TöVHİD – allahin qullari üZƏRİNDƏ olan haqqi


TÖVHİD – Allahın Qulları Üzərində Olan Haqqı



Yüklə 5,45 Kb.
Pdf görüntüsü
səhifə154/172
tarix16.11.2017
ölçüsü5,45 Kb.
#10519
1   ...   150   151   152   153   154   155   156   157   ...   172

 
TÖVHİD – Allahın Qulları Üzərində Olan Haqqı                                                                                                                      317 
  xəbər  vermədikcə  bunları  götürmərəm”.  Nəhayət  Peyğəmbərin    yanına 
gəldik və hadisəni ona danışdıq. Peyğəmbər  təbəssüm edərək buyurdu: "Sən 
onun ruqiyyə olduğunu nə bildin? O qoyunları onlardan götürün və mənə də 
sizinlə  bərabər  bir  pay  verin".
705
 Qurani-Kərim  möminlər  üçün  rəhmət  və 
şəfadır.  İbn  Qeyyim    deyir:  "Mən  bir  müddət  Məkkədə  qalmalı  oldum. 
Mənə  xəstəliklər  üz  verirdi.  Nə  dərman,  nə  də  həkim  var  idi.  Özümü  Fatihə 
surəsi ilə müalicə edirdim. Bunun da möcüzəvi təsirini görürdüm. Bir az Zəm-
zəm  suyu  götürür  və  dəfələrlə  ona  Fatihə  surəsini  oxuyur  sonra  da  içərdim. 
Beləliklə də tam sağalardım. Sonralar bir çox ağrıları müalicə edərkən bu üsula 
əsaslanır  və  faydasını  da  görürdüm.  Ağrıdan  şikayətlənənlərə  də  bu  müalicə 
üsulunu  deyirdim.  Əksəriyyəti  də tez  bir  müddətdə  sağalırdı”.  Bir  məsələ  də 
vardır ki, bu zikirlər, ayələr, dualar öz-özlüyündə fayda verəndir. Lakin qəbul 
edən  də  olmalıdır.  Əgər  şəfa  gecikərsə  ya  onu  edəndə  zəiflik  vardır,  ya  da 
şəfaya mane olan güclü maneə vardır. Şəfanın verilməsi üçün tək dua kifayət 
deyildir.  Dua  edənin  də  iradəsi  güclü  olmalıdır.  Bəzən  görürsən  ki,  dua  özü 
zəif  olduğuna  görə  duanın  nəticəsi  gecikir.  O  dua  Allahın  sevmədiyi  dua 
olduğuna  görə.  Bəzən  də  dua  güclü olur, lakin  qəlb zəif olduğuna  görə.  Dua 
etdiyi  zaman  qəlb  bütünlüklə  Allaha  yönəlmir.  Bu  dua  da  zəif  yaya  oxşayır. 
Əbu Hureyra  rəvayət edir ki, Peyğəmbər  buyurdu: "Siz Allaha yəqinliklə 
dua  edin. Allah  qafil,  ayıq olmayan  qəlbdən  duanı  qəbul  etməz".
706
 Həmçinin 
də duanın qəbul olmasına mane olan səbəblərdən haram yemək, içmək, zülm, 
qəlbin  pas  ilə  bağlanması  da  vardır.  Əbu  Hureyra    rəvayət  edir  ki, 
Peyğəmbər    buyurdu:  "Şübhəsiz  ki,  Allah  pakdır  (və  nöqsansızdır)  və  pak 
olanı  da  qəbul  edir.  Allah  Peyğəmbərlərinə  əmr  etdiyi  şeyin  eynisini 
möminlərə də əmr etmişdir. Allah buyurur: "Ey Peyğəmbərlər! Təmiz və halal 
nemətlərdən yeyin və yaxşı işlər görün". (əl-Muminun 51)Yenə Allah buyurur
"Ey iman gətirənlər! Sizə verdiyimiz ruzilərin təmiz və halalından yeyin". (əl-
Bəqərə172). Sonra Peyğəmbər  buyurdu: "Saçı-saqqalı bir birinə qarışmış, üst-
başı  toza  bulaşmış  halda  uzun  səfər  etmiş,  yediyi  haram,  içdiyi  haram  və 
haram ilə bəslənən birisini xatırladaraq, bu kişi əllərini səmaya qaldıraraq “ya 
Rəbbim,  ya  Rəbbim”-  deyə  dua  etsə,  necə  ola  bilər  ki,  onun  duası  qəbul 
olunsun”.
707
  
                                                        
705
 Muslim 2201.  
706
 əl-Hakim "Mustədrək".  
707
 Səhih Muslim 1015. Dua – Dua ən faydalı dərmandır. O, bəlanın, müsibətin düşmənidir. Onunla vuruşur, 
onun  enməsinə  mane  olaraq  onu  qaldırır  və  ya  nazil  olanı  yüngülləşdirir.  Bu  da  möminin  silahıdır.  Əli   
rəvayət  edir  ki,  Peyğəmbər    buyurdu:  "Dua  möminin  silahıdır,  dinin  dayağıdır,  göylərin  və  yerlərin 
nurudur.  Duanın  bəla  ilə  yanaşı  üç  mövqeyi  vardır:  1)  Bəladan  güclü  olaraq  bəlanı  dəf  etməsi.  2)  Bəladan 
zəif  olur  ki,  bəla  da  ona  qalib  gəlir.  Bəla  bəndəyə  toxunur  lakin  onu  zəif  olsa  da  belə  yüngülləşdirərək.  3) 
Onlar  bir-birilərinin  arasında  çarpışırlar.  Peyğəmbər    buyurdu:  "Dua  nazil  olan  və  olmayan  bəlalar  üçün 
xeyirlidir.  Odur  ki,  ey  Allahın  qulları  Allaha  dua  edin".  ət-Tirmizi,  əl-Hakim,  Əhməd,  əl-Albani  "Səhuhul-


 
TÖVHİD – Allahın Qulları Üzərində Olan Haqqı                                                                                                                      318 
Möcüzə  –  insanların  gördükləri  və  ya  Peyğəmbər  olaraq  göndərənin 
varlığına  qəti  bir  dəlildir.  Onları  göndərən  isə  Allahdır.  Çünki,  bunlar 
bəşəriyyətin  güc  və  taqətindən  kənar  olan  xüsuslardır.  Allah  möcüzələri 
Peyğəmbərlərini  dəstəkləmək  və  onlara  kömək  etmək  üçün  meydana  gətirir. 
Kəramət  –  Allahın  saleh  (yalnız  saleh)  qullarına  Allahdan  onlara  bir  ikram 
olaraq verdiyi bir şeydir. Bu kəramət Quran ayələri, hədislərdən və əsərlərdən 
məlum olduğu kimi Allah bir çox qullarına bunu ikram etmişdir. Məs: İsanın 
  dünyaya  gəlməsi  möcüzə,  onun  anası  üçün  isə  kəramətdir.  Zəkəriyyənin 
Məryəmin  yanına gəldikdə orada yayda qış meyvələrinin olduğunu, qışda 
isə yay meyvələrinin olduğunu görməsi, Allah Musanın  anasına vəd verir 
ki,  “Biz  uşağı  sənə  qaytaracağıq”.  Ömər    xütbə  verərkən  öz  göndərdiyi 
qoşunun uduzduğunu görərək onlara qışqırır ki: "Ey Səriyə! Dağa tərəf çəkil". 
Və  həqiqətən  də  onlar  qalib  gəlib  qayıtdıqda  deyirlər  ki,  biz  hamımız  sənin 
səsini  eşitdik".  Həmçinin,  Rahib  Cureycin  hadisəsi,
708
 mağarada  qalan  üç 
kişinin halı və s.
709
 Kəramət də yalnız Allahın vəlilərinə məxsusdur.  
Allahın Vəliləri (Övliyaları) Kimlərdir? – Vəli – əmr olunanı yerinə yetirən, 
qadağandan  çəkinən,  təqdir  edilənlərə  qarşı  səbr  edən,  Allahın  sevdiyi  və 
Allahı  sevən,  Allahdan  razı  olan  kimsədir;  "Bilin  ki,  Allahın  dostlarının  heç 
bir qorxusu yoxdur və onlar qəm-qüssə görməzlər. O, kəslər ki, iman gətirmiş 
və  pis  əməllərdən  çəkinmişlər.  Onlara  dünyada  da,  axirətdə  də  müjdə  vardır. 
Allahın sözləri heç vaxt dəyişməz. Bu  ən böyük qurtuluş və uğurdur". (Yunus 
62-63).  “Allah  iman  gətirənlərin  Himayədarıdır,  onları  zülmətlərdən  nura 
çıxarır.  Kafirlərin  dostları  isə  tağutlardır,  onları  nurdan  zülmətə  salarlar. 
Onlar  Od  sakinləridirlər  və  orada  əbədi  qalacaqlar”.  (əl-Bəqərə  257).  "Sizin 
haminiz  ancaq  Allah,  Onun  Peyğəmbəri  və  iman  gətirənlərdir.  O  kəslər  ki, 
(Allaha) boyun əyərək namaz qılar və zəkat verərlər". (əl-Maidə 55). Amr ibn əl-
As  rəvayət edir ki, Peyğəmbər  buyurdu: "Diqqət edin! Filankəslər mənim 
                                                                                                                                                   
Cəmi"  3/  151,  H.  3403.  Peyğəmbər    buyurdu:  "Qəza  və  qədəri  dəyişdirən  yalnız  duadır,  ömür  isə  yalnız 
yaxşılığın  sayəsində  uzanır".  əl-Albani  "Səhih  Hədislər  Silsiləsi"  1/  76,  H.  154.  İmam  Əhməd  "Zühd" 
kitabında  rəvayət  edir  ki:  “Bəni  İsrailin  başına  müsibət  gəlir.  Onlar  bir  yerə  çıxırlar.  Allah  onların 
Peyğəmbərinə vəhy edərək buyurur: “Siz bu düzənliyə nəcis, murdar bədəninizlə çıxmısınız. Siz mənə qan 
tökmüş  əllərinizi  qaldırırsınız.  Bu  əllərinizlə  evlərinizi  haramla  doldurursunuz.  Mənim  qəzəbimin  sizə 
şiddətləndiyi  vaxt  əllərinizi  qaldırırsınız.  Məndən  uzaq  olun".  Duanı  etdikdə  israrla  etmək,  duanın  qəbul 
olunmasına tələsməmək. Artıq duanın qəbul olunmasının gec olmasındandır ki, bununla bezərək duanı tərk 
edirlər.  Bunun  da  məsəli  ağac  əkən  bağbana  bənzəyir  ki,  daima  ağaca  qulluq  edir,  onun  gec  böyüdüyünü 
gördükdə onu tərk edir. Həmçinin, insan dua etdiyi vaxt hazır olması, qəlbinin büs-bütün Allaha yönəlməsi 
və həmçinin də qəbul olunma vaxtlarına münasib olması, xuşu ilə etmək, Allah qarşısında zəlil olmaq, dua 
edərkən qibləyə yönələrsə,  dəstəmazlı  olarsa, əllərini Allaha tərəf qaldırarsa  və Allaha  həmd-səna etməklə 
və Peyğəmbərə  salavat gətirməklə və bağışlanma diləməklə, duasını davamiyyətli olaraq diləyərsə bu dua 
heç vaxt rədd olunmaz. Xüsusən də Peyğəmbərin  xəbər verdiyi dualara uyğun olarsa və həmçinin Allahın 
əzəmətli adı ilə olarsa Yə Həyyu, Yə Qəyyum, Yə Zəl-Cələli vəl-İkram, Yə Əhəd, Yə Saməd.  
708
 əl-Buxari 3/ 51-52, Muslim 8/ 89-90. 
709
 əl-Buxari 4/ 140, Muslim 8/ 3-4.  


Yüklə 5,45 Kb.

Dostları ilə paylaş:
1   ...   150   151   152   153   154   155   156   157   ...   172




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə