Xəyal cığırı – I cı̇ld
405
Lenin elan etdi: «Oldu Sovetlər»,
Durmadan hər yerə düşdü bu xəbər.
Qopdu ürəklərdən sevinc və ilham,
Şair eşqə doldu, dedi sözünü:
«Var olsun qoy Lenin – o, əziz düham»
Yummadi yazdiqca gecə gözünü.
Bizim aşiqlar da çox söz qoşdular,
Quşlar da kədərsiz çixib, uçdular.
Hər şeyə azadliq oldu bu yerdə,
Güldü yeni ilham, yeni həvəs də.
Hər yerdə ucaldi şənliyin səsi,
Könülün ən böyük, böyük həvəsi.
Bizim də aşiqlar meydan qurdular,
Qələbə naminə söz oxudular.
Bu şənlik kəsmədi bir neçə gün, düz,
Zurna haray çəkdi hey gecə-gündüz.
Kaman dilə gəldi, tar dilə gəldi,
Gül durub, sevincək bülbülə gəldi.
O gündən biz atdiq zülm daşini,
Sildik biz əbədi gözün yaşini.
– Yaxşi, söylə, baba, bəylər necoldu?..
– Bəylərə dözülməz divan quruldu.
Kimi döndü bizə, kimisi sürgün,
Kimi güllələndi, elə həmin gün.
Yaxşi, bəsdir oğlum, nağilimiz qaldi,
Deyərək, bir azca xəyala daldi...
– Neçün fikirləşdin?..
– Biz harda qaldiq?
– Filan ölkədə ...
Deyərək, yenə də nağila başladiq.
Tofiq Məhəmməd oğlu Hüseynzadə
406
– Hə... bütün camaat axişdi ora,
Kimi qurban getdi uzun yollara.
– Yollara niyə?
– Axi, o vaxtlar
Yox idi indiki təkərli atlar.
Nə də atin özü, nə də bir eşşək,
Yollari piyada gedəydin gərək.
Əgər Süleymani görmək istəsən,
Ömrün beş ilini yolda gedəsən.
Qərəz ki, camaat axişdi sel tək,
Kimi çuval tutur, kimisi ətək.
Kimi çariğini çixarib, atir,
Deyir ki, ayağim qoy olsun təzə.
Günəşsə yerində dolanib, batir,
Qonur Süleymanla şəfəqlər üzə.
Kimin nə arzusu varsaymiş əgər,
Süleyman o dəmlər yerinə yetirər.
Süleyman qüdrəti göyə ucalmiş,
Bu xəbər bir zaman Allaha çatmiş.
Çağirmiş yenə də O, Süleymani,
Demiş: «Ey, Allahin böyük insani,
Səndəki cürətə vurğun olmuşam,
Sənin xoş sədani nələr duymuşam.
Bu gün mənim sənə bir bəxşişim var,
Həmin bəxşişin də bir qüdrəti var.
Onun adətidir qulaq as, beylə,
Uçacaq, sən ona bu sözü söylə:
«Süleyman Peyğəmbər eşqinə bir uç!»
Onda aşib dağlar, olacaq bir quş.
Xəyal cığırı – I cı̇ld
407
Arzunla uçacaq, getsən, sən hara,
Əgər istəyirsən uç ulduzlara!»
Deyib, bir xalçani ona uzatmiş,
Süleyman o gündən qeyibə batmiş.
Nağil burda bitdi. Qurban balama,
Süleyman Peyğəmbər verdi üç alma:
Birisi balamin, biri özümün,
Birisi yenə də «iki gözüm»ün.
Yenə buraxmadim onu sualdan,
Dedim, «qurban olum, söylə, babacan,
O, uçan xalçadan varmi bizdə də?
– Onu görməmişəm heç, oğlum, mən də.
Deyirlər, bu bizdə qatar-qatardir,
Bəlkə də, başqa bir sehrikar vardir.
Kim bilir, sonralar nələr olacaq?..
Bəlkə də, insanlar Günə uçacaq...
– Yaxşi, bəs nə üçün bu nağil deyil?
– Oğlum, qəmgin olma, bunu yaxşi bil,
Bu da söylənir ki, dildə, dodaqda,
Nağillar yazilir bir dağ qalaqda.
Bəlkə də, bu nağili sən yazacaqsan,
Bəlkə də, xalçayla sən uçacaqsan! –
O, bunu deyəndə gülərdi gözüm,
«Xalçaçi olacam», – bu idi sözüm.
Baxiram yenə də Yerə, Göylərə,
Görürəm bu Göylər Yerə alçalir.
Önümdə bir canli, güllü mənzərə...
Mənim sevincimə baxib, əl çalir.
Bu gün SSRİ Günəşə çatmiş,
Tofiq Məhəmməd oğlu Hüseynzadə
408
Bu azad ölkəni orda ucaltmiş.
Marsda, Venerada bayraq yellənir,
Üstündə Leninin «İrəli!..» şəkli,
Elə bil, göylərə durub dillənir:
«Susun, bura gəlir Sovetlər eli!»
Ey böyük bayraqdar! Ey əziz Lenin!
İşiqli bir yolu sən oldun elin.
Qaranliq zülmətdə sirli yol açdin,
Zehnin, əməlinlə qəlbə nur saçdin.
Elə ki, azadliq yarandi o gün,
Sənin, tək adinla bağlandi o gün.
Bilirik ən böyük qüdrətini biz,
Keçmişi duyduqca susur qəlbimiz.
O gün yaşa dolur – yaşa dolursan,
Zamanla bir yerdə qoşa durursan.
Deyirəm, şahidir dolanan ilin,
Bizim böyük zaman,
Bir də ki, Lenin!!!
1967 noyabr
Xəyal cığırı – I cı̇ld
409
MƏNƏ BİR MAHNI OXU
Ey... çəmən, ey, dağ!
Ey! Sari sünbüllər, ey yaşil yarpaq,
Ey! Üfüqdən-üfüqə yol alan torpaq,
Ey! Çiçək qoynunda hər kiçik saplaq,
Ey ürək! ... ey, dilək!
Salam verib Günəşə,
gülümsünüb həmişə,
mənə bir mahni oxu.
Təkcə orda «Sülh» sözü
Günəş kimi, hər bir yerdə
işiq saçib, alovlansin!
Ürəkdəki bu xoş dilək,
qoy həmişə dalğalansin
ulduzlardan-ulduzlara!
Nə deyim ki...
varsa başqa bir aləm,
qoy orda da havalansin
«Sülh» sözü!
Söküləndə dan yerindən,
qucaqlasin al gündüzü
«Sülh» sözü!
Kəsilməyib, bürüsün
hər çəməni, hər düzü
«Sülh» sözü!
Sizin bu xoş nəğməniz,
səsiniz
Tofiq Məhəmməd oğlu Hüseynzadə
410
Alsin yer orbitində
canli bir şəkil.
Şimaldan-cənuba,
şərqdən-qərbə
yazilsin, böyük hərflə
«SÜLH» sözü!
Doğulanda, gələndə
həyata yeni insan,
Eşidəndə,
görəndə ilk dəfə
Qoy dinləsin nəğməni, –
«Sülh» sözünü,
Qoy oxusun ilk dəfə
«Sülh» sözünü.
Günəşdən də baxanda,
Ulduzdan da baxanda
Və yaxud da başqa bir
planetdən baxanda...
Bizim Yerin üstündə
görünməsə dərə, dağ,
Bari, orda o zaman
Günəş tək işiq saçan
– Hər dünyanin gündüzü –
Tək görünsün –
«Sülh» sözü!!!
1967 noyabr
Dostları ilə paylaş: |