Xəyal cığırı – I cı̇ld
457
Yaşayir dünyada bir qonaq kimi,
Ölür, öləndə də sinəsi dağli.
Çoxu gün keçirir bir dustaq kimi,
Kimi hay qoparir sinəsi yağli.
Ömürdə yaman xoş günə vurğunam,
Xoş günə, mən dönə-dönə vurğunam...
Köçəndə dünyadan, hərə adina
Layiqli bir əməl, iş qoyub gedir.
Keçsə də yerlərin dərin qatina,
Yaxşi insanlari tarix yad edir.
Yaşadir özülə bir qardaş kimi,
Tanidir sonradan gələn nəsilə.
Yaşadir sirrinə bir sirdaş kimi,
Nadir inci kimi sevdirir elə.
Getməz ürəyimdən xalqi sevənlər,
Ömrünü sənətə qurban edənlər...
Ələsgər elmində saza vurğunam,
Vurğunun elmində sözə vurğunam.
1967 dekabr
Tofiq Məhəmməd oğlu Hüseynzadə
458
SƏNİN KİMİ
Dolanib batir Günəş,
Üfüqdə yatir Günəş,
Sevgilim, sənin kimi
Qaşini çatir Günəş.
Gözləyirəm nə vaxtdan,
Gecə sallandi taxtdan.
Sevgilim, bax o dağdan
Sən tək boy atir Günəş.
Tutur göyün üzünü,
Deyirəm, yar, düzünü:
Gərdəninə zülfünü
Sənin tək atir Günəş.
1967 dekabr
Xəyal cığırı – I cı̇ld
459
FANİYİK
Dünya bir çeşmədir, biz qəlbi yaniq,
Heyif ki, əbədi yaşamir insan.
Min il yaşasaq da, tək bircə aniq.
Bilərdik dünyanin sirrini asan,
Heyif ki, əbədi yaşamir insan.
Aləmə hüsnilə yaraşiq verən,
Ancaq qoca dağlar qalir dünyada.
Həyati, kim olar vəfali görən?..
İnsan haray çəkib, çox yalvarsa da,
Ancaq qoca dağlar qalir dünyada.
1967 dekabr
«ÖMÜRDƏN YARPAQLAR»
DƏFTƏRİNİN SONU
«Həyat bəxş eləsə ömrümü uzun,
Biləcəm qədrini hər şerin, sözün».
11.12.1967
Tofiq Məhəmməd oğlu Hüseynzadə
460
«QURBAN OLARAM»
DƏFTƏRİNƏ GİRİŞ
Bu dəftərdə şair 11.12.1967-ci il tarixdən
11.12.1968-ci il tarixədək yazdığı şeirləri top-
lamışdır.
«Varliğima, hissimə
Güc verir, qanad verir.
Hər şey sussun deyirəm,
Qoy danişsin əzəl, tar!»
«Nə xoş yerin övladiyam, qanadlanir qəlbimdə can!
Şeir, sənət beşiyidir Odlar Yurdu – Azərbaycan.
Vaqif qoşdu durnaya şeir, düşdü ağiza, düşdü sözə,
Səməd Vurğun qoşma dedi yana-yana ala gözə.»
«Zaman hökm eləsin, alim qələmi
Orda nəzmə çəkim gözəl aləmi...»
11.12.1967
Xəyal cığırı – I cı̇ld
461
QURBAN OLARAM
Həmişə çağlayan şəlaləm olsa,
Doldurub, içməyə piyaləm olsa,
Piyaləm üstündə bir laləm olsa,
Belə bir hörmətə qurban olaram.
Günəş xumarlanib, qütbə batanda,
Qaranliq qaşini yiğib, çatanda,
Məhəbbət hicrani qirib, atanda,
Belə bir qüvvətə qurban olaram.
Yoldaş, yoldaşinin dərdini qansa,
Hər zaman yad edib, ürəkdən ansa,
Gülsə sevincinə, qəminə yansa,
Belə məhəbbətə qurban olaram.
Salmasa qəlbimə bir şikayəti,
Eyləsə bəxtimi qilincdan iti,
Dil açib deyir ki, könül həsrəti,
Belə təbiətə qurban olaram.
Nadir bir inci tək düşsə dillərə,
Əzəldən könlünü versə ellərə,
Yadigar saxlanan hər nəsillərə,
O, şerə, sənətə qurban olaram.
11.12.1967
Tofiq Məhəmməd oğlu Hüseynzadə
462
ÜRƏK YANMASA...
Qohum ki yanaşdi sənə buz kimi,
Sən onu yalama bir də duz kimi.
Onun hərarəti olsa çox sönük,
Öz təmiz qəlbinə onu etmə yük.
Ona xahiş etmə, düşəcək sözün,
Təkrar söz deməyə tutarmi üzün?
Sən onu bir qohum çixma adina,
Düşsən də zindana, salma yadina.
Qan qanin yolunda düşər atəşə,
Dərmançün ürəyini çəkdirər şişə.
Atalar düz deyib, unutmaq olmaz:
«Ürək ki, yanmadi, gözdən yaş çixmaz!»
11.12.1967
Xəyal cığırı – I cı̇ld
463
DEDİLƏR
Dedilər : – Can alir bir gözəl canan,
Dedim : – O qilinca mənəm toxunan.
Dedilər : – Bəxtini eyləmə qara,
Dedim: – Can onundur, getsəm də hara.
Dedilər : – İnsafi yox o mələyin,
Dedim : – Vurğunuyam belə ölməyin.
1967 dekabr
(«Sosialist Sumqayıtı» qəzetinin 30.12.1967-ci il
tarixli sayında dərc olunmuşdur.)
Tofiq Məhəmməd oğlu Hüseynzadə
464
BAL YARADARDIM
Könlüm tuğyan edir dərdli yaradan...
Əyər mən olsaydim Böyük Yaradan,
Seçib, saxlayardim aği qaradan; –
Ölümü insandan dal yaradardim.
Dirnaği daşlarda alovlar saçan,
Bu eldən o elə quş kimi uçan,
İldirim sürətlə şiğiyib, qaçan
Ata bir əbədi nal yaradardim.
Olmazdi qara rəng, nə duman, nə çən,
Nə sari çiçəklər, nə yaşil çəmən,
Nə də gül olmazdi xallari dən-dən,
Bütün təbiəti al yaradardim.
Qoymazdim dünyada nə qorxu, nə qan,
Nahaqdan bədəndə titrəməzdi can,
Yaşardi həyatda ağilli insan,
Ağilsiz başlari mal yaradardim.
İnsan ki, insandir, nə fərqi vardir –
Cavanda saç qara, qocada ağdir?
Neçə ki həyatda adamlar sağdir,
Başdaki saçlari çal yaradardim.
Dostları ilə paylaş: |