Xəyal cığırı – I cı̇ld
411
SƏNİNDİR
Sənə deyim ki,
Ürəyimdəki
Eşqim, həvəsim
Təkcə sənindir.
Bir gün çəməndə,
Şirin nəğmədə
Ucalsa səsim,
Təkcə sənindir.
Olma biganə,
Mən yana-yana.
Hər şirin hissim
Təkcə sənindir.
1967 noyabr
Tofiq Məhəmməd oğlu Hüseynzadə
412
VURULMUŞAM
Bulud zülflü, hilal qaşli,
Bəzən, bəzən gözü yaşli,
Sözü gözəl, özü gözəl
Bir dilbərə vurulmuşam.
Günəş mənim öz həyatim,
Kainat da hissiyatim.
Hər bir şeydən doğru, əzəl,
Bir dilbərə vurulmuşam.
Çiraq kimi saldi işiq,
Saz götürüb, dindi aşiq.
Görən kimi mən əlbəəl
O, dilbərə vurulmuşam.
1967 noyabr
Xəyal cığırı – I cı̇ld
413
O QIZIN
Həsrəti öldürür bir ildir məni,
Qaşi qara, gözü ala o qizin.
Deyirəm, qəlbimdən köçsə də hər şey,
Təkcə məhəbbəti qala o qizin.
Mən ona qul oldum, o mənim şahim,
Müqəssir o oldu, yoxdur günahim,
Qəlbimdə inləyən hər dərdim, ahim,
Tamam vücudunu ala o qizin.
Sevgini kim sevmiş könüldə səsli,
Qalanmiş odlarda eşqə həvəsli.
Məhəbbət yaniqli Leylilə Əsli,
Qəlbinə eşqimi sala o qizin.
1967 noyabr
Tofiq Məhəmməd oğlu Hüseynzadə
414
ETİBARIM VAR
Atsalar iraqa alagöz yari,
Alsalar əlimdən dövləti, vari,
Məndən üz çevirsə ömrün bahari,
Şeir tək sənətə etibarim var.
Məhəbbət ömrünü bəxş edib oda,
Ucaltdi gör neçə insan dünyada?
Ya yansam alovda, ya batsam suda,
Belə bir qüvvətə etibarim var.
Aci bir xəyalla gülsə də fələk,
İnsanin hər şeyə hörməti gərək.
Unutmaz heç zaman düzü duz-çörək,
Bu şirin nemətə etibarim var.
1967 noyabr
Xəyal cığırı – I cı̇ld
415
XƏSTƏLİK VƏ XANIM
Xəstəlik çox getdi fikrə,
Düşündü ki, tapim kimi?
O, əlbəəl düşsün yerə,
Boğazindan tutan kimi.
Bir az durdu, sevinərək,
Dedi: «Aha, tapdim yaman,
Başqa bir yol nəyə gərək?..
Tez yixilar dağda çoban».–
Qanad çaldi, uçdu dağa,
Yetişdi ki, bir bulağa,
Çoban orda çörək yeyir,
Buz bulaqsa nəğmə deyir.
O, çixaraq dağ döşünə,
Tez başladi öz işinə.
Çoban yedi, doydu, qalxdi,
Ağri duydu bədənində.
Xəyallanmiş, xeyli baxdi,
İstəmədi getsin kəndə.
Dedi: Elə, bu dağdaca,
Gül-çiçəkdən alib iyi,
Unudaram xəstəliyi.
Dedi: Elə, bu dağdaca,
Gəzib güneyi-qüzeyi,
Unudaram xəstəliyi.
Keçdi bir gün, bir neçə gün,
Heç yatmadi çoban xəstə.
Xəstəlik lap oldu üzgün,
Tofiq Məhəmməd oğlu Hüseynzadə
416
Yaziq çoban ayaq üstə.
Yağişda da, boranda da,
İnsan yeyən tufanda da,
Xəstəliyə baş əymədi,
Nə də qayği gözləmədi.
Bir ay keçdi, yatmadi o,
Xəstəliyi tutdu azar.
Niyyətinə çatmadi o,
Oldu tamam-kamal bezar.
Baxib dağlar harayina,
Uçdu şahin sarayina.
Azar tapdi şikarini,
Tutmayaraq qiz, qarini,
Şah xanimina oldu süvar.
Xanim duydu – ağrisi var,
Qişqiraraq kənizlərə
Söylədi ki, «açin yeri!»
Onlar susub yavaş-yavaş,
Tez açdilar atlas, qumaş.
Yüz ölkədən gəldi həkim,
Pay tuturdu eşitsə kim.
Xəstəlik lap çox sevindi,
Öz-özünə xisin dindi:
Söylədi ki, «nə axmağam,
Ağli getmiş bir sarsağam.
Nə gəzirəm çobanda ki?
Vursun məni dağa, daşa...
Xanim çəkir hər nazimi,
Bürünmüşəm al qumaşa!»
1967 noyabr
Xəyal cığırı – I cı̇ld
417
DURMA, GƏL!
Aman dilbər, bu gün yaman günümdü,
Göz yaşini silə-silə, durma, gəl.
Xəstə düşdüm. Tək dərmanim ünümdü,
Bu dərdimi bilə-bilə, durma, gəl.
Didir məni həsrət eşqi – yar eşqi,
Ürəyimdə, sən gəl eylə yar eşqi.
İstəmirsən düz ortadan yar eşqi,
Şəfa yetir solan gülə, durma, gəl.
Ömür keçir, zaman çəkir atini,
Surətin yox, çağiriram adini.
Görməyimmi məhəbbətin dadini?..
Ay dolanib keçir ilə, durma, gəl.
Ürəyimdən qara qanlar süzülür,
Xəyallarim bulud kimi düzülür.
Gün görməmiş cavan ömrüm üzülür,
Yaziq bəxtim oldu belə, durma, gəl.
Saç ağarir tez çatmamiş əlliyə,
Dost olmadi gün keçirmiş dəmliyə.
Aman! Tez ol, bir əl yetir Qəmliyə,
Öz ömrünü atdi selə, durma, gəl.
1967 noyabr
Tofiq Məhəmməd oğlu Hüseynzadə
418
DAĞLAR
Toylu gəlin kimi siğmayir sözə,
Min salam yetirir Ayli gündüzə,
Qopur şirin nəğmə çəmənə, düzə,
Həyatda əzəldən belədi dağlar.
Saz aldim əlimə aşiq sayaği,
Gəzdim hər obani, hər bir oylaği,
Tapa bilməyəndə o, gül yanaği,
Könlümə qaynar su çilədi dağlar.
Mən ona «can!» dedim, o mənə «mehman»,
Çəkdi öz köçünü başimdan duman,
Əl verib, görüşüb, ayrilan zaman,
Bir də gəlməyimi dilədi dağlar.
1967 noyabr
Xəyal cığırı – I cı̇ld
419
ƏL ÇƏKİN MƏNDƏN
Ehey!..
Müxtəlif adlar,
hissimə yadlar.
Sizin barədə
mən heç bir yerdə
bircə kəlmə də
söz açmamişam.
Yalan söz deyib,
könüllər yeyib,
sanmayib eyib,
heç qaçmamişam.
Düşüb yalana,
başqa ünvana,
mən qana-qana
demədim boş söz.
Olum artiq öyə,
Mən xain?.. Niyə?
Hər sadə şeyə
dikməmişəm göz.
Çəkmişəm həmişə
mən öz dərdimi,
mən öz qəmimi.
Dostları ilə paylaş: |