Xəyal cığırı – I cı̇ld
427
NALƏ
I hissə
Çəmən həsrət çəkir öz gülü üçün,
Bağça dilə gəlir bülbülu üçün,
Pərvanə can verir sevgili üçün.
Qəlbimi həmişə qoyub yarali,
Biganə-biganə gəzmə arali.
Məcnun çölə getdi, Leylini andi,
Kərəm, – «Əsli» – deyib, odlara yandi.
Bizim aramiza düşən nə qandi?..
Gəl olma fitnəkar, a dağ marali,
Divanə-divanə gəzmə arali.
II hissə
O gün yol üstündə dayananda mən,
Baxmadin eşqimə, biganə sandim.
Yarali quş kimi büküb boynumu,
Qalanib-qalanib, odlara yandim.
Vücudum yel kimi oynadi, əsdi,
Təbiət gözümdə qaranliq kəsdi.
Əgər ki, bilsəydin bu qanli qəsdi,
Neylərdin, neylərdin, ey gözəl andim?!
1967 noyabr
Tofiq Məhəmməd oğlu Hüseynzadə
428
GEDİR
Yenə gördüm səni, gözəlim, dilbər,
Könüldən, könülə süzüldü xəbər.
Mən səni, de, kimə edim bərabər?
Elə bil, Leyli tək eşqi-hal gedir.
Gəldi xatirimə dağ döşü, çəmən,
O, şirin gülüşün, o, şirin nəğmən.
Qara tellərini daradiqca mən...
Deyirdim, nə gözəl xoş vüsal gedir.
Huridən, pəridən doğuldun əzəl,
Camalin min dastan, hər sözün qəzəl.
Görəndə insanlar səni, ey gözəl,
Deyirlər, İlahi, bir maral gedir.
Könlümü mən sənə verdim bir axşam,
Yandi eşqimizdə bir gözəl ağ şam.
Həmişə eşqinlə uçan bir quşam,
Gəlib xatirimə, çox xəyal gedir.
Ömrümü yerlərdə sən xəstə qoydun,
Eşqimi oynadib, qəlbimi oydun.
Bilmirəm sevgiyə nə qayda qoydun?
Açiq eşqimizdə dilin lal gedir.
1967 noyabr
Xəyal cığırı – I cı̇ld
429
NEYLƏRƏM
Xoş rəngli olsa gülüm,
Ötər könül bülbülüm.
Qoy düşüm ilim-ilim,
Hər dilbəri neylərəm?
Məhəbbətdə qayda var,
Çatsa əlimə dildar,
Olsa yenə səhralar,
Boş hünəri neylərəm?
Ulduzlara söz açsam,
«A yar!» – deyərək qaçsam,
Hünərlə göydə uçsam,
Axi, Yeri neylərəm?
Sevdiyim qiz dünyada
Meyl etsə başqa ada,
Qəlbini versə yada,
Xoş rəftari neylərəm?
1967 noyabr
Tofiq Məhəmməd oğlu Hüseynzadə
430
RƏNGLƏR
Təbiətdə ən gözəl,
ən sevimli
olur, ancaq, rənglər.
İnsanlara bəxş edən
misilsiz gözəlliyi
verir, ancaq, rənglər.
Rənglər müxtəlifdir...
Mənasi da lətifdir.
Məhəbbət dünyasinda
Rənglər bir canlidir.
Söhbət açir nələrdən...
Sanki, insan qanlidir.
Sevəndə qizi oğlan
Qirmizi gül göndərir.
Deyir, sən də alovlan,
Məni eşqin yandirir.
Daha doğrusu, bu rəng
Olmuş «könül elçisi»,
Orda duyulur ancaq
Məhəbbətin naləsi.
Ağ gül hər görüşlərə
Çağirir könülləri,
Orda lal məhəbbətin
Ruha gəlir dilləri.
Ağ rəng «görüş» rəngidir,
Ağ rəng gülüş rəngidir.
Sari güldə ürəyin
Xəyal cığırı – I cı̇ld
431
Nifrəti hiss olunur,
Məhəbbətdə diləyin
Qeybəti hiss olunur.
Sari rəngdəki qüvvət
Diləyir eşqə «nifrət».
Göy rəngdə məhəbbətin
Səma tək böyüklüyü,
Dərinliyi duyulur.
Cəhrayi rəngdə qizin
Gözəlliyi duyulur.
Yaşil rəngin mənasi
Yandirir daği, daşi,
Demək, eşqin dünyasi,
Axidir hicran yaşi.
Rənglər müxtəlifdir,
Mənasi da müxtəlif.
Qəlbimə bu dəm yaman
Bir xoş arzu gəlibdir, –
Qiyiram könüllərə
Qirmizi,
ağ,
çəhrayi,
göy rəngləri...
Yaşil rəng də, qoy hərdən
Hicran çəkəndə olsun,
Könül alib sevgidən
Tez açilib, tez solsun.
Ancaq sari rəngi mən
Heç anlaya bilmirəm.
Tofiq Məhəmməd oğlu Hüseynzadə
432
Könüldən gəlib, gedən
Çox ağrini silmirəm.
Mənim başqa rənglərə
Böyük hörmətim vardir.
Sari rəngə özü tək
Yaman nifrətim vardir.
1967 noyabr
Xəyal cığırı – I cı̇ld
433
DARA ZÜLFÜNÜ
Ey, mənim ömrümü edən divana,
Qiymiram ürəyim gənc ikən yana.
Qəlbimdə eşqimi yetirdi cana,
Dəstə tut, bir yana dara zülfünü.
Eşqinlə od tutub, tamam yanmişam,
Qara gözlərinlə qanadlanmişam.
Hər eldə, obada səni anmişam,
Sən qiyma gəl artiq, yara zülfünü.
Ömrün bahar kimi min çiçək açsin,
Camalin Günəş tək şölələr saçsin.
Demə ki, qoy Günəş əbədi qaçsin,
Gecə tök gərdənə qara zülfünü.
Mən oldum divanə, sən oldun divan,
Verdin taleyimə bir aci fərman.
Getmə uzaqlara ölsəm də cavan,
Söylə, aparirsan hara zülfünü?..
1967 noyabr
Tofiq Məhəmməd oğlu Hüseynzadə
434
QIZLAR
Gəzir sona kimi çəməni, düzü,
Ömrün baharinda səfali qizlar.
Bizlərdən hərdən bir dönəndə üzü,
Çəkir dağdan dağa xəyali qizlar.
Hərdən bürünəndə ipəyə, şala,
Baxma yanaqlarda can alan xala.
Könül viran edən o, Ay camala,
Çəkər örpəyini həyali qizlar.
Ey könül, gəl geymə qəm libasini,
Çixar ürəyindən hicran yasini.
Aç söylə hamiya, sevdin hansini?
Sevmirlər heç zaman bu hali qizlar.
1967 noyabr
Dostları ilə paylaş: |