Tofiq Huseynzade--seir--kitab 1111. indd



Yüklə 21,6 Mb.
Pdf görüntüsü
səhifə69/143
tarix04.07.2018
ölçüsü21,6 Mb.
#53181
1   ...   65   66   67   68   69   70   71   72   ...   143

Xəyal cığırı – I cı̇ld

405


Lenin elan etdi: «Oldu Sovetlər», 

Durmadan hər yerə düşdü bu xəbər.

Qopdu ürəklərdən sevinc və ilham

Şair eşqə doldu, dedi sözünü: 

«Var olsun qoy Lenin – o, əziz düham»

Yummadi yazdiqca gecə gözünü.

Bizim aşiqlar da çox söz qoşdular,

Quşlar da kədərsiz çixib, uçdular.

Hər şeyə azadliq oldu bu yerdə,

Güldü yeni ilham, yeni həvəs də.

Hər yerdə ucaldi şənliyin səsi,

Könülün ən böyük, böyük həvəsi.

Bizim də aşiqlar meydan qurdular,

Qələbə naminə söz oxudular.

Bu şənlik kəsmədi bir neçə gün, düz,

Zurna haray çəkdi hey gecə-gündüz.

Kaman dilə gəldi, tar dilə gəldi,

Gül durub, sevincək bülbülə gəldi.

O gündən biz atdiq zülm daşini,

Sildik biz əbədi gözün yaşini.

– Yaxşi, söylə, baba, bəylər necoldu?..

– Bəylərə dözülməz divan quruldu.

Kimi döndü bizə, kimisi sürgün, 

Kimi güllələndi, elə həmin gün.

Yaxşi, bəsdir oğlum, nağilimiz qaldi,

Deyərək, bir azca xəyala daldi...

– Neçün fikirləşdin?..

– Biz harda qaldiq?

– Filan ölkədə ...

Deyərək, yenə də nağila başladiq.




Tofiq Məhəmməd oğlu Hüseynzadə

406


– Hə... bütün camaat axişdi ora,

Kimi qurban getdi uzun yollara.

– Yollara niyə?

– Axi, o vaxtlar

Yox idi indiki təkərli atlar.

Nə də atin özü, nə də bir eşşək,

Yollari piyada gedəydin gərək.

Əgər Süleymani görmək istəsən, 

Ömrün beş ilini yolda gedəsən.

Qərəz ki, camaat axişdi sel tək,

Kimi çuval tutur, kimisi ətək.

Kimi çariğini çixarib, atir,

Deyir ki, ayağim qoy olsun təzə.

Günəşsə yerində dolanib, batir,

Qonur Süleymanla şəfəqlər üzə. 

Kimin nə arzusu varsaymiş əgər,

Süleyman o dəmlər yerinə yetirər.

Süleyman qüdrəti göyə ucalmiş,

Bu xəbər bir zaman Allaha çatmiş.

Çağirmiş yenə də O, Süleymani,

Demiş: «Ey, Allahin böyük insani, 

Səndəki cürətə vurğun olmuşam,

Sənin xoş sədani nələr duymuşam.

Bu gün mənim sənə bir bəxşişim var,

Həmin bəxşişin də bir qüdrəti var.

Onun adətidir qulaq as, beylə,

Uçacaq, sən ona bu sözü söylə:

«Süleyman Peyğəmbər eşqinə bir uç!»

Onda aşib dağlar, olacaq bir quş.



Xəyal cığırı – I cı̇ld

407


Arzunla uçacaq, getsən, sən hara,

Əgər istəyirsən uç ulduzlara!»

Deyib, bir xalçani ona uzatmiş,

Süleyman o gündən qeyibə batmiş.

Nağil burda bitdi. Qurban balama,

Süleyman Peyğəmbər verdi üç alma:

Birisi balamin, biri özümün,

Birisi yenə də «iki gözüm»ün.

Yenə buraxmadim onu sualdan,

Dedim, «qurban olum, söylə, babacan, 

O, uçan xalçadan varmi bizdə də? 

– Onu görməmişəm heç, oğlum, mən də.

Deyirlər, bu bizdə qatar-qatardir,

Bəlkə də, başqa bir sehrikar vardir.

Kim bilir, sonralar nələr olacaq?..

Bəlkə də, insanlar Günə uçacaq...

– Yaxşi, bəs nə üçün bu nağil deyil?

– Oğlum, qəmgin olma, bunu yaxşi bil,

Bu da söylənir ki, dildə, dodaqda,

Nağillar yazilir bir dağ qalaqda.

Bəlkə də, bu nağili sən yazacaqsan, 

Bəlkə də, xalçayla sən uçacaqsan! –

O, bunu deyəndə gülərdi gözüm, 

«Xalçaçi olacam», – bu idi sözüm.

Baxiram yenə də Yerə, Göylərə, 

Görürəm bu Göylər Yerə alçalir. 

Önümdə bir canli, güllü mənzərə...

Mənim sevincimə baxib, əl çalir.

Bu gün SSRİ Günəşə çatmiş,



Tofiq Məhəmməd oğlu Hüseynzadə

408


Bu azad ölkəni orda ucaltmiş.

Marsda, Venerada bayraq yellənir,

Üstündə Leninin «İrəli!..» şəkli,

Elə bil, göylərə durub dillənir:

«Susun, bura gəlir Sovetlər eli!»

Ey böyük bayraqdar! Ey əziz Lenin!

İşiqli bir yolu sən oldun elin.

Qaranliq zülmətdə sirli yol açdin,

Zehnin, əməlinlə qəlbə nur saçdin.

Elə ki, azadliq yarandi o gün,

Sənin, tək adinla bağlandi o gün.

Bilirik ən böyük qüdrətini biz,

Keçmişi duyduqca susur qəlbimiz.

O gün yaşa dolur – yaşa dolursan,

Zamanla bir yerdə qoşa durursan.

Deyirəm, şahidir dolanan ilin,

Bizim böyük zaman

Bir də ki, Lenin!!!

  

1967 noyabr




Xəyal cığırı – I cı̇ld

409


MƏNƏ BİR MAHNI OXU

Ey... çəmən, ey, dağ!

Ey! Sari sünbüllər, ey yaşil yarpaq,

Ey! Üfüqdən-üfüqə yol alan torpaq,

Ey! Çiçək qoynunda hər kiçik saplaq,

Ey ürək! ... ey, dilək!

Salam verib Günəşə,

              gülümsünüb həmişə,

                          mənə bir mahni oxu.

Təkcə orda «Sülh» sözü

              Günəş kimi, hər bir yerdə

                              işiq saçib, alovlansin!

Ürəkdəki bu xoş dilək,

                qoy həmişə dalğalansin

                                ulduzlardan-ulduzlara!

Nə deyim ki...

            varsa başqa bir aləm,

                 qoy orda da havalansin

                                   «Sülh» sözü!

Söküləndə dan yerindən,

                  qucaqlasin al gündüzü

                                  «Sülh» sözü!

Kəsilməyib, bürüsün

                  hər çəməni, hər düzü

                                    «Sülh» sözü!

Sizin bu xoş nəğməniz,

                               səsiniz



Tofiq Məhəmməd oğlu Hüseynzadə

410


Alsin yer orbitində

                     canli bir şəkil.

Şimaldan-cənuba,

                     şərqdən-qərbə

                             yazilsin, böyük hərflə

                                             «SÜLH» sözü!

Doğulanda, gələndə

                 həyata yeni insan,

Eşidəndə, 

             görəndə ilk dəfə

Qoy dinləsin nəğməni, – 

                     «Sülh» sözünü,

Qoy oxusun ilk dəfə 

                      «Sülh» sözünü. 

Günəşdən də baxanda,

                       Ulduzdan da baxanda

Və yaxud da başqa bir

                        planetdən baxanda...

Bizim Yerin üstündə

                        görünməsə dərə, dağ,

Bari, orda o zaman

                        Günəş tək işiq saçan

– Hər dünyanin gündüzü –

                  Tək görünsün – 

                              «Sülh» sözü!!!

1967 noyabr




Yüklə 21,6 Mb.

Dostları ilə paylaş:
1   ...   65   66   67   68   69   70   71   72   ...   143




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə