tofiq Məhəmməd oğlu Hüseynzadə
162
Mənə deyir ki, topal:
– Əlini əlimə al,
Mənə dayaq ol, qaldir...
Məni bu dərd qocaldir.
Niyə bu sadə insan
Qalsin ki, mənə möhtac?
İstəmirəm dünyada
Qirilsin bircə ağac.
Kor qalib, çəlik döyən
Deməsin ki, yol göstər,
Onun da gözlərində
Parlasin, yansin səhər.
Hər qəlbin öz arzusu
Öz qəlbində gül açsin,
Hami hər dərddən uzaq
İstəyinə qol açsin.
Kimin qolu qirilsa,
Qaynasin bir qol yenə,
Bu günə gülən varsa,
Qalsin dünyada şikəst,
Bir gün olmasin xoşbəxt!
Deyirəm ki, insan yox,
Cansiz bir daş olaydim,
Qəlbimə dəysə də ox,
Bir ağrisiz qalaydim.
Çəkməyəydim dünyada
Hər ağri, iztirabi,
Cansiz olmaq nə gözəl!
Duymur bircə əzabi.
29.10.1968
Xəyal cığırı – II cı̇ld
163
TƏSADÜF
Təsadüf!
Bu sözdə nə qədər...
bir dünya qədər
böyük məna var.
Bu sözdə ulduzlarin
nuru tək narin-narin
könül sevinci yanar.
Bu söz
gündüz-gecə
neçə-neçə
könüllərdə açiq göz.
Bu söz,
dərin xəyallara,
çətin yollara
möhkəm körpü yaranib,
Neçə könül həsrəti,
məhəbbəti
bu yollarda aranib.
Bəzən, yada düşməyən,
bəzən, həsrət çəkdiyin,
bəzən, ələ keçməyən,
bəzən, fəqan etdiyin
Hər dostu, hər yoldaşi
dağda, aranda
axtaranda,
Hər addim başi
tapmiriq,
yorulub, axtarmiriq.
Tofiq Məhəmməd oğlu Hüseynzadə
164
Elə, bu zaman
təsadüf görüşdürür.
Bəzən, bir oğlan qiza
təsadüfən vurulur,
Bəzən, bir sinan könül
təsadüfən qurulur.
Bəzən, elə olur ki,
bir eşqi,
məhəbbəti
yara-yara
uçurumlara
təsadüf sürüşdürür.
Bəzən, min-min səadət
təsadüfən tapilir,
Bəzən, xəyanət, dəhşət
təsadüfən yaranir.
Təsadüfən, baxin bir!
Neçə-neçə insana
qana-qana
əcəlsiz qazdi qəbir.
Təqsirkar oldu Allah...
Saymadilar bir günah,
Təsadüfə baxin bir!
Tale elə, bu imiş!
«Yer göylərə tabedir», –
Deyənlər yalan demiş.
Təsadüfün özündə
Arzu qədər əməl var.
Bir arzu yarananda
Xəyal cığırı – II cı̇ld
165
Bir təsadüf arzular.
Arzunun yolu uzun,
Təsadüfsə bir anliq.
Açiq kamalda hər sirr
Qala bilməz qaranliq.
Çox da atamla, anam:
«Oğlumuz olsun!» – deyib,
«Oğlumuz olsun, hər an
Qəlbimiz gülsün», – deyib...
Bilənlər yaxşi bilir,
Bu ki arzu, xəyaldir.
Nə bir qiz, nə bir oğul
Tale yaratmayibdir.
Qəlbimdə qalmaz bu sirr,
Bilənlər yaxşi bilir.
Deyir şerim, sözüm də,
Elə, mənim özüm də,
Bədənində anamin
Təsadüfən yarandim.
31.10.1968
Dostları ilə paylaş: |