Tofiq Huseynzade--seir--kitab 1111. indd



Yüklə 21,6 Mb.
Pdf görüntüsü
səhifə73/143
tarix04.07.2018
ölçüsü21,6 Mb.
#53181
1   ...   69   70   71   72   73   74   75   76   ...   143

Xəyal cığırı – I cı̇ld

435


OLMASAYDI 

(qəzəl)


Ey gül, səni sevməzdim, könül şad olmasaydi,

Bu sevgi hicranindan, qəmdən azad olmasaydi.

Məhəbbət könüllərin gül ətirli sultanidir,

Bilməzdim qiymətini, çəkdiyim fəryad olmasaydi.

Məcnunun Leyli eşqi qaldi zamanda inci tək,

Meyl etməzdim mən sənə, bir belə ad olmasaydi.

Kim bilir ki, bəlkə də mən sox gözəllər sevərdim,

Bu gözəllər əgər ki, eşqimə yad olmasaydi.

 

Deyirəm, sevincimi qoy bəxş edim təbiətə, 



Küsərdim dünyamizdan, eşqimiz abad olmasaydi.

1967 noyabr




Tofiq Məhəmməd oğlu Hüseynzadə

436


QOPARIN MƏNİ

Ey, sonra sevdiyim dostum, tanişim,

(Bu sözü deməyə çox gəncdir yaşim).

Dağilsa başimdan qohum, qardaşim,

Köksüz ağac kimi qoparin məni.

Baş qoysam yastiğa, şerə dolduğum,

Vətənə, həyata heyran olduğum,

Bir ürək eşqinə qurban olduğum,

O, güllü çəmənə aparin məni.

1967 noyabr




Xəyal cığırı – I cı̇ld

437


YARAŞIR

Gözəllərdə həyaliq

İpək şala yaraşir.

Şölə saçan Ay camal

Qara xala yaraşir.

Döyünəndə bir ürək

Yardan küsmüşdür, – demək.

Məhəbbətdə küsüşmək

Xoş xəyala yaraşir.

Çöl-biyaban soraşmaq, 

Divanə tək dolaşmaq,

Külünglə dağlar aşmaq

Eşqi-hala yaraşir.

Olsan əyər divanə,

Saz götür, düş hər yana,

Susma. Eşqi bəyana,

Çala-çala yaraşir.

Olsan nabələd, amma

Gəl, boş yerə ağlama.

Sağ tərəfdə saxlama,

Sevgi sola yaraşir.

Naz eyləyib küssə gül,

Dolanar bağa bülbül.

Ürəkdən almaq könül

Təkcə qola yaraşir.                   1967 noyabr



Tofiq Məhəmməd oğlu Hüseynzadə

438


SƏNƏ VURĞUNAM

Alanda əlimə bir dəstə çiçək,

Sevgilim, gəl küsmə, sənə vurğunam.

Sənsən ürəyimə hamidan göyçək,

Gileyli göz süzmə, sənə vurğunam.

Çixanda ən uca yamaca, dağa,

Mən könül vermərəm lalə yarpağa.

Hərdən dayananda dodaq-dodağa,

Demişəm, can üzmə, sənə vurğunam.

Gəl mənə rəhm eylə, olasan Tanri,

Atib bir tərəfə andi, ilqari,

Deyinmə dalimca, giley-güzari

Qəsdimə çox düzmə, sənə vurğunam.

1967 noyabr




Xəyal cığırı – I cı̇ld

439


BƏLKƏ DƏ, ALDANMIŞAM

Demə gözüm qaradir,

Bağrim başi yaradir.

Təbiət ki, hər zaman

Min-min gözəl yaradir.

Bərk xəyala dalmişam,

Düşünürəm, düzü nə?

Sənin qara gözünə,

Bəlkə də, aldanmişam.

And içib dedin mənə:

«Könlüm vurğundur sənə!»

Keçib ki, xeyli zaman,

Ürəyimə mən yenə

Sorğu, sual salmişam.

Düşünürəm, düzü nə?

Sənin şirin sözünə,

Bəlkə də, aldanmişam.

Üzün Günəş, üzün Ay,

Ulduzlarda yoxdu tay.

Qaşlarina bənzəyir,

Süzüb, gedən oxda yay.

Çətinlikdə qalmişam,

Düşünürəm, düzü nə?

Sənin o, Ay üzünə,

Bəlkə də, aldanmişam.

1967 noyabr




Tofiq Məhəmməd oğlu Hüseynzadə

440


MƏNALI ÖMÜR

Dünyada gözəllə ömür sürməyin,

Həyat tək durduqca mənasi vardir.

Nədənsə, bir çirkin sevib, görməyin, 

Hər eldən, obadan tənəsi vardir.

1967 noyabr




Xəyal cığırı – I cı̇ld

441


BAĞLIYAM

Fərmanla hökmümü yazsalar dara,

Qişqirram: «qurbanam o nazli yara!»

Mən xain çixmaram əhdə, ilqara,

Sevgilim, eşqimə belə bağliyam.

Göylərə siğmayan şöhrətim, şanim,

Olmuş əzəl gündən Azərbaycanim.

Getmərəm bu yerdən; üzülər canim,

Ayrila bilmərəm, elə bağliyam.

İnsana min ilham gətirmək üçün,

Hər ağri, kədəri itirmək üçün, 

Dostunu dostuna yetirmək üçün,

Ağizda hər şirin dilə bağliyam.

Könüldə sevinci vüqarla açan,

Hər insan qəlbinə quş kimi uçan,

Gözəllik eşqinə şölələr saçan,

Gərdəndə hər zərif telə bağliyam.

1967 dekabr




Tofiq Məhəmməd oğlu Hüseynzadə

442


İSTƏR

Tamaşa eyləyib hey yerə, göyə,

Sevgilim getmişdir bərk düşüncəyə...

Bu yerdə ürəkdən şeir deməyə,

Könül aşib-daşan bir bulaq istər.

Qayğisiz, kədərsiz yaşamaq üçün,

Həyat mənasini, dərindir, düşün.

Hər yoldan ötənlər toxunmamaqçün,

Qizilgül tikanli bir budaq istər.

Yaşamaq həvəsi şirindir yaman,

İnsan fikirdədir, xəyaldir duman.

Küləklər qoparib, teyləyən zaman,

Hər sünbül bir ovuc boz torpaq istər.

1967 dekabr




Xəyal cığırı – I cı̇ld

443


QƏLƏM

Könül ilham alib, haray salanda,

Tez onun dadina çatirsan, qələm.

Könül çətin yerdə batib, qalanda,

Sən də qüssə-qəmə batirsan, qələm.

İnsan taleyinə çox əməlin var,

Kimi viran olur, kimi bəxtiyar.

Hər yaxşi insani, verib pis qərar,

Bir aci fərmana satirsan, qələm.

Qatirsan gecəni gündüzə hər an,

Bəzən, min xəyaldan açirsan dastan.

Çəkəndə dünyadan köçünü insan,

Sən də illər boyu yatirsan, qələm.

Birinin hökmünü yazsalar dara

Ölüb gedəcəkdir, çarəsi hara?..

Çökür düşündükcə gözümə qara,

İnsafi, mürvəti atirsan, qələm.

Bəzən, düşünəndə mən aram-aram,

Üşüyür, ağriyir sinəmdə yaram.

Sənin qüdrətinə, gücünə varam,

Könlümə sən, sevinc qatirsan, qələm!

1967 dekabr




Yüklə 21,6 Mb.

Dostları ilə paylaş:
1   ...   69   70   71   72   73   74   75   76   ...   143




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə