TöVHİD – allahin qullari üZƏRİNDƏ olan haqqi



Yüklə 5,57 Mb.
Pdf görüntüsü
səhifə475/487
tarix10.05.2023
ölçüsü5,57 Mb.
#109393
1   ...   471   472   473   474   475   476   477   478   ...   487
tovhid-Allahin-qullari-uzarinda-haqqi

 
TÖVHİD – 
Allahın Qulları Üzərində Olan Haqqı
350 
meymunlar və donuzlar gəlib sizə rəhbər olurlar".
753
Məgər o zalım 
hökmdarların olmasına səbəb, bizim öz əllərimizlə etdiyimiz günahlarımız 
deyil? Allah Qurani-Kərimdə buyurur: 
"İnsanların öz əlləri ilə etdikləri 
əməllər üzündən suda və quruda fəsad, pozuntu əmələ gələr ki, Allah onlara 
etdikləri bəzi günahların cəzasını daddırsın və bəlkə onlar qayıtsınlar". 
(ər-
Rum 41). 
Vallahi, Allah 

 
zülm edən deyil, zülm edən bizik. Biz zülm etdik
biz zalım olduq, Allah 

 
bizi zalımlarla imtahana çəkdi. Ona görə də yalnız və 
yalnız tövhidə, haqq yola qayıtmaq üçün bizim məqsədimiz birdir. Allahın 
dininə, tövhid dininə insanları dəvət etməkdir. İnsanları Sələflərin rəhbəri olan 
Muhəmmədin 

yoluna qaytarmalıyıq.
Görürsən ki, bəziləri deyirlər: "Nə qədər dəvət etmək olar. Biz dəvət edirik 
bizə qulaq asan kimdir?" Məgər sən Peyğəmbərlərdən üstünsən? Sən ölənə 
kimi insanları Allahın dininə dəvət etməlisən. Nəticəni fikirləşmə. Çünki, 
nəticəni verən Allahdır. Bizim boynumuza düşən dəvətdir ki, biz də bunu 
etməliyik. Allah Qurani-Kərimdə İbrahimi 

tək olmasına baxmayaraq 
ümmət adlandırdı. Nəyə görə? İbrahim 

tək idi, haqqa dəvət etdi, doğru 
söylədiyinə görə Allah onu ümmət adlandırdı. İbn Məsud 

deyir: "Əgər sən 
haqq üzərindəsənsə, tək olsan da belə sən camaatsan". Əgər biz insanlara 
doğrunu deyiriksə, haqqı deyiriksə demək biz ümmətik. Kim istəyir bizə qulaq 
assın, kim də istəyir qulaq asmasın. Allah İbrahimə 

buyurdu: "İnsanları 
həccə dəvət et". İbrahim 

dedi: "Ya Rəbbim! Mən kimi dəvət edim? Heç kəs 
yoxur". Allah buyurdu: "Sən dəvət et". İbrahim 

təpənin üzərinə çıxaraq 
insanları həccə dəvət etdi". İbrahim 

dünyasını dəyişdi, həccə gələnləri 
görmədi. Lakin indi baxın neçə milyon insan həccə gedir. Nəticəsi nə oldu? 
Neçə milyon insanın Həccə getməsinə səbəb oldu.
Həmçinin, Buruc surəsində keçən 
Əshəbul-Uhdud –
hadisəsi. Suheyb 

 
rəvayət etdi ki, Peyğəmbər 

buyurdu: "…Hökmdar: "Mənim göndərdiyim 
adamlara nə oldu?"- deyə soruşdu. Uşaq: "Allah məni onlardan qorudu!"- 
dedi. Uşaq sözünə davam edərək: "Sən mənim dediklərimi yerinə yetirmədən 
məni öldürə bilməzsən!"- dedi. Hökmdar: "O nədir?"- dedi. Uşaq: "Camaatı bir 
meydana topla, məni də bir xurma ağacına bağla. Sonra oxumdan birini 
götürüb yayın ortasına qoyaraq: "

Yüklə 5,57 Mb.

Dostları ilə paylaş:
1   ...   471   472   473   474   475   476   477   478   ...   487




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə