TöVHİD – allahin qullari üZƏRİNDƏ olan haqqi


"O, halda  insanlardan qorxmayın Məndən qorxun"



Yüklə 5,57 Mb.
Pdf görüntüsü
səhifə67/487
tarix10.05.2023
ölçüsü5,57 Mb.
#109393
1   ...   63   64   65   66   67   68   69   70   ...   487
tovhid-Allahin-qullari-uzarinda-haqqi

"O, halda 
insanlardan qorxmayın Məndən qorxun". 
(əl-Maidə 44).
"…Və yalnız Məndən 
qorxun". 
(əl-Bəqərə 40). 
"Allaha və Onun Peyğəmbərinə itaət edənlər, Allahdan 
qorxub çəkinənlər məhz belələri uğura çatanlardır". 
(ən-Nur 52). 
"…Qorxub 
çəkinməyə də, 
(günahları)
bağıışlamağa da layiq olan ancaq Odur". 
(əl-
Muddəssir 56). 
“O şeytan sadəcə sizi öz dostları ilə qorxudur. Möminsinizsə, 
onlardan qorxmayın, Məndən qorxun!”
 (Ali-İmran 175).
Hər bir məxluqun bir yaradılmışdan və ya Yaradandan qoxmasının 
qaçılmaz olduğu məlumdur. Yaradılmışdan qorxmanın zərəri bir çox 
baxımdan faydalarından daha ağırdır. Allahdan qorxmaq isə dünya və axirət 
səadətinin səbəbidir. Həqiqətən, Allah ondan qorxulmağa daha layiqdir. İbn 
Abbas 

 
rəvayət edir ki, bir gün (minikdə) Peyğəmbərin
 

arxasında 
oturmuşdum. O, buyurdu:
 
"Ey oğul! Mən sənə bir neçə kəlimə öyrədəcəyəm. 
Allahı qoru ki, Allah da səni qorusun. Allahı qoru ki, Onu öz qarşında tapasan. 
Bir şey dilədikdə, Allahdan dilə. Kömək istədikdə yenə də Allahdan kömək 
istə. Bunu da bil ki, əğər bütün insanlar sənə xeyir vermək üçün bir yerə 
104
Cədd sözü bəzilərinin təsəvvür etdiyi kimi nəyəsə qadir olmaq, hansısa qüvvəyə sahib olmaq demək 
deyil. Mənası sadəcə baba deməkdir. 


 
TÖVHİD – 
Allahın Qulları Üzərində Olan Haqqı
51 
yığışsalar da belə Allahın yazdığından artıq sənə heç bir xeyir verə bilməzlər. 
Bunu da bil ki, əğər sənə zərər vermək üçün bir yerə yığışsalar da yenə də 
Allahın yazdığından artıq sənə zərər verə bilməzlər. (Artıq) qələmlər 
qaldırılmış, səhifələrin (mürəkkəbi) qurumuşdur".
105
İnsanlar tövhiddən 
uzaqlaşdıqlarına görə, tövhidi həqiqi surətdə həyata keçirmədiklərinə görə
Allahdan qeyrilərinə bağlandıqlarına görə insanlardan qorxurlar. Həqiqi 
müsəlmanlar isə şiddət anında da, çətinliklərdə də Allaha yönəlirlər. 
 
Bəziləri isə dünya və onun şəhvətlərinə bağlanırlar. Onun arxasınca gecə və 
gündüz gedirlər. Onlar dünyanın şəhvəti üçün sevinir və onun üçün 
ağlayırlar. Bəzən də buna görə gecələri də yatmırlar. Dünyada bir şey əldə 
etdikdə sevinir, əldə etmədikdə isə kədərlənirlər: 

Yüklə 5,57 Mb.

Dostları ilə paylaş:
1   ...   63   64   65   66   67   68   69   70   ...   487




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə