TöVHİD – allahin qullari üZƏRİNDƏ olan haqqi


TÖVHİD – Allahın Qulları Üzərində Olan Haqqı



Yüklə 5,45 Kb.
Pdf görüntüsü
səhifə160/172
tarix16.11.2017
ölçüsü5,45 Kb.
#10519
1   ...   156   157   158   159   160   161   162   163   ...   172

 
TÖVHİD – Allahın Qulları Üzərində Olan Haqqı                                                                                                                      330 
Adəm:  "Ey  Rəbbim!  Sən  məni  əlinlə  yaradıb,  ruhundan  üfürdüyün  zaman 
başımı qaldırdıqda Ərşin sütunlarında Lə İləhə İlləllah Muhəmməd Rəsulullah 
–  sözlərinin  yazıldığını  gördüm.  Beləcə  başa  düşdüm  ki,  məxluqatın  ən 
sevimlisini  öz  İsminlə  bərabər  zikr  etmisən"-  dedi.  Allah:  "Səni  bağışladım. 
Əgər Muhəmməd olmasaydı səni yaratmazdım"- deyə buyurdu.
736
 Əbu Cövzi 
Əvs ibn Abdullah rəvayət edir ki: "Mədinə xalqı bir qıtlığa düçar oldu. Bu halı 
Aişəyə    xəbər  verdilər.  O  da:  "Nəbinin  qəbrini  qoruyun  və  üstündə  göyə 
açılan  bir  ayna  açın"-  dedi.  Onlar  da  dediyi  kimi  etdilər.  Ardından  güclü  bir 
yağış  yağdı".
737
 Peyğəmbər    23  il  müşriklərlə  mübarizə  aparıb  ki,  onları 
Tövhidə  dəvət  etsin,  bunlar  deyirlər  ki,  Peyğəmbər    buyurub:  "Çətinliyə 
düşəndə  (ehtiyac  anında)  ölülərdən    istəyin  (Başqa  rəvayətdə:  “Biriniz  daşa 
gözəl  zənn  bəsləyərsə,  o  daşın  ona  faydası  olar)".
738
 Peyğəmbər    buyurdu: 
"Allahdan bir şey istədiyiniz zaman mənim məqamımla istəyin. Çünki, mənim 
məqamım  Allahın  yanında  böyükdür".
739
 Ömərin    zamanında  bir  ara  qıtlıq 
başladı.  Bir  nəfər  Peyğəmbərin    qəbrinə  gələrək:  "Ey  Allahın  Rəsulu! 
Ümmətin üçün Allahdan yağmur tələb et! Çünki, onlar həlak olurlar”. Adama 
yuxusunda:  “Ömərin  yanına  get”-  deyilmişdir”.
740
 Əli  ibn  Məymun  rəvayət 
edir  ki,  İmam  Şafii    dedi:  "Mən  Əbu  Hənifə    ilə  təbərruk  edirəm  və  hər 
gün onun qəbrinə gedərək ziyarət edirəm. Bir ehtiyacım olduğu zaman onun 
qəbrinə  gəlir  və  onun  qəbri  başında  Allahdan  istəyirəm.  Çox  keçmədən 
ehtiyacım  ödənilir".
741
 Subhənəllah!  Bu  qədər  də  böhtan  və  yalan  olar!  Yaxşı 
onda  Peyğəmbər    iyirmi  üç  il  nəyə  görə  əziyyət  çəkib  müşrikləri  dəvət 
edirdi? Nəyə görə onlar arasında bu qədər döyüşlər baş verdi, qanlar axıdıldı? 
Məgər  Məkkə  müşrikləri  Allahı  inkar  edirdilər?  Xeyr,  onlar  Allahı  inkar 
etmirdilər,  əksinə  Allahı  qəbul  edirdilər.  Lakin  ibadətdə  Allaha  şərik 
qoşurdular.  Ölüləri  Allaha  yaxınlaşmaq  üçün  vasitə  qoşurdular.  Onlar 
demirdilər ki, bu büt fayda verir? Onlar deyirdilər ki, bu bütün içində saleh bir 
qul təmsil olunur və biz də günahkar olduğumuz üçün onlar vasitəsilə Allaha 
yaxınlaşırıq.  Bəlkə  də  Allahdan  bu  qədər  istəmirlər  nə  qədər  ki,  ölülərdən 
istəyirlər.  Buna  görə  də İslam  düşmənləri insanları  zəlalətə sürükləmək üçün 
bu cür vasitələrə əl atırlar. Allah bizi və bizim dövlətimizi bu cür insanlardan 
qorusun. Amin! 
                                                        
736
 əz-Zəhəbi  "Mizan"  adlı  əsərində  batil  və  uydurma  olduğunu  qeyd  edir.  əl-Albani  deyir  ki:  "Bu  hədis 
Qurani-Kərimin özünə ziddir". Geniş məlumat üçün bax: əl-Albani "Təvəssül".  
737
 əl-Albani “Zəif” hədis.  
738
 əl-Albani “Uydurma” hədis.  
739
 əl-Albani deyir: “Heç bir əsli və əsası olmayan batil hədis”.  
740
 əl-Albani  zəif  hədis.  Bu  hədis  Quran  ayəsinə  də  ziddir.  Çünki,  yağış  diləmək  üçün  istiska  namazı  da 
vardır.  "Rəbbinizdən  bağışlanmağınızı  diləyin.  Çünki  O,  çox  bağılayandır.  O,  sizə  göydən  bol  yağış 
göndərər". (Nuh 10-11).  
741
 Xatib əl-Bağdadi "Tarixul-Bağdadi" 1/ 123, batil və uydurma rəvayət.  


 
TÖVHİD – Allahın Qulları Üzərində Olan Haqqı                                                                                                                      331 
Peyğəmbərin  vəfatından sonra onun səhabələri bəzən qıtlıq, bəzən qorxu, 
müsibətlərə məruz qalırdılar. Lakin heç birisi nə Peyğəmbərin  qəbrinə, nə də 
başqa Peyğəmbərlərin qəbrinə gedərək: "Biz səndən zamanın qıtlığını, düşmən 
qüvəsindən  və  ya  günahlarımızdan  şikayət  edirik.  Allahdan  bizim  üçün  və 
ümmətin  üçün  ruzi  verməsini  və  bizə  yardım  etməsini  istə"-  deyə  dua 
etməmişdi.  Çünki,  bu  əməl  nə  vacibdir,  nə  də  müstəhəb.  Çünki,  bidətin  nə 
vacibi.  nə  də  müstəhəbi  olur.  Hamısı  pisdir.  Səhabələr,  Sələflər  bilirdilər  ki, 
Peyğəmbər  nə Rububiyyət, nə də Uluhiyyətdən heç bir şeyə malik deyildir. 
O, sadəcə Allahın qulu və Rəsulu idi. Nəyə görə xüsusən şəhadət kəliməsində 
Abd  –  qulu  sözü  işlədildi?  Yəni,  ey  insanlar  Peyğəmbər    haqqından  həddi 
aşmayın.  O  da  Allahın  sizin  kimi  bir  quludur.  İnsanlardan  üstünlüyü  yalnız 
Allah  tərəfindən  seçilməsində  və  Peyğəmbərliyinə  görədir.  O  da  sizin  kimi 
bəşərdir,  Allah  deyildir  ki, ona  ibadət  edilsin, ona  dua  edilsin, ondan  kömək 
dilənsin, onun qəbri təvaf edilsin, köməyə çağırılsın. Çünki, Peyğəmbər  özü 
də  Allahdan  istəyirdi.  Buna  görə  də  şəhadət  kəlməsində,  İslama  girmək, 
müsəlman  olmaq  üçün  ilk  söylənilən  kəlmədə  Lə  İləhə  İlləllah  – 
Muhəmmədən  abduhu  və  Rəsulu  deyə  söyləyirik.  Allahın  qulu  və  Rəsulu. 
Lakin  buna  baxmayaraq  bu  kəliməni  söyləyən  insanların  əksəriyyəti,  bəziləri 
cahilliklərindən,  bəziləri  də  qəsdli  şəkildə  Allahın  Rəbb,  Rububiyyət  sifətini 
Peyğəmbərinə verirlər. İnsanlar Həcc edir ki, günahları bağışlansın, bunlar isə: 
“Ey  Peyğəmbər! Mənə  kömək ol!  Ey  Peyğəmbər! Mənə şəfa  ver,  mənə övlad, 
ruzi  və  s.  ver”.  Görürsən  ki,  insanları  bu  kimi  şeylərdən  çəkindirdikdə  sənə: 
"Sən  Peyğəmbəri  sevmirsən,  bu  mənim  ona  qarşı  olan  məhəbbətimdən 
yaranan  hislərimdir"-  deyirlər.  Biz  Peyğəmbəri    övladlarımızdan,  ata-
anamızdan da çox sevirik. Bu o demək deyil ki, biz ondan kömək diləməliyik. 
Çünki,  onu  sevmək  imandandır.  Əgər  sən  bizim  Peyğəmbəri    necə 
sevdiyimizi  bilmək  istəyirsənsə,  Əhli  Sünnə  vəl-Camaata  aid  olan  kitabları 
oxusan bunu çox gözəl başa düşərsən. Sənin kimi bir qrup da var idi. Hansı ki, 
Peyğəmbərin    yanına  onu  sevdiklərini  bildirmək  üçün  gəlmişdilər.  Lakin 
Allah ayə nazil edərək Peyğəmbəri  necə sevmək barədə onlara xəbər verdi; 
"(Ya Muhəmməd!) De ki: "Əgər siz Allahı sevirsinizsə, mənim ardımca gəlin ki, 
Allah  da  sizi  sevsin  və  günahlarınızı  bağışlasın.  Allah  bağışlayan  və 
mərhəmətlidir".  (Ali  İmran  31).  Bəli,  Allah  öz  sevgisini  Peyğəmbərə    itaətə 
bağlamışdır. İtaət et, onda onu sevmiş olacaqsan və həqiqi sevgi də elə budur. 
İbadət  isə  Allahın  haqqıdır.  Çünki,  o  özü  Allaha  ibadət  edib,  Ona  qurban 
kəsib,  Ondan  yardım  və  məğfirət  diləyib  və  bu  kimi  şeyləri  də  öz  ümmətinə 
əmr edib.  
Yaradanı  Məxluq  İlə  Qiyas  Etmək  -  Vasitələr  və  şəfaətçilər  Allahın   
qəzəblənməsinə səbəbdir. Burada bir məsələ vardır ki, ona olduqca çox diqqət 


Yüklə 5,45 Kb.

Dostları ilə paylaş:
1   ...   156   157   158   159   160   161   162   163   ...   172




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə