Tofiq Huseynzade--seir--kitab 1111. indd



Yüklə 21,6 Mb.
Pdf görüntüsü
səhifə66/143
tarix04.07.2018
ölçüsü21,6 Mb.
#53181
1   ...   62   63   64   65   66   67   68   69   ...   143

Xəyal cığırı – I cı̇ld

385


HƏSRƏT

Ayrilanda o gün biz,

Neçün susub, ağladin?

Ürəyimi dağladin,

Bir vurur ki qəlbimiz.

Sənsiz keçən günlərim,

Çox mənasiz dolanir,

Bir sel kimi bulanir.

Sənsiz keçən günlərim, 

Olur fikir, xəyalda...

Gör, qalmişam nə halda?!.

Elə bilirəm, dəniz

Sənin göz yaşlarindir.

Aydan düşən nazik iz

O, qövsi-qaşlarindir.

Günəş göydə odlanir,

Hiss etmirəm bunu mən.

Duyardim Günəş yanir,

Olsaydin yanimda sən.

Ulduz göyə qovuşur, 

Mənsə qaranliqlara. 

Quşlar bahara uçur, 

Mənsə boranliqlara.

1967 oktyabr




Tofiq Məhəmməd oğlu Hüseynzadə

386


GEDİR

Ömür cani tərk edəndə,

Kim bilir ki, hara gedir?

Beyin cumur dərin fikrə,

Xəyal birbaş zara gedir.

Yazda uçur ağ göyərçin,

Çiçəklərsə durur çin-çin.

Ürək sevən bir gül üçün,

Yaziq bülbül dara gedir.

Yandi Kərəm eşq həvəsdə,

Oldu Məcnun nələr xəstə.

Bəzən-bəzən son nəfəsdə,

Ömür qurban yara gedir.

Həyat məni istəməkdən,

Ömrüm bitir «can!» deməkdən.

Bir ağ günü gözləməkdən, 

Gözlərimdən qara gedir.

Nələr demir mənə aləm,

Kin, qəzəbdən coşur qələm.

Min dünyaliq ahim-naləm,

Hərdən telli tara gedir.

1967 oktyabr




Xəyal cığırı – I cı̇ld

387


ÜRƏK, MƏNƏ BİR XƏBƏR VER

Ürək, mənə bir xəbər ver,

Eşqə yanan o afətdən.

Göstər ona bir gözəl yer,

İlham alim bu qüdrətdən.

Günəş kimi od saçaram,

Bir ney olub, söz açaram.

Deməyin ki, mən qaçaram,

Doğulmuşam məhəbbətdən.

Mahni qoşdum gözəl qiza,

Min bir nəğmə düşdü saza.

Öz dərdimi yaza-yaza,

Güc almişam şeriyyətdən.

1967 oktyabr




Tofiq Məhəmməd oğlu Hüseynzadə

388


GÜNƏŞƏ BAX, SEVGİLİM!..

Sevgilim!..

                       saçlarini yan dara.

Bircə elə dara ki...

                        qorxuram,

                        ürəyimi yandira.

Güzgü alib əlinə,

                       siğal vurma telinə.

Et Günəşə tamaşa, 

                     qorxma, 

                     çəkinmə, ancaq –

                     qara gözlər qamaşa.

Günəş qorxmaz Günəşdən,

                     axi sən də Günəşsən.

Görünsün orda əksin,

                    diqqətlə bax əksinə.

Saçlarini yan dara, 

                    sinəmdəki istəyim,

                                      diləyim,

Əgər düşsə əksinə,

                     qorxuram ki, od olub

                     ürəyimi yandira.

Ey gözəl, 

               başini tərpətmə gəl.

Milyon illik bir arzum

               saçlarinda yox olar.




Xəyal cığırı – I cı̇ld

389


Ey sakit quzum!...

               baxişimla, gözlərim

               naləli yaşla dolar.

Gözəl demiş, atalar:

              «Ağri da, göz yaşi da,

              bircə anliq gülüş də,

              gözələ gözəl olar!»

Saçlarini dağitmaq

              xəyalimdan keçirsə,

En dəniz sahilinə.

Ancaq orda da yenə 

               tək, toxunma telinə,

Təbiət özü, ancaq –

                 zülfünü dağidacaq.

Qalxacaq sərin külək,

                                  asta-asta

                    saçlarina dəyəcək,

Oynadiqca o tellər,

                    sənin o Ay üzünü

                    açib, örtəcək nələr...

Günəşi də bu zaman,

                    tez-tez ötüb keçəcək

                    buludla qalin duman.

Ey mələk!

                 kəsəndə oynaq külək,

Günəşə bax, təzədən

                 saçlarini yan dara,

Sözlərimə baxmayib

                  aparma məni dara.



Tofiq Məhəmməd oğlu Hüseynzadə

390


Əgər ki, Günəşin də

                  dağilmişsa saçlari,

Qoy o da baxib sənə,

                   dağidib buludlari,

Baxib öz güzgüsünə,

                   saçlarini darasin...

Darasin, yan darasin!

1967 oktyabr




Xəyal cığırı – I cı̇ld

391


ALIŞMA, DİLİM!

Mənim bu sözümü saxla yadigar,

Sakit dur, hər sözü danişma, dilim.

Nə lazim yersiz söz? Duyub, sonralar,

Od tutub, od tutub alişma, dilim.

Birisi söyləsə şirindir, ala!

Mən qatib, yeyərəm zəhəri bala.

Yola sal düşməni uğurlu yola,

Ev qur, ev yixmağa çalişma, dilim.

Hər nə ki, söyləsən, doğrunu daniş,

Sevsin xatirini hər dost, hər taniş.

Heç kəsə gülməyib hələ aldaniş,

Yalan danişmağa alişma, dilim.

1967 oktyabr




Tofiq Məhəmməd oğlu Hüseynzadə

392


GÖZLƏR

Bir ürəyin eşqi üçün

Dikilməsin yola gözlər.

Axidib yaş için-için,

Mən qiymiram dola gözlər.

O iki göz – iki eşqim

Könüllərə oldu hakim.

Aman! Aman! Kim qiyar, kim,

Gözü yaşli qala gözlər?..

Günəş kimi alovlansin,

Bir ürəkdən ilham alsin,

Vəfaliya qurban olsun,

Qoy baxmasin dala gözlər.

Maral kimi durub gendə,

Ürəklərdən tel sökəndə,

Hərdən-hərdən Qəmlini də,

Unutmaya, nola gözlər!

1967 oktyabr




Yüklə 21,6 Mb.

Dostları ilə paylaş:
1   ...   62   63   64   65   66   67   68   69   ...   143




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə