TöVHİD – allahin qullari üZƏRİNDƏ olan haqqi


TÖVHİD – Allahın Qulları Üzərində Olan Haqqı



Yüklə 5,45 Kb.
Pdf görüntüsü
səhifə147/172
tarix16.11.2017
ölçüsü5,45 Kb.
#10519
1   ...   143   144   145   146   147   148   149   150   ...   172

 
TÖVHİD – Allahın Qulları Üzərində Olan Haqqı                                                                                                                      303 
verdiyimiz  zaman  onun  öldüyünü  onlara  (cinlərə)  Süleymanın  əsasını  yeyən 
ağac  qurdu  xəbər  verdi.  O,  ölmüş  halda  yerə  sərildikdən  sonra  cinlərə  bəlli 
oldu ki,  əgər onlar qeybi bilsəydilər, alçaldıcı  əzab içində qalmazdılar". (Səba 
14).  "Qeybin  açarları  Allahın  Əlindədir.  Onları ancaq  Allah  bilir.  Allah həm 
suda, həm də quruda olanların hamısını bilir. Elə bir düşən yarpaq yoxdur ki, 
Allah ondan xəbərsiz olsun, yerin zülmətləri içində elə bir toxum, kainatda elə 
bir  şey  yoxdur  ki,  məhz  açıq-aydın  (lövhi  məhfuzda)  olmasın".  (əl-Ənam  59). 
"Qeyb  aləmi  ancaq  Allaha  məxsusdur".  (Yunus 20).  "Göylərin  və  yerin  qeybi 
Allaha  məxsusdur".  (Hud  123).  Əgər  bir  kimsə  kahin  və  sehirbazların  qeybi 
bildiyinə iman edərsə, artıq bu əməl onu İslam dairəsindən çıxardar. İmam əl-
Manavi    deyir:  “Kahinin  yanına  gələrək  onun  dediklərinin  haqq  olduğuna 
inanan kimsə kafir olmuşdur. Əgər etiqad etsə ki, kahinlər bütün bu xəbərləri 
cinlərdən, onlar da öz növbəsində mələklərdən oğurlayaraq xəbər verirlər, bu 
zaman  o  kafir  olmur”.
660
 Şeyx  Abdul-Lətif  Əli  Şeyx    deyir:  “Hədisdə 
Peyğəmbər    buyurur:  “Məndən  sonra  bir-birinizin  boynunu  vuran  kafirlər 
kimi  olmayın”  və  hədis:  “Kim  kahinin  yanına  gedib  onun  dediyini 
(təsdiqləyərsə)  və  ya  heyzli  qadınla  əlaqədə  olarsa  və  yaxud  qadınla  arxadan 
yaxınlıq edərsə, Muhəmmədə nazil olana küfr etmişdir”- bu hədislərdə söhbət 
əməldə  olan  küfrdən  gedir,  lakin  bu  əməli  küfr  bütə  ibadət  edənin, 
Peyğəmbəri    söyənin,  Quranı  ələ  salanın  küfrü  kimi  deyildir”.
661
 Şeyx  Saleh 
Əli Şeyx – hafizahullah - deyir: “Kahinin və ya sehirbazın yanına gedərək onun 
dediklərinə inanan kimsənin küfrü, onu İslam dairəsindən çıxardan küfrdür”- 
deyənlərin  sözləri  mübahisəlidir.  1.  Hədisdə  deyilir  ki,  belə  bir  kimsənin  qırx 
günlük  namazı  qəbul  edilmir.  Bu  da  ona  dəlildir  ki,  bu  əməl  kiçik  küfrdür. 
Əgər belə bir kimsə kafir olsaydı onda (qırx gün) namazın qəbul olunmasının 
zikr  edilməsinə  heç  bir  ehtiyacı  olmazdı.  2.  Heç  şübhəsiz  ki,  Allahdan  qeyri 
kimisənin  qeybi  bildiyini  iddia  etməsi  küfrdür,  lakin  insanların  əksəriyyəti 
kahinlərə onların hərdən doğru xəbər vermələrinə görə inanırlar. Buna görə də 
əgər bir kimsə kahinin və ya sehirbazın yanına gələrək ona: “Mən sənə cinlərin 
səmalardan  oğurladıqları  qeybi  sözlərə  görə  inanıram”-  deyərsə,  bu  zaman 
İslam dairəsindən çıxmır. Bu məsələdə açıq-aydın dəlil odur ki, belə bir kimsə 
böyük küfr deyil, kiçik küfr etmiş olur”.
662
  
Həmçinin  –  bir  çox  cahil  müsəlmanlar  elə  zənn  edirlər  ki,  kahinlərin 
qeybdən xəbər  vermələri  Allahın onlara  verdiyi bir  vergidir.  Çünki,  kahin  və 
sehirbazlar arasında namaz, həcc edən kimsələr də vardır. Bu da müsəlmanları 
daha  çox  zəlalətə  salır.  Lakin  Muvahhid  olan  bir  kimsə  bütün  bunların 
                                                        
660
 “Feydul Qadir” 6/23.  
661
 “Rasail əl-Nəcdiyyə” 3/15.  
662
 “Şərh Kitabut-Tövhid” kasset 10.  


 
TÖVHİD – Allahın Qulları Üzərində Olan Haqqı                                                                                                                      304 
şeytanın  bir  tələsi olduğunu  anlayır.  Çünki  şeytan  Rəbbinə  and  vermişdir  ki, 
“Sənin  bütün  bəndələrini  doğru  yoldan  çıxaracağam”.  Sələflər  deyirlər  ki: 
“Şeytan insana doxsan doqquz xeyir qapısını açar. Lakin sonda yüzüncü həlak 
qapısını  açmaqla  onu  həlak  edər”.  Lakin  bu  hədislər  kahin  və  sehirbazların 
yalanını  üzə  çıxarmaq,  onların  insanlar  arasında  rüsvay  edilməsi  niyyəti  ilə 
çalışan  kimsələrə  aid  deyildir.  Heç  şebhəsiz  ki,  bütün  bunlar  elmli  bir  kimsə 
tərəfindən,  haqq  ilə  batili  ayırd  edə  bilən  kimsə  tərəfindən  aparılmalıdır.  İbn 
Teymiyyə    deyir:  “Lakin  haqq  ilə  batili  ayırd  edəcək  bir  elmə  sahib  olan 
kimsənin kahini yoxlamaq, yalanını üzə çıxarmaq məqsədilə bunu edərsə, bu 
əməl  icazəlidir”.  İbn  Məsud    rəvayət  edir  ki,  biz  Peyğəmbər    ilə  birlikdə 
idik. İçərilərində İbn Səyyad da olan bir dəstə uşaqların yanına gəldik. Uşaqlar 
qaçdılar. İbn  Səyyad isə oturdu.  Peyğəmbərin   ondan  xoşlanmadığı  bir halı 
var idi. Peyğəmbər : "Mənim Allahın Rəsulu olduğuma şəhadət edirsənmi?"- 
deyə buyurdu. O: "Sən də mənim Peyğəmbər olduğuma şəhadət edərsənmi?"- 
dedi. Peyğəmbər : "Cənnətin torpağı nədir?"- deyə buyurdu. O:  "O, yumşaq 
və bəyazdır, iyi isə miskdir"- dedi. Peyğəmbər : "Sən doğru dedin"- buyurdu. 
Peyğəmbər : "Sən nə görürsən?"- deyə buyurdu. O: "Mən su üzərində bir taxt 
görürəm"-  dedi.  Peyğəmbər  :  "Sən  dərya  üzərində  İblisin  taxtını  görürsən. 
Bundan başqa nə görürsən?"- deyə buyurdu. O: "Mən bir (iki) doğru söyləyən 
və  bir  (iki)  yalan  söyləyən  görürəm.  Mənə  doğru  xəbər  də  gəlir,  yalan  xəbər 
də"-  dedi.  O:  "Qəlbimdə  sənin  üçün  bir  şey  saxladım?"-  dedi.  Peyğəmbər  : 
"Nədir  o!"-  deyə  buyurdu.  O:  "Duhh  (Duman)"-  dedi.  Peyğəmbər  :  "Sus, 
həddi  aşma"-  dedi.  Bu sözlərdən  sonra  Ömər   dedi:  "Ya Rəsulullah!  İzn ver 
onu  öldürüm".  Peyğəmbər  :  "Əgər  fikirləşdiyin  (Dəccəl)  bu  uşaqdırsa,  sən 
onu  öldürməyə  əsla  nail  olmayacaqsan.  O,  Dəccal  deyilsə  onu  öldürməkdə 
sənin üçün bir xeyir yoxdur"- deyə buyurdu”.
663
 
 
Xülasə  -  Kahinin  yanına  gələrək  ondan  soruşan  insanlar  bir  neçə  qrupa 
bölünürlər: 1) Sadəcə soruşmaq haramdır.  2) Gedir və onun dediklərinə iman 
edir.  Bu  küfrdür.  3)  Sadəcə  onu  yoxlamaq,  yalanını  üzə  çıxarmaq  üçün 
soruşurlar - bu caizdir.  
Uğursuzluğa  İnanmaq  –  Mövhumat,  Xurafat,  Düşər-Düşməzlik  (rusca  - 
Suyeveriya)  –  sehrin  bir  əlamətidir.  Xurafata  iman  şirkdir.  Çünki,  Tövhidin 
kamiliyyinə ziddir. Mövhumat, Xurafat – hansısa bir səbəb səni hansısa əməli 
etməkdən  qoyur  və  ya  sənin  o  işə  yönəlməyinə  səbəb  olur.  Tətəyyur  -  kiçik 
şirkdir.  Quş  uçuşu  ilə  işin  alınıb-alınmamasına  inanmaqdır.  Ərəblərdən  biri 
səfər etmək və hər hansısa bir iş görmək istədikdə bir quş uçurardı. Əgər quş 
sağ tərəfə uçsaydı, o işi uğurlu sayardı, yox əgər sol tərəfə uçsaydı, uğursuzluq 
sayar və o işdən əl çəkərdi. Sanihə - Savanih - Sağa uçardısa xeyirə yozardılar. 
                                                        
663
 Muslim 2924, 2925. “Məcmuul-Fətava” 19/ 62.  


Yüklə 5,45 Kb.

Dostları ilə paylaş:
1   ...   143   144   145   146   147   148   149   150   ...   172




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə