TöVHİD – allahin qullari üZƏRİNDƏ olan haqqi



Yüklə 5,57 Mb.
Pdf görüntüsü
səhifə66/487
tarix10.05.2023
ölçüsü5,57 Mb.
#109393
1   ...   62   63   64   65   66   67   68   69   ...   487
tovhid-Allahin-qullari-uzarinda-haqqi

 
TÖVHİD – 
Allahın Qulları Üzərində Olan Haqqı
50 
işlərində və ehtiyaclarında arxalanırlar. Ondan qorxduqlarına görə onun qulu 
olurlar: 
“Nəfsinin istəyini ilahiləşdirən şəxsi gördünmü? Allah əzəli elmi 
sayəsində onu azğınlığa saldı, qulağını və qəlbini möhürlədi, gözünə də pərdə 
çəkdi. Allahdan başqa kim onu doğru yola yönəldə bilər? Məgər düşünüb 
anlamırsınız?” 
(əl-Casiyə 23).
Onların qəlbləri Allahdan qeyrisinə bağlandığına 
görə, tövhidi həqiqi surətdə həyata keçirmədiklərinə görə onlarda qorxu 
yaranır. İnsanların halına baxırsan ki, zəiflədikdə nə günə düşürlər. Allahdan 
qeyrilərindən qorxurlar. Kahinlərdən, falçılardan, kiminsə cəddindən
104
və s. 
Gecə və gündüz onu dərd basır. Həqiqi mömin isə heç kəsdən qorxmur. 
Çünki, o bilir ki, zərər və mənfəət, xəstəlik və şəfa yalnız Allahın əlindədir: 
“De: "Bir deyin görək, əgər Allah mənə bir zərər toxundurmaq istəsə, sizin 
Allahdan başqa ibadət etdikləriniz Onun zərərini aradan qaldıra bilərlərmi? 
Ya da O mənə bir mərhəmət göstərmək istəsə, onlar Onun mərhəmətinin 
qarşısını ala bilərlərmi?" De: "Mənə Allah yetər. Təvəkkül edənlər yalnız Ona 
təvəkkül edirlər!" 
(əz-Zumər
 
38).
 "Əgər Allah sənə bir zərər yetirsə, səni ondan 
Allahdan başqa heç kəs qurtara bilməz. Əgər Allah sənə bir xeyir diləsə, heç 
kəs onun nemətinə maneçilik edə bilməz". 
(Yunus 107). 
"De ki: "Bir deyin görək 
əgər Allah sizin qulaqlarnızı və gözlərinizi əllərinizdən alsa, ürəklərinizə də 
möhür vursa onları sizə Allahdan başqa kim qaytara bilər. Gör biz onlara 
ayələrimizi necə izah edirik ki, onlar da necə üz döndərirlər". 
(əl-Ənam 46).
Qul 
hər şeyin Allahdan gəldiyini bildiyinə görə yalnız Allah hüzurunda qorxu və 
hörmət duymalı və yalnız Ona qarşı təqvalı davranmalıdır: 

Yüklə 5,57 Mb.

Dostları ilə paylaş:
1   ...   62   63   64   65   66   67   68   69   ...   487




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə