Xəyal cığırı – I cı̇ld
393
YAĞIŞDA ÇIX ÇƏMƏNƏ
Şimşək çaxir,
Yağiş yağir...
Ey... sevgilim, durma sən,
Gəl boynunu burma sən!
Çix çəmənə,
əl et mənə.
Gəzək səhrani, düzü,
hər gecəni, gündüzü
qataq biri-birinə.
Yağiş hələ çiləsin,
nə qədər var ələsin.
Süzülsün üz-gözündən
ara-sira damcilar,
Günəşin gündüzündən
səndə böyük qüvvə var!
Hərdən silim üzünü,
həyəcanim olsa çox,
gizlətməyə gücüm yox.
Ancaq bircə, doğrusu,
qoy gizlətsin soyuq su.
Toxunanda əllərim
sənin dodaqlarina,
o, al yanaqlarina,
Çatmasin, deyirəm,
qulaqlarina!
Tofiq Məhəmməd oğlu Hüseynzadə
394
Üz-gözümdən axan tər,
sən elə duy, yağişdir.
Ancaq bilirəm ki, mən
bu başqa bir naxişdir.
Doğrusuna gəlincə,
deyirəm, bu hal, əhval,
Olacaq səndə necə?...
kəsəndə yağiş,
Saçlarinda qalan
ara-sira damcilar,
Bilirsənmi, həyata
nə hədiyyə bağişlar?...
Oxşayacan o dəm sən,
güllü, şehli çəmənə,
İşildayib Günəşə,
o dəm işiq qaytaran,
üstündəki o şehlər
qanad verəcək mənə...
Günəş çəmənə düşür,
sənsə mənim qəlbimə.
O dəm təkcə sən,
həm Günəşsən,
həm çəmən.
Yenə də
düşünürəm, deyirəm,
Bir böyük haqla,
yadinda saxla!
Yağanda yağiş
çix çəmənə!
əl et mənə!..
1967 oktyabr
Xəyal cığırı – I cı̇ld
395
BÖYÜK BAYRAM
(Böyük Oktyabr Sosialist İnqilabinin 50 illiyinə)
Ey böyük Oktyabr!
Söyləməyin yerimi?!.
Sənin əlli yaşin var,
Mənim hələ iyirmi.
Doğulsaydim səninlə
Necə xoşbəxt olardim...
Şərəfinlə, adinla
Mən də yaşa dolardim.
Nələr çəkməmiş başin
Azadliq zirvəsində.
Sənin kömək qardaşin
Yazdi öz dəftərində.
Həm özünün, həm sənin
Keçirdiyin yollari.
Qirdin qəzəblə o gün
Zəncirlənmiş qollari.
25. Axşam üstü
«Qiş sarayi» alindi.
Qovulub qara tüstü,
Qizil bayraq taxildi.
Keçdi, açildi səhər,
Adi səhər olmadi.
Keçdi, ayildi şəhər,
Adi şəhər olmadi.
«Hər bir şeyə azadliq!» –
Həsrət-həsrət dolandi.
Tofiq Məhəmməd oğlu Hüseynzadə
396
Gözdə göründü şadliq,
Sevinclərdən sulandi.
İllər boyu əzilən
Çəmənlər açdi çiçək.
İnsan dedi: Bu gündən
Ürək, qüssə, nə qəm çək.
O gün insan övladi
Döyüşərək ölümlə,
Qan töküb damla-damla
İnsana şadliq aldi.
Əzaba verib tabi,
Üfunəti, çirkabi
O gün qana boyadin,
Ürəkdə qaldi adin.
Sanki duyuram ki, mən
Zaman o gün yaranmiş.
Zindanlarda çürüyən
İnsan o gün yaranmiş.
Parladin yer üzündə
Doğuldun, oldun Günəş.
Ürək deyir bu dəmdə
Doğulaydim o gün, kaş.
Qüdrətinə, adina
Dastan durdu dağ kimi.
Səni deyib, danişdi,
Mən gördümsə hər kimi.
Bizim sədəfli saz da,
Cuşa gəlib o yazda,
Qoşma dedi min qatar,
Dilə gəldi kaman, tar.
Tofiq Məhəmməd oğlu Hüseynzadə
398
MƏN NƏLƏR GÖRMƏDİM
(Böyük Oktyabr Sosialist inqilabinin 50 illiyinə)
Seyrinə daldiqca bütün aləmin,
Hər şey gülzar kimi gözümdə durur.
Ürəyim həsrətlə, vüqarla vurur,
Artir da hünəri coşan qələmin.
Baxiram, baxiram hey yerə, göyə,
Kainat gülzar tək gözümdə durur.
Sinəmdə boy atir sevinclə qürur,
Bir daha getmirəm çox düşüncəyə.
Deyirəm, nə gözəl bizim kainat...
İnsana can verir görünən həyat.
Xəyalla gəzirəm bu asimani,
Yerlərə baş əyir görürəm göylər.
Əyməsə, bilirəm min tufan eylər,
Böyük qüdrəti var bizim zamanin.
Uzanan dağlari, axan çaylari,
Quş kimi seyr edib, gəzir xəyalim.
İllərin üstündən keçən aylari,
«Ömürdən köçürsən», deyir xəyalim.
Yenə də xəyalim dağlari aşir,
Bir sevinc naminə min dastan açir.
Baxiram. Görürəm, firlanan dünya,
Göylərdən görünür bir çiçək kimi.
İnsan arzusunu vermiş xəyala,
Əzəldən bilirəm, duz-çörək kimi!
Bilirəm, bu günlər coşan qələmi,
Mən yox. Götürmüşdür əlinə könlüm.
Xəyal cığırı – I cı̇ld
399
Onunla başlamiş ömrümün dəmi,
Onla qurtaracaq sonuncu günüm.
Çölləri gəzirəm, söz qoşur könlüm,
Göylərə gedirəm, tez coşur könlüm.
Düşsəm də dünyada hər şeydən ayri,
Ayrila bilmərəm könüldən ayri.
Acizlik göstərsəm bir şeyə əgər,
Könlüm o zamanlar hiddətə gələr.
Əgər bu aləmi gəzsəm sərindən,
Könlüm dayaz keçmir, keçir dərindən.
Hər şeyin sonuna bir yekun vurur,
Sonrasa dincəlib, sakitcə durur.
Onun qüdrətinə çatmir qələmim,
Dünyada varsa da odur əzizim.
Könlüm bu gün deyir, bir xahişim var:
Dur, bütün aləmi dolan dərindən.
Göylərdən baxmağin nə faydasi var?
Suyu axtararlar çixan yerindən.
Dur! Dolan aləmi tamam kökündən,
Sevinclə kədəri ayir bu gündən.
Nə görsən sən orda, gəl qələmə al,
Bəzən düşüncəyə, bir xəyala dal.
Səmadan görünür bu həyat – çiçək,
Gör, bu həqiqətdə varmidir gerçək?..
Seyirdən, xəyaldan ayrildim o dəm,
Mən düşdüm kəndbəkənd, diyarbadiyar.
Dedim, bari, gülüm doğan sevincdən,
Qəlbimdə dil açsin olan ixtiyar,
Gəzdim oba-oba, diyarbadiyar.