TöVHİD – allahin qullari üZƏRİNDƏ olan haqqi


TÖVHİD – Allahın Qulları Üzərində Olan Haqqı



Yüklə 5,45 Kb.
Pdf görüntüsü
səhifə157/172
tarix16.11.2017
ölçüsü5,45 Kb.
#10519
1   ...   153   154   155   156   157   158   159   160   ...   172

 
TÖVHİD – Allahın Qulları Üzərində Olan Haqqı                                                                                                                      324 
ver!"-  dedi.  Mən  də:  "Burada  gördüklərin  dəvələr,  inəklər,  qoyun  və  qullar 
sənin  pulunun  dövriyyəsindən  artıb  çoxalmışdır!"-  dedim.  O:  "Ey  Allahın 
qulu! Məni ələ  salma!"-  deyə cavab  verdi.  Mən  də:  "Mən  səni ələ  salmıram!"- 
dedim.  O,  da  heç  bir  şey  mənə saxlamayıb  (hər şeyi) götürüb  getdi.  Allahım! 
Əgər  mən  bunu  sənin  rizanı  (rəhmini,  mərhəmətini)  qazanmaq  üçün 
etmişəmsə,  onda  bizi  bu  bəladan  (vəziyyətdən)  qurtar!"  Bundan  sonra  qaya 
parçası  onlar  çıxa  biləcək  qədər  aralandı  və  onlar  çıxıb  yollarına  davam 
etdilər".
718
  
3)  Saleh  kimsələrin  duası  ilə  Allaha  yaxınlaşmaq.
719
 Bu,  Allah  qatında 
duasının  qəbul  ediləcəyi  umulan  həyatdakı  saleh  bir  insanın  duasıyla  Allaha 
təvəssüldür. Bir müsəlman şiddətli bir sıxıntıya düşə bilər. Başına bir müsibət 
gələ bilər. Bu müsəlman Allah qatında özünün qüsurlu olduğunu bilməkdədir. 
Bundan ötrü də Allaha yönəlmək üçün güclü bir səbəbə yapışmaq lazımdır. Bu 
səbəblə  də  xeyirxahlığına,  təqvasına,  imanına,  fəzilətinə,  Quran  və  Sünnəyə 
bağlılığına  güvəndiyi  saleh  bir  kimsəyə  gedər  və  sıxıntısının  getməsi  və 
üzüntüsünün qaldırılması üçün ondan özü üçün Rəbbinə dua etməsini istəyər; 
"Onlardan  sonra  gələnlər  belə  deyirlər:  “Ey  Rəbbimiz!  Bizi  və  bizdən  əvvəl 
iman  gətirmiş  (din)  qardaşlarımızı  bağışla".  (əl-Həşr  10).  “Biz  hər  bir  elçini, 
Allahın  izni  ilə,  ona  məhz  itaət  edilsin  deyə  göndərdik.  Əgər  onlar  özlərinə 
zülm etdikləri zaman sənin yanına gəlib Allahdan bağışlanma diləsəydilər və 
Peyğəmbər  də  onlar  üçün  bağışlanma  diləsəydi,  əlbəttə  ki,  Allahın  tövbələri 
qəbul  edən  və  Rəhmli  olduğunu  görərdilər”.  (ən-Nisa  64).  Peyğəmbər   
buyurdu: "Müsəlman bir kimsənin müsəlman qardaşı üçün (yanında yox ikən) 
etdiyi dua qəbul edilir. Dua edənin yanında olan bir mələk o, hər dua etdikcə 
onun üçün:  "Amin! Eynisi sənin üçün də".
720
 Rəvayət  edilir ki, Ənəs ibn Malik 
  demişdir: “Peyğəmbərin   yaşadığı  dövrdə insanlara  quraqlıq  üz  vermişdi. 
Peyğəmbər    cümə  günü  xütbə  verərkən  bir  bədəvi  ayağa  qalxıb  dedi:  “Ey 
Allahın  elçisi,  mallar  zay  oldu,  uşaqlar  ac  qaldı.  Bizim  üçün  Allaha  dua  et!” 
Peyğəmbər    əllərini  göyə  qaldırdı.  O  an  biz  göydə  bir  dənə  də  olsun  bulud 
görmürdük.  Canım  Əlində  olan  Allaha  and  olsun  ki,  o  hələ  əllərini  aşağı 
salmamış (başımız üzərində) dağlar qədər buludlar topalaşdı və o, minbərdən 
yerə  enməmiş  mən  onun  saqqalından  süzülən  yağış  damçılarını  gördüm. 
Həmin  gün,  ertəsi  gün,  ondan  sonrakı  gün,  daha  sonrakı  gün  –  növbəti 
cüməyədək  yağış  ara  vermədən  yağdı.  (Cümə  günü)  həmin  bədəvi  (və  ya 
                                                        
718
 əl-Buxari 3465, Muslim 2743. 
719
 Şeyx Useymin  deyir: “Səhabələr kimsə  onlara  gəlib: “Mənim  üçün  dua et”-  deməyini xoşlamazdılar. 
Qadağan edərdilər. Səhabələr nə  üçün bunun  qarşısını  alardılar? Dua etməyi  istəyən  kimsə  qəlbini o,  kəslə 
bağlayır, ümüdlü olur ki, onun duası qəbul olunar. Dua etməyi istəyən kimsə ehtiyaclıdır, ona görə də tələb 
edir. Daha gözəldir özü etsin. Həmçinin, insanın təvəkkülünü də azaldır. Artıq insan arxayın olur ki, kimsə 
onun yerinə dua edəcəkdir. Allah dualara cavab verdiyi halda, Allahdan istəmək daha gözəldir”.  
720
 Muslim.  


