Toplayan və TƏRTİb edəN: K. HÜSeyn


MÜASİR SƏLƏF ALİMLƏRİNİN KƏSİLMİŞ HEYVANIN HÖKMÜ BARƏSİNDƏ FƏTVALARI



Yüklə 5,74 Mb.
səhifə34/50
tarix16.11.2017
ölçüsü5,74 Mb.
#10515
1   ...   30   31   32   33   34   35   36   37   ...   50

MÜASİR SƏLƏF ALİMLƏRİNİN KƏSİLMİŞ HEYVANIN HÖKMÜ BARƏSİNDƏ FƏTVALARI
1. Sual: Hörmətli Şeyx, sizə məlumdur ki, bu gün Kitab Əhli olan dövlətlərdə müxtəlif dinlərə məxsus olan bir çöx millətlər bir-birinə qarışmışlar və bu səbəbdən də onların kəsdiyi heyvanlar barəsində olan şübhələr bu ölkələrdə daha çoxdur. Şəriətin onların kəsdiyi heyvanların əti barəsində hökmü nədir? Bu məsələdə (sualda) təfsilata varmağa və dəqiqləşdirməyə ehtiyac varmı? Xahiş edirik sizdən bu suala bir aydınlıq gətirəsiniz, çünki bu məsələ bizi çox çaşqınlığa salıb.

Şeyx Useymin rahmətullahi aleyhi deyir ki: “Heyvanı kəsən kimsənin kəsilmiş heyvanın ətinin yeyilməsi, yeyilməsinə icazə verilən qrupdan olduğu insanın bilməsindən və ya ehtimal etməsindən asılıdır. Bunlar da Kitab Əhli (yəhudi və xaçpərəst) və müsəlmanlardır. Heyvanı kəsən kimsənin yəhudi və xaçpərəst olmasında şübhə etsək, əgər şübhəmizin 60-70 % onların Kitab Əhli olmasını ehtimal etsə, onlar tərəfindən kəsilmiş heyvanın ətini yemək olar. Lakin şübhəmizin çox faizi onların Kitab Əhli olmadığını bizə xəbər verərsə bu zaman kəsilmiş əti yemək olmaz. Beləliklə bizdə kəsilmiş heyvanlarla bağlı beş hal var:

1. Biz bilirik ki, kəsilmiş heyvan Kitab Əhli tərəfindən kəsilib. Bu halda bu cür əti yemək halaldır. 2. Biz ehtimal edirik ki, kəsilmiş heyvan Kitab Əhli tərəfindən kəsilib. Bu halda bu cür əti yemək halaldır. 3. Biz bu ətin Kitab Əhli tərəfindən kəsilib-kəsilməməsində şübhədəyik. 4. Biz şübhədəyik. Lakin şübhəmizin çox faizi onların Kitab Əhli olmadığını bizə xəbər verir. Bu halda bu cür əti yemək qadağandır. 5. Biz qəti olaraq bilirik ki, heyvanı kəsən kimsə Kitab Əhli deyildir. Bu halda bu cür əti yemək qadağandır.

Bu beş haldan üçü qadağan olunmuş, ikisi isə halaldır. Biz eşitmişik ki, Amerika dövlətində heyvanları elektrik cərəyanı ilə vurub (heyvan ölməmişdən) öncə qanını axıdırlar. Canı çıxmamış kəsilən heyvanların ətləri isə halaldır. Ölü (kəsilmədən ölüb murdar olmuş) heyvan, qan, donuz əti, Allahdan başqasının adı ilə (bismillah deyilmədən) kəsilmiş, boğulmuş, (küt alət və ya silahla) vurulmuş, (bir yerdən) yıxılaraq ölmüş, (başqa bir heyvanın buynuzu ilə) vurulub gəbərmiş, vəhşi heyvanlar tərəfindən parçalanıb yeyilmiş - canı çıxmamış kəsdiyiniz heyvanlar müstəsnadır - dikinə qoyulmuş daşlar (bütlər və ya Kəbənin ətrafındakı bütpərəst qurbangahlar) üzərində kəsilmiş heyvanlar və fal oxları ilə pay bölmək sizə haram edildi. (əl-Maidə 3). Həmçinin, bu cür ölkələrə gedən bir çox cavan nəsillərdən eşitmişəm ki, hal-hazırda (kafirlər) qanı axıdılmamış heyvanların ətinin satış üçün yararlı olmadığı aydın olub və onlar qanın axıdılmasını müsəlmanlardan fərqli edirlər. Onlar boyunduruq damarını kəsir, digər boyun damarına isə aparat qoşurlar ki, üfürərək qanı çıxarsın. Həqiqətdə isə bu qanın axıdılmasıdır, sadəcə fərqli üsulla. Mümkündür ki, günlərin birində onlar da müsəlmanların etdikləri (boyun damarlarını kəsməklə qanın axıdılması) üsuluna qayıtsınlar.

Lakin məsələ nə olursa olsun (kəsilmiş heyvanın halal və ya haram olması barəsində), əgər sən şübhələrdən qaçmaq, problemlərdən uzaq olmaq istəyirsənsə bu zaman balıq yeməyin daha məsləhətlidir.

Fətava İbn Useymin” 1182.



2. Sual: Hörmətli Şeyx, elektrik cərəyanı ilə vurulmuş, lakin başının kəsilərək, qanının axıdıldığı heyvanlar barəsində bir açıqlama gətirməyinizi xahiş edirik?

Şeyx Useymin rahmətullahi aleyhi deyir ki: “Başı kəsildikdən sonra qanı axırsa bu onu göstərir ki, elektrik cərəyanı heyvanı yalnız zəiflətmək (keyləşdirmək) üçün istifadə edilir. Bu halda bu cür üsulla kəsilmiş heyvanın ətini yemək halaldır. Peyğəmbər sallallahu aleyhi və səlləm buyurdu: “Qanı axıdılmış və Allahın adı ilə zikr edilmiş heyvanın ətindən yeyin”.1171 Əgər elektrik cərəyanı ilə heyvan öldürülmüş olsaydı, ondan qan heç vaxt çıxmazdı. Çünki heyvan öldükdə artıq qanın forması dəyişir və laxtalanma baş verir ki, bu da qanın çıxmasının qarşısını alır. Lakin məsələ nə olursa-olsun, qardaşımızın dediyi kimi əgər elektrik cərəyanı ilə vurulmuş heyvanı canı çıxmamışdan qabaq kəsib qanını axıdıb­larsa bu şəriətə uyğundur”. Ölü (kəsilmədən ölüb murdar olmuş) heyvan, qan, donuz əti, Allahdan başqasının adı ilə (bismillah deyilmədən) kəsilmiş, boğulmuş, (küt alət və ya silahla) vurulmuş, (bir yerdən) yıxılaraq ölmüş, (başqa bir heyvanın buynuzu ilə) vurulub gəbərmiş, vəhşi heyvanlar tərəfindən parçalanıb yeyilmiş - canı çıxmamış kəsdiyiniz heyvanlar müstəsnadır - dikinə qoyulmuş daşlar (bütlər və ya Kəbənin ətrafındakı bütpərəst qurbangahlar) üzərində kəsilmiş heyvanlar və fal oxları ilə pay bölmək sizə haram edildi. (əl-Maidə 3). Ayədə sadalananların hər biri haram edilmişdir, yalnız canı çıxmadan kəsdiyimiz heyvanlar müstəsnadır. Elektirik cərəyanı ilə öldürülmüş heyvan boğularaq öldürülmüş heyvanın misalındadır. Allah boğularaq öldürülmüş heyvanların ətlərini yeməyi bizə haram edib. Lakin Allah canı çıxmadan kəsdiyimiz heyvanları istisna edib. Buna görə də elektrik cərəyanı heyvanı yalnız zəiflədir və onu canı çıxmamışdan öncə kəssək halal hesab olunur. Lakin, əgər elektrik cərəyanı heyvanı öldürərsə, baxmayaraq bu sual verənin sözlərinə ziddir, çünki o, qeyd etmişdir ki, qanı axıdılır, bu zaman bu cür kəsilən əti yemək olmaz.

Fətava Nuru ad-Darb”.



3. Sual: Hörmətli Şeyx, günümüzdə xaçpərəstlər tərəfindən kəsilmiş heyvanların ətləri barəsində nə deyə bilərsiniz? Biz bilirik ki, onlar heyvanları müxtəlif üsullar aparatlar və yuxugətirici vasitələrdən istifadə edərək kəsirlər.

Şeyx İbn Bəzz rahmətullahi aleyhi deyir ki: “Bu cür heyvanların ətlərini yemək, əgər onların şəriətə uyğun olmayaraq kəsilməsi məlum deyilsə icazəlidir. Onların kəsdikləri heyvanların əsli (təməli) halaldır. Onların kəsdikləri heyvanların ətləri bizə halal edildiyi kimi, bizim kəsdiyimiz heyvanların ətləri də onlara halaldır; Bu gün pak nemətlər sizə halal edilmişdir. Kitab Əhlinin yeməkləri sizə, sizin yeməkləriniz isə Kitab Əhlinə halaldır!... (əl-Maidə 5).

Fətava İsləmiyyə 3/ 401.



4. Sual: Hörmətli Şeyx, əgər heyvanı kəsərkən Allahın adının zikr edilib-edilməməsi məlum deyilsə, belə kafe və yeməkxanalarda verilən ətləri yemək olarmı?

Şeyx İbn Bəzz rahmətullahi aleyhi deyir ki: “Əgər bu yeməkxanalar müsəlmanların, Kitab Əhlinin yaşadığı şəhərlərdə olarsa və ya bu yeməkxanaların sahibləri müsəlmanlar və Əhli Kitab olarsa - hansı ki, özləri bu heyvanların kəsilməsi ilə məşğul olurlar (və ya kəsilməsinə cavabdehdirlər) - bu cür ətlərin yeyilməsi kəsilən zaman Allahın adının zikr edilib-edilməməsi bizə məlum olmasa da belə halaldır. Çünki, onların kəsdikləri heyvanların əsli (təməli) halaldır. Aişə radıyallahu anhə - rəvayət edir ki, bir qrup insanlar Peyğəmbərin sallallahu aleyhi və səlləm yanına gələrək dedilər: “Ya Rəsulallah! Bizə ət yeməyi gətirirlər. Lakin üzərində Allahın adının zikr olunub-olunmadığını bilmirik?” Peyğəmbər sallallahu aleyhi və səlləm buyurdu: “Bunun üçün siz Bismilləh deyin, sonra da yeyin”. Onlar İslamı yeni qəbul etmiş kimsələr idi”.1172

Lakin əgər bu yeməkxanaları müsəlmanlar və Kitab Əhli deyil, müşriklər, kafirlər və ateistlər idarə edərsə, bu zaman orada verilən heyvanların ətindən yemək olmaz. Bil ki, müsəlmanların və Kitab Əhlinin şəriətə uyğun olaraq kəsdiyi heyvanların ətləri bizə onların kəsilmə üsulu bəlli olmasa da belə halaldır. O ki qaldı bizə məlum olan və şəriətə uyğun olmayan yollarla kəsilən heyvanlara, məs: Boğularaq, elektrik cərəyanı ilə vurularaq öldürülən (qanı axıdılmayan) və s. ölü (kəsilmədən ölüb murdar olmuş) leş heyvan sayılır və bu cür ətlərin yeyilməsi haramdır. Bu cür halda bunu müsəlmanın, yoxsa kafirin kəsməsində heç bir fərq yoxdur; Ölü (kəsilmədən ölüb murdar olmuş) heyvan, qan, donuz əti, Allahdan başqasının adı ilə (bismillah deyilmədən) kəsilmiş, boğulmuş, (küt alət və ya silahla) vurulmuş, (bir yerdən) yıxılaraq ölmüş, (başqa bir heyvanın buynuzu ilə) vurulub gəbərmiş, vəhşi heyvanlar tərəfindən parçalanıb yeyilmiş - canı çıxmamış kəsdiyiniz heyvanlar müstəsnadır - dikinə qoyulmuş daşlar (bütlər və ya Kəbənin ətrafındakı bütpərəst qurbangahlar) üzərində kəsilmiş heyvanlar və fal oxları ilə pay bölmək sizə haram edildi. (əl-Maidə 3).

Fətava İsləmiyyə” 3/ 414.

5. Sual: Buna oxşar bir suala Şeyx Useyminin rahmətullahi aleyhi dedikləri: “Kəsilmiş heyvanın üç halı vardır:

1. Biz bilirik ki, kəsilən heyvan şəriətə uyğun olaraq kəsilib. Bu halda bu əti yemək halaldır. 2. Biz bilirik ki, kəsilən heyvan şəriətə uyğun olaraq kəsilməyib. Bu halda bu əti yemək haramdır. 3. Biz şübhədəyik və bilmirik ki, bu heyvan (şəriətə) uyğun kəsilib, yoxsa yox. Bu halda bu cür heyvanın ətini yemək olar və bizə hansı üsulla bu heyvanın kəsilməsi haqda soruşmaq və araşdırmaq, kəsilərkən Allahın adı zikr olunması, yoxsa zikr olunmaması bizə vacib deyil. Hətta, Sünnə bizə açıq-aydın göstərir ki, bu haqda soruşmamaq və araşdırmamaq daha yaxşıdır. Aişə radıyallahu anhə - rəvayət edir ki, bir qrup insanlar Peyğəmbər sallallahu aleyhi və səlləm yanına gələrək dedilər: “Ya Rəsulallah! Bizə ət yeməyi gətirirlər. Lakin üzərində Allahın adının zikr olunub-olunmadığını bilmirik?” Peyğəmbər sallallahu aleyhi və səlləm buyurdu: “Bunun üçün siz Bismilləh deyin, sonra da yeyin”. Onlar İslamı yeni qəbul etmiş kimsələr idi”.1173 Peyğəmbərin sallallahu aleyhi və səlləm Bismilləh” demək əmri heyvanı kəsməmişdən öncə deyilən Bismilləh - deyildir. Hədisdən də aydın olduğu kimi heyvan artıq kəsilmişdir. “Bismilləh” demək əmri yemək yeməmişdən öncə deyilən Bismilləhdir. Yemək yeməmişdən öncə Bismilləh demək artıq şəriətimiz tərəfindən təyin edilmişdir. Hətta yeməkdən öncə Allahın adını zikr etmək vacib əməllərdəndir. Buna da Peyğəmbərin sallallahu aleyhi və səlləm açıq-aydın əmri vardır. Əgər insan Allahın adını zikr etməyərək yeməyə başlayarsa şeytan mütləq onun yeməyinə şərik olar. (İbn Abbas radıyallahu anhu - rəvayət edir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm demişdir: "İblis dedi: "Ey Rəbbim! Yaratdıqlarından elə bir kəs yoxdur ki, Sən onun ruzisini və yaşayışını təmin etməmiş olasan. Bəs mənim ruzim nədir?" O buyurdu: "Üzərində Allahın adı zikr olunmayan (qidalar)".1174). Əgər insan Allahdan qorxub bu cür yeməkxanalarda (ət) yeməyi yeməzsə, onda heç bir günah daşımır. Həmçinin, bunun əksi də belədir. Kim ki, belə bir yerlərdə (ət) yeməyi yeyərsə, o da heç bir günah daşımır”.

Fətava İsləmiyyə” 3/ 415.

Fətava Ulama Bilədil-Haram” 375.

6. Sual: Hörmətli Şeyx, xarici dövlətlərdən gələn konservləşdirilmiş toyuqlar barəsində nə deyə bilərsiniz?

Şeyx İbn Bəzz rahmətullahi aleyhi deyir ki: “Xarici dövlətlərdə kəsilmiş toyuq və digər heyvanlar Kitab Əhli olan dövlətlərdən konservləşdirilmiş şəkildə bizim dövlətlərə daxil olursa, əgər bizə qadağan olunma səbəbi məlum deyilsə, Quran ayələrinə əsasən bu cür ətləri yemək halaldır. Məs: Allah üçün kəsilməyib, qanı axıdılmadan (boğazı kəsilmədən) öldürülüb və s. Əgər ət yeməyi kommunistlərin, ateistlərin və müşriklərin dövlətlərindən gələrsə, bu cür ətləri yemək haramdır”.

Fətava İsləmiyyə” 3/ 16.



7. Sual: Hörmətli Şeyx, xarici (kafir) dövlətlərdən tədarük edilən və üstündə - halal yazılan ət məhsulları barəsində nə deyə bilərsiniz?

Şeyx Saleh əl-Fovzan hafizahullah deyir ki: “Mal verənlərin və həmçinin ət məhsullarının üzərində olan Halal etiketlərinə bel bağlamaq (güvənmək) olmaz. Arxayın olma ki, bütün bu ət məhsulları şəriət normalarına əsasən kəsilib. Əgər diqqət etsəniz, çox vaxt bazarlarda boğazı kəsilməmiş (başı yerində) toyuqlar görmək olar. Halbuki onların da üzərində Halal etiketləri var. Mən özüm Halal etiketini elə bir ət məhsulunun üzərində görmüşəm ki, ona ehtiyac yoxdur – Balıq. Bu da ona əyani sübutdur ki, Halal etiketi yalnız alıcını cəlb etmək, malı satmaq və yalan yolla mülk əldə etməkdir”.

əl-Atima” 165-166.



8. Sual: Hörmətli Şeyx, Çin dövlətinə köçməzdən öncə eşitmişdim ki, müsəlman bir kimsəyə ateistlərin kəsdikləri heyvanların ətlərini yemək haramdır. Öxuduğum Universitetdə müsəlmanlara aid bir yeməkxana var. Orada bizə ət yeməkləri verirlər. Lakin mən arxayın deyiləm ki, bu İslam dininə uyğun olaraq kəsilib və mən bu cür ət məhsullarının yeyilməsində şübhə edirəm. Mənim dostlarım isə heç bir şübhə etməyərək bu ət məhsullarını yeyirlər. Onlar düzmü edirlər, yoxsa qadağan olunmuş əti yeyirlər? Həmçinin, müsəlmanlarla qeyri müsəlmanların qab-qacaqlarını da ayırmaq olmur. Bu məsələdə mən nə edə bilərəm?

Şeyx İbn Bəzz rahmətullahi aleyhi deyir ki: “Kitab Əhli istisna olmaqla kafirlərin kəsdikləri heyvanların ətlərini yemək olmaz. Bunlar da istər atəşpərəst olsun, istərsə də bütpərəst. Onların hər biri kafirlərdir. Bu ətlərin bulyonu da haramdır, çünki Allah kafirlərin yeməklərini bizə - Kitab Əhlindən başqa - haram etmişdir; Bu gün pak nemətlər sizə halal edilmişdir. Kitab Əhlinin yeməkləri sizə, sizin yeməkləriniz isə Kitab Əhlinə halaldır!... (əl-Maidə 5). “İbn Abbasın radıyallahu anhu - dediyi kimi: “Yemək – onların kəsdikləri heyvanların ətləridir”.

O ki qaldı meyvə və tərəvəzə, bu kimi şeylərin istifadəsində heç bir problem yoxdur, çünki onlar qadağan olunmuş yeməklərin içərisinə daxil olmurlar. Müsəlmanların, həqiqi müsəlmanların, Allaha şərik qoşmayan, qəbirlərə ibadət etməyən, nə Peyğəmbəri sallallahu aleyhi və səlləm , nə övliyanı heç kəsi köməyə çağırmayan müsəlmanların yeməkləri həm müsəlmanlara, həm də qeyrilərinə halaldır.

Qab-qacağa gəldikdə isə müsəlmanın ayrıca özlərinə məxsus qabları olmalıdır. Kafirlərin istifadə etdikləri, içərisində içki və yeməklərini saxladıqları qabları yox. Əgər müsəlmanlar bunu bacarmasalar bu zaman kafirlərin istifadə etdikləri qabları yumalı və sonra içərisinə yemək qoymalıdırlar. Əbu Sələbə əl-Xuşani radıyallahu anhu - rəvayət edir ki, bir gün Peyğəmbərdən sallallahu aleyhi və səlləm soruşdum: “Ya Rəsulallah! Biz Kitab Əhlinin hakimiyyəti altında olan torpaqlarda yaşayırıq. Onların qab-qacaqlarından yeməkdə istifadə edə bilərikmi?” Peyğəmbər sallallahu aleyhi və səlləm buyurdu: “Kitab Əhlinə gəldikdə əgər başqa bir şey tapa bilərsinizsə onların qablarından istifadə etməyin. Əgər tapa bilməsəniz onların qablarını yuyub istifadə edin....”.1175

Məcmuu Fətava Va Məqalət” 4/ 435.

Müsəlman bir kimsə hər bir yolla haramlardan və şübhəli şeylərdən çəkinərək öz dininin şərəfini və bədəninin təmizliyini qorumalı, haramla bədənini doldurma­malıdır.

Sual və Cavab” 10339.



9. Sual: Hörmətli şeyx, bazarlarda qeyri müsəlman dövlətlərindən gətirilmiş ət məhsulları satılır. Bu kimi ət məhsullarının hansı üsulla kəsildiyinə baxmadan yeyə bilərikmi?

Şeyx İbn Bəzz rahmətullahi aleyhi deyir ki: “Əgər gətirilən ət məhsulları xaçpərəst və yəhudi dövlətlərindəndirsə, bunda problem yoxdur. Çünki, Allah onların yeməklərini bizə halal etmişdir, onların yeməkləri isə - kəsdikləri heyvanlardır. Bizə qadağan olunma səbəbi məlum deyilsə, bu cür kəsilən heyvanların ətlərini yemək qadağan deyildir. Əgər bizə heyvanın öldürülmə üsulu məlum olarsa ki, heyvan boğularaq, küt alətlə başından vurularaq, tapança, elektrik cərəyanı ilə öldürülübsə bu cür heyvanların ətlərini yemək olmaz. Bir çox dəvət əhlindən mənə çatan xəbərlərə görə Amerika və Avropa ölkələrində olan qəssabların çoxu heyvanları şəriətə uyğun olmayan üsullarla kəsirlər. Əgər müsəlman özünü qoruyaraq bu ətlərdən yeməzsə bu onun üçün daha yaxşı və hədisə də uyğun olar. Əbu Abdullah ən-Numan ibn Bəşir radıyallahu anhu - rəvayət edir ki, Peyğəmbərin sallallahu aleyhi və səlləm belə buyurduğunu eşitdim: “Hər kim bu şübhəli şeylərdən qaçarsa öz dinini və şərəfini qorumuş olar...”.1176 Peyğəmbər sallallahu aleyhi və səlləm buyurdu: “Səni şübhəyə salan şeylərdən uzaq dur, səni şübhələndirməyən şeylərə tərəf isə yönəl”.1177 Mömin bir kimsəyə yemək və içməyində ehtiyatlı olması vacibdir. Əgər o, heyvanı alıb özü kəssə bu onun üçün daha yaxşı olar. Həmçinin, heyvanı şəriətə uyğun kəsən tanıdığı qəssablardan alarsa bu onun üçün daha yaxşı və təhlükəsiz olar”.

Fətava Nuru ad-Darb”.



10. Sual: Hörmətli Şeyx, günlərin birində öz iş yoldaşlarımı qonaqlığa dəvət etdim. Onlar gəldikdən sonra süfrə açıldı, yeməklər içərisində qızardılmış toyuq da vardı. Qonaqlardan biri: “Bu yerli toyuqdur, yoxsa gətirilmiş”. Mən: “Gətirilmiş”- dedim. Bundan sonra o, toyuğu yemədi. Mən səbəbini soruşduqda haram olduğunu dedi. Mən: “Sən bunu haradan götürmüsən ki, haramdır”. O: “Bəzi Şeyxlərdən eşitmişəm”- dedi. Xahiş edirəm sizdən bu suala şəriət tərəfdən cavab verəsiniz.

Şeyx Useymin rahmətullahi aleyhi deyir ki: “Qeyri müsəlman dövlətlərdən idxal olunan, yəni kəsilmiş heyvanlara yəhudi və xaçpərəstlər cavabdehlik daşıyırlarsa, bu cür heyvanların ətlərini yemək halaldır və onların necə kəsildiyini, Allahın adının zikr edilib-edilmədiyini soruşmamalıyıq. Necə ki, Peyğəmbər sallallahu aleyhi və səlləm Xeybərdə yəhudi qadın tərəfindən verilən qoyun budunu yemişdir. Həmçinin, Peyğəmbər sallallahu aleyhi və səlləm yəhudinin verdiyi yeməyi də yemişdir. Halbuki orada qaxsımış yağ vardı. Yağ isə - öz halını dəyişmiş piydir. Peyğəmbər sallallahu aleyhi və səlləm onun necə kəsildiyini və Allahın adının zikr olunub-olunmadığını heç soruşmadı. Aişə radıyallahu anhə - rəvayət edir ki, bir qrup insanlar Peyğəmbərin sallallahu aleyhi və səlləm yanına gələrək dedilər: “Ya Rəsulallah! Bizə ət yeməyi gətirirlər. Lakin üzərində Allahın adının zikr olunub-olunmadığını bilmirik?” Peyğəmbər sallallahu aleyhi və səlləm buyurdu: “Bunun üçün siz Bismilləh deyin, sonra da yeyin”. Onlar İslamı yeni qəbul etmiş kimsələr idi”.1178 Bu hədislərin hər biri dəlildir ki, heyvanın necə kəsildiyi barədə soruşmaq lazım deyil. Bu da şəriətin hikmətindən və asanlığındandır. O ki qaldı qeyri müsəlman dövlətlərindən idxal edilən – hansı ki, kəsilməsində məcusilər, bütbərəstlər və s. cavabdehdir - bu cür ətləri yemək haramdır. Çünki, Allah bizə Kitab Əhli istisna olmaqla kafirlərin yeməklərini yeməyi haram etmişdir.

Əgər biz kəsilən heyvanın müsəlman və ya Kitab Əhli tərəfindən kəsildiyini ehtmal etsək, bu cür əti yeməkdə heç bir problem yoxdur. Fəqihlər deyirlər: “Əgər bizə ət verilsə, elə bir yerdə ki, əhalisinin çox hissəsi ətinin yeyilməsinə icazə verilən qrupdandır (Kitab Əhli və müsəlmanlar) bu cür ət halaldır”. Əgər ətin mənşəyi və kim tərəfindən kəsildiyi bilinməzsə, bu cür əti yeməkdən çəkinsən daha yaxşı olar.

Fətava Uləma Bilədil-Haram” 378-379.

11. Sual: Hörmətli Şeyx, əgər bir kimsə şübhəli şeydən çəkinərək ət yemir, lakin valideyinləri onu yeməyi əmr edirlər. O kimsə, valideyinlərinə itaət etməlidir, yoxsa şübhəli şeydən çəkinməlidir?

Şeyx əl-Albani rahmətullahi aleyhi deyir ki: “Valideyinlərə itaət etmək vacibdir. İtaət yalnız haram olan şeydə olmaz. Burda isə söhbət yalnız şübhəli olandan gedir”.

Fətava əl-Albani” 371.



12. Sual: Hörmətli Şeyx, haradan gəldiyi və kəsilməsi barəsində heç bir məlumatımız olmayan dondurulmuş ət məhsulları barəsində hökm nədir? Xahiş edirik, bu sual barəsində bizi maarifləndirəsiniz.

Şeyx Useymin rahmətullahi aleyhi deyir ki: “Müsəlmana və Kitab Əhli tərəfindən kəsilməsi məlum olana qədər ət məhsullarını yemək olmaz. Bu gün pak nemətlər sizə halal edilmişdir. Kitab Əhlinin yeməkləri sizə, sizin yeməkləriniz isə Kitab Əhlinə halaldır!... (əl-Maidə 5). İbn Abbasın radıyallahu anhu - dediyi kimi: “Yemək – onların kəsdikləri heyvanların ətləridir”. Həmçinin Peyğəmbər sallallahu aleyhi və səlləm yəhudi qadının gətirdiyi əti də qəbul etmişdir. Əgər kəsilən heyvan müsəlman və ya Kitab Əhli tərəfindən gətirilərsə, bizim üzərimizə öyrənmək vacib deyil bu şəriətə uyğun olaraq kəsilib, yoxsa yox və ya Allahın adını zikr ediblər, yoxsa yox. Aişə radıyallahu anhə - rəvayət edir ki, bir qrup insanlar Peyğəmbərin sallallahu aleyhi və səlləm yanına gələrək dedilər: “Ya Rəsulallah! Bizə ət yeməyi gətirirlər. Lakin üzərində Allahın adının zikr olunub-olunmadığını bilmirik?” Peyğəmbər sallallahu aleyhi və səlləm buyurdu: “Bunun üçün siz Bismilləh deyin, sonra da yeyin”. Onlar İslamı yeni qəbul etmiş kimsələr idi”.1179

Əgər siz ətin haradan gəldiyini bilmirsinizsə və ehtimal var ki, bu elə bir ölkələrdən gətirilib ki, onların kəsdikləri heyvanların ətləri bizim üçün qadağandır və ya bizə yeyilməsi icazə verilən ölkələrdən gəlib ət məhsulları bu cür ətləri yemək olmaz”.



13. Sual: Hörmətli Şeyx, sualımız şəriətə uyğun olmayaraq kəsilən və yəhudi və xaçpərəstlər tərəfindən Allahın adının zikr edilmədən kəsilən ət məhsulları barəsindədir. Belə əti yemək olarmı?

Şeyx İbn Bəzz rahmətullahi aleyhi deyir ki: Bu gün pak nemətlər sizə halal edilmişdir. Kitab Əhlinin yeməkləri sizə, sizin yeməkləriniz isə Kitab Əhlinə halaldır!... (əl-Maidə 5). Bu ayə onu göstərir ki, Kitab Əhlinin yeməkləri bizə halaldır. Əgər bizə bəlli olarsa ki, onlar heyvanları şəriətə uyğun olmayan üsullarla kəsirlər; Boğmaq yolu ilə, elektrik cərəyanı, küt alətlə vuraraq və s. üsullarla bu cür heyvan kəsilmiş sayılmır və yeyilməsi qadağandır. Hətta bu cür üsulla müsəlman belə heyvanı kəssə yemək haramdır. Lakin əgər bizə kəsilmə üslubu bəlli olmazsa, bu zaman ayəyə əsasən bizə yemək halaldır. Biz artıq bu suallara cavab vermişik, götürüb faydalana bilərsiniz.

O ki qaldı onların Allahın adını zikr etməmələrinə, bu da onların cahilliyindən (elmsiz olmalarından) irəli gəlir, bu fakt da onların kəsdikləri heyvanların ətlərini qadağan etmir. Müs: Müsəlman bir kimsə unudaraq (heyvanı kəsərkən) Allahın adını zikr etməzsə və ya bu haqda heç bir şey bilmirdisə bu da kəsilən heyvanı haram etmir. Allah buyurur: Ey Rəbbimiz, (bəzi tapşırıqlarını) unutduqda və ya yanıldıqda bizi cəzalandırma! (əl-Bəqərə 286). Peyğəmbər sallallahu aleyhi və səlləm bu ayəni oxuduqdan sonra Allah: “Mən artıq belə etdim”- deyə buyurdu. ...Etdiyiniz səhvlərə (məsələn, birinin atasını bilmədən səhv saldığınıza) görə sizə günah yoxdur. Lakin (qadağan olunduqdan sonra) qəsdən etdiyiniz işlərdən ötrü günah vardır. Allah (bəndələrini) bağışlayandır, rəhm edəndir! (əl-Əhzab 5). Peyğəmbər sallallahu aleyhi və səlləm buyurdu: “Allah mənə görə ümmətimin səhvən, unutqanlıqdan və ya məcburiyyət qarşısında qalaraq etdiyi günahlarını bağışlayıb”.

Məcəllətul-Cəmiatil-İsləmiyyə”.

14. Sual: Hörmətli Şeyx, namaz qılmayan müsəlman Allahın adını zikr edərək heyvanı kəsərsə bu cür əti yemək olarmı? Həmçinin əhalisinin çox hissəsi namaz qılmayanlardan ibarət olan bir ölkədə olsam bu zaman onların bazarlarında satılan ət məhsullarının hökmü nədir?

Şeyx Useymin rahmətullahi aleyhi deyir ki: “Namaz qılmayan (müsəlman) bir kimsə tərəfindən kəsilmiş əti yemək əgər o Allahın adını zikr edibsə halaldır. Bu da namazı (tənbəllik və s.) səbəblərdən tərk edənin (qılmayanın) dindən çıxmadığını deyənlərin rəyidir. Lakin namazı qılmayanın dindən çıxdığını söyləyənlərin rəyinə görə isə bu cür ət məhsullarını yemək olmaz”.

15. Sual: Hörmətli Şeyx, əqidəsi bəlli olmayan bir kimsənin kəsdiyi heyvanın ətini yemək olarmı? Həmçinin günahın haram olduğunu bildiyi halda ona izn verən kimsənin necə?

Şeyx İbn Bəzz rahmətullahi aleyhi deyir ki: “Bir kimsənin şirki bəlli olmadıqca onun kəsdiyi heyvanın ətini yemək olar. Əgər müsəlman bir kimsə şəhadət etsə ki, Allahdan başqa ibadətə layiq haqq ilah yoxdur və Muhəmməd Onun qulu və Rəsuludur, ondan küfrə aparacaq bir əməl (söz) məlum olmazsa kəsdiyi heyvan halaldır. Lakin bizə məlum olsa ki, həmin şəxs şirkə aparacaq əməl edir: cinlərə və ölülərə dua etmək, çətin anlarda onlara dua edib kömək diləmək, bütün bunlar böyük şirkdən sayılır və onun kəsdiyi heyvanı yemək olmaz.

Günahlar günah edən kimsənin kəsdiyi heyvanın ətinin haram olması üçün səbəb deyildir, bir şərtlə ki, insan etdiyi günahın halal olmasına etiqad etməsin. Belə bir kimsənin kəsdiyi heyvanların ətləri əgər şəriətə uyğun kəsilibsə halaldır. O kimsə ki, (müsəlmanların haramlığında ittifaq etdikləri: zina, içki, sələm) günahların halal olmasına etiqad edir (və ya edilməsinə izn verirsə) belə bir kimsə kafirdir”. (Fayda: Müsəlman bir kimsə onu İslam dairəsindən çıxaracaq bir əməli edərsə, qazı tərəfindən onun şübhələri aradan qaldırılmadıqca, maneləri dəff edilmədikcə və ona kafir hökmü verilənə qədər müsəlmana tətbiq edilən bütün əhkamlar ona da tətbiq edilir”.1180

Fətava İsləmiyyə 3/ 417.

16. Sual: Hörmətli Şeyx, siqaretin hökmü nədir, müxtəlif növ siqaretlərlə İslam cəmiyyətlərini zəhərləyən kimsələrə nə məsləhət görərdiniz? Sulu qəlyan barədə nə deyə bilərsiniz?

Şeyx İbn Bəzz rahmətullahi aleyhi deyir ki: “Siqaret çəkmək haramdır. Çünki, onda bir çox zərərlər vardır və bütün növləri də haramdır. Hər bir müsəlman siqaret çəkməyi tərk etməlidir və siqaret çəkənlərlə birlikdə məclisdə oturmaq da qadağandır”.

Macallatul-Dauva” 1667.



17. Sual: Bir çox insanlar çiy ət yeyməyə aludə olublar. İstərdim bunun şəriətdə halal və haram olmaq hökmünü öyrənim.

Şeyx Munəccid hafizahullah deyir ki: Bəzi alimlər qeyd edirlər ki, çiy əti yemək məkruhdur (bəyənilmir). Lakin səhih rəy çiy ətin halal olmasıdır, çünki əsli halaldır və onun yeməkdə qadağan olunmasına heç bir dəlil yoxdur. Lakin bir şərt var ki, çiy ət yeyən kimsənin sağlamlığına pis təsir etməsin. Əgər pis təsir edərsə bu zaman yeyilməsi qadağan olur. Çünki, bədənə zərərli olan hər bir şeyin haramdır; Özünüz özünüzü təhlükəyə atmayın. (əl-Bəqərə 195).

Sual Va Cavab” 1924.



18. Sual: Hörmətli Şeyx, mən Yaponiya Universitetlərindən birində oxuyuram və bizim Universitetdə müxtəlif yığıncaqlar, forumlar keçirilir. Bütün bu məclislərdə içki də olur. Mən içki içməsəm də belə bu cür yığıncaqlarda iştirak etməyimdə günah varmı?

Şeyx İbn Bəzz rahmətullahi aleyhi – deyir ki: “İçki içən kimsələrlə oturmaq qadağandır və sən onları bu əməlinə görə məzəmmət etməlisən. Əgər onlar sənə qulaq asmasalar, onları tərk etməlisən. Bu da Peyğəmbərin – sallallahu aleyhi və səlləm – sözlərinə uyğun olandır: “Kim Allaha və Axirət gününə iman edirsə, içki içilən bir məclisdə (stol arxasında) oturmasın”. İmam Əhməd, Tirmizi. Onlarla oturmaq – onların bu əxlaqsız əməlindən razı qalmaq və onlarla olmaq deməkdir; “(Ya Rəsulum!) Ayələrimizi istehza edənləri gördüyün zaman onlar söhbəti dəyişənə qədər onlardan üz çevir. Əgər Şeytan (bu qadağan əmrini) sənə unutdursa, xatırlayandan sonra o zalım tayfa ilə bərabər oturma”. (əl-Ənam 68). “Allah Kitabda (Quranda) sizə nazil etmişdir (bildirmişdir) ki, Allahın ayələrini inkar edildiyini və onlara istehza olunduğunu eşitdiyiniz zaman müşriklər başqa bir söhbətə girişməyənə qədər onlarla bir yerdə əyləşməyin! Çünki o vaxt siz də onların tayı olarsınız. Həqiqətən, Allah münafiqlərin və kafirlərin hamısını Cəhənnəmdə bir yerdə toplayacaqdır!” (ən-Nisa 140).

Fətava İsləmiyyə” 3/ 447.



19. Sual: İnsanın ölümünün 40-cı günü Allah bağışlasın və rəhm etsin deyə (yaxınlarının ehsan olaraq) heyvan kəsib ətini paylamaları, insanları yedirtmələrinin şəriət ilə hökmü nədir?

Daimi Fətvalar Komitəsində (1981) deyilir: “İnsanın ölümünün 40-cı günü Allaha yaxınlaşmaq məqsədilə, ümüd edərək ki, bu ölən üçün bir bağışlanma və rəhmət olar heyvan kəsmək çirkin bir bidətdir. Nə Peyğəmbər – sallallahu aleyhi və səlləm –, nə xəlifələr, nə də səhabələr – radıyallahu anhum - bu əməli etməyiblər. Həmçinin, ümmətin imamları da bunu etməyiblər. Ümmətin alimləri bu əməlin dində əslinin olmamasına İcma ediblər. Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: “Kim bizim bu işimizdə (dinimizdə) ondan olmayan bir yenilik edərsə, o rədd olunandır”. “Kim bizim işimizə uyğun olmayan bir əməl edərsə o (əməl) rədd olunandır”.1181 Lakin ölən kimsənin adından müəyyən bir vaxt təyin etmədən sədəqə vermək (pul və s.) ilə heç bir problem yoxdur.

20. Sual: Halal və Haram satılan dükanlardan ət məhsulları almaq olarmı? Lakin bir şeyi də nəzərinizə çatdırım ki, hər bir ət məhsulu özünə məxsus bağlamada və soyuducuda saxlanılır. Həmçinin içki satılan mağazalardan ərzaq məhsulları almaq olarmı? Hansı ki, içki mağazanın müəyyən bölümlərində satılır. Bu mağazaların sahibləri müsəlman deyildir.

Daimi Fətvalar Komitəsində (13/ 173) deyilir: “Yaxşılıq etməkdə və pis əməllərdən çəkinməkdə əlbir olun, günah iş görməkdə və düşmənçilik etməkdə bir-birinizə kömək göstərməyin. Allahdan qorxun. Həqiqətən, Allahın əzabı şiddətlidir!” (əl-Maidə 2). Müsəlman bir kimsəyə günah olan işlərdə və Allahın qanunlarının tapdalanmasında bir kimsəyə köməklik göstərməsi qadağandır. Əgər müsəlmanın seçim etmək imkanı varsa və o, bilsə ki, kimsə yalnız halal olan ilə ticarət edib haram satmaqdan çəkinirsə (donuz, içki və s.), onunla alış-veriş etməsi lazımdır. Əgər bu cür seçim etmək imkanı yoxdursa bu zaman aldığı məhsulun halal olduğunda arxayındırsa halal və haram qarışmış mağazalardan alış-veriş etməsi icazəlidir”. “Allahdan (Allahın əzabından) bacardığınız qədər qorxun”. (ət-Təğabun 16).

21. Sual: Kitab Əhlinin və müşriklərin bayramları münasibətilə hədiyyə olaraq müsəlmana verdikləri yeməkləri yeməsi icazəlidirmi?

Daimi Fətvalar Komitəsində (22/ 398) deyilir: Müsəlman bir kimsəyə Kitab Əhlinin və müşriklərin bayramları münasibətilə hazırladıqları yeməkləri yeməsi və bayramları münasibətilə onlardan hədiyyə alması qadağandır. Bayramları münasibətilə onlardan yemək və hədiyyə almaq onların bu adətlərinə hörmət, etimad və onlarla bu bayramda iştirak etməyə dəlalət edir. Bu da dinə fitnələrin və bidətin salınmasına aiddir. Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: “Kim bizim bu işimizdə (dinimizdə) ondan olmayan bir yenilik edərsə, o, rədd olunandır”. “Kim bizim işimizə uyğun olmayan bir əməl edərsə o (əməl) rədd olunandır”.1182 Həmçinin, onların əməlinə qarşılıq olaraq bayramları münasibətilə onlara da hədiyyə vermək olmaz”.1183

22. Sual: Hörmətli Şeyx, Böyük Britaniyada yaşayan bəzi müsəlmanlar var-dövlətlərini haram və halal yolla qazanırlar. Onlar içki və donuz əti ilə ticarət edirlər. Onların içərisində elələri var ki, onun mülkünün çox hissəsi haram ilə əldə edilmişdir. Bizə onlarla ünsiyyətdə olmaq, onların yeməklərini yemək və onların dəvətlərini qəbul etmək icazə verilirmi? Onların məscidin təmiri üçün verdikləri sədəqəni də qəbul etmək olarmı?

Daimi Fətvalar Komitəsində (16/ 181) deyilir: İlk öncə onları dəvət edib, pis sonluqla nəticələnən haram yolla mal yeməkdən (toplamaqdan) çəkindirməlisiniz. Onlara və digər qardaşlara xatırlat ki, Allah Qiyamət günü onun sərhədlərini aşaraq haram işlərlə məşğul olanları cəzalandıracaqdır. Onları başlarına gələcək kasıblıqla xəbərdar et! Xatırlat ki, dünya nemətləri əbədi deyildir, Axirət isə daha gözəldir. Onlar cavab versələr sizin dində qardaşlarınızdır. Allaha həmd olsun. Onlara tövbə etmələrini və pis əməldən sonra dərhal yaxşı iş görmələrini nəsihət et! Ola bilər ki, Allah onların tövbələrini qəbul edib pis əməllərini yaxşı işlərlə əvəz edər. Bundan sonra siz onlarla ünsiyyət qura bilər, onların yeməklərini yeyə bilər və onların sədəqələrini qəbul edib yaxşı işlərdə sərf edə bilərsiniz. Məscid və s. işlərdə. Çünki, onlar tövbə edib, səhvlərini başa düşüblər; “Sələm (müamilə, faiz) yeyənlər (Qiyamət günü) qəbirlərindən ancaq şeytan toxunmuş (cin vurmuş dəli) kimi qalxarlar. Bunların belə olmaları: “Alış-veriş də sələm kimi bir şeydir!”– dedikləri üzündəndir. Halbuki, Allah alış-verişi halal, sələm (faiz) almağı isə haram (qadağan) etmişdir. İndi hər kəs Rəbbi tərəfindən gələn nəsihəti qəbul etməklə (bu işə) son qoyarsa, keçmişdə aldığı (sələmlər) onundur (ona bağışlanar). Onun işi Allaha aiddir. Amma (yenidən sələmçiliyə) qayıdanlar cəhənnəmlikdirlər və orada həmişəlik qalacaqlar!” (əl-Bəqərə 275).

İkincisi: Əgər onlar bu qədər xəbərdarlıq və nəsihətdən özləri üçün bir fayda və ibrət götürməyib haram etməyə davam edərlərsə, o zaman sizə onları Allah üçün tərk etmək vacibdir. Onların dəvətlərini qəbul etməyin, sədəqələrini də götürməyin. Bununla siz onların bundan bir fayda götürüb doğru yola qayıdacaqlarına ümid edərək, onların etdiklərinə nifrət və qəzəbli olduğunuzu bildirirsiniz”.1184

23. Sual: Hörmətli Şeyx, istehsal zamanı alkoqol qatılan şokoladın hökmü nədir? Lakin bu alkoqol istehsal zamanı buxarlanır. Bunun halı qursağ qatılmış pendirin hökmünə bənzəyirmi?

Şeyx əl-Albani rahmətullahi aleyhi – deyir ki: “Bu sualı dəqiqləşdirməyə ehtiyac vardır. 1) Alkoqolun qatılma miqdarı nə qədərdir, az miqdarda qatılır, yoxsa çox. 2) Doğrudurmu ki, istehsal zamanı bu alkoqol buxarlanır?

Sual verən: Bəli, az miqdarda alkoqol qatılır və istehsal zamanı alkoqol buxarlanır.

Şeyx əl-Albani rahmətullahi aleyhi – deyir ki: “Bu suala əsaslanaraq mən deyirəm ki, biz bu suala dərmanlarla bağlı suala cavab verdiyimiz kimi verəcəyik. Hər birimiz bilirik ki, (günümüzdə) dərmanların əksəriyyətinə spirt qatılır, həmçinin odekolonlar da belədir. Həm dərmanla, həm də şokoladla bağlı suala biz belə cavab veririk: Əgər vəziyyət sənin dediyin kimidirsə, bu cür dərman və şokoladları istifadə etmək, satmaq və kafirlərin məmləkətindən gətirmək olar. Lakin İslam dövlətlərində belə şeyləri istehsal etmək qadağandır. Belə ayırma nə üçündür? Şübhəsiz dərman şokoladdan daha əhəmiyyətli və mühüm bir şeydir. Çünki, şokolad - artıq, dərman isə - birinci yardımdır. Lakin bütün bunlara baxmayaraq, biz İslam dövlətlərində spirtli dərmanların istehsalını etməməliyik. Nə üçün? Çünki, dərman istehsal edən kimsədən spirt hazırlamağı, spirti isə üzümü sıxmaqla Xamr hazırlamağı tələb edəcək. Bütün bunlar qadağandır. Necə ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: “Allah içki içənə, süzənə, satana, alana, sıxana, qarışdırana, paylayana, saxlayana və ondan gələn gəliri xərcləyənə lənət edib”.1185 Buna görə də spirtli dərmanları hazırlamaq üçün biz istehsal etməməliyik, istehsal edən kimsə lənətlənmişdir. O ki qaldı kafirlərin dövlətlərindən gətirilən spirtli dərmanlara: Əgər dərmanı çox miqdarda qəbul etmək və ya içmək insanı sərxoş etmirsə icazəlidir. Burada biz sokoladla bağlı suala qayıdırıq. Əgər sual, sənə sual verənin dediyi kimidirsə (yəni: spirt istehsal zamanı şokoladın içərisində) buxarlanaraq yoxa çıxırsa, bu zaman şokolad öz halında sərxoş etmir. Lakin mən bir daha xatırladıram: Onları İslam dövlətində istehsal etmək olmaz”.

Silsila Huda Vən-Nur” 491.



Şeyx Useymin rahmətullahi aleyhi – deyir ki: “Əgər alkoqol hər hansı bir məhsulla qarışaraq öz izini itirirsə həmin məhsul icazəlidir. Odekalon və digər məhsullarda az miqdarda olan alkoqol sərxoş edici olmadığı halda çox istifadə edilsə də belə Xamr sayılmır. Bu məhsul sərxoş edici deyildir. Necə ki, suya bir damcı sidik düşdüyü zaman, su öz halını dəyişmir. Su təmiz olaraq qalır. Həmçinin, hər hansı bir məhsula bir damcı alkoqol düşdüyü zaman həmin məhsul halını dəyişmədiyi halda Xamr sayılmır. Bütün alimlər bu məsələni başlıq olaraq: “Sərxoşluğun sərhəddi” adlandırmışlar. Həmçinin, sizin nəzərinizə bir çox tələbələrə qaranlıq qalmış bir sualı yönəltmək istəyirəm: Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: “Çox miqdarda sərxoş edən şey, az miqdarda da qadağandır”.1186 Onlar deyirlər ki: “Az miqdarda olan alkoqol çox miqdarda olan bir şeylə qarışarsa, o da qadağan sayılır”. Lakin hədisin mənası buna dəlalət etmir. Mənası: Əgər çox miqdarda olan şey sərxoş edirsə, onun az miqdarı da sərxoş etməsə də belə qadağandır. Təsəvvür edin ki, bizdə içki var. Ondan on şüşə içdikdə insanı sərxoş hala gətirir. Lakin bir şüşə içdikdə sərxoş etmir. Bax bu bir şüşə sərxoş etməsə də belə qadağandır. Bu da hədisin mənasıdır. O izah deyil: “Sərxoş edici başqa bir şeylə qarışarsa o, da qadağan olunur”. Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: “Çox miqdarda sərxoş edən şey, az miqdarda da qadağandır”.1187
DARUL İSLAM DARUL KÜFR

Yüklə 5,74 Mb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   50




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə