50
Gündüz İsmayılov
Tövrat və İncildə bəzi yer adları var ki, onların Azərbaycan
ərazisində olması ilə bağlı görkəmli tədqiqatçılar əsaslandırılmış
fi kirlər söyləyiblər. Məsələn, Əhti-ətiqdə tez-tez rast gəlinən və
Adəmə yaşamağa icazə verilən Ədən bağları barədə Varlığın ikin-
ci fəslində maraqlı məqamlar var. Orada qeyd edildiyinə görə,
Ədəndəki çaylardan biri “Quş torpağından axan” Hixondur. İncilin
tədqiqi ilə məşğul olan alimlərin bir çoxu ehtimal edir ki, Hixon
Araz çayıdır. Quş torpağı isə Xəzər dənizinin dalğalarının yuduğu
bir sahildir.
Bu məsələdə maraqlı məqamlardan biri də ilk səmavi
dinlərin – yəhudilik və xristianlığın erkən dövrlərindən etibarən
Azərbaycanda yayılmağa başlamasıdır. Tarixi qaynaqlara görə,
istər yəhudiliyin, istərsə də xristianlığın ilk təbliğatçılarının və
mənsublarının üz tutduqları yerlərdən biri Azərbaycan əraziləri ol-
muşdur. Bunun səbəbləri sırasında coğrafi yaxınlıq, mədəni-sosial
oxşarlıq və siyasi amillə yanaşı, çox güman ki, müqəddəs kitab-
larda Azərbaycan əraziləri ilə bağlı adların çəkilməsinin də təsiri
var. Çünki müqəddəs kitablarda rəvayət edilən hadisələr, onların
baş verdiyi ərazilər və yer adları bu kitablara inanan insanların
diqqətini çəkirdi və onlar həmin yerlərə can atırdılar.
Məlumdur ki, dini inanclar özünü daha çox dəfn mərasim lə-
rində büruzə verir və tarixçilər qədim insanların dini inanclarını
o dövrə aid düşərgələrdə, xüsusilə qəbirlərdə aparılan arxeolo-
ji tədqiqatlar əsasında öyrənirlər. Tədqiqatlar təsdiqləyir ki, ilk
dövrlərdən başlayaraq dini inancların inkişafı Mesopotamiya ilə
Azərbaycan ərazilərində, təxminən, paralel gedib. Məsələn, era-
mızdan əvvəl altıncı və dördüncü minilliklərdə meyidləri yaşayış
məskənlərində, tikililər arasındakı boşluqda və ya küplərdə dəfn
edirdilər. Bu adət təkcə Azərbaycan ərazisində yox, qədim Şərqin
bir sıra ölkələrində, o cümlədən Mesopotamiyada mövcud olub.
Eyni zamanda, həmin dövrlərdə dini mərasimlər keçirmək üçün
xüsusi otaqlar tikilib ki, arxeoloji qazıntılar zamanı onların qalıq-
larına rast gəlinib.
51
Tolerantlıq: bildiklərimiz və bilmədiklərimiz
Bütün bunlar təsdiqləyir ki, eramızdan neçə min il öncə
Azərbaycan ərazilərində yaşayan insanların həyatında dini ayin və
ovsunların önəmli yeri olub. Qobustan qayaüstü rəsmlərinin çoxu-
nun ovsun və dini mərasimlərlə bağlı olması da bu iddianın əyani
sübutudur.
Səmavi dinlərə qə-
dər Azərbaycan əra zi -
lərində müxtəlif inanc -
lara etiqad edilib, da ha
konkret de
sək, büt-
pərəstlik hökm sürüb.
Amma bu dövr də bəzi
inanclara, xü susilə, oda,
su ya, ağaca və səma
cisim lərinə inam daha
güclü olub. Ən maraqlısı da odur ki, min illərin keçməsinə baxma-
yaraq, bu inamın əlamətləri insanların yaddaşında mühafi zə olunub
və bu gün də onların həyat tərzində özünü büruzə verir. Məsələn,
ilk insandan üzü bəri əcdadlarımızın müqəddəs hesab etdikləri
oda bütün dövrlərdə qoruyucu, müqəddəs təmizləyici qüvvə kimi
baxılıb. Ümumiyyətlə, həyatın mövcudluğunu şərtləndirən əsas
komponentlər kimi od, su, torpaq və hava (külək-yel) İslamın ya-
yılmasına qədər Azərbaycan ərazilərində yaşayan insanların eti-
qadında önəmli yer tutub. Səmavi dinlərin meydana çıxmasına
qədər, belə demək mümkünsə, bütpərəstliyin bünövrəsini təşkil
edən bu dörd mühim komponent, əslində, Azərbaycan xalqının
min illər ərzində formalaşmış dünyagörüşünün kodlaşmış sim-
voludur. Bəlkə, elə buna görədir ki, İslamı qəbul etməsindən 14
əsr keçməsinə baxmayaraq, xalqımızın adət-ənənələrini, xüsusilə
milli bayramlarımızı bu simvollarsız təsəvvür etmək qeyri-müm-
kündür.
Zərdüştilik: tarixən Azərbaycan ərazilərində yaranmış və yayıl-
mış dinlərdən, ümumiyyətlə, mədəni dəyərlərdən danışarkən atəş-
Qobustan qayaüstü rəsmləri
52
Gündüz İsmayılov
pərəstliyə, xüsusilə zərdüştiliyə toxunmamaq qeyri-mümkündür.
Adətən, atəşpərəstliyi zərdüştilik dini inamı ilə eyniləşdirirlər. Hal-
buki, hər iki inam müstəqil din sahələri kimi meydana gəlib və on-
ların yaranması bilavasitə Azərbaycan əraziləri və xalqı ilə bağlıdır.
Odu müqəddəs hesab edən və kahinləri “maq” adlandırılan
atəş pərəstlər ilk zamanlar zərdüştilik dini ayinlərini həyata keçir-
mir dilər. Ehtimallara görə, məhz eramızdan əvvəl VI əsrin sonun-
dan etibarən maqlar zərdüştiliyə kahin kimi xidmət göstərməyə
başlamışlar.
Zərdüştiliyə qədər dünyada müxtəlif dinlər və inanclar olub,
amma onların hamısı məhəlli xarakter daşıyıb və demək olar ki,
yarandığı bölgənin sərhədlərini aşa bilməyib. Üç böyük imperi-
yanın dövlət dini olmuş zərdüştilik nəinki məhəlli din anlayışının
sərhədlərini aşmış, hətta, ilk dəfə qədim dünyada mükəmməl din,
dünyagörüşü, əxlaq və məişət, mənəviyyat prinsipləri toplusu ya-
ratmışdır. Bu dinin yaradıcısı sayılan Zərdüştün böyüklüyü onda-
dır ki, özünə qədər mövcud olan allahların hamısını rədd edərək
yeganə Allah - Hörmüzü kainatın və bütün canlı varlıqların ya-
radıcısı kimi irəli sürüb. Bu baxımdan bütpərəstlikdən fərqlənən
Zərdüştilik büt pərəst dinlərlə səmavi dinlər arasında ayrıca bir
mərhələ təşkil edir.
Bu dinin əhatə dairəsi yalnız Azərbaycanın tarixi əraziləri və
Yaxın Şərqlə məhdudlaşmamış, Qərbə, xüsusilə qədim yunan və
hind mədəniyyətinə ciddi təsir göstərmişdir. Tarixi faktlar, eləcə də
bizə gəlib çatmış yunan tarixçi və fi losofl arının əsərləri sübut edir
ki, zərdüştiliyin müqəddəs kitabı olan Avesta, xüsusilə, bu kitabı
yaradan maqlar, onların təlimində və atəşpərəstlik dinində islahat
aparmış Zərdüşt yunan mədəniyyətinin inkişafında böyük rol oy-
nayıb. Bəlkə, elə buna görədir ki, ingilis tədqiqatçısı Meri Boys
zərdüştiliyin bəşəriyyətə bütün digər etiqad növlərindən daha artıq
dərəcədə təsir göstərdiyini iddia edir.
Əksər tədqiqatçılar təsdiqləyir ki, Zərdüştün dövrünə qədər
analoqu olmayan ideyaları nəinki onun ardıcıllarına, hətta, qədim
Dostları ilə paylaş: |