Xəyal cığırı – II cı̇ld
81
VURDUN
Dedim ki, şirindir ləbin şəkərdən,
Oxladin, sinəmə bir yara vurdun.
Dedim, mən küsmüşəm nazli dilbərdən,
Qiymadin ömrümə, dübara vurdun.
Baharin qədrini nə bilər payiz?
Gözəllər əzəldən olar vəfasiz.
Qövr edir ürəyim, axi, insafsiz,
Ürəyim adlanan şikarə vurdun.
Dərdimi yazmaqdan xəstə düşmüşəm,
Od tutub, gör necə ağlayir peşəm.
Yar! Sənin eşqinlə odam, atəşəm,
Bildinmi, oxunu sən hara vurdun?..
30.06.1968
AĞRI
Bizim o dağlar qizi eşqini pünhan etdi,
Görün, nə pis qan etdi...
Niyə məni yandirdi odlarda gizli-gizli,
Bizim o, Ay bənizli?
Düşdü elin ağzina: «Bir oğlan bir qiz sevir!»,
Qəlbimdən qopdu səbir.
O gözələ eşqimi, söz verərək qələmə,
Car eylədim aləmə.
02.07.1968
Tofiq Məhəmməd oğlu Hüseynzadə
82
KİÇİK NƏSİHƏT
(Bir məsəl var)
Xalqin arasinda belə misal var –
Gözəllər əzəldən vəfasiz olar.
(Məni qinamasin dostlar, əzizlər,)
Qinamayin məni. Nazli gözəllər
Qablardan-qablara su kimi dolar.
Ətri xoş olsa da hər bir afətin,
Bir bənövşə kimi açmamiş solar.
Getməz gül camalin çirkin əməli,
Yüz illər üstündən axsa da sular.
Qəmli, bu dərdlərə vermə çox fikir,
Xəyallar, fikirlər saçini yolar.
02.07.1968
Xəyal cığırı – II cı̇ld
83
QƏRİBƏ GÜL
Ürək necə zərifdir,
Ürəkdəki tel kimi.
Ürək necə gözəldir,
Çəməndəki gül kimi.
De, niyə, de, nə üçün
İlhamim daşdi yenə?
Bu, gözəl hekayəti
Dostum danişdi mənə.
Dedi: «Uzaq ölkədə
Bir möcüzə görmüşəm.
İlhamimi, bəlkə də,
O çiçəyə vermişəm.
O yerdə, o diyarda
Qəribə bir gül yaşar;
Bu söhbəti dedikcə
İlhamim aşar-daşar.
Həmin gülün xoş ətri
Nur çiləyir dörd yana,
Gözəlliyi min aləm
Həyat verir duyana.
Ancaq toxunanda əl
Ətri tamam dəyişir,
Olur zəhər qoxulu
İnsan ilə əyişir.
Büzülür yarpaqlari,
Peşiman olur adam...»
Tofiq Məhəmməd oğlu Hüseynzadə
84
Dedim: «Belə dostlari
Dindirməyə çox şadam,
Hər gün bir yeni nəğmə
Eşidirəm, duyuram.
Batsam da dərdə, qəmə,
Şerə, sözə uyuram.
Bir də dostum, bil ki, sən,
O, gül ürək kimidir.
Tanimadiğin qəlbi
Nə danişdir, nə dindir.
Tanidiğin qəlbə də
Elə yanaş ki, hər vaxt,
Bir ürəyin önündə
Qalmayasan xəcalət».
05.07.1968
Xəyal cığırı – II cı̇ld
85
BİR ŞEİRƏ CAVAB
Dostum, könlün açiq! Qəlbin nə incə,
Vurğunam qəlbinin sadəliyinə.
Oxudum şerini sənin o gecə,
Düşdüm xəyallarin dərinliyinə.
Uşaqliq ilində qirdiğin budaq,
Hələ də qəlbini yandirib-yaxir.
Deyirsən arabir, bu ana torpaq
Belə vicdanlara nə gözlə baxir?
Sən budaq qirmisan; bəs qanlar tökən
Niyə vicdanini qan ilə yudu?
Neçə min saraylar, saraylar tikən
Pozğun vicdanlarin qurbani oldu.
İnsan ölümündən ayri zövq alan
Namusdan, qeyrətdən deyilmi kənar?..
Qəpiklər ardinda durub, ucalan
İnsanliq önündə qul tək alçalar.
Sən budaq qirmisan! Kaş, yer üzündə
Hami yaşatmaği belə biləydi,
Vətənin gözündə, elin gözündə
Daim yaşayaydi, daim güləydi.
05.07.1968
Tofiq Məhəmməd oğlu Hüseynzadə
86
İÇİNDƏ
Ah... yenə dilbərim, o dağlar qizi,
İtibdi çiçəklər, güllər içində.
Elə bil, bəxtimin bu, Dan Ulduzu
Bahardir fəsillər, illər içində.
Hürkək maral kimi baxir dörd yana,
Ovçusu mənəmmi? Gələm meydana!
Nur saçir Ay kimi bütün cahana
O, Günəş camali tellər içində.
Qəmlini oynadan işvə, naza bax,
Mən ona yan getdim, o, qaçdi uzaq.
Dedim: «Sinəm üstə çəkmə yenə dağ,
Qalmişam dəryalar, göllər içində».
05.07.1968
Xəyal cığırı – II cı̇ld
87
MƏNİM ÜNVANIM
Mənim ünvanimi soruşan dostlar,
Eşidin, nə böyük hekayətim var.
Mənim ilk nəfəsim, mənim ilk səsim,
Uşaqliq illərim, gənclik həvəsim,
Aşiq Ələsgərin ömrü, iqbali
Göyçə mahalidir – Göyçə mahali.
Keçsə də ömrümdən düz iyirmi il,
Bu qeyrət yadimdan heç çixan deyil.
O, Vurğun nəfəsli Qazaxda ki mən,
Almişam əlimə ilk dəfə qələm.
Məndən şeri, sözü soruşan dostlar!..
Görün, necə böyük hekayətim var.
1968 iyul
Tofiq Məhəmməd oğlu Hüseynzadə
88
DE!..
Çixib öz yolundan kükrəməsin çay,
Mən sənə aləmdə tapmamişam tay.
Yenə də o, Günəş, yenə də o, Ay
Sənin camalindan söz açirmi, de?!
Bülbülü gülündən saldilar ayri,
Solur xəzəllərin, bağlarin bari.
Həmişə düşünüb sənin tək yari,
Deyirəm, ayriliq tez qaçirmi, de?!
Bir səni sevirəm, bir ana yurdu,
Sevginin, həsrətin qaydasi budu.
Məni silkələyən eşqinin odu
Böyük kainata nur saçirmi, de?!
1968 iyul
ANAMIN NƏSİHƏTİ
Duyanda dünyani biz,
Anam dedi: «Ay bala,
Yaşayin qəlbi təmiz,
Yar olun insanlara!».
Analar hər övlada
Belə dərs versə nə var?..
Yer kürəsi üstündə
Min millət qardaş olar!
1968 iyul
Dostları ilə paylaş: |