Tofiq Huseynzade--seir--kitab 1111. indd



Yüklə 21,6 Mb.
Pdf görüntüsü
səhifə116/143
tarix04.07.2018
ölçüsü21,6 Mb.
#53181
1   ...   112   113   114   115   116   117   118   119   ...   143

Xəyal cığırı – II cı̇ld

145


ELİN YARASI

Ürək! Nə ah çəkmə, nə də ki, fəryad,

Qalmaz əsrlərə ilin yarasi.

Sağalar qirilan hər qol, hər qanad,

Gedər qiyamətə dilin yarasi.

Bir kəs yaranmamiş vətənsiz, elsiz,

Vətənlə hər insan yaranmiş ekiz.

Nə qədər dünyada yaşasaq da biz,

Çixmaz yadimizdan elin yarasi.

Beynimdə kök salmiş eşqə dolduğun,

Sən, gah bulandiğin, gah durulduğun.

Qəmlini ağlatdi vurğun olduğun,

Tökülən bir, siyah telin yarasi.

10.10.1968




Tofiq Məhəmməd oğlu Hüseynzadə

146


QALIBDIR

Xeyli vaxtdir yardan iraq olmuşam,

Gözüm yolda, könlüm xəstə qalibdir.

Bir gül kimi saralmişam, solmuşam,

Qulaqlarim şirin səsdə qalibdir.

Hey baxiram dil açmayan yollara,

Ürəyimdə bir dərd oldu min yara.

Ürək dostum, tamaşa et güllərə,

Sol əlimdə dəstə-dəstə qalibdir.

Eşitdim ki, vəfasizdir o ellər,

Vəfasizdir əzəl başdan gözəllər.

Qəlbim yanar, yanar, yanar hey mələr,

Ömrüm, günüm boş həvəsdə qalibdir.

12.10.1968




Xəyal cığırı – II cı̇ld

147


GÖRMÜŞƏM

(qəzəl)


Çox nəzər eyləmişəm cahanda könülləri,

Eşqdən yanan qəlbləri tamam talan görmüşəm.

Saxtaliğa köklənmiş, pərdələnmiş dilləri

Safliqdan dəm vursa da, zatda yalan görmüşəm.

Pərvanənin cəfasin əzbər bildi elləri,

Şamin yanmaq zülmünü yerdə qalan görmüşəm.

Yeganə ümidlə çarə diləyən əlləri

Acimayib qüvvətlə vurub, salan görmüşəm.

Səsi bəmdən adlamaz, ad çixarmiş «zil»ləri,

Layiqi «məğlub» edib, zəfər çalan görmüşəm.

Sədaqət «bazari»nda dəyişib əsilləri, 

Sayca çoxa meyl edib, müftə alan görmüşəm.

Yüksəklikdən aşaği axan çayi, selləri

Tərsinə çevrilərək – əksi olan görmüşəm.

Haqsizliq qarşisinda dümdüz – rəvan yollari,

Doğruluğun önündə, ancaq dalan görmüşəm.

Günah etmiş məxluqun açiq qalmiş qollari,

Döyəclənən yerdə mən, təkcə palan görmüşəm.




Tofiq Məhəmməd oğlu Hüseynzadə

148


Xəyanətlə ömür sürən, yola verən illəri,

Sədaqətli mərdə nisbət, var – kalan görmüşəm.

Sənin adinla sevdim ən ətirli gülləri,

Ay üzlü sən – nigari vaxtsiz solan görmüşəm.

1968 oktyabr



Xəyal cığırı – II cı̇ld

149


MƏN İNSANAM

Mən ki, insan oğluyam,

Güc-qüvvətlə doluyam.

Mənə səhra göstərin

Çəmənzara döndərim.

Bir dəli çay göstərin 

Səhralara göndərim.

Mənə nişan verin siz

Sildirimli qayalar...

Gücümlə, qüvvətimlə

Edim onu tari-mar.

Mənə zirvə göstərin...

Daşli-qumlu zirvələr...

Yerin dərinliyindən

Çixararam, gör nələr...

Qərəz, hər nədir çətin – 

Onu mənə göstərin.

(Doğulmuşam mən mətin),

Qollarim mətin-mətin,

Kamalim dərin-dərin,

Güc-qüvvətlə doluyam,

Axi, insan oğluyam!

1968 oktyabr

       1) «Sosialist Sumqayıtı»  qəzetinin 02.11.1968-ci il;

2) «Ədəbiyyat və İncəsənət» qəzetinin  15.02.1969-cu il ta-

rixli saylarında;



Tofiq Məhəmməd oğlu Hüseynzadə

150


3) 1985-ci ildə İrəvanda nəşr olunmuş Ermənistan şair və 

yazıçılarının şeir və nəsr əsərləri məcmuəsi olan «Ədə-

bi  Ermənistan-83»  (Almanax)    kitabında  (səh.38)  dərc 

olunmuşdur.

    

Həmin şeir müəllif tərəfindən Qazax rayonunun Barxudarlı 

kəndində yaşayarkən – 1968-ci ilin oktyabr ayında qələmə alın-

mış, «Ədəbiyyat və incəsənət» qəzetinə Qazax rayonundan gön-

dərilmiş və həmin qəzetdə Azərbaycanın xalq şairi Rəsul Rzanın 

müsbət rəyi ilə dərc olunmuşdur. 

Rəsul  Rzanın  rəyindən  bir  neçə  söz:  «Bəyəndiyim  şeirlə-

ri seçəndən sonra zərflərin üstünə baxıram. Ünvanlar da mə-

nimçün şeir kimi səslənir. Naxçıvan, Masallı, Göyçay, Şamaxı, 

Qazax,  Şəki,  Lənkəran,  Gəncə,  Sumqayıt,  Füzuli,  Quba,  Bakı 

– bütün Azərbaycan! ...yeni şeirin istedadlı nümayəndələri ye-

tişir. Mənə göndərilən yazılardan bir neçəsini seçib, oxuculara 

təqdim  edirəm.  Mən  çoxlu  şeir  içindən  bir  neçə  cavan  şairin 

yazısını seçdim. Çalışdım ki, seçilmiş şeirlər yalnız vəzn və ifadə 

formalarına görə deyil, janrlarına görə də müxtəlif olsun.

...Tofiq Hüseynovun şeirləri lirikdir.» 

                                     




Xəyal cığırı – II cı̇ld

151


ƏLƏSGƏR

Könül! Bir qoşmada, ya bir nəğmədə 

Siğarmi söhbətə, sözə Ələsgər?

Cahanla yanaşi dayanib, mən də

Baxiram... oxşayir közə Ələsgər.

Ona yanar ilham, sevda sənəti

Verdi bir gözəlin son məhəbbəti. 

Nə vaxt ki, yollarda qaldi niyyəti,

Söz qoşdu gəlinə, qiza Ələsgər.

Əlinə saz verdi o, sevda yari,

Heç vaxt unutmadi dosta ilqari,

Axdisa dünyadan dünyanin vari

Baxmadi nə çoxa, aza Ələsgər.

Demədi ya artim, ya da yüksəlim,

Zaman yetişdirdi onu bir alim.

Nə qədər amansiz olsa da ölüm,

Qoydu böyük məktəb bizə Ələsgər.

23.10.1968




Yüklə 21,6 Mb.

Dostları ilə paylaş:
1   ...   112   113   114   115   116   117   118   119   ...   143




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə