Tofiq Huseynzade--seir--kitab 1111. indd



Yüklə 21,6 Mb.
Pdf görüntüsü
səhifə71/143
tarix04.07.2018
ölçüsü21,6 Mb.
#53181
1   ...   67   68   69   70   71   72   73   74   ...   143

Tofiq Məhəmməd oğlu Hüseynzadə

420


Dərdi olana da

         kömək olmuşam,

                     bəzən gözlərimdə 

                                 yaşla dolmuşam.

Dərdinə yanmişam 

             yananlar üçün,

Mən qurban olmuşam 

             qananlar üçün.

Bircə kəlmə də

             pis söz demədim,

Hər sizin kimi,

               yolundan vəhşi tək 

                                azanlar üçün.

Güc verib sözə,

                qişqirib deyirəm, 

                            yenə də sizə:

– Ehey!..  

        müxtəlif adlar,

                       hissimə yadlar.

Neçün axi siz, 

           qiriq könlümə 

                     çox dəyirsiniz?

Əl çəkin məndən!..

              Əl çəkin məndən!!!

1967 noyabr



Xəyal cığırı – I cı̇ld

421


BU DASTANI SEV

(Şota Rustavelinin «Pələng dərisi geymiş pəhləvan» 

kitabinda yazmişdir)

Ey, mənimlə sən birlikdə bu dastani varaqlayan,

Məhəbbətə yananlarin taleyini soraqlayan.

Əzəl başdan qəhrəmanlar taleyinə yanmamiş, sən,

Bu dastani qəlbin kimi, təkcə – ancaq sevməlisən.

Ömrün kimi bu kitaba qoyma düşsün adi ləkə,

Mənim qəlbdən gələn sözüm əfsanədir, söylə, bəlkə...

Oxuyanda bu dastani həzin-həzin göz yaşi tök,

Məhəbbətə yananlarin qabağinda qul kimi çök.

Alqiş söylə, əhsən söylə Darecana bilə-bilə,

Öz eşqini bəxşiş etdi əzəl gündən Tariyelə.

Heç yadindan çixartma sən Aftandilin cürətini,

Tariyelə sirdaş oldu, ağlar qoyub Tinatini.

Məhəbbətin olmamişdir nə əzəli, nə də sonu,

Gənc isənsə, sənə ancaq mən məsləhət bildim bunu.

Bu dastanin ilhamindan qüvvət alib yazdim bunu,

Ürəyimdə mən yaşatdim ürəklərin duyğusunu.

Söyləmirəm, hay-harayli, yanar eşqli bir yazanam,

Ya da iki sözüm üçün mən özümü şair sanam.

Hərdən-hərdən qəlbim dolur, daşir kiçik bir sel kimi,

Mən yazdiqca ürəyimdə həyat əsir bir tel kimi.



Tofiq Məhəmməd oğlu Hüseynzadə

422


Gözəl Allah, mənə güc ver, bir qanad ver, olum xoşbəxt,

Birini də mən şerə yazim, ürəyimdə gülsün niyyət.

Elə böyük bir dastan ki, oxuyanlar ruha gəlsin,

Düşünməsin. Açiq-aydin qüdrətimdə eşqi bilsin.

Badələri doldur bir-bir, gətir mənə, tez ol, saqi,

Ürəyimdən köç etməmiş həyat, ömür, vətən eşqi. 

 

15.11.1967




Xəyal cığırı – I cı̇ld

423


DUYSAN ƏGƏR BU DASTANI                    

(Şota Rustavelinin «Pələng dərisi geymiş pəhləvan» 

 kitabinda yazmişdir) 

Duysan əgər bu dastani,

Demirəm ki, məni tani.

Taleyini bu gözəlin

Oxuyanda həzin-həzin;

Eşit məni, dinlə gerçək,

Yanmasan da hərdən ah çək.

Bu dastana gərib sinə,

Deyirəm ki, sənə yenə:

Demirəm ki, məni tani,

Eşq atəşli bu dastani

Oxuyanda mən qəlbi daş

Gözlərimdən süzüldü yaş.

15.11.1967




Tofiq Məhəmməd oğlu Hüseynzadə

424


EY GÜNƏŞ!

Səndən söz açanda gülür aləmim,

Ey Günəş!

Bilmir necə yazsin sözü qələmim?

Ey Günəş!

Axi, sən aləmdə bir hökmdarsan,

Eşqindən güc alir bu Yer, kainat.

Sənsiz yaşa dolmaq deyildir asan,

Səndən öz gücünü almişdir həyat,

Ey Günəş!..

Bir kiçik zərrədən, böyük dağadək,

İsti alovlardan buz bulağadək

Görünən hər bir şey, hər canli, cansiz,

Dünyada ömr edən hər qanli, qansiz

Sənin qüdrətinlə «varliğa dönmüş»,

Təbiət ehkamli şala bürünmüş.

Yaranmiş dünyamiz, yaranmiş insan

Yaranmiş həmin gün qoca asiman, 

Ey Günəş!..

Əgər inanmayan varsa sözümə,

Onlar inansinlar yanar gözümə.

Od tutub yanarsam bir gün mən əgər,

Mənim bədənimdən qopan şölələr,

Günəşdən aldiğim, insan olduğum,

Onun qüdrətilə yaşa dolduğum

Qizil şəfəqlərdir, bəli, şəfəqlər!

Ömrümün bahari, teli şəfəqlər...



Xəyal cığırı – I cı̇ld

425


Od tutub yanarsam, deyərəm ki, mən,

Mən insan deyiləm, kiçik Günəşəm,

Ey Günəş!

Buludlar göylərdə dəyib, çaxanda,

Göylərə bir anliq eynək taxanda,

Səndən olduğunu göstərir özü,

Hələ dil açmayir Yerin gündüzü.

Söz olsa, gör nələr, nələr danişar, 

Bəlkə də od tutub, o dəm alişar,

Səhralar, meşələr, dərələr, dağlar,

Al, yaşil bürünən çiçəkli bağlar.

Həyatda hər bir şey borcludur sənə,

Bununçün deyirəm, hey dönə-dönə,

Madam ki, al Günəş «yaratmiş» bizi,

Ona açmaliyiq ilk eşqimizi,

Ey Günəş! 

1967 noyabr



Tofiq Məhəmməd oğlu Hüseynzadə

426


A QIZLAR

Söylənir sözünüz dillərdə yaman,

Deyəsən, qəlbimə olubdur daman.

Pis gözdən qorxuram, qorxuram, aman!

Verməyin heç zaman baş-başa, qizlar.

Sizdən gözəl deyil Ayin gündüzü,

Seyr edin yamaci, çəməni, düzü.

Gözəl olarsiniz, deyirəm düzü,

Bürünün ipəyə, qumaşa, qizlar.

Canima qəsd edib hey üzə-üzə,

Yenə gətirməyin məni siz sözə.

Mən ki vurulmuşam bir ala gözə,

Açmayin dərdimi birbaşa, qizlar.

Siz göydə ulduzlar, o, bir yanar Ay,

Bəlkə də, heç Günəş ona deyil tay...

Açan bənövşələr, axan dəli çay,

Edirlər tək ona tamaşa, qizlar.

Qəlbimə od salir hər axşam, səhər,

Adini deməyə çatirmi hünər?

Mən onu sevirəm. O, gözəl dilbər

Durmasin baxişla savaşa, qizlar.

1967 noyabr




Yüklə 21,6 Mb.

Dostları ilə paylaş:
1   ...   67   68   69   70   71   72   73   74   ...   143




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə