TöVHİD – allahin qullari üZƏRİNDƏ olan haqqi


TÖVHİD – Allahın Qulları Üzərində Olan Haqqı



Yüklə 5,45 Kb.
Pdf görüntüsü
səhifə11/172
tarix16.11.2017
ölçüsü5,45 Kb.
#10519
1   ...   7   8   9   10   11   12   13   14   ...   172

 
TÖVHİD – Allahın Qulları Üzərində Olan Haqqı                                                                                                                      25 
dəstələr Lə İləhə İlləllah – şəhadətini bir neçə cür təfsir etmişlər: 1. Lə Məbuda 
İlləllah  –  Allahdan  başqa  ibadətə  layiq  məbud  yoxdur.  Batil  təfsirdir.  Çünki 
Allahdan başqa ibadət olunan məbudlar vardır. İstər bu batil yolla olsun, istər 
haqq. Fovzan – hafizahullah - deyir ki: “Kim Lə İləhə İlləllah kəliməsini bu cür 
təfsir  edərsə  Lə  Məbuda  İlləllah  –  bu  açıq-aydın  zəlalətdir.  Bu  da  Vəhdətu 
Vucud əqidəsidir. Vacibdir Haqq – kəliməsini söyləmək. (İlah) Məbud – ibadət 
olunan  iki  qismdir:  Haqq  olan  Məbud,  Batil  olan  Məbud.  Allahdan  qeyri 
ibadət olunan  haqqı olmadan ibadət olunan  batil məbuddur. İbadət edilməyə 
haqqı  olan  isə  Allahdır.  Digər  ibadət  olunan  ilahlar  isə  batil  ilahlardır”.  "Bu 
belədir.  Çünki  Allah  haqq,  müşriklərin  Ondan  başqa  ibadət  etdikləri  (bütlər, 
tanrılar)  isə  batildir.  Həqiqətən  Allah  Uca  və  Böyükdür".  (əl-Həcc  62)
36
.  2.  Lə 
Xaliqa İlləllah – Lə Qadira Alə İxtira İlləllah – Allahdan başqa xaliq yoxdur, 
Allahdan başqa yaratmağa qadir heç kəs yoxdur. Bu təfsir yalnız Rububiyyətə 
dəlildir  və  bu  təfsir  Lə  İləhə  İlləllahın  bir  hissəsidir.  Lakin  Lə  İləhə  İlləllahın 
qəsd  etdiyi  məna  deyildir.  Çünki  müşriklər  də  bunu  qəbul  edirdilər. 
Peyğəmbərin  məqsədi təkcə Rububiyyət deyildi.  3. Lə Həkimiyyə İlləllah – 
Allahdan  başqa  hökm  verən  yoxdur.  Bu  təfsir  Seyyid  Qutubun  təfsiridir. 
Kitablarda  bu  təfsirlərə  rast  gəlmək  olar.  4.  Allahdan  başqa  Allah  yoxdur  – 
Allahdan  başqa İlah yoxdur  -  "Нет  бога  (или  божества),  кроме  Аллаха  - 
Bu  cür  tərcümə  etmək  xətadır.  Çünki  İlah  kəliməsi  ərəb  dilində  İbadət 
mənasından  başqa  bir  məna  vermir.  Lakin  Rəbb  –  kəliməsinin  idarə  edən, 
yaradan,  mülk  sahibi  və  s.  mənaları  vadır.  Bu  kəliməni  Ərəb  dilinin 
qrammatikasında  olan  cümlə  üzvlərinə  görə  İrab  (təhlil)  etdikdə  Lə  İləhə 
İlləllah – beş sözdən (kəlmədən) ibarətdir. Əslən isə Lə İləhə İlləllah – kəlməsi 
dörd  kəlmədən ibarətdir.  Bəs Haqq  –  kəliməsinin  ərəb  dilində  gizlədilməsinə 
səbəb  nədir?  Ərəb  dilində  (Lə  Nəfiyə  Lil  Cins  -  Babında)  Xəbər  (Haqq  – 
kəliməsi) gizlədildikdə məna Ərəblərə aydın olduğu üçün bu şəkildə söyləmək 
olar. Yalnız və yalnız Ərəb dili qrammatikasında söhbətin nədən getdiyi aydın 
olduqda  xəbər  gizlədilir.  Lakin  digər  dillərdə  bu  cür  incəlik  olmadığı  üçün 
bunu etdikdə məna itir. Bu cür təfsiri kimə söyləsən heç kəs deməz ki: “Orada 
ibadət qəsd edilir”. Lakin bu ümmətin alimləri Lə İləhə İlləllah - bu cür təfsir 
vermişlər - Lə Məbuda Bil Həqqin İlləllah.  
İlah  -  məbud  ibadət  ediləndir.  Ancaq  ilah  olan  məbuddur.  Hər  bir  kəsin 
ilahı, ona ibadət etdiyidir. Allahdan başqa ibadət olunanlar ilahdır, lakin batil 
ilahlardır.  Çünki,  bunlar  haqq  ilah  deyillər:  "Bu  belədir.  Çünki  Allah  haqq, 
müşriklərin  Ondan  başqa  ibadət  etdikləri  (bütlər,  tanrılar)  isə  batildir. 
Həqiqətən  Allah  Uca  və  Böyükdür".  (əl-Həcc  62).  "Bu  ona  görədir  ki,  Allah 
haqq, (müşriklərin) Ondan qeyri ibadət etdikləri isə batildir". (Loğman 30). 
                                                        
36
 Fovzan “İanatul Mustafit” 62.  


 
TÖVHİD – Allahın Qulları Üzərində Olan Haqqı                                                                                                                      26 
LƏ İLƏHƏ İLLƏLLAH KƏLİMƏSİNİN ŞƏRTLƏRİ 
 
Lə  İləhə  İlləllah  –  kəlməsinin  yeddi  şərti  var.  Bu  şərtlərin  hər  birinə  əməl 
olunmadıqca,  onların  ifadə  etdiyi  mənaları  Quran  və  Sünnəyə  uyğun  olaraq 
dolğun,  düzgün  başa  düşülmədikcə,  bu  kəlmənin  söylənilməsi  heç  bir  kəsə 
fayda verməyəcəkdir. Vəhb ibn Munəbbihdən : "Lə İləhə İlləllah – Cənnətin 
açarı deyildirmi?"- deyə soruşan bir kimsəyə o, belə cavab verir: "Bəli, lakin hər 
açarın dişləri vardır. Əgər dişli açar gətirərsənsə qapı sənin üzünə açılır. Yox, 
əgər açarın dişləri olmazsa qapı açılmaz".
37
 
Aşağıda  qeyd  edəcəyimiz  bu  şərtlər  Quran  və  Sünnəyə  uyğun  olaraq 
möhtərəm İslam alimləri tərəfindən qeyd olunmuşdu.  
1. Elm – cahillikdən uzaq edən.  
2. Yəqinlik – şübhələri yox edən.  
3. Ixlas – şırkdən uzaq edən.  
4. Məhəbbət – nifrətdən uzaq edən.  
5. Sidq – yalanı yox edən.  
6. Təslim – itaətsizliyi yox edən.  
7. Qəbul – inkarı yox edən. 
 
ELM 
 
Bu o elmdir ki, Lə Iləhə Illəllah - kəliməsini dəlillərlə öyrənir və isbat edir. 
Bu da dil ilə söyləyib qəlb ilə bilməkdir. Onun mənasını, nə qəsd etdiyini, nəyi 
inkar və nəyi təsdiq etdiyini bilmədən söyləyənə heç bir faydası olmaz. "Öyrən 
bil  ki,  Allahdan  başqa  ibadətə  layiq  haqq  ilah  yoxdur".  (Muhəmməd  19). 
"Ondan  qeyri  ibadət  etdikləri  şəfaət  edə  bilməzlər.  Haqqa  şəhadət  verənlər 
müstəsnadır". (əz-Zuxruf 86). Bu  ayənin  mənası, Allahdan  başqa ibadətə layiq 
haqq  ilah  olmadığına  dair  şəhadət  edərək  dillərilə  söylədiklərini  qəlbləri  ilə 
bilərək  təsdiq  etməkdir.  "Mən həqiqətən  Allaham.  Məndən başqa heç  bir  ilah 
yoxdur". (Ta ha 14). Osman  rəvayət edir ki, Rəsulullah  buyurdu: "Hər kim 
Allahdan  başqa  ibadətə  layiq  haqq  ilah  olmadığını  bilərək  ölərsə  Cənnətə 
girər".
38
 
 
YƏQİNLİK 
 
Bu  kəliməni  söyləyən  kimsə  tam  mənasıyla  bu  kəlmənin  nə  məna  kəsb 
etdiyində  yəqin  olmalı  və  heç  bir  şəkk-şübhəyə  düşməməli,  bu  kəlimə 
                                                        
37
 əl-Buxari "Cənaiz" 1, Əhməd 5/ 242. 
38
 Muslim 26. 


Yüklə 5,45 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   172




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə