A Z Ə R B A Y C A N
İ Q T İ S A D İ
İ S L A H A T L A R
İ C M A L I
İ y u n 2 0 1 7
İ y u n 2 0 1 7
A Z Ə R B A Y C A N
İ Q T İ S A D İ
İ S L A H A T L A R
İ C M A L I
2
TOPDANSATIŞ TİCARƏT FƏALİYYƏTİ SAHƏSİNDƏ
VERGİTUTMA MƏQSƏDLƏRİ ÜÇÜN GƏLİRLƏRİN VƏ
XƏRCLƏRİN UÇOTUNUN APARILMASI QAYDASI
Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyev tərəfindən
imzalanmış 2017-ci il 16 iyun tarixli müvafiq Fərmana əsasən “Topdansatış
ticarət fəaliyyəti sahəsində vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin
uçotunun aparılması Qaydası” təsdiq edilmişdir.
3
Bu Qayda Azərbaycan Respublikası Vergi
Məcəlləsinin 130.1-1-ci maddəsinə əsasən
hazırlanmışdır və topdansatış ticarət fəaliyyəti
sahəsində vergitutma məqsədləri üçün gəlirlərin
və xərclərin uçotunun aparılması ilə bağlı
münasibətləri tənzimləməkdədir. Bu Qaydanın
məqsədi topdansatış ticarət sahəsində fəaliyyət
göstərən vergi ödəyicilərinin gəlirlərinin və
xərclərinin müəyyən edilməsi ilə bağlı malların
mədaxilinin və məxaricinin sənədləşdirilməsini,
habelə bu sahədə şəffaflığın, uçot və
hesabatlılığın artırılmasını təmin etmək səciyyəsi
daşıyır.
Fərmana əsasən, bu Qaydada istifadə olunan
əsas anlayışlar aşağıdakı mənaları ifadə edir:
•
topdansatış – malların alıcıya satışının
(təqdim edilməsinin) onun sahibkarlıq fəaliyyəti
məqsədləri üçün və yalnız Azərbaycan
Respublikasının Vergi Məcəlləsi ilə müəyyən
edilmiş qaydada qaimə faktura və ya elektron-
qaimə faktura və ya elektron vergi hesab-faktura
təqdim edilməklə həyata keçirilməsi üzrə ticarət
fəaliyyəti;
•
təhtəlhesab şəxs – inzibati-təsərrüfat
fəaliyyəti və əməliyyatlar üzrə hesablaşmaları,
o cümlədən mal və xidmətlərin alışını həyata
keçirən şəxs.
Bu Qaydada istifadə olunan digər anlayışlar
Azərbaycan Respublikasının Vergi Məcəlləsi,
Azərbaycan
Respublikasının
Gömrük
Məcəlləsi, “Mühasibat uçotu haqqında”
Azərbaycan Respublikasının Qanunu və
Azərbaycan Respublikasının digər qanunları ilə
müəyyənləşdirilmiş mənaları ifadə edir.
Gəlir və xərclərin uçotunun aparılması
Təsdiq edilmiş Qaydaya əsasən, Azərbaycan
Respublikasının Vergi Məcəlləsinə uyğun olaraq,
topdansatış ticarət sahəsində fəaliyyət göstərən
vergi ödəyiciləri gəlirlərinin və xərclərinin
vaxtlı-vaxtında dəqiq uçotunu aparmağa,
həmin Məcəlləyə əsasən tətbiq edilən uçot
metodundan asılı olaraq, gəlirlərini və xərclərini
onların əldə edildiyi və ya çəkildiyi müvafiq
hesabat dövrlərinə aid etməyə və bu fəaliyyətlə
bağlı bütün əməliyyatların başlanmasını,
gedişini və başa çatmasını müəyyənləşdirməyə
imkan verən uçot aparılmasını təmin etməyə
borcludurlar.
Bununla yanaşı, topdansatış ticarət sahəsində
fəaliyyət göstərən vergi ödəyiciləri mühasibat
uçotunun, gəlirlərin (xərclərin) və vergitutma
obyektlərinin, o cümlədən əmtəə-material
ehtiyatlarının uçotunun aparılması, habelə
uçot sənədlərinin tərtib edilməsi və saxlanması
ilə bağlı Azərbaycan Respublikasının Vergi
Məcəlləsi və “Mühasibat uçotu haqqında”
Azərbaycan Respublikasının Qanunu ilə
müəyyən edilmiş vəzifələri, habelə onlara uyğun
qəbul edilmiş digər qanunvericilik aktlarının
tələblərini yerinə yetirməyə borcludurlar.
Topdansatış
ticarət
sahəsində
malların mədaxilinin sənədləşdirilməsi
•
Topdansatış ticarət sahəsində fəaliyyət
göstərən vergi ödəyicilərinin bu fəaliyyətin
həyata keçirilməsi üçün vergi ödəyicisi
kimi uçotda olan şəxslərdən, o cümlədən
istehsalçılardan
satın
aldıqları
mallar
aşağıdakı
qaydada
sənədləşdiriləcəkdir:
-
topdansatış ticarət sahəsində fəaliyyət
göstərən vergi ödəyiciləri malları əlavə dəyər
vergisinin (ƏDV-nin) məqsədləri üçün qeydiyyata
4
alınmayan vergi ödəyicilərindən aldıqda, bu
malların alışına dair Azərbaycan Respublikasının
Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaimə-
faktura və ya elektron qaimə-faktura tələb edilir
və belə malların anbara təhvil verilməsi “Malların
təhvil-qəbul aktı” ilə sənədləşdirilir;
•
topdansatış ticarət sahəsində fəaliyyət
göstərən vergi ödəyiciləri malları ƏDV-nin
məqsədləri üçün qeydiyyata alınmış vergi
ödəyicilərindən aldıqda, bu malların alışına dair
qaimə-faktura və ya elektron qaimə-faktura ilə
yanaşı, elektron vergi hesab-fakturasının da
verilməsi tələb edilir və belə malların anbara
təhvil verilməsi “Malların təhvil-qəbul aktı” ilə
sənədləşdirilir.
•
Mallar vergi orqanında uçotda olmayan
şəxslərdən alındıqda, “Malların alış aktı” tərtib
edilir. “Malların alış aktı”nda satıcının şəxsiyyətini
təsdiq edən sənədin məlumatlarının (FİN,
seriyası və nömrəsi) göstərilməsi mütləqdir. Belə
malların anbara təhvil verilməsi “Malların təhvil-
qəbul aktı” ilə sənədləşdirilir.
•
Vergi ödəyicisi malları təhtəlhesab
şəxs vasitəsilə aldıqda, təhtəlhesab şəxsə
vəkalətnamə (etibarnamə) verir. Malların alışı
zamanı təhtəlhesab şəxs satıcıya vəkalətnamə
(etibarnamə) təqdim etdikdən sonra satıcı
vəkalətnamə
(etibarnamə)
verən
vergi
ödəyicisinin adına sənədləşdirilmiş malların
satışına dair qaimə-fakturanı və ya elektron
qaimə-fakturanı, yaxud elektron vergi hesab-
fakturasını təhtəlhesab şəxsə təqdim edir.
Təhtəlhesab şəxsin malları anbara təhvil verməsi
“Malların təhvil-qəbul aktı” ilə sənədləşdirilir.
•
İdxal mallarının anbara mədaxili alış
dəyərini təsdiq edən sənəd və malların anbara
təhvil verilməsi ilə bağlı tərtib olunan “Malların
təhvil-qəbul aktı” ilə sənədləşdirilir. İdxal malları
uçota alınarkən həmin malların idxalına dair
gömrük bəyannaməsi, faktura (invoys) və
müqavilə əsas götürülür. Həmin sənədlərə
idxal mallarının daşınmasına dair müqavilə,
gömrük təmsilçiliyi birbaşa, yaxud dolayı yolla
həyata keçirildikdə – müvafiq səlahiyyətin
verilməsini təsdiq edən sənəd, əmtəə-nəqliyyat
qaiməsi, gömrük ödənişlərinin ödənilməsini və
ya gömrük borcuna görə təminatın verilməsini
təsdiq edən sənədlər əlavə edilir. İdxal malları
uçot sənədlərində qeydiyyata alınarkən həmin
malların alış qiymətinin (faktura qiyməti),
nəqliyyat xərclərinin, malların yüklənmə,
boşaldılma, yenidən yüklənmə, saxlanma və
sığorta xərclərinin cəmi nəzərə alınır.
•
Topdansatış ticarət sahəsində fəaliyyət
göstərən vergi ödəyicisinə məxsus malların
təsərrüfatdaxili (bir anbardan digər anbara, bir
ticarət obyektindən digər ticarət obyektinə) hərəkəti
“Malların təsərrüfatdaxili yerdəyişməsi qaimə-
fakturası” ilə sənədləşdirilir. Topdansatış ticarət
sahəsində fəaliyyət göstərən vergi ödəyicisinin
bu fəaliyyətlə yanaşı, istehsal (o cümlədən kənd
təsərrüfatı məhsullarının istehsalı) üzrə təsərrüfat
subyektləri (obyektləri) mövcud olduqda, həmin
təsərrüfat
subyektlərindən
(obyektlərdən)
malların topdansatış ticarət fəaliyyətində istifadə
üçün götürülməsi və ya qaytarılması “Malların
təsərrüfatdaxili yerdəyişməsi qaimə-fakturası” ilə
sənədləşdirilir.
•
Vergi ödəyicisinə məxsus anbarlar və ya
təsərrüfat subyektləri (obyektlər) topdansatış
ticarət fəaliyyəti həyata keçirilən təsərrüfat
subyektinin (obyektin) hüdudlarından kənarda
5
yerləşdikdə və malların daşınması nəqliyyat
vasitəsilə həyata keçirildikdə, həmin nəqliyyat
vasitəsinə, əlavə olaraq, “Yük avtonəqliyyatı
üçün yol vərəqi” verilir.
•
Topdansatış ticarət sahəsində fəaliyyət
göstərən vergi ödəyicisinin təqdim etdiyi mallar
Azərbaycan Respublikasının Mülki Məcəlləsi,
“İstehlakçıların
hüquqlarının
müdafiəsi
haqqında” Azərbaycan Respublikasının Qanunu
və Azərbaycan Respublikasının digər qanunları
ilə müəyyən edilmiş hallarda geri qaytarıldıqda,
həmin mallar anbara və ya malların saxlandığı
digər təsərrüfat subyektlərinə (obyektlərə)
yenidən mədaxil edilir və onların dəyərinin
alıcıya qaytarılması uçot sənədlərində nəzərə
alınır.
•
Topdansatış ticarət sahəsində fəaliyyət
göstərən vergi ödəyicisinin mədaxil etdiyi mallar,
həmin malların alqı-satqısına dair müqaviləyə
uyğun olaraq, yararlılıq müddətinin bitməsinə
və ya digər səbəblərə görə geri qaytarıldıqda,
tərəflər arasında “Malların qaytarılması aktı”
tərtib edilir.
•
Topdansatış ticarət sahəsində fəaliyyət
göstərən şəxslər komissiyaya və ya məsuliyyətli
mühafizəyə qəbul edilmiş malları “Malların
təhvil-qəbul aktı” ilə sənədləşdirir və həmin
sənədlərdə göstərilən qiymətlərlə uçota alırlar.
Malların komissiyaya qəbul edilməsi ilə bağlı
tərəflər arasında müqavilə bağlanır.
•
Malların anbara mədaxilinin uçotu məsul
şəxslər, malların adları (növləri, partiyaları və
s.), miqdarı və ya digər kəmiyyət göstəriciləri və
saxlanma yerləri üzrə aparılır.
•
Mallar alış və ya satış qiyməti ilə uçota
alınmalıdır. Mallar satış qiyməti ilə uçota
alındıqda, alış dəyəri ilə satış qiyməti arasındakı
fərq ticarət əlavəsi hesabında ayrıca uçota
alınmalıdır.
•
Vergi ödəyicisi topdansatış ticarətlə
yanaşı, digər fəaliyyət növləri həyata keçirdikdə,
alınmış malları təyinatına uyğun olaraq ayrıca
uçota almalıdır. Bu zaman həmin mallar “anbarda
olan mallar”, “topdansatış ticarətdə olan mallar”,
“dolu və boş taralar”, “satın alınan məmulatlar”,
“kirayə (yolda olan) mallar” və digər təyinatlar
üzrə mədaxil edilir.
Topdansatış ticarət sahəsində malların
təqdim edilməsinin sənədləşdirilməsi
•
Topdansatış ticarət sahəsində fəaliyyət
göstərən təsərrüfat subyektlərində (obyektlərdə)
malların təqdim edilməsi (satışı) Azərbaycan
Respublikasının Vergi Məcəlləsi ilə müəyyən
edilmiş qaimə-faktura və ya elektron qaimə-
faktura və ya elektron vergi hesab-faktura tərtib
edilməklə həyata keçirilir. Malların dəyəri nağdsız
qaydada (POS-terminal vasitəsilə) ödənildikdə,
alıcıya (vergi ödəyicisinə) qaimə-faktura və ya
elektron qaimə-faktura, yaxud elektron vergi
hesab-fakturası ilə yanaşı, POS-terminaldan
çıxarış verilir.
•
Vergi ödəyicisinin təsərrüfat subyektində
(obyektdə) mallar pərakəndə və topdansatış
qaydasında təqdim edildikdə, bu fəaliyyətlər üzrə
malların mədaxilinin və məxaricinin (satışının)
uçotu ayrılıqda aparılır.
•
Topdansatış və bölüşdürücü bazarlardan,
anbarlardan mallar ticarət obyektlərinə məsul
şəxsin sifarişi əsasında buraxılır. Sifariş məsul
şəxs tərəfindən imzalanır.
6
Malların bir məsul şəxsdən digərinə verilməsi
“Malların təsərrüfatdaxili yerdəyişməsi qaimə-
fakturası” ilə sənədləşdirilir.
•
İdxal mallarının və təhtəlhesab şəxsin
aldığı malların anbara təhvil verilməsi, habelə
topdansatış ticarət fəaliyyətində malların itməsi,
əskik gəlməsi, xarab olması, zay olması və
oğurlanması “İtmiş, əskik gəlmiş, xarab və ya
zay olmuş və oğurlanmış mallar barədə akt”la
sənədləşdirilir. Həmin akt vergi ödəyicisinin (və
ya onun səlahiyyətli nümayəndəsinin), məsul
şəxsin və malları anbara təhvil verən şəxsin
imzaları ilə təsdiqlənir.
•
Malların itməsi, əskik gəlməsi və xarab
və ya zay olması fövqəladə hal nəticəsində baş
verdikdə, aidiyyəti dövlət orqanlarının verdikləri
arayışlar əsasında həmin mallar məsul şəxslərin
hesabından silinə bilər. Bu zaman “Fövqəladə
hallarda malların itməsi, əskik gəlməsi və xarab
və ya zay olması barədə akt” tərtib olunur.
Topdansatış ticarət sahəsində fəaliyyət
göstərən vergi ödəyicisinin gəlirlərinin və
xərclərinin müəyyən edilməsi
•
Topdansatış ticarət sahəsində fəaliyyət
göstərən vergi ödəyicisinin bu Qaydada nəzərdə
tutulan sənədləşdirilmiş məlumatlar əsasında
alıcılara təqdim etdiyi mallar üzrə dövriyyə bu
fəaliyyəti həyata keçirən şəxsin gəlirlərinə aid
edilir.
•
Vergitutma məqsədləri üçün gəlirin əldə
edilmə vaxtı Azərbaycan Respublikası Vergi
Məcəlləsinin 132-ci və 135-ci maddələri ilə
müəyyən olunur.
•
Topdansatış ticarət sahəsində fəaliyyət
göstərən vergi ödəyicisinin təqdim etdiyi malların
satışı üzrə məsrəflər, o cümlədən bu malların
dəyəri, tədavül xərcləri (hesabat dövrünün
sonuna mal qalıqları arasında bölüşdürülən
məbləğlər istisna olmaqla) bu fəaliyyəti həyata
keçirən şəxsin xərclərinə aid edilir.
•
Vergitutma məqsədləri üçün xərclərin
çəkilmə vaxtı Azərbaycan Respublikası Vergi
Məcəlləsinin 133-cü və 136-cı maddələri ilə
müəyyən olunur.
Topdansatış ticarət sahəsində fəaliyyət
göstərən vergi ödəyicisinin anbarlarında mal
qalığının müəyyən edilməsi
Təsdiq edilmiş Qaydaya əsasən, topdansatış
ticarət sahəsində fəaliyyət göstərən vergi
ödəyicisinin anbarlarında malların qalığı hər
bir məsul şəxs üzrə ayrılıqda inventarizasiya
aparılmaqla müəyyən edilir.
O
cümlədən,
məsul
şəxslərin
maddi
məsuliyyətində
qalan
malların
miqdarı
müəyyənləşdirilərkən, bu Qayda ilə müəyyən
edilmiş mədaxil və məxaric sənədləri əsasında
malların mühasibat uçotu üzrə qalıqları
inventarizasiya nəticəsində aşkar edilən faktiki
qalıqlarla tutuşdurulur və nəticəsindən asılı
olaraq, malların uçotunda düzəlişlər edilir.
Yekun olaraq burada onu da qeyd etmək yerinə
düşər ki, bu Qayda çərçivəsində nəzərdə tutulmuş
qaimə-faktura, “Malların təhvil-qəbul aktı”,
“Malların alış aktı”, vəkalətnamə (etibarnamə),
“Malların təsərrüfatdaxili yerdəyişməsi qaimə-
fakturası”, “Yük avtonəqliyyatı üçün yol vərəqi”,
“Malların qaytarılması aktı”, “İtmiş, əskik gəlmiş,
xarab və ya zay olmuş və oğurlanmış mallar
barədə akt” və “Fövqəladə hallarda malların
7
itməsi, əskik gəlməsi və xarab və ya zay olması
barədə akt” ciddi hesabat blanklarıdır və onların
formasının təsdiq edilməsi sözügedən Fərmana
əsasən Azərbaycan Respublikasının Maliyyə
Nazirliyi tərəfindən həyata keçirilməsi nəzərdə
tutulmuşdur.
8
Dostları ilə paylaş: |