 
TÖVHİD – Allahın Qulları Üzərində Olan Haqqı                                                                                                                      325 
başqa  birisi)  ayağa  qalxıb  dedi:  “Ey  Allahın  elçisi,  evlər  dağıldı,  mallar  su 
altında  qaldı.  Bizim üçün  Allaha  dua  et!”  Peyğəmbər   əllərini  göyə  qaldırıb 
dedi:  “Allahım!  (Yağışı)  üstümüzə  deyil,  ətrafımıza  yağdır”.  Sonra  əli  ilə  hara 
işarə etdisə, oradakı bulud topası dağıldı və Mədinə (səması) çalaya bənzədi.
721
 
Qənat  vadisində  bir  ay  sel  axdı,  kənardan  (Mədinəyə)  gələn  hər  kəs  bol 
yağışlar  yağdığından  danışırdı.
722
 Allaha  səmimi  olaraq  sığınan  və  duasının 
qəbul  edilmə  şərtlərini  yerinə  yetirən  hər  bir  kəsin  dualarının  qəbul 
edilməsinin  günümüzdə  də  şahidi  oluruq.  Əbu  Hureyra    rəvayət  edir  ki, 
Peyğəmbər    buyurdu:  "Ümmətimdən  yetmiş  min  nəfərlik  bir  dəstə  insan 
sorğu-sualsız Cənnətə girəcəkdir". Ukkaşə ibn Mihsan  ayağa qalxaraq dedi: 
"Ya Rəsulullah! Məni də onlardan etməsi üçün dua et". Peyğəmbər : "Allahım 
bunu  da  onlardan  et"-  deyə  buyurdu”.
723
 Xəlifə  Ömər   qıtlıq  və  ya  quraqlıq 
vaxtı Abbas  ibn Abdulmuttalib   ilə yağmur duasına çıxardılar və: "Allahım! 
Biz sənə Peyğəmbər  ilə təvəssül edərdik, Sən də bizə yağmur yağdırdın. İndi 
də Peyğəmbərin  əmisi ilə Sənə təvəssül edirik. Bizə yağış göndər".
724
 Ömər  
Biz Sənə Sənin Peyğəmbərin  ilə təvəssül edirdik. İndi isə əmisi Abbas  ilə 
təvəssül edirik – deməsinin mənası budur; “Biz Peyğəmbər  sağ ikən, Ondan 
bizim  üçün  dua  etməsini  istəyirdik.  Onun  duasıyla  Allaha  yaxınlaşmaq 
istəyirdik.  İndi  o,  Sənin  axirətinə  köçmüşdür.  Bizə  dua  etməsi  mümkün 
deyildir. Bunun üçün də biz, Peyğəmbərin  əmisi Abbas  ilə Sənə yönəlirik 
və Ondan bizim üçün dua etməsini istəyirik”. Yoxsa ki: “Sənin Peyğəmbərinin 
 məqamı ilə Sənə dua edirəm, Sənin Peyğəmbərinin  əmisi Abbasın  Sənin 
qatındakı  məqamı  xatirinə  bizə  yağış  yağdır”-  demək  deyildir.  Belə  bir  dua 
bidətdir.  Sələfi  Salihindən    heç  kimsə  belə  bir  dua  etməmişdir.  Eynilə 
Muaviyə  ibn  Əbu  Sufyan    dövründə  də  xalq  yağmur  üçün  dua istəyirdilər. 
Yəzid ibnul-Əsvəd əl-Curəşi saleh bir kimsə olduğu üçün ondan yağmur duası 
etməsini tələb etdilər. O, da Allaha dua etdi və duası da qəbul buyuruldu.
725
  
Bidət  Olan  Təvəssül  -  Allahın  sevmədiyi  söz,  əməl,  etiqadlarla  Allaha 
yaxınlıq  axtarmaq  bidət  təvəssülün  içərisinə  girməkdədir.  Kitab,  Sünnət  və 
Sələfi Salihinin sözlərində dəlili olmayan bidət təvəssüldür. 1) Şəxslərin haqqı 
və  ya  məqamı  ilə  Allaha  təvəssül  etmək.  Əvvala  bu  iki  tərəfdən  günahdır. 
Birinci  -  Allahdan  başqasının  adı  ilə  and  içməkdir.  İkinci  -  hər  hansı  bir 
kimsənin  Allahın  üzərində  haqqı olduğunu söyləməkdir.  Yuxarıda göstərilən 
dəlillərdən  bizə  aydın  oldu  ki,  Səhabələr  Peyğəmbər    ilə  o,  həyatda  ikən 
təvəssül etmələri - məqamı və zatı ilə deyil, sadəcə duasıyla olmuşdur. Lakin 
                                                        
721
 Yəni göyün üzü  açıldı  və Mədinənin  ətrafı buludlarla  əhatə olundu. 
722
 əl-Buxari 933. 
723
 əl-Buxari 5705.  
724
 əl-Buxari 2/ 398, 7/ 67, Müxtəsər əl-Buxari 536. 
725
 İbn Əsakir "Tarix" 18/ 151, İbn Həcər "İsabə" 3/ 634.  


Yüklə 5,45 Kb.

Dostları ilə paylaş:
1   ...   153   154   155   156   157   158   159   160   ...   172




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə