TöVHİD – allahin qullari üZƏRİNDƏ olan haqqi


TÖVHİD – Allahın Qulları Üzərində Olan Haqqı



Yüklə 5,45 Kb.
Pdf görüntüsü
səhifə149/172
tarix16.11.2017
ölçüsü5,45 Kb.
#10519
1   ...   145   146   147   148   149   150   151   152   ...   172

 
TÖVHİD – Allahın Qulları Üzərində Olan Haqqı                                                                                                                      307 
rəvayətdə:  “Mən  saleh  bir  sözü  sevirəm”)”.
675
 İbn  Məsud    rəvayət  edir  ki, 
Peyğəmbər  buyurdu:  "Uğursuzluğa inanmaq şirkdir. Ona inanan adam heç 
bir  vəchlə  bizdən  deyildir".
676
 İbn  Ömər    rəvayət  edir  ki,  Peyğəmbər   
buyurdu:  "Hər  hansı  bir  şeydə  uğursuzluq  yoxdur.  Uğursuzluq  ancaq 
qadında, (xidmətçidə), atda və evdə olur".
677
 
İnfeksiya  yalandır  -  Ərəb  müşrikləri  etiqad  edirdilər  ki,  infeksiya  –  öz-
özlüyündə  təsir  etmək  gücünə  malikdir.  Yəni  Allahın  təqdiri  olmadan  öz-
özlüyündə başqasına təsir etməsinə inanırdılar. Bu hədisdə də onların olması, 
təsir  etməsi  inkar  edilmir.  Yəni  infeksiya  var  və  İnfeksiya  səbəbdir,  onun 
nəticəsi isə xəstəlikdir. Xəstə insanı isə sağlam olan bir kəslə bir yerdə tutmaq 
olmaz. Biz xəstəlikdən qorunmaq üçün qorunuruq, lakin bu o demək deyil ki, 
xəstəlik öz-özünə keçir. Lakin inkar edilən onun öz-özlüyündə Allahdan qeyri 
hansısa  bir  (qüvvə)  kimi  təsirə  malik  olmasıdır.  İnfeksiya  öz-özlüyündə  heç 
nədir,  Allahın  istəmədiyi  müddətdə  heç  bir  təsir  qüvvəsinə  sahib  deyildir. 
Hadisələrin  baş  verməsi,  səbəbləri  yaradan  da  Allahdır.  Lakin  ərəblər  elə 
etiqad  edirdilər  ki,  mütləq  xəstələnməlidir.  Görürsən  ki,  insan  xəstələr 
içərisində işləyir, onlara  xidmət göstərir, lakin Allahın izni ilə  xəstələnmir  və 
ya özü xəstəliyin daşıyıcısıdır, lakin xəstə deyildir. İnfeksiya sadəcə səbəbdir. 
Allah  izn  versə  təsir  edəcək,  izn  verməsə  təsir  etməyəcək. İnfeksiya səbəbdir. 
Lakin mövhumat, xurafat – isə heç səbəb də deyildir. Allahın qədərinə qayıdır. 
İnsan  özü  öz  qəlbini  belə  şeylərlə  bağlayır.  Allahın  təqdir  etdiyinə  heç  vaxt 
təsir  edə  bilməz.  Çünki,  bu  uydurulmuş  bir  şeydir.  Allaha  təvəkkül  edib 
yoluna  davam  et.  Bayquş  Yalandır  -  Bayquşa  oxşayan  quşdur.  Guya  ki, 
öldürülən kimsə bayquşa dönərək qisas axtarır və ya hansı evə qonsa, deməli o 
evdə  kimsə  ölməlidir.  Cahiliyyə  ərəbləri  bu  quşların  əcaib  səslərini 
uğursuzluğa yozardılar. Səfər Yalandır – Cahiliyə ərəbləri haram aylarda olan 
qadağaları Səfər ayına keçirərdilər, bu ayları isə halal edərdilər. Digər təfsirdə: 
“Cahiliyyə  ərəbləri  Səfər  ayında  evlənməzdilər.  Çünki,  bu  ayı  uğursuz  ay 
sayırdılar  və  aylarda  baş  verən  nigahın  uğursuz  olduğuna  da  inanırdılar”. 
Ulduzlar  Yalandır  -  Cahiliyyə  ərəbləri  deyərdilər  ki:  filan  ulduz  şər  gətirir, 
filan  ulduz  xeyir  gətirir.  Bütün  bunları  Allah  ilə  bağlamırdılar.  Qulyəbani 
                                                        
675
 Muslim 2223.  
676
 Əbu Davud 3910, ət-Tirmizi 1614, İbn Hibban 1427, İbn Məcə 3538.  
677
 Muslim 2225, 2226. Əbu Davud 3921, 3922. İmam Məlik  deyir:  "Hədis zahirinə görədir.  Çünki, Allah 
bəzən evdə oturmağı zərər və ya həlaka bir səbəb edir. Müəyyən bir qadını, atı, yaxud da xidmətçini almaq 
da  belədir  ki,  bəzən  həlak  Allahın  qəzası  ilə  bu  şeylərin  yanında  hasil  olur".  Digər  alimlər  isə:  "Evin 
uğursuzluğu  onun  darlığı,  qonşunun  pisliyi  və  əzabına  görədir.  Qadının  uğursuqluğu  doğmamasına, 
dininin  pisliyinə  görədir.  Atın  uğursuzluğu  isə  qiymətinin  baha  olması  və  döyüş  edilməməsi  və  səyahət 
edilməməsinə görədir”. Ənəs İbn Məlik  rəvayət edir ki, bir nəfər Peyğəmbərin  yanına gələrək dedi: “Ey 
Allahın Rəsulu! Bir evdə yaşayırdıq, orada olarkən sayımız və mallarımız artdı. Sonra başqa bir evə köçdük. 
Orada isə sayımız da azaldı, malımızda”. Peyğəmbər: “Pis yer olduğu üçün oranı tərk edin” deyə buyurdu. 
Əbu Davud 3924, 3926.  


 
TÖVHİD – Allahın Qulları Üzərində Olan Haqqı                                                                                                                      308 
Yalandır  –  Qulyabanilər  insanlara  narahatçılıq  törədirdilər.  Evlərdə  səs-küy 
salıb insanları qorxudurdular. İnsanlar müəyyən yerlərə getməyə qorxurdular. 
Bu hədislərdə olan  qadağa  bu şeylərin qadağan olunması  deyildir.  Bu şeyləri 
öz-özlüyündə  təsir  etməsinin  inkar  edilməsidir.  Onlar  yalnız  Allahın  izni  ilə 
təsir  edirlər;  “Onlara  bir  yaxşılıq  üz  verəndə:  "Bu,  bizə  məxsusdur!"– 
deyərdilər. Onlara bir pislik üz verdikdə isə, Musa və onunla birlikdə olanları 
uğursuzluq əlaməti sayardılar. Əslində onların uğursuzluğu Allah yanındadır, 
lakin  onların  çoxu  bunu  bilmir”.  (əl-Əraf  131).  Fironun  ailəsi  bədbəxtliyə 
uğrayanda  bunu  Musaya    və  onunla  olanlarla  əlaqələndirib  deyərdilər: 
"Bunların hamısı Musa   və onun səhabələrinin ucbatındandır". Lakin Allah 
onların dediklərini təkzib edərək, onların əməllərindən nə baş verirsə (xeyir və 
şər)  hər  biri  Allahdandır;  “Elçilər  dedilər:  "Sizin  uğursuzluğunuz  öz 
ucbatınızdandır.  Məgər  sizə  edilən  öyüd-nəsihəti  bəd  əlamət  sayırsınız? 
Doğrusu, siz həddi aşmış bir millətsiniz”. (Yasin 19).
 
"Harada olursunuz olun, 
hətta uca qalalar içərisində olsanız belə, ölüm sizi haqlayacaqdır. Onlara bir 
xeyir  yetişdikdə:  “Bu  Allahdandır”–  deyirlər,  bir  pislik  üz  verdikdə  isə:  “Bu 
səndəndir”– söyləyərlər. (Onlara) de: “Hamısı Allah tərəfindəndir. Bu cəmaata 
nə olub ki, az qala söz də anlamır! Sənə yetişən hər bir yaxşılıq Allahdandır, 
sənə  üz  verən  hər  bir  pislik  isə  özündəndir.  Biz  səni  insanlara  Peyğəmbər 
göndərdik. Allahın buna şahid olması (sənə) kifayət edər". (ən-Nisa 78-79).  
Təfəul - Yaxşı söz deməkdir. İnsanlar yaxşı sözlə uğursuzluğu qarışdırırlar. 
Qara pişik keçdi, axsaq insan keçdi və s. mövhumata inanaraq yolunu dəyişir, 
işindən  qalır  –  bu  uğursuzluğa  inanmaqdır.  Çünki,  bütün  bu  şeylər  onun 
qarşısına  çıxmasaydı  yoluna  davam  edəcəkdi.  Təfəul  –  nədir?  Peyğəmbər   
hansı  Təfəulu  sevərdi?  İnsan  nə  olursa  olsun  yoluna  çıxmalı,  qara  pişik  çıxır 
qarşısından  keçəndə  Bismilləh  –  deyərək  yoluna  davam  edir,  qarşısına  Səhl 
(asanlıq)  adlı  yaxşı  bir  adam  çıxdıqda    “İnşəallah,  Allah  mənim  üçün 
asanlaşdırar”–  deyərək yoluna  davam  edir.  Bu  Təfəuldur.  Gözəl  söz - insana 
sevinc, fərəh gətirir,  insanın  təvəkkülünü,  ümidini  artırır.  Peyğəmbər   bunu 
sevərdi.  Allahın ona  verəcəyi  xeyrə ümidi  daha da  artır.  Qəlbi  möhkəmlənir, 
xəstə  yanında  edilən  gözəl  söhbət  onu  həvəsləndirir,  Allaha  ümidini  artırır, 
yaşamaq  istəyini  qüvvətləndirir.  Allah  barəsində  xeyir  zənn  edir.  Bu  sözlər 
insanın  qəlbini  sevindirir,  insana  dəstək  olur.  Lakin  bununla  yanaşı  insan 
Allaha  təvəkkülünü  çoxaltmalı,  bu  şeylərə  isə  bağlanmamaq  Tövhidin 
kamilliyidir. İnsan Allah barəsində daima xeyir düşünməlidir. Təfəul – uğurlu 
və xeyirli saymaqdır. Gözəl sözlə təfəul haqqında ən gözəl misal, Peyğəmbərin 
  Hudeybiyyə  səfərində  Suheyl  ibn  Amrın  adı  ilə  təfəul  etməsidir.  Məmər 
deyir ki, Əyyub İkrimədən xəbər verir ki, Suheyl ibn Amr gəldikdə Peyğəmbər 


Yüklə 5,45 Kb.

Dostları ilə paylaş:
1   ...   145   146   147   148   149   150   151   152   ...   172




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə