Tofiq Məhəmməd oğlu Hüseynzadə
420
Dərdi olana da
kömək olmuşam,
bəzən gözlərimdə
yaşla dolmuşam.
Dərdinə yanmişam
yananlar üçün,
Mən qurban olmuşam
qananlar üçün.
Bircə kəlmə də
pis söz demədim,
Hər sizin kimi,
yolundan vəhşi tək
azanlar üçün.
Güc verib sözə,
qişqirib deyirəm,
yenə də sizə:
– Ehey!..
müxtəlif adlar,
hissimə yadlar.
Neçün axi siz,
qiriq könlümə
çox dəyirsiniz?
Əl çəkin məndən!..
Əl çəkin məndən!!!
1967 noyabr
Xəyal cığırı – I cı̇ld
421
BU DASTANI SEV
(Şota Rustavelinin «Pələng dərisi geymiş pəhləvan»
kitabinda yazmişdir)
Ey, mənimlə sən birlikdə bu dastani varaqlayan,
Məhəbbətə yananlarin taleyini soraqlayan.
Əzəl başdan qəhrəmanlar taleyinə yanmamiş, sən,
Bu dastani qəlbin kimi, təkcə – ancaq sevməlisən.
Ömrün kimi bu kitaba qoyma düşsün adi ləkə,
Mənim qəlbdən gələn sözüm əfsanədir, söylə, bəlkə...
Oxuyanda bu dastani həzin-həzin göz yaşi tök,
Məhəbbətə yananlarin qabağinda qul kimi çök.
Alqiş söylə, əhsən söylə Darecana bilə-bilə,
Öz eşqini bəxşiş etdi əzəl gündən Tariyelə.
Heç yadindan çixartma sən Aftandilin cürətini,
Tariyelə sirdaş oldu, ağlar qoyub Tinatini.
Məhəbbətin olmamişdir nə əzəli, nə də sonu,
Gənc isənsə, sənə ancaq mən məsləhət bildim bunu.
Bu dastanin ilhamindan qüvvət alib yazdim bunu,
Ürəyimdə mən yaşatdim ürəklərin duyğusunu.
Söyləmirəm, hay-harayli, yanar eşqli bir yazanam,
Ya da iki sözüm üçün mən özümü şair sanam.
Hərdən-hərdən qəlbim dolur, daşir kiçik bir sel kimi,
Mən yazdiqca ürəyimdə həyat əsir bir tel kimi.
Tofiq Məhəmməd oğlu Hüseynzadə
422
Gözəl Allah, mənə güc ver, bir qanad ver, olum xoşbəxt,
Birini də mən şerə yazim, ürəyimdə gülsün niyyət.
Elə böyük bir dastan ki, oxuyanlar ruha gəlsin,
Düşünməsin. Açiq-aydin qüdrətimdə eşqi bilsin.
Badələri doldur bir-bir, gətir mənə, tez ol, saqi,
Ürəyimdən köç etməmiş həyat, ömür, vətən eşqi.
15.11.1967
Xəyal cığırı – I cı̇ld
423
DUYSAN ƏGƏR BU DASTANI
(Şota Rustavelinin «Pələng dərisi geymiş pəhləvan»
kitabinda yazmişdir)
Duysan əgər bu dastani,
Demirəm ki, məni tani.
Taleyini bu gözəlin
Oxuyanda həzin-həzin;
Eşit məni, dinlə gerçək,
Yanmasan da hərdən ah çək.
Bu dastana gərib sinə,
Deyirəm ki, sənə yenə:
Demirəm ki, məni tani,
Eşq atəşli bu dastani
Oxuyanda mən qəlbi daş
Gözlərimdən süzüldü yaş.
15.11.1967
Tofiq Məhəmməd oğlu Hüseynzadə
424
EY GÜNƏŞ!
Səndən söz açanda gülür aləmim,
Ey Günəş!
Bilmir necə yazsin sözü qələmim?
Ey Günəş!
Axi, sən aləmdə bir hökmdarsan,
Eşqindən güc alir bu Yer, kainat.
Sənsiz yaşa dolmaq deyildir asan,
Səndən öz gücünü almişdir həyat,
Ey Günəş!..
Bir kiçik zərrədən, böyük dağadək,
İsti alovlardan buz bulağadək
Görünən hər bir şey, hər canli, cansiz,
Dünyada ömr edən hər qanli, qansiz
Sənin qüdrətinlə «varliğa dönmüş»,
Təbiət ehkamli şala bürünmüş.
Yaranmiş dünyamiz, yaranmiş insan
Yaranmiş həmin gün qoca asiman,
Ey Günəş!..
Əgər inanmayan varsa sözümə,
Onlar inansinlar yanar gözümə.
Od tutub yanarsam bir gün mən əgər,
Mənim bədənimdən qopan şölələr,
Günəşdən aldiğim, insan olduğum,
Onun qüdrətilə yaşa dolduğum
Qizil şəfəqlərdir, bəli, şəfəqlər!
Ömrümün bahari, teli şəfəqlər...
Xəyal cığırı – I cı̇ld
425
Od tutub yanarsam, deyərəm ki, mən,
Mən insan deyiləm, kiçik Günəşəm,
Ey Günəş!
Buludlar göylərdə dəyib, çaxanda,
Göylərə bir anliq eynək taxanda,
Səndən olduğunu göstərir özü,
Hələ dil açmayir Yerin gündüzü.
Söz olsa, gör nələr, nələr danişar,
Bəlkə də od tutub, o dəm alişar,
Səhralar, meşələr, dərələr, dağlar,
Al, yaşil bürünən çiçəkli bağlar.
Həyatda hər bir şey borcludur sənə,
Bununçün deyirəm, hey dönə-dönə,
Madam ki, al Günəş «yaratmiş» bizi,
Ona açmaliyiq ilk eşqimizi,
Ey Günəş!
1967 noyabr
Tofiq Məhəmməd oğlu Hüseynzadə
426
A QIZLAR
Söylənir sözünüz dillərdə yaman,
Deyəsən, qəlbimə olubdur daman.
Pis gözdən qorxuram, qorxuram, aman!
Verməyin heç zaman baş-başa, qizlar.
Sizdən gözəl deyil Ayin gündüzü,
Seyr edin yamaci, çəməni, düzü.
Gözəl olarsiniz, deyirəm düzü,
Bürünün ipəyə, qumaşa, qizlar.
Canima qəsd edib hey üzə-üzə,
Yenə gətirməyin məni siz sözə.
Mən ki vurulmuşam bir ala gözə,
Açmayin dərdimi birbaşa, qizlar.
Siz göydə ulduzlar, o, bir yanar Ay,
Bəlkə də, heç Günəş ona deyil tay...
Açan bənövşələr, axan dəli çay,
Edirlər tək ona tamaşa, qizlar.
Qəlbimə od salir hər axşam, səhər,
Adini deməyə çatirmi hünər?
Mən onu sevirəm. O, gözəl dilbər
Durmasin baxişla savaşa, qizlar.
1967 noyabr
Dostları ilə paylaş: |