181
Tolerantlıq: bildiklərimiz və bilmədiklərimiz
Dini abidələrin bərpası və yeni ibadət evlərinin inşası:
Sovetlər zamanı müxtəlif səbəblərdən ciddi zərər dəymiş tarixi-
dini abidələrin bərpası, ehtiyac olan yerlərdə yeni ibadət evlərinin
inşasına kömək göstərilməsi və şərait yaradılması Azərbaycan
höku mətinin din siyasətinin və tolerantığın təşviqinə yönəlik
fəaliyyətinin əsas elementlərin dən biridir. Bu, yeni istiqamət deyil,
Ulu Öndər Heydər Əli ye vin əsasını qoyduğu ənənənin hazırda daha
geniş miqyasda uğur la davam etdiril məsidir. Ötən əsrin doxsanıncı
illərində iqtisadi prob lem lərə görə Azər bay can hökuməti tarixi-di-
ni abidələrin bərpasına kifayət qədər vəsait ayıra
bilmirdi, ona görə
də proses zəif gedirdi. Ancaq dövlətin iqtisadi imkanları artdığı
üçün indi bu sahəyə lazımi qədər vəsait ayrılır. Bunun bariz sübu-
tu Prezident İlham Əliyevin sərəncamları və tapşırığı ilə yenidən
qurulmuş və ya bərpa edilmiş tarixi-dini abidələrimizdir. Təkcə bir
faktı qeyd edək ki, son on il ərzində ölkədə yüzlərlə məscid inşa
olunub, 80-dən artıq məsciddə əsaslı təmir və yenidənqurma işləri
aparılıb, o cümlədən dövlət vəsaiti hesabına 10-dan
çox məscid
tikilib və ya əsaslı bərpa edilib.
Qəbələ şəhəri, Yeni Məscid.
182
Gündüz İsmayılov
Təbii ki, onların hamısı ilə bağlı məlumat vermək müm-
kün olmasa da, bəziləri barədə danışmaq yaxşı olardı. Məsələn,
Ümummilli Lider Heydər Əliyev tərəfi ndən hələ 1997-ci il iyu-
lun 23-də
Bibiheybət ziyarətgahında yeni məscid kompleksi-
nin təməli qoyulub, 1998-ci ildə məscidin açılış mərasimi keçi-
rilib. Növbəti mərhələdə Prezident İlham Əliyevin
təşəbbüsü ilə
Bibiheybət məscid-ziyarətgah kompleksinin genişləndirilməsi və
yenidənqurulması işi davam etdirilib. 2008-ci il iyul ayının 12-də
əsaslı yenidənqurma və təmir işlərindən sonra məscid kompleksi-
nin açılış mərasimi olub.
Azərbaycanın memarlıq incilərindən olan
Təzəpir məscidi
də dövlət vəsaiti hesabına bərpa edilib. Belə ki, Prezident İlham
Əliyevin göstərişi əsasında 2005-ci ildə məscidin bərpası və ətraf
ərazilərin yenidən qurulması layihəsi hazırlanıb və dövlət başçısı-
nın nəzarəti altında icra olunub. 6 iyul 2009-cu ildə yenidənqurma
və tikinti işlərindən sonra Prezident İlham Əliyevin iştirakı ilə
məscidin təntənəli açılış mərasimi keçirilib.
Bakının mərkəzində məhşur memar Zivər bəy Əhmədbəyovun
layihəsi əsasında
tikilmiş Hacı Əjdərbəy məscidi də Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə bərpa
edilib və 22 dekabr 2011-ci ildə açılış mərasimi olub.
Tarixi-dini abidələrin bərpası barədə məlumat verilərkən
Şamaxı Cümə məscidinin yenidən qurulması xüsusi qeyd
edilməlidir. Belə ki, təkcə Azərbaycanın deyil, bütövlükdə Qafqa-
zın ən qədim məscidlərindən olan Şamaxı Cümə məscidi 743-cü
ildə inşa olunub. 1859-cu və 1902-ci illərdə baş vermiş zəlzələlər
nəticəsində məscidə ciddi ziyan dəyib, XX əsrin əvvəllərində me-
mar Zivər bəy Əhmədbəyov və polşalı mühəndis İosif Ploşkonun
layihəsi əsasında yenidən bərpa edilib. Lakin 1918-ci ilin martında
ermənilərin Şamaxıda törətdikləri soyqırımı zamanı Cümə məscidi
ora toplaşan insanlarla birlikdə yandırılıb.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 24
dekabr 2009-cu ildə imzaladığı müvafi q sərəncama əsasən, Cümə
183
Tolerantlıq: bildiklərimiz və bilmədiklərimiz
məscidi Dövlət tarix-memarlıq abidəsinin bərpası üçün Prezi-
dentin ehtiyat fondundan 4 milyon manat vəsait ayrılıb. Əslində,
bu məscidin bərpası Azərbaycan xalqı üçün
təkcə ibadət evinin
yenidən qurulması deyil, həm tariximizin, həm milli irsimizin, həm
də milli təfəkkürümüzün qorunması baxımından xüsusi əhəmiyyət
daşıyırdı. Ona görə də, Prezident İlham Əliyev məsciddə aparılan
işləri nəzarətdə saxlamış, hətta, bir neçə dəfə Şamaxıya gedərək
bərpa prosesi ilə yerində tanış olmuşdur. Nəhayət, 17 may 2013-cü
ildə Prezident İlham Əliyevin və Qafqazın bütün din xadimlərinin
iştirakı ilə Şamaxı Cümə məscidinin möhtəşəm açılış mərasimi ke-
çirilmişdir.
Şübhəsiz ki, Azərbaycan müstəqilliyini
bərpa etdikdən son-
ra ölkəmizdə, ümumiyyətlə, Qafqazda inşa edilmiş ən möhtəşəm
ibadət evi Ulu Öndərin adını daşıyan
Heydər məscididir. Prezi-
dent İlham Əliyevin sərəncamı ilə inşa olunan bu məscid 12 min
kvadratmetr sahədə salınıb. Məscidin fasadı Abşeron memarlıq
üslubunda xüsusi daşlarla üzlənib, ornamentlərin zənginliyi fa-
sadda xüsusi arxitektura harmoniyası yaradıb. Burada 95 metr
hündürlüyündə 4 minarə inşa olunub.
Qeyd edək ki, dövlət başçısı məscidin
tikintisini daim diqqət
mərkəzində saxlayıb, burada həyata keçirilən inşaat işlərinin gedişi
ilə yaxından maraqlanıb, mütəmadi olaraq buraya gələrək görülən
işlərlə bağlı müvafi q tapşırıqlarını verib. Ümumi sahəsi 4200 kvad-
ratmetr olan məscidin daxilində də xüsusi bəzək elementlərindən
istifadə olunub, günbəzin kənarlarına Quran ayələri yazılıb. 55
metr hündürlüyündə olan baş günbəz, o cümlədən hündürlüyü 35
metr olan ikinci günbəz məscidin daxilinə xüsusi gözəllik verir.
2014-cü il dekabrın 26-da Heydər məscidinin açılışı mərasimi
olub. Mərasimdə Prezident İlham Əliyev, xanımı Mehriban
Əliyeva və ailə üzvləri iştirak ediblər.
Qeyd olunan ibadət evləri ilə yanaşı, ölkə Prezidentinin müva-
fi q tapşırıq və təşəbbüsü ilə İçərişəhər Cümə,
Salyan Cümə, Sum-
qayıt Cümə və digər məscidlərdə bərpa işləri aparılaraq dindarla-