Tofiq Məhəmməd oğlu Hüseynzadə
136
YARIN DƏRDİ
Harda qaldi canlar alan?
Yandi bağrim, oldu talan.
Məni məndən ayri salan
Şux baxişli yar deyilmi?..
Ayriliğa yoxdu tabi,
Mən olmuşam can kitabi.
İndi çəkən hər əzabi
Gözü yaşli yar deyilmi?..
14.09.1968
Xəyal cığırı – II cı̇ld
137
NƏ QƏSD EYLƏDİN?
And içib eşqimə sevdiyim gündən,
Dedim, ağlar qalsin əhdindən dönən.
Könlümü oynadib, aldadib, dünən,
Sən mənə de, niyə çox qəsd eylədin?
O vaxt ki, ömrümün titrədi simi,
Laçina bənzətdim böyük eşqimi.
Məhəbbət yolunda bir düşmən kimi
Bu sağlam eşqimi şikəst eylədin.
17.09.1968
Tofiq Məhəmməd oğlu Hüseynzadə
138
BİR XATİRƏM
Könlümə verdi ilham
Bir uşaqliq xatirəm.
Hələ birinci sinifdə,
Keçməmiş bircə həftə...
Bir otaqda gördüyüm
Xətt ilə düyüm-düyüm,
Topa oxşar, al-əlvan,
Üstündə yazi, filan...
Şeyə baxdim həsrətlə.
Məni süzüb diqqətlə
Dedi ki, müəllimim,
– Nəyə baxirsan oğlum?
Bir az geri çəkilib,
Barmağimla göstərib
Dedim ki, «Müəllimim,
Axi, mən hardan bilim?..
Üstü yaziyla dolan,
Torlu-torlu xətt olan
Topdu, təkərdi, nədi?..»
Müəllim gülümsədi.
Dedi: «Tələsmə çox, sən,
Böyüyəndə bilərsən
Hər şeyi tamam-kamal.
İndi isə yaxin gəl!
Sən bildiyin bu təkər,
Firlanan axşam-səhər, –
Xəyal cığırı – II cı̇ld
139
«Yer kürəsi» adlanir,
Bu da yer tək firlanir.
«Qlobus»dur – bunun adi.
Nə vaxt bizim həyati
Sarsitdi dava səsi,
İnsanin gur nərəsi,
Puç etdi neçə illər...
Neçə böyük dahilər
Fikirləşib, tapdilar.
Dedilər, çarəsi var
Hər sülhü yaratmağin!
Üstündə bu torpağin,
Min millət qardaş olsun,
Bir-birinə sirdaş olsun!
Deyib, bax bu kürənin
Üstündən dərin-dərin
Meridianlar çəkdilər,
Paralellər çəkdilər.
Bir alim də həmin gün,
Sonra isə ən böyük
Xətt çəkib ekvatora
Dünyani saldi tora».
Eşitsəydim o gündən
«Müharibə» səsini,
Deyərdim ki, qorxmayin!
Bizim Yer kürəsini
Bizim keçmiş babalar
Davadan etmiş kənar.
Tofiq Məhəmməd oğlu Hüseynzadə
140
Yer üstündə hamiya:
«Bir qardaş olun!», – deyə
Xətt çəkib ekvatora
Dünyani salmiş tora.
Müəllimin dediyi
Adi yalan olsa da,
Neçə illər keçərək,
Xatirimdə qalsa da,
Bu gün duyuram ki, mən,
Müəllimin sözündə
Bir həqiqət variymiş.
Müəllimim nə gözəl,
Sevimli, bəxtiyarmiş!
Hər kəs hər bir övlada
Belə dərs versə nə var?!
Yer kürəsi üstündə
Min millət qardaş olar!
17.09.1968
Xəyal cığırı – II cı̇ld
141
YAMAN GÖZƏLSƏN
Təbiətmi belədir,
Səni yaratmiş gözəl?
Qələm alib bir ildir
Şair kimi söz, qəzəl,
Yazmaq olubdur peşəm.
Dedim: niyə, nə üçün
Od olmusan qəlbimə?
Yaniram için-için, –
Dedin: qəlbdə hər simə,
Mən ki odam, atəşəm.
De, kim gözəl deyibdir
Sənin kimi gözələ?
Dedin: gizli deyildir,
Təbiətin əlilə
Nurlu Ayam, Günəşəm.
1968 sentyabr
Tofiq Məhəmməd oğlu Hüseynzadə
142
GEDƏR
Ellər bilir, bu dünyadan
Bəşər gələr, bəşər gedər.
Çox danişib, az qananlar
Yarpaq kimi düşər, gedər.
Həqiqətdir, deyil nağil,
Bir zinətdir ömrə ağil,
Dost-tanişa olan paxil,
Qarni tamam şişər, gedər.
Yaxşi olar, desəm bir də,
Qanunsuzluq olan yerdə
Ayna kimi həqiqətə
Min şər gələr, min şər gedər.
Dosta, yara olan yaği,
Eşq-hörməti neylər, axi?
Toyuq kimi toz-torpaği
Küllüklərdə eşər, gedər.
Vəzifəyə boyun əyən,
Müftə alan, müftə yeyən,
Bir ürəyə can deməyən
Min könülü deşər, gedər.
Xəyal cığırı – II cı̇ld
143
Qəmli, sözün deyər doğru;
Aydan ari, sudan duru:
O dünyaya əyri-oğru
Bu dünyadan bişər, gedər.
09.10.1968
Tofiq Məhəmməd oğlu Hüseynzadə
144
GÖZLƏMƏZ
Deyirəm, ay ellər, bəlali dünya
Can alar, bircə dəm zari gözləməz.
Ağilli adamlar nə bu həyatdan,
Nə də ki, söyüddən bari gözləməz.
Dost var, uca tutar dostdan adini,
Dost var ki, quyuda kəsir çatini.
Dost tapsaq, öyrənək onun zatini,
Zati düz olmayan, ari gözləməz.
Əzəldən şirindir ömür və həyat,
Hər şey keçib, gedir ötdükcə saat.
İnsana qiymətdir namus, qeyrət, ad,
Can sevən, qiymətdə vari gözləməz.
Övladi pis olan, etmə gileyi,
Qinama o yerdə «qara» taleyi,
O kəs ki, dərindən bilir hər şeyi,
Alma ağacinda nari gözləməz.
Məhəbbət ömürə zərli bir bəzək,
Ağilla durasan bu yolda gərək.
Eşqin mənasini duyan hər ürək,
Vəfasiz adlanan yari gözləməz.
10.10.1968
Dostları ilə paylaş: |