Xəyal cığırı – I cı̇ld
465
Dərd olur insanda ya az, ya da çox,
Deşir könülləri ya bir, ya min ox,
Namusla çirpinan ürəklərdə yox,
Qizin yanağinda xal yaradardim.
Şirindir insana şirin dadanlar,
Ömür karvanina ömür qatanlar,
Yaxşi yaratmayib el yaradanlar,
Hər aği-zəhəri bal yaradardim.
1967 dekabr
Tofiq Məhəmməd oğlu Hüseynzadə
466
MƏNƏM
Çix bəşər seyrinə, ey Günəş üzlüm!..
Eşqinlə hər zaman ağlayan mənəm.
Dağlara düşmüşəm, ey ahu gözlüm,
Dəli bulaq kimi çağlayan mənəm.
Hay salib qişqirdim yarim oyana,
Eşqimin sədasi düşdü hər yana,
Neçün xumarlandin, mən yana-yana,
Axi, düz peymani bağlayan mənəm.
Mən sənə yar dedim bir saf niyyətlə,
Oxşadim qəlbini xoş xasiyyətlə,
İnan!.. Səni hər an bu ülviyyətlə,
Gözündə əbədi saxlayan mənəm.
1967 dekabr
Xəyal cığırı – I cı̇ld
467
İSTƏMİRƏM
İstəmirəm yer üstündə axsin bircə insan qani,
Ürək çəksin nə iztirab, nə bir ağri, nə bir hicran...
İstəmirəm! Boz buludlar götürməsin asimani,
Bir yaşayib, bir yaratsin Günəş ilə ömür dövran.
İstəmirəm başqasina xain baxan dəyərli göz,
Olmasa da bir mənasi, təkcə ürək bulanmasin.
İstəmirəm evlər yixan, könül qiran mənasiz söz,
Yer almayib qəlbimizdə, boş bir yerə tullanmasin.
İstəmirəm dostlarina xain çixan insanlari,
Ürək yana, alovlana, nalə çəkə tüstüləri...
İstəmirəm bu dünyani çox-çox dayaz qananlari,
Ömür keçir, bərk çaparaq, yarandiği gündən bəri.
İstəmirəm, sənətkar ki, sənətini satir pula...
Öləndə də boş səs kimi tez yox olur, unudulur.
İstəmirəm, bir hökmdar cəza verə yaziq qula!
Lap əzəldən bu ağri-dərd, ürəyimi yaman yolur.
İstəmirəm, gül çiçəklər solub, getsin payiz vaxti,
Təbiəti bürüməsin bu çirkinlik, heç bir zaman.
İstəmirəm bir namərdə qismət olsun hökm taxti,
Qurban gedə boş bir yerə neçə-neçə gözəl insan.
Tofiq Məhəmməd oğlu Hüseynzadə
468
İstəmirəm ağizlarda nə uydurma, nə bir yalan,
Andi təmiz, qəlbi təmiz insanlari ləkələyə.
İstəmirəm hər bir işə göz yetirib, burun soxan,
Gül ətrini paxilliqdan murdar kimi, o, iyləyə.
İstəmirəm, o həyat ki, ömrü yolda qoyur yari,
Puça çixir min-min arzu, ömür olur röya kimi.
İstəmirəm ürəklərdə nə ağrini, intizari,
Göz yaşlari zaman-zaman axib, gedə dərya kimi.
İstəmirəm o qizi ki, göz yumur öz taleyinə,
Səksəkəli bir quş kimi budaq görsə qonur harda.
İstəmirəm o oğlan ki, xain çixib öz eşqinə,
Dağ aşmayir bir ər kimi gah boranda, gah da qarda.
İstəmirəm ürəkləri oyun edən aşiqləri,
İstəmirəm saz götürüb, söz deməyən aşiqlari.
1967 dekabr
Xəyal cığırı – I cı̇ld
469
GÜLÜŞ
Gözəlim, demirəm mən sənə, gülmə,
Gül, nadir tapilan bir inci kimi.
Sən məni bu yerdə gəl naşi bilmə,
Hər adi bir sözə diş açib, gülmə,
Gül, nadir tapilan bir inci kimi.
Gülüşlər insani cavanlaşdirir,
Yerində ürəkdən yaratsan onu,
İnsanin ömrünə min gül açdirir.
Mən sənə məsləhət bilirəm bunu,
Yerində ürəkdən yaratsan onu.
Gül ki, baxişina gül heyran olsun,
Keçsin ürəyimdən xoş xatirə tək.
Çox gülmə – insani bərk yoran olsun,
Az gül ki, duyduğum bu arzu, istək,
Keçsin ürəyimdən xoş xatirə tək.
Güləndə hay-haray salma aləmə,
Gül ki, o gülüşə mən həsrət çəkim.
Mənim sözlərimdən – «incidim», – demə...
Gül ki, gülüşünü bilməsin heç kim,
Mən duyum tək onu, mən həsrət çəkim.
Tofiq Məhəmməd oğlu Hüseynzadə
470
Gözəlim, sən də gəl yad gözəllərə
Çatdir ki, güləndə, gül incə-incə.
Könül bağçasinda açan güllərə,
Bütün gözəlliyə durub gəlincə
Çatdir ki, güləndə, gül incə-incə.
Gözəlim, demirəm çox gülüşün var...
Məsləhət bilmişəm, inciməsin yar.
1967 dekabr
Xəyal cığırı – I cı̇ld
471
EY İNSANLAR!..
Ey insanlar! Axi, niyə,
Nahaq yerə qan axidaq?..
Yiğilaraq bir ürəyə,
Deyək, gülək, qəm dağidaq.
Bir-birimizə olmuşuq biz,
Yaği, niyə?..
Düşünməyək nə var-dövlət,
Yaratmayaq çox fəlakət.
Bircə bomba nəfəsinə
milyon-milyon insan ölür.
Aman – Dəhşət!..
nə fəlakət...
İnsan, insan yoldaşini
satir pula,
Viran edir könülləri,
gəlmir yola.
Düşünmürmü, bir gün o da
öləcəkdir?!.
Nə qədər ki, qoçaq olsa,
güclü olsa,
Lap axirda
bu yol ilə gələcəkdir.
Ölümlərə açan yollar,
Milyon-milyon yiğan dollar,
hökmdarlar...
Nə düşünür bu barədə?..
Düşünürmü, bir gün o da
Tofiq Məhəmməd oğlu Hüseynzadə
472
Torpaqlara qarişacaq?!.
Öz gücünü onda ancaq
Quru yelə tapşiracaq?!.
Ey insanlar,
deyilik biz
bir-birimizə yaği, düşmən.
Yaşamaqçün, hey döyünür
Hamimizin ürəyimiz.
Bir insaniq –
həm sən, həm mən,
Biz qardaşiq,
biz yoldaşiq...
Silahlari ataq, getsin,
Daş üstündə yeni aləm
– çiçək bitsin.
Bir-birimizdən, qoy qalmasin
bir qorxumuz,
Çiçəklənsin Bahar kimi
öz qəlbimiz, öz yurdumuz.
Gücümüzü,
zehnimizi
toplayağin biz bir yerə,
Bomba kimi yerdən göyə
salaq nərə!
Hamimiza düşmən olan
bir ölümü
axtaraq biz!
Tapaq onu, tez öldürək,
Sakit vursun ürəyimiz!
Dostları ilə paylaş: |