TöVHİD – allahin qullari üZƏRİNDƏ olan haqqi


TÖVHİD – Allahın Qulları Üzərində Olan Haqqı



Yüklə 5,45 Kb.
Pdf görüntüsü
səhifə151/172
tarix16.11.2017
ölçüsü5,45 Kb.
#10519
1   ...   147   148   149   150   151   152   153   154   ...   172

 
TÖVHİD – Allahın Qulları Üzərində Olan Haqqı                                                                                                                      311 
olanda  (Allahın  izni  ilə)  yağış  yağır.  Çünki  əksər  vaxtı  hava  haqqında 
məlumatlar  səhv  də  çıxır.  Yağışın  yağması,  küləyin  əsməsi  ulduza  görə 
deyildir, sadəcə vaxta bağlıdır.  
Yağışın  Yağmasını  Ulduzlarla  Əlaqələndirmək  -  Cahiliyyə  ərəbləri  hesab 
edirdilər  ki, yağışın yağması  ulduzlara  görədir. Yağışı  hansısa  bir  ulduza  aid 
edirlər.  Bir  başa  ulduzdan  istəyirdilər.  Bu  da  Astrologiyadır,  astrologiya  da 
sehrin  bir  növüdür.  Bu  da  Tövhidin  kamilliyinə  ziddir.  Yağışın  yağması 
Allahın  nemətidir.  İnsan  istənilən  bir  rəhməti  Allaha  nisbət  etməlidir.  Bu 
neməti Allahdan qeyrisinə nisbət etmək qadağandır. Sadəcə bu nemətlər sənə 
hansısa  bir  səbəblər  vasitəsilə  verilmişdir.  Çox  vaxt  eşidirsən  ki:  “Birisi 
kasıbladıqda, çətin bir vəziyyətdə ilk növbədə düşünür ki, kimdən borc alım, 
çətin vəziyyətdən çıxış üçün kimə müraciət edim”- deyə düşünür. Əli çatdığı 
yerlərə  müraciət  etdikdən  sonra  heç  bir  şey  alınmadıqda  Allah  yadımıza 
düşür.  Ğaniy  və  Saməd  olan  Allahı  son  anda  düşünürük.  Ona  görə  də 
müsəlman  hər  bir  şeyə  Tövhid  nöqteyi-nəzərilə  baxmalıdır.  Bütün  bu 
nemətləri  Allaha  aid  etməklə  Allahın  nemətlərinə  şükür  etmiş  oluruq.  Əli   
rəvayət  edir  ki:  "Ruzisinə  şükr  etməli  olduğunuz  halda  onu  yalanmı  hesab 
edirsiniz".  (əl-Vaqiə  82).  Yəni  sizin  şükrünüz:  "Yağış  ulduzların  hansısa 
yerləşməsinin və ya hansısa ulduzun sayəsində yağdı"- deyərək: "Onun inkar 
edilməsidir".
684
 Peyğəmbər  buyurdu: "Ümmətimdə cahiliyyə dövründən tərk 
edilməmiş  dörd  əlamət  qalmışdır;  öz  əsil-nəcabəti  ilə  fəxr  etmək,  başqasının 
nəslinə tənə etmək (pisləmək), yağışın yağmasını ulduzlarla əlaqələndirmək və 
ölü üstündə ağı deyib ağlamaq".
685
 Şeyx Useymin  deyir: "Ulduzlardan yağış 
diləmək  iki  qismə  bölünür:  1.  Böyük  şirkdir.  Bunun  da  iki  növü  vardır:  1) 
Ulduzlara  və  bürclərə  dua  edərək  onlardan  yağış  diləmək.  Bu  da  Allahdan 
qeyrisinə  dua  etməkdir.  Uluhiyyətdə  olan  şirkdir;  “Kim  Allahla  yanaşı, 
haqqında özünün heç bir dəlili olmadığı başqa bir məbuda ibadət edərsə, onun 
cəzasını  Rəbbi  Özü  verəcəkdir.  Şübhəsiz  ki,  kafirlər  nicat  tapmazlar!”  (əl-
Muminun  117).  2)  Yağışın  yağmasını  ulduzlara  mənsub  etmək:  “Yağışı  filan 
ulduz  yağdırdı”-  kimi.  Bu  da  böyük  şirk  olan  Rububiyyətdə  şirkdir.  Yəni 
yağışı  yağdıran  Allahdan  qeyrisidir.  2.  Yağış  diləmənin  ikinci  növü  isə  kiçik 
şirkdir. Bu da ulduzları səbəb götürməkdir. Bu səbəbə görə yağış yağdı. Kiçik 
şirk  insanı  İslamdan  çıxarmır.  Lakin  bəzi  alimlər  kiçik  şirkin  də  İslamdan 
çıxardığını  qeyd  edirlər;  "Şübhə  yoxdur  ki,  Allah  Özünə  şərik  qoşanları  əfv 
etməz. Lakin istədiyi şəxsə bundan başqa olan günahlarını bağışlayar. Allaha 
şərik  qoşan  şəxs  əlbəttə  ki,  böyük  günah  etmişdir".  (ən-Nisa  72).  "Allah  Ona 
şərik qoşmağı əsla bağışlamaz. Bundan başqa olan günahları isə istədiyi şəxsə 
                                                        
684
 Əhməd 1/ 89, 108, 131, ət-Tirmizi 3291.  
685
 Muslim 934.  


 
TÖVHİD – Allahın Qulları Üzərində Olan Haqqı                                                                                                                      312 
bağışlayar. Allaha şərik qoşan şübhəsiz ki, çox azmışdır". (ən-Nisa 116). Ayədə 
Allah ümumi olaraq dedi ki, şirki bağışlamır. Buna görə də şirkin hər birindən 
çəkinmək  lazımdır.  Zeyd  ibn  Xalid  əl-Cuhəni    demişdir:  “Allah  Elçisi   
Hudeybiyyədə  gecə  ikən  yağmış  yağışdan  sonra  bizə  sübh  namazını  qıldırdı 
və  namazı  bitirdikdən  sonra  üzünü  camaata  çevirib  soruşdu:  “Bilirsinizmi, 
Rəbbiniz nə buyurdu?” (Əshabələr:) “Allah və Onun Elçisi daha yaxşı bilir!”- 
dedilər. Peyğəmbər  dedi: “(Allah buyurdu): “Qullarımdan bir qismi mömin, 
digər qismi isə kafir oldu. (Başqa rəvayətdə: “Kimisi şükr etmiş, kimisi küfr”). 
“Bizə Allahın lütfü və mərhəməti sayəsində yağış göndərilmişdir”- deyənlərə 
gəlincə, onlar Mənə iman gətirmiş və ulduzları inkar etmişlər. “Yağış bizə filan 
və  filan  ulduza  görə  nazil  olmuşdur”-  deyənlərə  gəldikdə,  onlar  Mənə  küfr 
etmiş və ulduzlara iman gətirmişlər”.
686
 (Başqa rəvayətdə: “Allah qullarına nə 
zaman  bir nemət  ehsan  etdisə  bir  qrupu  “onu ulduzlar  etdi,  ulduz  sayəsində 
oldu”- deyərək o, nemətə küfr etdilər”). "Ulduzların mənzillərinə and olsun ki, 
kaş  bunun  nə  qədər  böyük  bir  and  olduğunu  biləydiniz  –  bu  çox  qiymətli 
Qurandır. Qorunub saxlanılan kitabdır. Ona yalnız pak olanlar toxunar.  (O) 
Aləmlərin  Rəbbi  tərəfindən  nazil  edilmişdir.  İndi  siz  bu  kəlamı  yalan 
sayırsınız?  Ruzinizə  şükür  etməli  olduğunuz  halda  onu  yalanmı  hesab 
edirsiniz".  (əl-Vaqiə  75-82)”.
687
 Əgər  kimsə  yağışın  ulduzların  müəyyən 
düzülüşünə  görə  yağdığını  deyirsə  bu  tövhidin  prinsiplərinə  ziddir.  Etiraf 
edilməlidir  ki,  yağış  və  digər  nemətlər  Allahın  öz  bəndələrinə  olan 
mərhəmətidir.  Ulduzların  yağışın  yağmasına  heç  bir  təsiri  yoxdur.  Çünki, 
bunun  səbəbi  Allahın  öz  bəndələrinə  onların  ehtiyaclarına  olan  diqqəti  və 
onlara olan  rəhmidir. Allah öz  rəhmətilə  yağış  göndərir.  Çünki, insanların  və 
bütün  canlı  aləmin  buna  çox  ehtiyacı  vardır.  Ulduzların  və  ya  onların 
yerləşməsinin yağışın yağmasına təsir etməsi küfr və şirk olan əməldir, eynilə 
ölüyə  və  ya  olmayana  yalvarıb  onun  fayda  gətirməsi  və  ya  şərdən  qoruması 
iddiası  kimi.  Peyğəmbərin    zamanında    günəş  tutuldu.  İnsanlar:  "Günəş 
İbrahimin  (Peyğəmbərin    oğlu  İbrahimin)  ölümünə  görə  tutulmuşdur"- 
dedilər.  Peyğəmbər    buyurdu:  "Həqiqətən  günəş  və  ay  Allahın  rəmzləridir. 
Onlar heç kəsin ölümünə və ya doğulduğuna görə tutulmurlar…".
688
  
Sehr, Cadu Və Gözdəymədən Müalicə - Ovsun - Ruqiyyə – İnsanı ilan və ya 
əqrəb sancanda, cadu olunanda və ya göz dəyəndə, xəstələnəndə başına gələn 
bədbəxtliyi  götürmək  üçün  Qurandan  və  Sünnədən  oxunan  dualardır.
 
                                                        
686
 əl-Buxari 801, 810, 846, 980, 991, 1038. 
687
 əl-Buxari 846, Muslim 71,73.  
688
 əl-Buxari, Muslim. Üçüncü oğlu İbrahimdir. Hicri 8-ci ildə Mədinədə dünyaya gəlmiş və hicri 10-cu ildə 
17  və  ya  20  aylıq  ikən  vəfat  etmişdir.  Ənəs   rəvayət  edir  ki,  Peyğəmbər    oğlu  İbrahim  öldüyü  zaman 
buyurdu:  "O,  körpə  ikən  öldü.  Onun  Cənnətdə  iki  süd  anası  vardır.  Onlar  onun  südünü  iki  ilə 
tamamlayacaqlar. Çünki o, mənim oğlumdur". 


Yüklə 5,45 Kb.

Dostları ilə paylaş:
1   ...   147   148   149   150   151   152   153   154   ...   172




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə