TöVHİD – allahin qullari üZƏRİNDƏ olan haqqi


TÖVHİD – Allahın Qulları Üzərində Olan Haqqı



Yüklə 5,45 Kb.
Pdf görüntüsü
səhifə156/172
tarix16.11.2017
ölçüsü5,45 Kb.
#10519
1   ...   152   153   154   155   156   157   158   159   ...   172

 
TÖVHİD – Allahın Qulları Üzərində Olan Haqqı                                                                                                                      322 
qorunmaq və şəfa tapmaq üçün. Ümumiyyətlə Quran möminlər üçün şəfadır. 
Bu  şəri  bir  səbəbdir,  hansıki  Quran  və  Sünnə  bunu  təsdiqləyir.  2.  Kovni 
(dünyəvi)  səbəb  2)  şərtlə  qəbul  edilir:  1.  Quran  və  Sünnədə  ona  qadağa 
olmasın. 2. İnsanlar arasında bilinən bir şey olsun. Məs: Baş ağrısından müalicə 
üçün  dərmanlar  vardır.  Qəbul  etdikdə  baş  ağrıları  keçir.  Susuzluqdan  su 
içməklə,  aclıqdan  yemək  yeməklə  qurtarmaq  olar.  Bu  da  insanlar  arasında 
məşhur  olan  və  şəriətin  qadağan  etmədiyi  bir  səbəbdir.  İnsanlar  arasında 
məşhur olub, şəriətin qadağan etdiyi bir əməl olarsa bu da qadağandır. Lakin 
Allah bütlər, qəbirlər vasitəsilə (şəfa, övlad və s.) istəməni nəticəni əldə etmək 
üçün səbəb qoymamışdır.  
Vəsilə  Üç  Əsasa  Dayanır:  1.  Təvəssül  edilən  -  bu  da  Uca  və  Böyük  olan 
Allahdır.  2.  Təvəssül  edən,  ehtiyacının  qaldırılmasını  istəyən  qul.  3.  Təvəssül 
edilən  Allaha  yaxınlaşdırılan  saleh  əməllər.  Bundan  başqa  təvəssül  yoxdur, 
kim iddia edirsə ki, var, qoy dəlilini gətirsin.  
Təvəssülün Fayda Verməsi Üçün Şərtlər - 1. Təvəssül edən bir qul saleh bir 
mömin olmalı, əməliylə Allah rizasını qəsd etməlidir. 2. Təvəssül edilən əməl 
Allaha  yaxınlaşmaq  üçün,  Allahın  şəriətdə  buyurduğu  əməl  olmalıdır.  3. 
Edilən  əməl  məşhur  bir  əməl  olmalı,  Allah  Rəsulunun    Sünnəsinə  uyğun 
olmalıdır.  Göründüyü  kimi  də  mömin  olmayanın  əməli  Allaha  yaxınlıq 
vəsiləsi ola bilməz, bidət əməllərlə də Ona təvəssül edilməz.  
Təvəssülün  Növləri  –  1.  Bəyənilən  (qəbul)  edilən  təvəssül.  Bu  da  Allaha 
yaxınlaşdırılan sözlər, əməllər, etiqadlar şəkilində olan, Allahın sevdiyi və razı 
qaldığı  vacib  və  ya  müstəhəb  ibadətlərlə  Ona  yaxınlaşmaqdır.  Bunlar  da  üç 
qismdir.  1)  Allaha  Onun  gözəl  İsimləri  ilə  yaxınlaşmaq;  "Ən  gözəl  adlar 
Allahındır.  Onu  bu  adlarla  çağırıb  dua  edin".  (əl-Əraf  180).  Peyğəmbər   
kədərləndikdə  və  ya  sıxıntıya  düşdükdə  dua  edərək:  "Yə  Həyy,  Yə  Qayyum 
(olan  Allahım)!  Sənin  rəhmətinlə  Səndən  yardım  istəyirəm  (Başqa  rəvayətdə: 
“Hiss  etdiyim  və  qorxduğum  şeyin  şərindən  Allaha  və  Onun  qüdrətinə 
sığınıram”)”.
716
 "Peyğəmbər  sizə  nə  verirsə  onu  da  götürün…".  (əl-Həşr  7)  əl-
Albani    deyir:  "Bizim  üçün  xeyirli  olan  Peyğəmbərin    Allaha  dua  etdiyi 
kimi dua etməkdir. Bu bizim özümüzün icad etdiklərimiz dualardan min dəfə 
daha xeyirlidir".
717
  
2)  Dua  edənin  öz  saleh  əməli  ilə  Allaha  yaxınlaşması.  Bir  kimsənin: 
“Allahım! Sənə olan imanım və sevgim səbəbilə və Peyğəmbərin Muhəmməd 
  bağlılığıma,  imanım  və  sevgim  səbəbilə  mənim  sıxıntılarımı  apar,  məni 
bağışla!”  Dua  edən  kimsəni  Allah  üçün  etdiyi  və  Allah  rizasından  başqa  heç 
bir  şeyi  qəsd  etmədiyi  saleh  bir  əməlini  zikr  etməsi  də  bu  qəbildəndir;  “O 
                                                        
716
 Muslim, ət-Tirmizi 2796. 
717
 əl-Albani "Təvəssül" s. 35.  


 
TÖVHİD – Allahın Qulları Üzərində Olan Haqqı                                                                                                                      323 
kəslər  ki:  "Ey  Rəbbimiz!  Həqiqətən,  biz  iman  gətirdik,  bizim  günahlarımızı 
bağışla  və  bizi  Od  əzabından  qoru!"–  deyirlər” (Ali İmran 16).  "Ey  Rəbbimiz, 
bizə nazil etdiyinə iman gətirdik və Peyğəmbərinə tabe olduq. Artıq bizi şahid 
olanlarla bir yerdə yaz". (Ali İmran 53). Əbu Abdur-Rahmən ibn Ömər ibn əl-
Xəttab  rəvayət edir ki, Peyğəmbər  buyurdu: "Sizdən əvvəlki ümmətlərdə 
üç nəfər səfərə çıxırlar. Gecələmək üçün bir mağaraya girmək məcburiyyətində 
qalırlar.  Mağaraya  girdikdə  bir  qaya  parçası  yuvarlanıb  mağaranın  ağzını 
bağlayır. Onlar bir-birlərinə dedilər: "Bizi bu qayadan yalnız əvvəl etmiş saleh 
əməllərimizlə  (Allaha)  yaxınlaşmaqla  (vasitə)  etməklə  Allaha  yalvarıb-
yaxarmamız  qurtara  bilər!"  Onlardan  biri  dedi:  "Allahım!  Mənim  qocalıq 
yaşına  çatmış  valideyinlərim  vardı.  Axşamlar  (evə  gəldikdə)  onlara  (süd) 
içizdirmədən nə uşaqlarıma, nə də qulluqçularıma (süd) içizdirərdim. Bir gün 
otlaq  axtarmaq  məni  çox  uzaqlara  apardı.  Geri  qayıtdıqda  onları 
(valideyinlərimi)  yatmış  gördüm.  Hər gün olduğu  kimi  süd sağdım  və onları 
(valideyinlərimi)  yuxudan  oyatmamaqdan  ötrü  səhərə  kimi  süd  qabı  ilə 
başlarının  üstündə  durdum.  Ana  və  atamdan  əvvəl  nə  uşaqlarıma,  nə  də 
qulluqçularıma  içirmək  istəmədim.  Halbuki  uşaqlar  ayaqlarımın  altında 
aclıqdan  ağlayırdılar.  Sonra  (valideyinlərim)  oyanıb  axşam  onlar  üçün 
sağdığım  südü  içdilər.  Allahım!  Əgər  mən  bunu  sənin  rizanı  (rəhmini, 
mərhəmətini) qazanmaq üçün etmişəmsə, onda bizi bu bəladan (vəziyyətdən) 
qurtar!"  Bundan  sonra  qaya  parçası  bir  az  aralandı.  Lakin  çıxmaq  mümkün 
olmadı. Onlardan digəri dedi: "Allahım! Mənim bir əmim qızı var idi. İnsanlar 
içərisində ən çox onu sevirdim. (Başqa rəvayətdə: “Mən onu kişilərin qadınları 
sevməkdə  olduqları  sevginin  ən  şiddətli  dərəcəsində  sevirdim”).  Mən  ona 
yaxınlaşmaq  istədim.  Lakin  o,  məndən  üz  döndərdi.  Bir  neçə  il  keçdikdən 
sonra  (kasıblıq  üzündən)  mənim  yanıma  gəldi.  Mən  də  ona  mənimlə  tək 
qalmaq  şərti  ilə  yüz  iyirmi  dinar  pul  təklif  etdim.  O  da  buna  razı  oldu.  Ona 
yaxınlaşmaq  fürsətini  tapmışdım  ki,  (Başqa  rəvayətdə:  “Ayaqlarının  arasına 
çökmüşdüm  ki”)  qız  mənə  dedi:  "Allahdan  qorx!  (haqsız  yerə  bakirənin 
möhürünü  açma).  Allahın  qoyduğu  bakirəlik  möhürünü  yalnız  halal  yolla 
(nigah yolundan başqa) bir yolla açma!" Bu əməldən dərhal vaz keçərək ondan 
uzaqlaşdım.  O,  isə  insanların  mənə  ən  sevimlisi  idi.  Onu  çox  sevdiyimə 
baxmayaraq.  Allahım!  Əgər  mən  bunu  sənin  rizanı  (rəhmini,  mərhəmətini) 
qazanmaq  üçün  etmişəmsə,  onda  bizi  bu  bəladan  (vəziyyətdən)  qurtar!" 
Bundan sonra qaya parçası bir az da aralandı. Lakin yenə də çıxmaq mümkün 
olmadı.  Üçüncü  şəxs  dedi:  "Allahım!  Mən  işçilər  tutmuşdum.  Hər  birinin  də 
(işlədikdən  sonra)  haqqını  verdim.  Birindən  başqa.  O,  haqqını  almayıb  getdi. 
Mən  onun  haqqını  (pulunu)  dövriyyəyə  buraxıb  çoxaltdım.  Bir  müddət 
keçdikdən sonra o işçi mənim yanıma gəlib: "Ey Allahın qulu! Mənim haqqımı 


Yüklə 5,45 Kb.

Dostları ilə paylaş:
1   ...   152   153   154   155   156   157   158   159   ...   172




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə