Tofiq Huseynzade--seir--kitab 1111. indd



Yüklə 21,6 Mb.
Pdf görüntüsü
səhifə106/143
tarix04.07.2018
ölçüsü21,6 Mb.
#53181
1   ...   102   103   104   105   106   107   108   109   ...   143

Tofiq Məhəmməd oğlu Hüseynzadə

68

Ələnib, göylərdən yağanda yağiş,



Bu, bahar könlümü bürüyür bir qiş.

Bilirəm, gözündə dolanir yaşlar,

Bilirəm, nə üçün çatilib qaşlar,

Onda ayriliğa edirəm qarğiş.

Yaxşi bir təsvirin qəlbimi açir,

Onu da qələmim qoy unutmasin,

Onu da hicranin oduna yazsin,

Sən gör, xəyalimda nələr dolaşir...

Axşamlar üfüqdə batanda Günəş,

Deyirəm, sevgilim yatağa girdi.

Doğur ürəyimdə başqa bir atəş,

Nə gözəl xəyaldi, nə xoş fikirdi?!.

Yatmiram sübhətək deyirəm, görən,

Yuxusu bircə an qarişmayir ki?..

Mənim xəyalima o dəmlər girən

Suallar oynadir dünyani, sanki...

Hicranda qoymursan yenə çox məni,

Sizin tərəflərdən doğur nurlu Ay.

Görürəm yenə də, görürəm səni,

Örtülü ürəyim olur taybatay.

Elə bil, sən dilbər alt paltarinla 

Gəzirsən dünyani, yuxu görürsən,

Yenə də ölməyən şah vüqarinla 

Aləmə başqa bir zinət verirsən.




Xəyal cığırı – II cı̇ld

69

Düzülür yoluna ulduzlar çin-çin,



Ey nazli afətim, nə bəxtiyarsan?

Bu qədər sən gözəl yarandin neçün?

Çəməndə gül-çiçək, dağlarda qarsan.

Ötüşür saatlar... səhərə yaxin

Səni itirirəm mən bircə anliq.

Gəlir ürəyimə dərd axin-axin,

Bürüyür ömrümü bir, zil qaranliq.

Yenə də ayriliq çəkməyir uzun,

Həyatin gücünə, qüdrətinə bax!

Səndəki qara xal – o, Dan Ulduzun!

Şöləsi nur saçir Günəşdən qabaq.

Yuxudan qalxirsan – Günəş boy atir,

Ayriliq eşqilə əngin üfüqdən.

Demərəm, mələyim bu dəmlər yatir,

Sən də oyanirsan Günəşlə tezdən.

Keçir günlər belə, ayriliq, həsrət,

Ovur ürəyimi bir tufan kimi.

Axşami, səhəri görəndə fəqət,

Gizlənir könlümdə ayriliq, həsrət.

Arabir xəyala mən dalan kimi,

Gəlib gözlərimdə durur təbiət.

Sevgilim! Bilirsən, ən gözəl – nədir,

Bizim ömrümüzü nura qərq edən?..

(Dünyada hər bir şey bir əfsanədir,)

Kainat güc alir eşqdən, sevgidən).



Tofiq Məhəmməd oğlu Hüseynzadə

70

Uzun ayriliqdan sonraki görüş...



Elə bil, dünyaya təzə gəlirik.

Gözəlim, diqqət et, məni başa düş,

Elə bil, təzəcə biz sevilirik.

Yaxşi yadimdadir... bir axşam sizdə,

Durmuşduq eyvanda hər ikimiz də.

Kiçildi gözümdə böyük kainat,

Səninlə bir yerdə olan hər saat.

Beləcə, görürəm qoca dünyani,

Məndəki eşqinin gücünü tani.

Günəş üfüqlərdə batirdi təzə,

Elə bil, «sağliqla!..» – deyirdi bizə.

Birdən gözlərimə dikildi gözün, 

Həyadan gül kimi qizardi üzün.

Dedin ki, eşqinə inaniram mən,

Sən məni sevirsən, dünyalar qədər.

Mənim atəşimə alişdiqca sən,

Bilirəm, layiqdir mənə bu hünər.

Ancaq bircə onu söylə görüm ki,

Dünyada sən məni nəyə tay etdin? –

Bu dünya başima firlandi sanki,

Dedim: – A afətim, nə xəyal etdin?

Üfüqdə sozalan Günəşə bir bax,

İnan! Yaranmisan Günəşdən qabaq.

«Çox sağ ol!» – deyərək, güldün gözalti,

Bu söhbət yadimda nə şirin qaldi.

Yaxşi yadimdadir... çəməndə idik,

Çiçəklər boylanib, dayandi dik-dik...

Yenə də söz açdim nəğməkar kimi,

Sənin o hüsnündə həyat var kimi.



Xəyal cığırı – II cı̇ld

71

Dedim ki, bir daha gəlmə çəmənə,



Hər güldən, çiçəkdən göz dəyər sənə.

Doladin qolunu boynuma; bir bax,

Dedin, bəxtiyaram səninlə ancaq.

Yaxşi yadimdadir... Göyün üzünü,

Günəşli diyarin al gündüzünü,

Örtəndə keçən il qara buludlar,

Dedim ki, «Gözəlim! Sirrinə bir bax,

Sənin də dünya tək bir qüdrətin var.

O, zərif əlinlə götür bir daraq,

Üzündən telini geriyə dara,

Açilsin dünyanin nurlu gündüzü».

Dedin ki, «Mən hara, bu söhbət hara?» 

Dedim, «Camalindir Günəşin özü».

Yaxşi yadimdadir… tanişlar, dostlar,

Məndən sual etdi bir gün nədənsə.

Dedilər, «Gözəllik az deyib-axtar,

Gözəllər vəfasiz olur hər kəsə».

Dedim, «Qinamayin gəlin siz məni,

Dünyada nə varsa gözəllikdədir.

Gözəllik!.. Ömrümün bu şah yelkəni,

Əzəldən bəxtimdə, qismətimdədir».

İndi qulaq asin, görün mən sizə,

Hansi gözəllikdən söhbət açiram.

(Gözəllik gəlməsin qoy yaman gözə,

Gözəllik! Səninlə nə bəxtiyaram!)

Sevdiyim dilbərin dərin kamali,

Gözəllik adlanan o, Ay camali,

Məhzun baxişlari, şirin söhbəti




Tofiq Məhəmməd oğlu Hüseynzadə

72

Arabir qorxudan olan dəhşəti,



Hər toyda, məclisdə ağir durmaği,

(Arabir mənə də bir göz vurmaği,)

Təmiz məhəbbəti, təmiz əxlaqi,

Sevgiyə verdiyi  ən böyük haqqi,

Bütün insanlara olan hörməti,

Namuslu əməyi, şirin zəhməti,

Yaşatmaq eşqilə düşünən beyni,

Hamiya xoş gələn o, gözəl eyni,

Təmiz düşüncəsi, təmiz duyğusu,

Təmiz həyat yolu, təmiz arzusu

Gözəllik deyilmi, deyin, a dostlar?..

Mənim dilbərimdə bu gözəllik var!

Görürsən, gözəlim! Sənin qədrini

Bilirəm ömrümdən, günümdən artiq.

Həyatda mən sevsəm başqa birini,

Qoy mənim ömrümdə gülməsin varliq.

Həyatda «sən» deyib, «sən» yaşamişam,

Adinla boranli dağlar aşmişam.

Sənə bu qiyməti verdim mən ancaq,

Görəsən qismətin kimə olacaq?

Əyər ki, bu dövran ayirsa bizi, 

(Dünyadan hər şeyi gözləmək olar...)

Bari, ayirmasin ürəyimizi!

Qəlbimin başqa bir təmənnasi var:

Kiminlə yaşasan, xoşbəxt ol, bari.

Mən bunu deyirəm təmiz ürəklə,

Qəlbimin ölməyən bu, şah vüqari



Yüklə 21,6 Mb.

Dostları ilə paylaş:
1   ...   102   103   104   105   106   107   108   109   ...   143




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə