TöVHİD – allahin qullari üZƏRİNDƏ olan haqqi


TÖVHİD – Allahın Qulları Üzərində Olan Haqqı



Yüklə 5,45 Kb.
Pdf görüntüsü
səhifə12/172
tarix16.11.2017
ölçüsü5,45 Kb.
#10519
1   ...   8   9   10   11   12   13   14   15   ...   172

 
TÖVHİD – Allahın Qulları Üzərində Olan Haqqı                                                                                                                      27 
haqqında tam bir bilik və qavrayış sahibi olmalıdır: "Möminlər yalnız Allaha 
və Peyğəmbərinə iman gətirən və iman gətirdikdən sonra heç bir şəkk-şübhəyə 
düşməyənlərdir. Allah yolunda malları və canları ilə vuruşarlar. Məhz belələri 
sadiq olanlardır". (əl-Hucurat 15). Əbu Hureyra  rəvayət edir ki, Rəsulullah  
buyurdu:  "Mən  şəhadət  edirəm  ki,  Allahdan  başqa  ibadətə  layiq  haqq  ilah 
yoxdur  və  mən  onun  elçisiyəm.  Kim  bu  iki  şəhadətə  şübhə  etmədən  Allahın 
hüzuruna gedərsə, Cənnət ona vacib olar (Cənnətdən məhrum olmaz)"
39

 
İXLAS 
 
Əməllərini şirkdən təmizləmək, şirkə yer verilməyən bir ixlasa sahib olmaq: 
"Bil  ki,  xalis  din  yalnız  Allaha  məxsusdur".  (əz-Zumər  3).  "Halbuki,  onlara 
əmr  edilmişdir  ki,  Allaha  dini  yalnız  Ona  məxsus  edərək,  digər  bütün  batil 
dinlərdən İslama dönərək ibadət etsinlər. Namaz qılıb, zəkat versinlər. Doğru-
düzgün  din  budur".  (əl-Bəyyinə  5).  Əbu  Hureyra    deyir  ki,  bir  gün:  Ya 
Rəsulallah!  Sənin  şəfaətinlə  Qiyamət  günü  ən  xoşbəxt  olan  insan  kimdir?” 
Peyğəmbər : “Ey Əbu Hureyra, mən elə də bilirdim ki, bunu səndən öncə heç 
kəs soruşmayacaqdır,  sənin  (elmə) olan  hərisliyindən.  Rəsulullah    buyurdu: 
"Qiyamət günü  mənim şəfaətimlə  ən xoşbəxt olan insan,  qəlbində ixlas  ilə  Lə 
İləhə  İlləllah  -  kəlməsini  deyəndir"
40
.  Əbu  Hureyra    rəvayət  edir  ki, 
Rəsulullah  mənə buyurdu: “Divarın arxasında qarşılaşdığın, Allahdan başqa 
ibadətə layiq haqq İlah olmadığına qəlbi ilə yəqin olaraq şəhadət verən hər bir 
kəsi Cənnətlə müjdələ".
41
 
 
SİDQ 
 
Bu  kəlməyə  sadiq  olmaq.  Bu  kəlməni  qəlbdən  gələn  doğruluqla,  dilin 
söylədiklərini qəlb ilə təsdiq edərək söyləmək. Əgər qəlbi ilə bu kəlməni təsdiq 
etməzsə münafiq olur: “İnsanlar elə güman edirlər ki, təkcə: "İman gətirdik!"– 
demələri  ilə  onlardan  əl  çəkiləcək  və  onlar  imtahan  edilməyəcəklər?  Biz 
onlardan  öncəkiləri  də  sınaqdan  keçirmişdik.  Sözsüz  ki,  Allah  doğru 
danışanları da, yalançıları da aşkara çıxardacaqdır”. (əl-Ənkəbut 2-3). “Haqqı 
gətirən  və  onu  təsdiq  edənlər  isə  əsl  müttəqilərdir”.  (əz-Zumər  33).  Muaz  ibn 
Cəbəl   rəvayət  edir  ki, Peyğəmbər 

 buyurdu:  "Hər  hansı  bir  qul Allahdan 
başqa ibadətə layiq İlah olmadığına və Muhəmmədin Allahın qulu və Rəsulu 
                                                        
39
 Muslim 27, 147, 148.  
40
 əl-Buxari 99.  
41
 Muslim 31, 156.  


 
TÖVHİD – Allahın Qulları Üzərində Olan Haqqı                                                                                                                      28 
olduğuna  (Başqa  rəvayətdə:  Doğruluq  və  səmimiyyətlə)  şəhadət  edərsə,  heç 
şübhəsiz ki, Allah ona Cəhənnəm odunu haram edər".
42
 
 
MƏHƏBBƏT 
 
Bu  kəliməyə  məhəbbətlə  bağlanmaq.  Bu  kəlimənin  daşıdığı,  gətirdiyi  hər 
bir  şeyi  sevmək  və  bu  kəliməni  söyləyənləri  -  Muvahhidləri  sevmək: 
“İnsanların  içərisində  Allahdan  qeyrilərini  Allaha  şərik  qoşub  Allahı  sevən 
kimi  sevənlər  də  var. Halbuki,  iman  gətirənlərin Allaha  olan  məhəbbəti daha 
qüvvətlidir”. (əl-Bəqərə 165). “Ey iman gətirənlər! Sizdən hər kəs dinindən dönsə 
Allah  onun  yerinə  elə  bir  tayfa  gətirər  ki,  Allah  onları,  onlar  da  Allahı 
sevərlər.  Onlar  möminlərə  qarşı  mülayim  kafirlərə  qarşı  sərt  olarlar.  Allah 
yolunda vuruşar və heç kəsin tənəsindən qorxmazlar. Bu Allahın lütfüdür, onu 
istədiyinə verər”. (əl-Maidə 54). Ənəs  rəvayət edir ki, Peyğəmbər  demişdir: 
“Kimdə  (bu)  üç  şey  olsa,  imanın  şirinliyini  dadmış  olar:  Allahı  və  Onun 
Elçisini    başqalarından  daha  çox  sevmək;  adamı  yalnız  Allah  üçün sevmək; 
Cəhənnəmə  atılmağı  xoşlamadığı  kimi,  küfrə  qayıtmağı  da  xoşlamamaq”.
43
 
“Ey  iman  gətirənlər!  Yəhudi  və  Xaçpərəstləri  özünüzə  dost  tutmayın!  Onlar 
bir-birinin  dostudurlar. Sizdən  kim  onlarla  dostluq  edərsə, o  da onlardandır. 
Allah zalim tayfanı düz yola yonəltməz! Sizin vəliniz (dostunuz) ancaq Allah, 
onun Peyğəmbəri və iman gətirənlərdir. O kəslər ki, boyun əyərək namaz qılar 
və  zəkat  verərlər”.  (əl-Maidə  51-55).  “Ey  iman  edənlər!  Əgər  atalarınız  və 
qardaşlarınız  küfrü  imandan  üstün  tutarlarsa, onları özünüzə  dost bilməyin. 
Sizdən  onları  dost  tutanlar  özlərinə  zülm  etmiş  olarlar”.  (ət-Tövbə  23).  “Ey 
iman gətirənlər! Nə mənim düşmənimi, nə də özünüzün düşmənini dost tutun”. 
(əl-Mumtəhinə 1). 
 
TƏSLİM 
 
Lə  İləhə  İlləllah  –  kəliməsinə  boyun  əymək.  İnqiyad  -  Allahın  qoyduğu 
bütün  qayda–qanunlara,  şəriətə  və  sünnəyə  əməl  etmək:  “Kim  yaxşı  əməl 
sahibi olub özünü  Allaha təslim  edərsə  o, artıq  ən  möhkəm  bağdan  yapışmış 
olur.  Bütün  işlərin  axırı  Allaha  gəlib  çatacaqdır”.  (Loğman  22).  “Tövbə  edib 
Rəbbinizə  dönün.  Əzab  sizə  gəlməmişdən  əvvəl  Ona  təslim  olun.  Sonra  sizə 
heç  bir  kömək  olunmaz”.  (əz-Zumər 54).  “Amma,  xeyr!  (Ya Rəsulum!)  Rəbbinə 
and  olsun  ki,  onlar  öz  aralarında  baş  verən  ixtilaflarda  səni  hakim  (münsif) 
təyin etməyincə və verdiyi hökmlərə görə özlərində bir sıxıntı duymadan sənə 
                                                        
42
 əl-Buxari 128, Muslim 32.  
43
 əl-Buxari 16, Muslim 43.  


Yüklə 5,45 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   172




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə